Yeni ilə yeni siyasi böhranla
21.12.2024 [10:48]
Almaniya Aİ-dən çıxır?
Bu günlərdə Avropa İttifaqı (Aİ) üçün heç də xoş olmayan daha bir xəbər Almaniyadan gəlib. “Almaniya üçün alternativ” Partiyası ölkənin Avropa İttifaqından çıxmasını təklif edib.
“Bloomberg” agentliyinin məlumatına görə, “Almaniya üçün alternativ” Partiyasının kansler vəzifəsinə namizədi Alisa Vaydel ölkəsinin bürokratiyaya deyil, dövlətlərarası sərbəst ticarətə ehtiyacı olduğunu vurğulayıb. “Avropa İttifaqının sosialist siyasəti regiondakı bazar mexanizmini məhv edib”, - deyə siyasətçi bildirib.
Almaniyanın avtomobil sənayesini məhv etdiyinə görə, Brüsseli sərt tənqid edən Alisa Vaydel Avropa İttifaqının azad ticarət zonasına çevrilməsini təklif edib. “Bizə nə etdiyini bilməyən və Avropa İttifaqındakı təməlimizi dağıdan bürokratlara ehtiyacımız yoxdur”, - deyə o əlavə edib.
Bir müddət öncə “Almaniya üçün alternativ” Partiyasının həmsədri Tino Krupalla Şimali Atlantika Alyansının bütün Avropa dövlətlərinin, o cümlədən Rusiyanın maraqlarına hörmət etməyəcəyi təqdirdə Berlinin NATO-dan çıxmaq barədə düşünməli olduğunu deyib. O, həmçinin Avropanı ABŞ-ın maraqlarına xidmət etməkdə günahlandırıb.
Avropa İttifaqında iqtisadi və siyasi tənəzzül dönəmi
Bir vaxtlar “qoca qitə”nin sarsılmaz iqtisadi və siyasi birliyinin rəmzi kimi qəbul olunan Avropa İttifaqı son illərdə özünün heç də yaxşı dönəmlərini yaşamır. Xüsusilə də Böyük Britaniyanın “BREXİT” qərarından sonra Aİ daxilində həmrəyliyin yeni bağlarla möhkəmləndirilməsindən daha çox mərkəzdənqaçma, parçalanma meylləri müşahidə edilir. Birliyin aparıcı dövlətləri arasında getdikcə artan ziddiyyətlər fonunda “Aİ-nin gələcəyi sual altındadır” fikri daha tez-tez səslənir.
Almaniyada və bəzi digər dövlətlərdə Avropa İttifaqının sıralarını tərk etməyin artıq zərurətə çevrildiyinin gündəmə gətirilməsi qurum daxilində yaşanan siyasi və iqtisadi tənəzzül fonunda baş verir. Vəziyyət getdikcə pisə doğru dəyişir və geridönüş mümkünsüz görünür.
Hazırda Avropa İttifaqı ölkələri ciddi idarəetmə böhranı ilə üzləşib. Cari ilin yayında Avropa Parlamentinə keçirilən seçkilərin nəticələri təsdiqlədi ki, ayrı-ayrı ölkələrdə mövcud hakimiyyətlərə inam hədsiz dərəcədə aşağıdır. Bunu Avropa İttifaqında aparıcı mövqeyə malik olan Fransanın timsalında aydın şəkildə izləmək mümkündür. Makronun səriştəsiz idarəçiliyi ölkəni tarixinin ən pis dönəmi ilə üz-üzə qoyub. Yelisey Sarayı artıq bir neçə aydır ki, dərin hökumət böhranından çıxa bilmir. Bütövlükdə, Aİ-yə üzv ölkələrin hökumətləri seçicilər qarşısında öhdəliklərini yerinə yetirmirlər və onsuz da asılı vəziyyətdə olduqları ABŞ-dən, Çindən daha da geri qalmaq riski ilə üzləşirlər. Paralel olaraq, artan borclanma xərcləri və ləng iqtisadi artım hətta aparıcı dövlətlərdə belə əhalinin vergi yükünün yüksəlməsinə səbəb olur.
Artıq Avropanın özündə də perspektivin son dərəcə ümidsiz olduğu etiraf olunur. Son olaraq Slovakiyanın Baş naziri Robert Fitso Avropa İttifaqının yaxın altı ay ərzində dağılma təhlükəsi ilə üzləşə biləcəyini bildirib. Fitso Aİ-dəki qeyri-sabitliyin artacağını proqnozlaşdıraraq, bu vəziyyətə təəccüblənməməyi tövsiyə edib. Onun sözlərinə görə, Fransa və Almaniyanın eqoist milli məqsədləri ittifaqın gələcəyinə mənfi təsir göstərir. “Aİ üçün daha böyük qeyri-sabitlik gözləyirəm”, - deyə Fitso vurğulayıb.
Sağçılar önə keçir
Hökumətin yarıtmaz idarəçiliyi Almaniyada da sağçıların önə çıxması ilə nəticələnib. Ölkədə aparılan sorğular göstərir ki, “Almaniya üçün alternativ” Partiyası son iki il ərzində tərəfdarlarının sayını 10 faizdən 22 faizə yüksəldib. Sözügedən partiya İkinci Dünya müharibəsindən sonra ilk dəfə Almaniyanın Türingiya vilayətinin parlamentində ən böyük qüvvəyə çevrilib.
Diqqətçəkən məqamlardan biri də ondan ibarətdir ki, Türingiya əyalətindəki yerli seçkilərdə rusiyayönümlü partiyalar ümumilikdə, 61,7 faiz səs toplayıb. Bu barədə “Bild” məlumat yayıb. Nəticələr göstərir ki, əksər seçicilər öz iqtisadi rifahlarından narahatdırlar.
