İranda Prezident seçkilərinə start verildi...
31.05.2024 [10:45]
Namizədlər kimlər ola bilər?
İran İslam Respublikasının Prezidenti İbrahim Rəisinin helikopter qəzasında həyatını itirməsinin ardından ölkənin ən aktual məsələlərindən biri yeni prezident seçkiləridir. Qeyd edək ki, qanuna görə, İranda 50 gün ərzində yeni prezident seçkiləri keçirilməlidir. İranda növbədənkənar prezident seçkiləri iyunun 28-də keçiriləcək. Elan olunmuş seçki təqviminə əsasən, mayın 30-dan namizədlərin qeydiyyatı prosesinə başlanılıb. Artıq rəsmən İranda prezident seçkilərinə start verilib. Namizədlərin qeydiyyatı 5 gün davam edəcək. Bu müddət başa çatdıqdan sonra Konstitusiyanın Qorunmasına Nəzarət Şurası 5 gün ərzində namizədlərin səlahiyyətini araşdıracaq. İran daxili işlər naziri Əlirza Rəhmani Fəzli bildirib ki, bütün icra orqanlarına namizədlərin qeydiyyatına başlanılması barədə göstəriş verilib: “Hər kəsi sağlam və əxlaqa uyğun seçkilər keçirməyə dəvət edirəm. Xalqa elan edirəm ki, Daxili İşlər Nazirliyi, Nəzarət Şurası və parlament tamamilə sağlam, qanuna uyğun seçkilərin keçirilməsi üçün proqram hazırlayıb. Sorğuların nəticələrinə əsasən seçicilərin fəallığı 60 faiz təşkil edəcək. Mən isə fəallığın 70 faizdən çox olacağını proqnozlaşdırıram. Ümid edirəm ki, seçkilər sakit keçəcək”.
Vurğulayaq ki, İran prezidenti olmaq üçün yarışacaq şəxslərin siyahısı hələ dəqiqləşməsə də, bəzi şəxslərin bu marafona qoşulacağı artıq bəllidir. Hətta bu dəfə İranda prezidentlik uğrunda yarışda qadın namizəd belə görmək mümkün ola bilər.
Rəisinin xanımı da marafona qoşula bilər...
“Azad İran”ın yaydığı məlumata görə, mərhum dövlət başçısı İbrahim Rəisinin həyat yoldaşı Cəmilə Ələmolhudan ölkədə keçiriləcək növbədənkənar prezident seçkisində namizədliyini irəli sürə bilər. Mühafizəkarlar Cəmilə Ələmolhudanın həm həyat yoldaşının hökumətdəki yolunu davam etdirə bilməsi, həm də İranın ilk qadın prezidenti olması üçün namizədliyini irəli sürməsini gündəmə gətiriblər. Bununla belə, qeydiyyatdan keçəcəyi təqdirdə xanım namizədin Konstitusiyanın İcrasına Nəzarət Şurasının reaksiyasını gözləməsi lazımdır. Cəmilə Ələmolhuda İranın ən nüfuzlu din adamlarından biri - Məşhəd şəhərinin İmam cüməsi Əhməd Ələmolhudanın böyük qızıdır. Əhməd Ələmolhuda həm də İranın ali dini lideri Xameneinin Xorasan vilayəti üzrə nümayəndəsidir. Keçmiş birinci xanım hazırda Şəhid Beheşti adına Tehran Universitetinin dosentidir. Xanım Ələmolhuda bu universitetdə ali təhsil fəlsəfəsi, İslamda antropologiya, tədris metodları, təhsilin idarə olunmasının nəzəri əsasları, fəlsəfi məktəblər və təhsil baxışları mövzularında dərs deyir.
O, həmçinin Şəhid Beheşti adına Tehran Universitetində Elm və Texnologiyanın Fundamental Araşdırmaları İnstitutunun rəhbəridir. 2013-cü ildə qurulan bu tədqiqat institutunun vəzifəsi elm və texnologiyanın epistemoloji və sosial aspektlərini başa düşməyə və qiymətləndirməyə əsaslanan elm və texnologiya modellərini təqdim etməkdir. Cəmilə Ələmolhuda 2020-ci ilin martından İran Mədəni İnqilab Ali Şurasının pedaqogika komissiyasına da rəhbərlik edir.
Prezidentliyə ən şanslı şəxs...
