Dünən Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının qərargahında qarşıdan gələn bələdiyyə seçkilərinə hazırlıqla əlaqədar seçki qərargahının iclası keçirilib.
İclasda çıxış edən YAP Nizami rayon təşkilatının sədri Sədaqət Vəliyeva qarşıdan gələn bələdiyyə seçkilərinə rayon təşkilatının hazırlıq işlərindən danışıb: “Azərbaycanda artıq 3-cü dəfədir ki, bələdiyyə seçkiləri keçiriləcək. Bələdiyyələr Azərbaycanda yaranmış gənc struktur olduğundan bu sahədə bir sıra təkmilləşdirilmə işləri aparılıb. Bələdiyyələrin normal fəaliyyəti üçün hüquqi baza yaradılıb. Bundan sonra söz bələdiyyələrin olacaq”.
ötən seçkilərdə Nizami rayonunun seçicilərinin yüksək nəticə göstərdiyini söyləyən Sədaqət Vəliyeva diqqətə çatıdırıb ki, bu dəfəki siyasi kampaniyada da rayon əhalisi yüksək aktivlik nümayiş etdirəcək.
İclasda bələdiyyə seçkiləri ilə əlaqədar YAP Mərkəzi Seçki Qərargahının Nizami rayon şöbəsinin səlahiyyətli nümayəndələri, YAP Mərkəzi Seçki Qərargahının Nizami rayon şöbəsinin maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəsi təyin olunub. Həmçinin, 23 dekabr 2009-cu il tarixdə keçiriləcək bələdiyyə seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatı tərəfindən Nizami bələdiyyəsi üzrə 19 nəfər, Keşlə bələdiyyəsi üzrə isə 13 nəfərin namizədliyi irəli sürüldü.
RAMİL