YAP Nərimanov rayon təşkilatının Ərazi Partiya Təşkilatlarında VIII Qurultayın hədəfləri və yeni vəzifələr diqqətə çatdırılıb

 

 

Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının “H.Məmmədov küçəsi 11” ünvanı üzrə Ərazi Partiya Təşkilatında Prezident, Partiyanın sədri cənab İlham Əliyevin VIII Qurultayda səsləndirdiyi müddəalar və partiyanın gələcək fəaliyyətində əsas götürüləcək istiqamətlər üzrə partiya üzvləri ilə növbəti görüş keçirilib.

Görüşdə Azərbaycanın müstəqil inkişaf yolunun davam etdirilməsi, dövlətçilik prinsiplərinin möhkəmləndirilməsi, milli maraqların qorunması və cəmiyyətin bütün sahələrində fəallığın artırılması məsələləri önə çəkilib. Həmçinin ölkəmizin qazandığı uğurların təbliği, vətəndaşların düzgün məlumatlandırılması və gənclərin milli-mənəvi dəyərlərə bağlılığının gücləndirilməsi istiqamətində görüləcək işlərdən bəhs olunub.