Qarışıq sistem üzrə ilk...
29.10.2024 [09:04]
Özbəkistanda parlament seçkiləri baş tutub
Azərbaycana dost olan daha bir ölkə - Özbəkistan bu günlərdə öz seçimini edib. Oktyabrın 27-də Özbəkistanda Ali Məclisin (parlamentin) Qanunvericilik Palatasına və yerli şuralara seçkilər keçirilib. Seçkilərdə Özbəkistan Liberal Demokrat Partiyası (UzLiDeP), Özbəkistan Xalq Demokratik Partiyası (ÖXDP), Özbəkistanın “Milliy Tiklanish” Demokratik Partiyası (“Milli Dirçəliş”), “Adolat” Sosial Demokrat Partiyası (“Ədalət”) və Ekologiya Partiyası mübarizə aparıb.
Özbəkistan tarixində bir ilk
Budəfəki seçkilərdə Özbəkistan tarixində bir ilkə imza atılıb. Belə ki, ilk dəfə olaraq parlament seçkiləri majoritar və proporsional sistemləri birləşdirən qarışıq sistem üzrə keçirilib. Qeyd edək ki, 2023-cü ildə ölkədə konstitusiya islahatları keçirilib. Parlamentin yeni sistem üzrə formalaşması da aparılan konstitusiya islahatlarına uyğundur.
Özbəkistan Mərkəzi Seçki Komissiyasının (MSK ) məlumatına əsasən, vahid elektron seçici siyahısında təxminən 20 milyon vətəndaş qeydiyyatdan keçib. MSK seçkilərin keçirilməsi üçün 57-si dünyanın 40 ölkəsində olmaqla10 min 717 seçki məntəqəsi təşkil edib. Seçki Məcəlləsinə uyğun olaraq, seçki günü və səsvermə başlamazdan bir gün əvvəl təşviqat dayandırılıb.
Özbəkistan Mərkəzi Seçki Komissiyasının məlumatına görə, ümumilikdə birmandatlı seçki dairələri üzrə irəli sürülmüş 375 nəfərin, həmçinin partiya siyahıları üzrə 500 nəfərin namizədliyi qeydə alınıb. Seçkilərin gedişini 65 min yerli və MDB, ŞƏT, Türk Dövlətləri Təşkilatı və ATƏT/DTİHB də daxil olmaqla, 20-dən çox təşkilatı təmsil edən 850-dən çox beynəlxalq müşahidəçi izləyib.
İlkin nəticələr: Kim irəlidədir?
Özbəkistan Mərkəzi Seçki Komissiyasının sədr müavini Bahrom Kuçkarov mətbuat mərkəzində keçirdiyi brifinqdə deyib ki, seçici fəallığı seçkilərin baş tutmuş kimi tanınması üçün tələb olunan 33 faizlik həddi keçib. Beləliklə, seçkilər baş tutmuş hesab olunub.
Mərkəzi Seçki Komissiyası artıq seçkilərin ilkin nəticələrini açıqlayıb. MSK-dan verilən məlumata görə, səsvermədə 15 milyondan artıq seçici iştirak edib, onlardan 140 mindən çoxu ölkədən kənarda səs verib. Ümumi seçici fəallığı 74,72 faiz təşkil edib.
Özbəkistanın Liberal Demokrat Partiyası parlamentin Qanunvericilik (aşağı) palatasında yerlərin əksəriyyətini - 150 mümkün yerdən 64-nü alır.
Qalan yerlər aşağıdakı kimi bölüşdürülüb:
Özbəkistanın “Milliy Tiklanish” Demokrat Partiyası - 29 mandat
Özbəkistanın “Adolat” Sosial Demokrat Partiyası - 21 yer
Özbəkistan Xalq Demokratik Partiyası - 20 yer
Özbəkistanın Ekoloji Partiyası - 16 yer
Qeyd edək ki, 75 deputat majoritar və 75 deputat proporsional seçki sistemi üzrə seçilib.
Azərbaycanda da böyük maraqla izlənilən seçkilər
Özbəkistanda keçirilən parlament seçkiləri Azərbaycanda da böyük maraqla izlənilib. Bu da onunla bağlıdır ki, Azərbaycan və Özbəkistan dost dövlətlər olaraq qarşılıqlı münasibətlərini getdikcə möhkəmləndirirlər.
Azərbaycan və Özbəkistanın bir-birinə yaxınlaşmasını şərtəndirən çoxsaylı amilləri sadalamaq mümkündür. Burada tarixi bağlar mühüm rol oynayır. Azərbaycan və özbək xalqları eyni soydan gəlirlər. Onları oxşar mədəniyyət, oxşar həyat tərzi, ənənələr, etiqad eyniliyi kimi fundamental amillər birləşdirir. Bu gün iki dost ölkənin daha da yaxınlaşmasına həm dövlətlər güclü siyasi iradə göstərirlər, həm də bunu cəmiyyətlər istəyirlər. İki ölkə bütün təzyiqləri dəf edərək, bütün sınaqlardan çıxaraq öz aralarında yüksək etimad mühiti formalaşdırmağa nail olublar. İndiyədək ölkələrimiz arasında çoxvektorlu əməkdaşlığın təməlində dayanan əsas siyasi sənəd “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında strateji tərəfdaşlığın dərinləşdirilməsi və hərtərəfli əməkdaşlığın genişləndirilməsi haqqında Bəyannamə” idi. Prezident İlham Əliyevin Özbəkistana son səfəri çərçivəsində isə dövlət başçıları “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə”ni imzaladılar. Onlar həmçinin “Azərbaycan Respublikasının və Özbəkistan Respublikasının Ali Dövlətlərarası Şurasının birinci iclasının Qərarı”nı qəbul ediblər. Beləliklə, Azərbaycan və Özbəkistan rəsmən müttəfiq dövlətlər olublar.
