Ursula Fon der Lyayen ikinci dəfə AK prezidenti oldu
20.07.2024 [10:40]
Alman siyasətçi daha 5 il öz vəzifəsini icra edəcək
Ursula Fon der Lyayen ikinci müddətə Avropa Komissiyasının Prezidenti seçilib. Avropa Xalq Partiyasının namizədi olan 65 yaşlı alman siyasətçinin lehinə Avropa Parlamentinin 720 deputatından 401-i səs verib. Xatırladaq ki, ötən ayın sonlarında Belçikanın paytaxtı Brüssel şəhərində Avropa İttifaqının ikigünlük sammitində aparılan müzakirələr nəticəsində Aİ dövlətlərinin liderləri qeyri-rəsmi olaraq Avropa Komissiyasının, Avropa İttifaqı Şurasının rəhbərlərinin və Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə Ali nümayəndəsinin təyin olunması ilə bağlı razılıq əldə etmişdilər. Avropa İttifaqı Şurasının rəhbəri və Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə Ali nümayəndəsi vəzifəsinə yeni şəxslər seçilsə də, Avropa Komissiyasının Prezidenti vəzifəsinə yenidən Ursula Fon der Lyayen layiq görüldü. Xanım Lyayen hələ fevral ayında bu vəzifəyə namizəd olmaq istəyini açıqlamışdı. Ursula Fon der Lyayen Avropa Komissiyasına sədrlik etdiyi beş il ərzində 27 ölkəni birləşdirən Avropa İttifaqı Brexit, COVID-19 pandemiyası, Rusiyanın Ukraynaya hücumu və bu kimi bir sıra sınaqlardan keçib.
Karyera tramplini...
Ursula Fon der Lyayen kimdir və onun siyasi karyerası nədən ibarətdir? Milliyətcə alman olan Lyayen 1958-ci ildə Brüsseldə doğulub. Təhsil həyatına Brüsseldəki Avropa Məktəbində başlayıb. 1971-ci ildə Almaniyaya qayıtdıqda Lehrte Liseyində Elm və Riyaziyyat fakültəsini oxuyub, 1977-ci ildə Gottingen Universitetində və Münster Universitetində iqtisadiyyat üzrə təhsil almağa başlayıb. 1980-ci ildə hər iki universiteti bitirib. O, hətta London İqtisadiyyat Məktəbini də bitirib. Xanım Lyayenin təhsil həyatı bununla yekunlaşmayıb. O, 1980-ci ildə tibb təhsili almağa qərar verərək Hannover Tibb Kollecinə daxil olub və 7 il sonra məzun olub. 1988-1992-ci illərdə Hannover Universitetində assistent həkim vəzifəsində çalışıb. Həyat yoldaşı Stenford Universitetində işlədiyi üçün 1991-1996-cı illərdə ABŞ-da - Kaliforniyada yaşayıb. O, St?nford Universitetində qonaq məruzəçi kimi biznes departamentində çıxışlar edib. 1998-2002-ci illər arasında isə Hannover Universitetində Epidemiologiya, Sosial Tibb və Sağlamlıq Sistemləri Tədqiqatları Departamentinin müəllimi olub. 2001-ci ildə burada Xalq Sağlamlığı üzrə magistr dərəcəsini alıb.
