Rusiya-Ukrayna müharibəsi: Ortaq kompromislər mümkündürmü?
21.12.2024 [10:34]
Yaxın Şərqlə bağlı müzakirələrdə Ərdoğanla təmaslara ciddi ehtiyac var
Rusiya Prezidenti Vladimir Putin 2001-ci ildən bəri hər il böyük mətbuat konfransları və “Birbaşa xətlər” keçirir. Dövlət başçısı bu il də ənənəsinə sadiq qalıb. Dekabrın 19-da Moskvada “Qostinıy Dvor” sərgi mərkəzində jurnalistlərlə böyük mətbuat konfransı və ölkə vətəndaşları ilə “Vladimir Putinlə ilin yekunları” “Birbaşa xətt” baş tutub. Mətbuat konfransında rusiyalı və xarici jurnalistlər iştirak ediblər.
Tədbirdə bu il ilk dəfə olaraq sualların toplanması və işlənməsi üçün süni intellektdən istifadə edilib. Xüsusi hərbi əməliyyatla bağlı məsələlər və cəbhələrdə vəziyyətin inkişaf perspektivləri rusiyalıların müraciətlərində qaldırdıqları prioritet mövzular sırasında olub. Eyni zamanda, V.Putin indiki geosiyasi reallıqlar fonunda Rusiyanın regional siyasətinin prioritetlərini, ölkəsinin Yaxın Şərqdə, xüsusilə də Suriyada baş verən son hadisələrə münasibətini diqqətə çatdırıb.
Putin: Rusiya Ukrayna ilə danışıqlara hazırdır
Artıq 1032-ci gününə daxil olan Rusiya-Ukrayna müharibəsi hazırda həm tərəflər, həm də bütün dünya üçün qlobal səciyyə daşıyan əsas geosiyasi məsələlərdən biri qismində çıxış edir. Müharibənin arealı və təsirləri genişlənməkdədir. Digər dövlətlərin, o cümlədən də Şimali Atlantika Alyansının (NATO) birbaşa müharibəyə cəlb olunması ehtimalları hər ötən gün daha da artır. Ən dəhşətlisi isə odur ki, nüvə düyməsinin basılması riskləri də tam realdır.
Bu kimi reallıqlar fonunda deyə bilərik ki, bəşəriyyətin gələcəyi, dünyanın yeni nizamının qurulması böyük dərəcədə Rusiya-Ukrayna müharibəsinin nəticələrindən və yaxud hans mərhələdə yekunlaşacağından çox asılıdır. Təsadüfi deyildir ki, mətbuat konfransında Putinə müharibənin perspektivləri ilə bağlı çoxsaylı suallar ünvanlanıb. “Rusiya Ukrayna ilə danışıqlara və kompromislərə hazırdır”, - deyə dövlət başçısı vurğulayıb. O qeyd edib ki, siyasət kompromis sənətidir. Rusiya danışıqlara və kompromislərə hazırdır, lakin qarşı tərəf danışıqlardan imtina edib.
Putin, həmçinin vurğulayıb ki, Rusiya İstanbul razılaşmaları əsasında və “yerdə” vəziyyəti nəzərə alaraq Ukrayna ilə danışıqlara hazırdır. Rusiya Prezidenti qeyd edib ki, Zelenski “seçkilərə gedib legitimlik qazanarsa” onunla danışıqlar mümkündür. Rusiya sülh sənədlərini yalnız Ukraynanın qanuni rəhbəri ilə imzalayacaq.
Bəs Rusiya sülh üçün hansı kompromislərə gedə bilər? Putin detalları açıqlamayıb. Məsələ burasındadır ki, Ukrayna da kompromislərdən danışır, ancaq güzəştlərin ərazi bütövlüyü və suverenlik prinsipi əsasında mümkün olduğunu da bəyan edir və özü üçün NATO çətiri altında təhlükəsizlik təminatı istəyir. Bu da indiki halda qarşı tərəf üçün qəbuledilməz şərtlər kimi görünür. Belə olan halda tərəflər ortaq kompromislərə necə nail olacaqlar?