Onu da vurğulayaq ki, Özbəkistan 30 illik işğal zamanı Ermənistanla diplomatik münasibətlər qurmayıb. Bu illər ərzində Özbəkistan Ermənistanda səfirlik açmayıb, həmçinin Ermənistanın da Daşkənddə səfirlik açmasına icazə verilməyib. Döst ölkə keçmiş Dağlıq Qarabağ münaqişəsinin həllində daim Azərbaycanın suverenliyi və ərazi bütövlüyü prinsipindən çıxış edib. Postmüharibə dövründə isə Özbəkistan işğaldan azad olunmuş ərazilərin bərpasına dost töhfəsi vermək əzmi nümayiş etdirir. Xatırladaq ki, Prezident Şavkat Mirziyoyevin təşəbbüsü əsasında Füzulidə Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbin binası yüksək zövqlə inşa olunaraq istifadəyə verilib.
İki ölkə arasında müxtəlif istiqamətlərdə əməkdaşlıq perspektivləri də kifayət qədər genişdir. Cari ilin avqustunda Daşkənddə ümumi dəyəri 520 milyon dollar olan 7 birgə layihəyə start verilməsi mərasimi keçirilib. Həmin layihələr sırasında Özbəkistanda dəyəri 200 milyon dollar olan beşulduzlu mehmanxananın və “The Ritz-Carlton” brendi altında premium-sinif rezidensiyasının tikintisi, Qaşqadərya vilayətinin Qamaşı rayonunda istehsal gücü sutkada 350 ton, layihə dəyəri 20 milyon dollarlıq gips, eləcə də gips-karton məmulatları istehsalı zavodunun inşası, “Agalarov Development” tərəfindən 133 milyon dollarlıq yaşayış komplekslərinin salınması, Azərbaycanda isə tekstil klasterinin yaradılması (Yevlax və İmişli rayonları), toxuculuq fabrikinin tikintisi (Xankəndi şəhəri), Özbəkistan-Azərbaycan dostluq bağının salınması kimi təşəbbüslər (Füzuli rayonu) yer alıb.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxDünya
08 Sentyabr 23:32
Dünya
08 Sentyabr 23:10
Dünya
08 Sentyabr 22:56
Dünya
08 Sentyabr 22:23
İqtisadiyyat
08 Sentyabr 21:45
Dünya
08 Sentyabr 21:34
İdman
08 Sentyabr 21:19
İqtisadiyyat
08 Sentyabr 20:42
Dünya
08 Sentyabr 20:31
Dünya
08 Sentyabr 20:17
Sosial
08 Sentyabr 19:50
İqtisadiyyat
08 Sentyabr 19:24
Sosial
08 Sentyabr 19:10
YAP xəbərləri
08 Sentyabr 18:18
Dünya
08 Sentyabr 18:16
YAP xəbərləri
08 Sentyabr 18:09
YAP xəbərləri
08 Sentyabr 17:41
YAP xəbərləri
08 Sentyabr 17:40
Dünya
08 Sentyabr 17:28
Sosial
08 Sentyabr 17:15
Siyasət
08 Sentyabr 17:11
YAP xəbərləri
08 Sentyabr 17:01
YAP xəbərləri
08 Sentyabr 16:59
YAP xəbərləri
08 Sentyabr 16:48
Din
08 Sentyabr 16:47
YAP xəbərləri
08 Sentyabr 16:36
YAP xəbərləri
08 Sentyabr 16:33
Dünya
08 Sentyabr 16:30
Elanlar
08 Sentyabr 15:49
YAP xəbərləri
08 Sentyabr 15:47
Dünya
08 Sentyabr 15:45
Diaspor
08 Sentyabr 15:41
Hadisə
08 Sentyabr 15:34
Elm
08 Sentyabr 15:33
Sosial
08 Sentyabr 15:26
Sosial
08 Sentyabr 15:25
Dünya
08 Sentyabr 15:17
Analitik
08 Sentyabr 14:31
İqtisadiyyat
08 Sentyabr 14:28
Dünya
08 Sentyabr 14:25
Gündəm
08 Sentyabr 14:22
Dünya
08 Sentyabr 14:10
Dünya
08 Sentyabr 13:39
Dünya
08 Sentyabr 13:10
Siyasət
08 Sentyabr 12:42
Dünya
08 Sentyabr 12:14
Hadisə
08 Sentyabr 11:58
Gündəm
08 Sentyabr 11:35
İqtisadiyyat
08 Sentyabr 10:40
İqtisadiyyat
08 Sentyabr 10:18
Analitik
08 Sentyabr 09:44
Analitik
08 Sentyabr 09:20
Sosial
08 Sentyabr 08:53
Sosial
08 Sentyabr 08:35
Sosial
08 Sentyabr 07:25
Dünya
07 Sentyabr 23:39
Dünya
07 Sentyabr 23:15
İdman
07 Sentyabr 22:43
Xəbər lenti
07 Sentyabr 22:30
Dünya
07 Sentyabr 22:17
Dünya
07 Sentyabr 21:59
YAP xəbərləri
07 Sentyabr 21:51
YAP xəbərləri
07 Sentyabr 21:43
YAP xəbərləri
07 Sentyabr 21:41
YAP xəbərləri
07 Sentyabr 21:35
YAP xəbərləri
07 Sentyabr 21:33
Dünya
07 Sentyabr 21:24
YAP xəbərləri
07 Sentyabr 21:09
İqtisadiyyat
07 Sentyabr 21:06
YAP xəbərləri
07 Sentyabr 21:06