Namizədliyi qeydə alınacağı təqdirdə prezidentliyə ən real namizəd isə hazırki İran parlamentinin sədri Məhəmməd Bağır Qalibaf sayılır. SEPAH-a yaxın adam kimi tanınan Məhəmməd Bağır Qalibaf 1961-ci ildə İranın Xorasan vilayətinin Torqab ərazisində dünyaya gəlib. 2005-ci ildən 2017-ci ilə qədər Tehran şəhərinin meri olan Qalibaf bundan əvvəl 2000-2005-ci illərdə İranın polis rəisi və 1997-2000-ci illərdə İnqilab Keşikçiləri Qvardiyasının Hərbi Hava Qüvvələrinin komandanı olub. Tarbiat Modares Universitetinin Siyasi Coğrafiya fakültəsinin elmlər namizədi elmi dərəcəsini qazanmış və həmin Universitetin professoru olan Qalibaf həm də sertifikatlı pilotdur. O, hərbi karyerasına 1980-ci ildə İran-İraq müharibəsi zamanı başlayıb. O, 1982-ci ildə İmam Rza briqadasının baş komandiri olub və 1983-1984-cü illərdə Nəsr diviziyasının baş komandiri olub. Müharibə başa çatdıqdan sonra o, 1996-cı ildə İslam İnqilabı Keşikçiləri Korpusunun nəzarətində olan və SEPAH Hərbi Hava Qüvvələrinin komandiri Əli Xamenei tərəfindən təyin edilmiş “Xatəm əl-Ənbiya” mühəndislik firmasının icraçı direktoru işləyib. Dörd il sonra isə İran polisinə rəhbər gətirilib - 1999-cu ildə tələbə etirazlarından sonra əvvəlki rəisin çıxarılması Qal?baf üçün tramplin olub. Qalibaf 2005-ci il və 2013-cü il seçkilərində də namizəd kimi iştirak edib. 2017-ci ildə isə seçkiyə qatılsa da, sonradan geri çəkilib. 2020-ci ildən İran parlamentinin üzvü və rəhbəridir. O, bu vəzifədə hazırki prezidentlik yarışına qatılmağa hazırlaşan Əli Laricanini əvəzləyib.
Laricani də namizəd olacaq...
Vurğulandığı kimi, İranda prezidentliyə namizədlər arasında adı hallanan daha bir şəxs parlamentin keçmiş spikeri, eks xarici işlər naziri və SEPAH generalı Əli Laricanidir. Əslən Mazandaran vilayətindən olan Laricani 1958-ci ildə İraqın Nəcəf şəhərində dünyaya gəlib. Atası dövrünün nüfuzlu din alimi olub. Laricani vəzifədə olduğu müddətdə nüvə proqramına məsul şəxs statusu da daşıyıb.
İran siyasətində bir dövr ulduzu parlayan Laricani qardaşları son illərdə kölgəyə çəkilib. Qeyd edək ki, Əli Laricaninin qardaşı Sadiq Laricani ali məhkəməyə rəhbərlik edib, hazırda “Sistemin Məsləhətini Müəyyən edən” Şuranın sədridir. Bu dəfə “yaşıl işıq” yandırılsa, iddialı namizədlərdən biri də Əli Laricani ola bilər.
Professor Əhmədinejad...
Sabiq prezident Mahmud Əhmədinejadın da namizədliyini irəli sürəcəyi istisna edilmir. Onun hakimiyyət daxilində güclü dəstəyi yoxdur. Bununla belə, Əhmədinejadın marafona qoşulma ehtimalı böyükdür. Qeyd edək ki, Mahmud Əhmədinejad 1956-cı il oktyabrın 28-də Şimali İranın Səmnan vilayətinin Gərmsar şəhərinin Aradan kəndində, nalbənd ailəsində anadan olub. Etnik mənsubiyyəti barədə məlumatlar kəskin fərqlənir. Onun azərbaycanlı, talış, hətta yəhudi əsilli olması barədə fikirlər səsləndirilir.
2005-ci il iyul ayının 24-də keçirilmiş prezident seçkilərinin ikinci turunda qələbə qazanıb, həmin ilin avqust ayının 3-də bu vəzifədə Məhəmməd Hatəmini əvəz edib. Prezident seçkiləri əsnasında Tehran bələdiyyəsinin başçısı olub. İxtisasca inşaat mühəndisidir və bələdiyyə başçısı olmamışdan əvvəl İran Elm və Texnologiya Universitetində müəllim işləyib. Təhsilini də burada alıb. Professor elmi dərəcəsi var.
SADİQ
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42
Gündəm
08 Noyabr 11:25
Siyasət
08 Noyabr 10:58
YAP xəbərləri
08 Noyabr 10:35
Sosial
08 Noyabr 10:12
İqtisadiyyat
08 Noyabr 09:56
Xəbər lenti
08 Noyabr 09:39