Rusiyanın Suriyada mövcudluğu
Cəmi iki həftə ərzində Bəşər Əsədin devrilməsi ilə sonuclanan hadisələr fonunda Rusiyanın bundan sonra Suriyada qalıb-qalmayacağı da mətbuat konfransında əsas müzakirə mövzularından biri olub. Xatırladaq ki, Rusiyanın Suriyada iki hərbi obyekti var - Rusiya Hərbi Dəniz Qüvvələrinin Tartusdakı logistika mərkəzi və Latakiyadan təxminən 20 km cənub-şərqdə yerləşən Xmeymim Aerokosmik Qüvvələri bazası. Tartusdakı baza SSRİ dövründə 1971-ci ildə ikitərəfli razılaşma əsasında təsis olunub. Rusiya Aerokosmik Qüvvələrinin Xmeymimdəki aviasiya qrupu isə 2015-ci il sentyabrın 30-da İŞİD terror təşkilatı ilə mübarizədə Suriya ordusuna dəstək məqsədilə hərbi əməliyyat keçirmək üçün yaradılıb.
Sualları cavablandıran Putin hərbi bazaların Suriyada qalmasının perspektivlərinə konkretlik gətirməyib və detallar barədə geniş danışmayıb. Moskva anons edir ki, bu məsələ Dəməşqlə danışıqlar prosesində nizamlanacaq. Öz növbəsində dövlət başçısı qeyd edib ki, Suriyada baş verənləri Rusiyanın məğlubiyyəti hesab etmir. “Biz orada terror anklavı yaranmaması üçün gəldik, məqsədlərimizə çatdıq”, - deyə o vurğulayıb.
Putin əlavə edib ki, Rusiya Suriyadakı bütün qruplaşmalarla münasibət saxlayır. Bu qüvvələrin böyük əksəriyyəti ölkədəki Rusiya hərbi bazalarını saxlamağı təklif edir. Dövət başçısı Suriyanın keçmiş prezidenti Əsəd Moskvaya gəldikdən sonra onunla hələ görüşmədiyini, lakin görüşəcəyini bildirib.
Regional və qlobal səviyyədə Türkiyənin artan rolu
Mətbuat konfransında Putinin “Prezident Ərdoğanla daim təmasdayıq. Biz təbii ki, regiondakı, Yaxın Şərqdəki vəziyyəti müzakirə etmişik” fikrini səsləndirməsi xüsusi aktuallıq daşıyır. Suriyada və bütövlükdə Yaxın Şərqdə böyük geosiyasi və geoiqtisadi maraqları olan Rusiyanın dövlət başçısının baş verənlər fonunda Ərdoğanla daimi təmaslar qurması və müzakirələr aparması Ankaranın qlobal güc mərkəzi və əsas regional aktorlardan biri qismində qəbul edildiyini bir daha təsdiqləyir. Etiraf olunur ki. Qardaş Türkiyə Suriyada baş verən son proseslərdə də müsbət rol oynayıb.
Yaxın Şərq məsələsinə toxunan Putin qeyd edib ki, Fələstin problemini onun yaranmasına gətirib çıxaran səbəbləri aradan qaldırmaqla - İsrail və Fələstin dövlətləri yaratmaqla həll etmək olar.
O, Suriyadakı vəziyyətlə bağlı danışarkən vurğulayıb ki, Türkiyə cənub sərhədlərində təhlükəsizliyini təmin etmək, qaçqınların geri qayıtması üçün şərait yaratmaq və “kürd qüvvələrini sərhəddən uzaqlaşdırmaq” üçün əlindən gələni edir. “Bütün bunlar yəqin ki, mümkündür və ola bilsin ki, bu, müəyyən dərəcədə edilib”, - deyə Rusiya Prezidenti bildirib.
“Türkiyənin Kürdüstan Fəhlə Partiyası ilə onilliklərdən bəri problemi var. Ümid edirəm ki, heç bir gərginlik olmayacaq”, - deyə Rusiya Prezidenti vurğulayıb və əlavə edib ki, bu problemi Suriyanın yeni hakimiyyət orqanları ilə həll etmək lazımdır.
Trampla görüş baş tutacaqmı?
