Zərifə xanım Əliyevanın xatirəsi Nizami rayonunda da anılıb

Dünən Heydər Əliyev adına Neft Emalı Zavodunda Akademik Zərifə xanım Əliyevanın anadan olmasının   87-ci il dönümünə həsr edilmiş YAP qadınlarının toplantısı keçirilib. Tədbirdə çıxış edən YAP Nizami rayon təşkilatının sədri Sədaqət Vəliyeva deyib ki, akademik Zərifə xanım Əliyeva Azərbaycanın XX əsrdə ən tanınmış alim və şəxsiyyətlərindən biridir: “Zərifə xanım Əliyevanın Azərbaycanda oftalmologiya elminin inkişafında müstəsna xidmətləri var”.
çıxış edən digər tədbir iştirakçıları söyləyiblər ki, Zərifə xanım Əliyevanın formalaşdırdığı ənənələr bu gün Azərbaycan qadınlarının fəaliyyətinin təməlini təşkil edir.
RAMİL