Ursula Fon der Lyayen 1990-cı ildə həyat yoldaşı ilə birlikdə Xristian Demokratlar İttifaqına (CDU) qoşulub. Almaniyaya qayıdan Lyayen 1999-ci ildən fəal siyasətlə məşğuldur. 2003-cü ildə Aşağı Saksoniya ştatının parlamentinə üzv seçilib. 2003-2005-ci illərdə Aşağı Saksoniyanın baş naziri Kristian Vulfun kabinetində sosial müdafiə, qadınlar, ailə və səhiyyə naziri olub. Lyayenin siyasi fəallığı və işgüzarlığı ovaxtkı kansler Angela Merkelin diqqətini cəlb edib. Bunun nəticəsində o, 2005-ci ildə Angela Merkelin kabinetində ailə, yaşlı vətəndaşlar, qadınlar və gənclər naziri vəzifəsində çalışıb. 2009-cu ildə keçirilən federal seçkilərdə isə Aşağı Saksoniyadan Almaniya Bundestaqının üzvü seçilib. O, seçkidən sonra səhiyyə naziri olmaq niyyətində idi, lakin koalisiya qurma səyləri zamanı bu vəzifə FDP üzvü Filip Röslerə verildi. Frans Cozef Yunq 27 noyabr 2009-cu ildə Əmək və Sosial Məsələlər Nazirliyindən istefa verəndə Fon der Lyayen bu vəzifəyə təyin edilib. Beləliklə, siyasi karyerasında ulduzu parlayan Fon der Lyayen Merkelin yerinə namizədlər arasında favorit kimi görünürdü. Merkel onu son sınaqdan keçirdi və 2013-cü ilin dekabrında Almaniya federal siyasətində ən çətin vəzifəyə - müdafiə nazirliyinə təyin etdi. Bununla da o, Almaniyanın ilk qadın müdafiə naziri olub.
Korrupsiyada ittiham olundu, sui-istifadədə günahlandırıldı...
Xanım Lyayen 2019-cu ilin dekabrında isə Avropa Komissiyasının prezidenti seçilib. Beş il ərzində Avropa İttifaqı müstəvisində önəmli qərarların təşəbbüskarı kimi yadda qalıb. Ursula Fon der Lyayen daha effektiv xarici siyasətin tərəfdarıdır. Beynəlxalq ictimaiyyət onu Rusiya-Ukrayna müharibəsi fonunda rəsmi Moskvaya qarşı ciddi sanksiyaların təşəbbüskarı kimi də tanıyır. Bununla belə, onun adı korrupsiya qalmaqallarında da hallanıb. Belə ki, bu ilin aprelində Fransanın “Vətənpərvərlər” Partiyasının lideri Florian Filippo iddia etmişdi ki, Avropa Komissiyasının rəhbəri korrupsiya sxemi yaradıb. O zaman “Liberation” nəşri də sensasiya sayıla biləcək ittihamlarla çıxış etmişdi və Lyayenin öz partiyadaşı Markus Piperi Avropa Komissiyasında kiçik və orta müəssisələr üzrə müşavir postuna təyin etməsi ilə bağlı bir sıra faktlar açıqlanmışdı. Bildirilmişdi ki, Avropa Komissiyasının prezidenti bu postu öz korrupsiya əməllərini reallaşdırmaq üçün təsis edib, posta təyinatı da yaxın ətrafındakılara verib. Qəzet yazmışdı ki, əvvəllər də Ursula fon der Lyayenin öz yaxın dostlarının, xüsusən də alman soydaşlarının komissiyada rəhbər postlara təyin edilməsinə çalışıb. Eyni zamanda, bu da söylənilirdi ki, Avropa Komissiyasının rəhbəri və “Pfizer” şirkətinin baş direktoru arasında COVID-19 vaksinlərinin alınması ilə bağlı korrupsiya razılaşması olub. Lakin bu iddialarla bağlı ona heç bir rəsmi ittiham irəli sürülməyib.
Azərbaycan ilə Anlaşma Memorandumu imzaladı...