Hazırda bütün dünyanın nəzərləri ABŞ-nin yeni seçilən Prezidenti Donald Trampa yönəlib. O, hələ seçkiqabağı təşviqat zamanı bəyan etmişdi ki, prezident seçiləcəyi təqdirdə Rusiya-Ukrayna müharibəsini tezliklə bitirəcək. Verilən məlumatlardan aydın olur ki, Tramp verdiyi vədi yerinə yetirmək istiqamətində müəyyən çalışmalara başlayıb. Hərçənd ki, bunun asan başa gələcəyini düşünmək də sadəlövhlük olardı.
Moskvanın ABŞ-nin yeni Prezidentinin “müharibəni bitirəcəyəm” məzmunlu vədinə yanaşması bütövlükdə pozitivdir. Öz növbəsində Putin ABŞ-nin yeni seçilmiş Prezidenti ilə görüşə hazır olduğunu bəyan edib. “Mən onunla nə vaxt görüşəcəyimizi bilmirəm. Çünki o, bu barədə heç nə demir. Mən onunla dörd ildən çoxdur, ümumiyyətlə, danışmamışam. Əlbəttə, istənilən vaxt onunla görüşməyə və danışmağa hazıram”, - deyə Putin qeyd edib.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
17 Aprel 23:53
Dünya
17 Aprel 23:52
YAP xəbərləri
17 Aprel 23:51
Dünya
17 Aprel 23:39
Sosial
17 Aprel 23:15
Dünya
17 Aprel 22:41
İqtisadiyyat
17 Aprel 22:33
Dünya
17 Aprel 22:16
Dünya
17 Aprel 21:58
İqtisadiyyat
17 Aprel 21:23
Gündəm
17 Aprel 21:09
Hadisə
17 Aprel 21:09
Dünya
17 Aprel 20:45
Dünya
17 Aprel 20:32
Sosial
17 Aprel 20:17
Dünya
17 Aprel 19:50
Gündəm
17 Aprel 19:25
Dünya
17 Aprel 19:21
Xəbər lenti
17 Aprel 19:10
Elm
17 Aprel 18:53
Dünya
17 Aprel 18:20
Dünya
17 Aprel 17:28
Dünya
17 Aprel 17:11
Gündəm
17 Aprel 16:36
Dünya
17 Aprel 16:34
YAP xəbərləri
17 Aprel 16:13
Dünya
17 Aprel 16:10
Dünya
17 Aprel 15:58
YAP xəbərləri
17 Aprel 15:55
Sosial
17 Aprel 15:51
Hadisə
17 Aprel 15:43
Sosial
17 Aprel 15:27
Dünya
17 Aprel 15:23
Sosial
17 Aprel 15:16
İdman
17 Aprel 15:15
Siyasət
17 Aprel 15:02
Siyasət
17 Aprel 15:01
YAP xəbərləri
17 Aprel 14:54
Dünya
17 Aprel 14:45
Dünya
17 Aprel 14:41
Siyasət
17 Aprel 14:33
Sosial
17 Aprel 14:32
Dünya
17 Aprel 14:19
Dünya
17 Aprel 13:50
Dünya
17 Aprel 13:27
Gündəm
17 Aprel 13:08
Gündəm
17 Aprel 12:54
Siyasət
17 Aprel 12:44
Gündəm
17 Aprel 12:22
İqtisadiyyat
17 Aprel 12:16
Siyasət
17 Aprel 12:16
Sosial
17 Aprel 12:15
Gündəm
17 Aprel 11:48
Siyasət
17 Aprel 11:38
İqtisadiyyat
17 Aprel 11:34
İqtisadiyyat
17 Aprel 11:12
Gündəm
17 Aprel 10:50
Sosial
17 Aprel 10:43
Siyasət
17 Aprel 10:37
Analitik
17 Aprel 10:15
Gündəm
17 Aprel 09:58
Analitik
17 Aprel 09:33
Elm
17 Aprel 09:14
Sosial
17 Aprel 08:51
Sosial
17 Aprel 08:30
Gündəm
17 Aprel 08:15
Hərbi
17 Aprel 07:42
Siyasət
17 Aprel 07:32
Siyasət
17 Aprel 07:31
Dünya
16 Aprel 23:12

