ABŞ-ın Ukraynaya 72-ci hərbi yardım paketi
14.12.2024 [11:12]
Zelenski isə ölkəsinin mövcud sərhədlər daxilində NATO-ya üzv olmasını istəyir
Rusiya-Ukrayna müharibəsində son vəziyyət rəsmi Kiyev üçün müsbət məcrada inkişaf etmir. Qərbin hərbi yardımına baxmayaraq, Rusiya ordusu Ukrayna ərazilərini ələ keçirməkdə davam edir. Digər tərəfdən, ABŞ-da Donald Trampın prezident seçilməsi Ukraynanı çətin durumla üz-üzə qoyub. Çünki Baydan administrasiyası Kiyevə davamlı hərbi yardım göstərsə də, Tramp səlahiyyətlərinin icrasına başlamasından sonra bu müharibənin dayandıracağını vəd edib. Trampın sülh planında Ukraynanın ərazi bütövlüyünün şərt olub-olmaması açıqlanmır.
ABŞ-dan 500 milyon dollarlıq hərbi yardım
Belə bir şəraitdə Bayden administrasiyası ABŞ-ın Ukraynaya hərbi yardımlarını davam etdirir. İki gün əvvəl Birləşmiş Ştatlar Kiyevə 500 milyon dollarlıq yeni yardım paketini açıqlayıb. ABŞ Müdafiə Departamentinin məlumatına görə, yeni paketə Ukraynanın təcili ehtiyac duyduğu hava hücumundan müdafiə vasitələri, artilleriya və raket sistemləri üçün döyüş sursatları və tank əleyhinə silahlar daxildir. Bu, Bayden ?dministrasiyası tərəfindən 2021-ci ilin avqust ayından etibarən Ukrayna üçün tədarük edilən 72-ci avadanlıq tranşıdır.
Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi də jurnalistlər üçün brifinqdə təsdiqləyib ki, 72-ci hərbi yardım paketinə hava hücumundan müdafiə sistemləri, PUA-lar, artilleriya və zirehli texnika daxil olacaq. C.Kirbi əlavə edib ki, Bayden administrasiyası 2025-ci il yanvarın 20-də səlahiyyət müddəti başa çatana qədər Kiyevə hərbi yardım göstərməyə davam edəcək.
Kiyevin müqavimət gücü hansı halda qırılacaq?
Bəs gələn il yanvarın 20-dən sonra Ukraynanın vəziyyəti necə olacaq? Bütün müttəfiqlər anlayır ki, ABŞ-ın hərbi dəstəyi olmadan Kiyevin müharibədə müqavimət gücü qırılacaq. Çünki Avropa İttifaqı bu ölkəyə yetərincə dəstək vermək imkanında deyil. Ukrayna Prezidenti Volodimir Zelenski vəziyyətdən çıxış yolu kimi ölkəsinin NATO-ya üzv qəbul edilməsinə çalışır. Təsadüfi deyil ki, o, Parisdə ABŞ-ın yeni seçilən prezidenti Donald Trampla görüşü zamanı Ukraynanın təhlükəsizliyinə təminat verilməsində təkid edib. Zelenski Ukrayna-Rusiya müharibəsinin dondurulması ehtimalının artdığını və bununla bağlı təhlükəsizlik təminatlarında israrlı olduğunu bildirib.
O, həmçinin Kiyevin yalnız güc mövqeyindən atəşkəs danışıqlarına başlaya biləcəyini vurğulayıb. V. Zelenski Ağ Evin gələcək rəhbəri ilə görüşündə Qərb qoşunlarının Ukrayna ərazisində mümkün mövcudluğu ilə bağlı təklif də irəli sürüb. Ukraynanın dövlət başçısı, eyni zamanda, NATO-ya üzvlük üçün dəvət almağa çalışdığını deyib. O, CBN telekanalına müsahibəsində söyləyib ki, Ukrayna NATO-ya dəvətin və təhlükəsizlik zəmanətinin yalnız Kiyevin nəzarəti altında olan ərazilərə şamil olunması ilə razılaşa bilər, lakin rəsmi olaraq ölkə 1991-ci il sərhədləri daxilində alyansa dəvət edilməlidir. “Əgər müharibəyə son qoymaq istəyiriksə, bütün Ukrayna ərazisi üçün dəvət lazımdır. Bu, konstitusiyamızda təsbit olunduğu üçün müzakirə edilmir. Lakin alyansın fəaliyyəti və görülən tədbirlər, həmçinin təhlükəsizlik zəmanətinin sonradan bütün ölkəyə şamil olunması şərti ilə hazırda Kiyevin nəzarətində olan və ya sonradan nəzarət edəcəyi ərazilərə aid olunacağı haqqında danışıq apara bilərik”, - deyə Zelenski bildirib.