Almaniyanın şərqindəki Saksoniya federal əyalətində də Landtaqa seçkilər keçirilib. İfrat sağçı “Almaniya üçün Alternativ” (AfD) 30,6 faiz, Sara Vaqenknext İttifaqı (BSW) - 11,8 faiz, Sol Partiya - 4,5 faiz səs toplayıb. Onların hamısı Ukraynanı dəstəkləməyin əleyhinə, Rusiyanı sakitləşdirməyə və Vladimir Putinlə dialoqa tərəfdardırlar.
40 illik fasilədən sonra təkrarlanan siyasi böhran
Aİ-nin ən böyük iqtisadiyyata malik ölkəsi olan Almaniya Yeni ilə yeni siyasi böhranla gedir. Bundestaqda Almaniya kansleri Olaf Şoltsa etimad məsələsi gündəmə gəlib. Şolts daha əvvəl müvafiq təkliflə dövlət başçısı Frank-Valter Ştaynmayerə müraciət edəcəyini bildirib. Bundestaqın buraxılmasından sonra 60 gün ərzində yeni seçkilər keçirilməlidir. Mövcud siyasi böhran isə bir sıra amillərdən yaranıb. Belə ki, hakim sağ koalisiya daxilində (Almaniya Sosial Demokrat Partiyası - SDP, Yaşıllar və Azad Demokrat Partiyası - FDP) büdcə, maliyyə və iqtisadi siyasət, o cümlədən Kiyevə əlavə yardım və sözdə borc əyləcinin yumşaldılması (büdcədən daxil olandan daha çox pul xərcləməyi qadağan edən qayda) məsələsi haqqında fikir ayrılıqları yaranıb
Xatırladaq ki, prezident artıq 2025-ci il fevralın 23-də növbədənkənar seçkilərin mümkün keçirilməsini təsdiqləyib. Seçkilərin nəticələrinə əsasən, yeni hökumət formalaşacaq, yeni kansler seçiləcək. Onu da vurğulayaq ki, kanslerə etimad məsələsi Almaniya tarixində cəmi beş dəfə Bundestaqda müzakirəyə çıxarılıb. Sonuncu dəfə Almaniya hökuməti 40 il əvvəl - 1982-ci ildə bu kimi siyasi böhranla üz-üzə qalıb.
Mübariz FEYİZLİ
Xəbər lenti
Hamısına baxGündəm
19 Sentyabr 13:19
Dünya
19 Sentyabr 12:23
Gündəm
19 Sentyabr 11:05
Siyasət
19 Sentyabr 11:00
İqtisadiyyat
19 Sentyabr 10:59
Gündəm
19 Sentyabr 10:40
Siyasət
19 Sentyabr 10:25
Gündəm
19 Sentyabr 10:23
İqtisadiyyat
19 Sentyabr 09:41
Analitik
19 Sentyabr 09:14
Ədəbiyyat
19 Sentyabr 08:57
Ədəbiyyat
19 Sentyabr 08:31
Gündəm
19 Sentyabr 08:16
Dünya
18 Sentyabr 23:46
Dünya
18 Sentyabr 23:21
Dünya
18 Sentyabr 22:49
Dünya
18 Sentyabr 22:17
Dünya
18 Sentyabr 21:53
Dünya
18 Sentyabr 21:25
Dünya
18 Sentyabr 20:43
Dünya
18 Sentyabr 20:18
Dünya
18 Sentyabr 19:59
Dünya
18 Sentyabr 19:20
YAP xəbərləri
18 Sentyabr 19:07
YAP xəbərləri
18 Sentyabr 19:03
YAP xəbərləri
18 Sentyabr 19:00
Dünya
18 Sentyabr 18:25
Analitik
18 Sentyabr 18:15
Siyasət
18 Sentyabr 18:03
Dünya
18 Sentyabr 17:45
Dünya
18 Sentyabr 17:19
YAP xəbərləri
18 Sentyabr 16:30
YAP xəbərləri
18 Sentyabr 16:23
Dünya
18 Sentyabr 16:23
Elanlar
18 Sentyabr 16:21
Din
18 Sentyabr 16:12
Dünya
18 Sentyabr 16:04
Dünya
18 Sentyabr 15:52
Dünya
18 Sentyabr 15:48
Mədəniyyət
18 Sentyabr 15:47
Elm
18 Sentyabr 15:40
İqtisadiyyat
18 Sentyabr 15:32
Dünya
18 Sentyabr 15:31
YAP xəbərləri
18 Sentyabr 14:56
YAP xəbərləri
18 Sentyabr 14:54
Dünya
18 Sentyabr 14:50
Sosial
18 Sentyabr 14:50
Siyasət
18 Sentyabr 14:28
Dünya
18 Sentyabr 14:27
İqtisadiyyat
18 Sentyabr 13:55
Dünya
18 Sentyabr 13:42
Dünya
18 Sentyabr 13:19
YAP xəbərləri
18 Sentyabr 13:07
Dünya
18 Sentyabr 12:50
Gündəm
18 Sentyabr 12:35
Dünya
18 Sentyabr 12:21
Formula 1
18 Sentyabr 12:12
Hadisə
18 Sentyabr 12:12
Elm
18 Sentyabr 12:11
Mədəniyyət
18 Sentyabr 12:10
İdman
18 Sentyabr 12:10
Sosial
18 Sentyabr 11:55
Sosial
18 Sentyabr 11:49
Gündəm
18 Sentyabr 11:46
Xəbər lenti
18 Sentyabr 11:39
Sosial
18 Sentyabr 11:30
Gündəm
18 Sentyabr 11:28
Siyasət
18 Sentyabr 11:04
İqtisadiyyat
18 Sentyabr 10:54
Sosial
18 Sentyabr 10:43

