YAP tədbirlər planı hazırlayıb

Yeni Azərbaycan Partiyası (YAP) dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərinin təbliğat-təşviqat kampaniyası ilə bağlı tədbirlər planı hazırlayıb. Bu barədə APA-ya partiyanın İcra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı məlumat verib. Onun sözlərinə görə, tədbirlər planı yaxın vaxtlarda partiya rəhbərliyi tərəfindən təsdiqlənəcək. M.Qurbanlı bildirib ki, kampaniyada müxtəlif təbliğat üsulları və vasitələrindən istifadə ediləcək.