Rusiya şərtlərini sərtləşdirir
Lakin Trampın Ukrayna Prezidentinin bu təkliflərini qəbul edəcəyi inandırıcı deyil. Çünki onun məqsədi müharibəni qısa zamanda, hətta 24 saat ərzində dayandırmaqdır. Buna görə də, Tramp yalnız öz mövqeyində qalaraq, vəziyyəti daha da gərginləşdirəcək addımların atılmasında maraqlı görünmür. ABŞ-ın yeni prezidentinin fikrincə, Ukrayna münaqişəsi zamanı dünya daha təhlükəli olub və buna görə ABŞ-ın hazırkı prezidenti Co Baydeni günahlandırıb.
Rusiya da Zelenskinin təklifləri fonunda sülh razılaşmasını qəbul etməyəcək. Xatırladaq ki, rəsmi Moskva regionda vəziyyətin nizamlanması üçün Kiyevin NATO-ya üzvlük niyyətindən əl çəkməsini və Rusiyaya qarşı sanksiyaların ləğvini tələb edir. Ukrayna ordusunun Kursk vilayətinə hücumundan sonra isə Rusiya Prezidenti Vladimir Putin Kiyevlə danışıqlar aparmağın mümkünsüz olduğunu bəyan edib.
Yeri gəlmişkən, Donald Tramp Parisdə Zelenski ilə görüşdən sonra Ukrayna və Rusiyanı atəşkəsə və bunun üçün şərtləri açıqlamağa çağırıb. O, sosial mediadakı paylaşımında yazmışdı ki, Ukrayna münaqişəni dayandırmaq üçün Rusiya ilə razılaşmaq istəyir. Görünür, Zelenski Trampla razılaşmaq məcburiyyətindədir. Çünki indiyədək Kiyev məhz ABŞ-ın hərbi dəstəyi ilə cəbhədə Rusiyaya qarşı müqavimətini davam etdirə bilir. Verilən proqnozlar isə 2025-ci ilin Ukrayna üçün əlverişli olmayacağını deməyə əsas verir.
N. BAYRAMLI
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
17 Aprel 23:53
Dünya
17 Aprel 23:52
YAP xəbərləri
17 Aprel 23:51
Dünya
17 Aprel 23:39
Sosial
17 Aprel 23:15
Dünya
17 Aprel 22:41
İqtisadiyyat
17 Aprel 22:33
Dünya
17 Aprel 22:16
Dünya
17 Aprel 21:58
İqtisadiyyat
17 Aprel 21:23
Gündəm
17 Aprel 21:09
Hadisə
17 Aprel 21:09
Dünya
17 Aprel 20:45
Dünya
17 Aprel 20:32
Sosial
17 Aprel 20:17
Dünya
17 Aprel 19:50
Gündəm
17 Aprel 19:25
Dünya
17 Aprel 19:21
Xəbər lenti
17 Aprel 19:10
Elm
17 Aprel 18:53
Dünya
17 Aprel 18:20
Dünya
17 Aprel 17:28
Dünya
17 Aprel 17:11
Gündəm
17 Aprel 16:36
Dünya
17 Aprel 16:34
YAP xəbərləri
17 Aprel 16:13
Dünya
17 Aprel 16:10
Dünya
17 Aprel 15:58
YAP xəbərləri
17 Aprel 15:55
Sosial
17 Aprel 15:51
Hadisə
17 Aprel 15:43
Sosial
17 Aprel 15:27
Dünya
17 Aprel 15:23
Sosial
17 Aprel 15:16
İdman
17 Aprel 15:15
Siyasət
17 Aprel 15:02
Siyasət
17 Aprel 15:01
YAP xəbərləri
17 Aprel 14:54
Dünya
17 Aprel 14:45
Dünya
17 Aprel 14:41
Siyasət
17 Aprel 14:33
Sosial
17 Aprel 14:32
Dünya
17 Aprel 14:19
Dünya
17 Aprel 13:50
Dünya
17 Aprel 13:27
Gündəm
17 Aprel 13:08
Gündəm
17 Aprel 12:54
Siyasət
17 Aprel 12:44
Gündəm
17 Aprel 12:22
İqtisadiyyat
17 Aprel 12:16
Siyasət
17 Aprel 12:16
Sosial
17 Aprel 12:15
Gündəm
17 Aprel 11:48
Siyasət
17 Aprel 11:38
İqtisadiyyat
17 Aprel 11:34
İqtisadiyyat
17 Aprel 11:12
Gündəm
17 Aprel 10:50
Sosial
17 Aprel 10:43
Siyasət
17 Aprel 10:37
Analitik
17 Aprel 10:15
Gündəm
17 Aprel 09:58
Analitik
17 Aprel 09:33
Elm
17 Aprel 09:14
Sosial
17 Aprel 08:51
Sosial
17 Aprel 08:30
Gündəm
17 Aprel 08:15
Hərbi
17 Aprel 07:42
Siyasət
17 Aprel 07:32
Siyasət
17 Aprel 07:31
Dünya
16 Aprel 23:12