Eyni zamanda, xanım Lyayen Avropa İttifaqının yeni enerji siyasətinin formalaşmasında da xüsusi rol oynayır. O, bu məsələdə Azərbaycanı Aİ-nin əsas tərəfdaşlarından biri hesab edir. Lyayenin 2022-ci il iyulun 18-də ölkəmizə səfəri zamanı Azərbaycan ilə Avropa İttifaqı arasında “Azərbaycan Respublikası ilə Avropa Komissiyası tərəfindən təmsil olunan Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu” imzalanıb. Sənədi Azərbaycan Prezidenti İlham Əliyev və Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayen imzalayıblar. “Həqiqətən siz bizim üçün mühüm enerji tərəfdaşısınız. Siz təkcə təchizat təhlükəsizliyi sahəsində deyil, həmçinin iqlim neytrallığı sahəsində də hər zaman etibarlı olmusunuz. İndicə imzaladığımız Anlaşma Memorandumu bizim enerji tərəfdaşlığımızı daha da gücləndirir”,- deyən xanım Lyayen bu Memorandum vasitəsilə Aİ-nin Cənub Qaz Dəhlizinin genişləndirilməsi ilə bağlı üzərimizə öhdəlik götürdüyünü, eləcə də bərpaolunan enerji ilə bağlı əməkdaşlığın güclənəcəyini bəyan edib.
Beləliklə, Avropanın siyasi elitasinda böyük nüfuz sahibi olan Ursula Fon der Lyayen növbəti beş il üçün Avropa Komissiyasının Prezidenti kimi hazırkı kursu davam etdirmək niyyətindədir.
N. BAYRAMLI
Xəbər lenti
Hamısına baxSosial
17 Aprel 20:17
Dünya
17 Aprel 19:50
Siyasət
17 Aprel 19:25
Dünya
17 Aprel 19:21
Xəbər lenti
17 Aprel 19:10
Elm
17 Aprel 18:53
Dünya
17 Aprel 18:20
Dünya
17 Aprel 17:28
Dünya
17 Aprel 17:11
Gündəm
17 Aprel 16:36
Dünya
17 Aprel 16:34
YAP xəbərləri
17 Aprel 16:13
Dünya
17 Aprel 16:10
Dünya
17 Aprel 15:58
YAP xəbərləri
17 Aprel 15:55
Sosial
17 Aprel 15:51
Hadisə
17 Aprel 15:43
Sosial
17 Aprel 15:27
Dünya
17 Aprel 15:23
Sosial
17 Aprel 15:16
İdman
17 Aprel 15:15
Siyasət
17 Aprel 15:02
Siyasət
17 Aprel 15:01
YAP xəbərləri
17 Aprel 14:54
Dünya
17 Aprel 14:45
Dünya
17 Aprel 14:41
Siyasət
17 Aprel 14:33
Sosial
17 Aprel 14:32
Dünya
17 Aprel 14:19
Dünya
17 Aprel 13:50
Dünya
17 Aprel 13:27
Gündəm
17 Aprel 13:08
Gündəm
17 Aprel 12:54
Siyasət
17 Aprel 12:44
Gündəm
17 Aprel 12:22
İqtisadiyyat
17 Aprel 12:16
Siyasət
17 Aprel 12:16
Sosial
17 Aprel 12:15
Gündəm
17 Aprel 11:48
Siyasət
17 Aprel 11:38
İqtisadiyyat
17 Aprel 11:34
İqtisadiyyat
17 Aprel 11:12
Gündəm
17 Aprel 10:50
Sosial
17 Aprel 10:43
Siyasət
17 Aprel 10:37
Analitik
17 Aprel 10:15
Gündəm
17 Aprel 09:58
Analitik
17 Aprel 09:33
Elm
17 Aprel 09:14
Sosial
17 Aprel 08:51
Sosial
17 Aprel 08:30
Gündəm
17 Aprel 08:15
Hərbi
17 Aprel 07:42
Siyasət
17 Aprel 07:32
Siyasət
17 Aprel 07:31
Dünya
16 Aprel 23:12
Dünya
16 Aprel 22:43
Dünya
16 Aprel 22:16
Elm
16 Aprel 21:59
Dünya
16 Aprel 21:20
İqtisadiyyat
16 Aprel 21:09
Dünya
16 Aprel 20:45
Dünya
16 Aprel 20:33
Sosial
16 Aprel 20:18
Dünya
16 Aprel 19:51
Dünya
16 Aprel 19:31
Dünya
16 Aprel 19:27
Gündəm
16 Aprel 18:59
Dünya
16 Aprel 18:23
YAP xəbərləri
16 Aprel 17:55

