Fransa ABŞ-a müharibə elan edir?
01.02.2025 [10:35]
Qrenlandiya uğrunda “mübarizə” Paris ilə Vaşinqtonu üz-üzə gətirir
ABŞ-nın yeni prezidenti Donald Trampın inauqurasiya ərəfəsində, eyni zamanda, öz səlahiyyətlərinin icrasına başladıqdan sonra səsləndirdiyi bəyanatlar, xüsusilə Qrenlandiya ilə bağlı fikirləri Avropa ictimaiyyətində ciddi narahatlıq yaradıb. Tramp bəyanatların birində açıq şəkildə bəyan edib ki, o, Qrenlandiyanı diplomatik-siyasi yolla Danimarkadan alıb ABŞ-ın 51-ci ştatına çevirməkdə iddialıdır, hətta bu məsələdə israr edir. Trampın bu bəyanatına Danimarkanın baş naziri Mette Frederiksenın reaksiyası gecikməyib - ciddi narahatlıq içində olan xanım Frederiksen Aİ-nin dəstəyini almaq üçün Almaniya və Fransa, o cümlədənn Brüsselə səfər edib - görüş zamanı kansler Olaf Şolts və prezident Emmanuel Makron bu məsələdə Danimarka ilə həmrəy olduqlarını bəyan ediblər.
“Politico”-nun məlumatına görə, Fransanın xarici işlər naziri Jan-Noel Barrot ölkəsinin “Sud” radiosuna müsahibəsində bildirib ki, o, Mette Frederiksenlə görüş zamanı Parisin Qrenlandiyaya qoşun göndərmək təklifini müzakirə edib. “Paris Danimarka ilə Qrenlandiyada qoşun yerləşdirməyi müzakirə etməyə başlayıb. Danimarka kömək çağırarsa, Fransa orada olacaq”, - nazir vurğulayıb. Nazir əlavə edib ki, zərurət yaranarsa, digər Avropa İttifaqı ölkələri də öz ordusunu Qrenlandiyaya göndərə bilər.
Qrenlandiyanın hərbi-strateji üstünlüyü...
Bir sıra ekspertlər hesab edirlər ki, Şimal Buzlu və Atlantik okean arasında yerləşən Qrenlandiya Tramp administrasiyasının qlobal strategiyasında geostrateji, geoiqtisadi və hərbi-təhlükəsizlik amilləri baxımından önəmli prioritetdir. Onlar belə qənaətə gəliblər ki, Tramp Qrelandiyanı ABŞ-ın əsas təhlükəsizlik xətti sayılan Şimal xətti üzrə əsas dayaq nöqtəsi kimi qiymətləndirir - ABŞ hesab edir ki, Rusiya və Çinə qarşı tədbirlərinin təmas xəttini Qrenlandiyaya daşımaqla təhlükəni “əsas torpaqdan” uzaqda saxlaya bilər. Başqa sözlə, ABŞ-ın öz ballistik silahlarını bir az daha “düşmənlərinə yaxınlaşdırmaq” üçün Qrenlandiyadan istifadə edəcəyi istisna olunmur. Donald Trampın Qrelandiyada ABŞ-ın hərbi bazalarının olmasına baxmayaraq, bu bölgədə ABŞ-ın beynəlxalq ballistik raket sisteminin qurulmasında iddialı olması da düşünülür.
ABŞ-ın iqtisadi maraqları...
Trampın Qrenlandiyada iqtisadi maraqlarının olduğu da düşünülür. Belə ki, ekspertlər yaxın gələcəkdə Arktikada buzların əriməsi nəticəsində Atlantik və Sakit okeanı, habelə Şimali Amerika ilə Avropanı bir-birinə birləşdirəcək yeni beynəlxalq marşrutun yaranması ehtimalına toxunurlar ki, təbii olaraq bu yol Vaşinqtonun diqqətindən yayına bilməz - bu marşrut Panama kanalına paralel strateji əhəmiyyət daşıya bilər.
Eyni zamanda, Qrenlandiyanın təbii sərvətlərlə zəngin olması da ABŞ-ın bölgəyə diqqətini artırıb - bölgədəki neft-qaz ehtiyatlarının gələcək istismarı ABŞ iqtisadiyyatı üçün əhəmiyyətlidir. Həm də bu ehtiyatlar Avropanın enerji təminatını da ABŞ-ın nəzarətinə keçirəcək.
Fransa Qrenlandiyada nə axtarır?
Parisin Qrenlandiyaya qoşun göndərməklə bağlı təklifi isə birmənalı qarşılana bilməz - bu təklifin arxasında, sözsüz ki, siyasi və iqtisadi məqsədlər dayanır. İlk növbədə qeyd edək ki, son zamanlar Makron hakimiyyətinin ölkə daxilində etibarı, şəxsən Makronun özünün isə nüfuzu xeyli dərəcədə aşağı düşüb, eləcə də Fransa Avropa məkanında ciddi nüfuz itkisinə məruz qalıb - Aİ-də yalnız Almaniyanın qərarlarına hörmətlə yanaşılır. Fransa bundan əvvəlki “lider” postunu artıq yenidən Berlinə qaytarıb. Beləliklə, Makron həm ölkəsi daxilində, həm də ümumən Avropa məkanında siyasi reputasiyasını bərpa etmək üçün əlinə düşən şansdan yararlanmağa çalışır - özünü Avropanın təəssübünü çəkən ölkə kimi qələmə vermək istəyir. Başqa sözlə, Makron hakimiyyəti düşdüyü acınacaqlı vəziyyətdən xilas olmaq üçün Qrenlandiya məsələsindən münasib imkan kimi istifadə etmək niyyəti güdür. Fransa özünü elə göstərməyə çalışır ki, guya o, Danimarkanın ərazi bütövlüyünü və suverenliyini qorumaq üçün istənilən addımı atmağa və hər an Avropanın keşiyində durmağa hazırdır. Əslində isə Parisi nə Danimarkanın ərazi bütövlüyü, nə də Avropanın təhlükəsizliyi maraqlandırır, əksinə Paris Avropada özünü lider dövlət kimi göstəmək üçün hazırki vəziyyətdən sui-istifadə etmək istəyir.
Parisin alt niyyəti...
Makron Qrenlandiya məsələsinə özünün siyasi xilası kimi baxır. Əgər Fransanın əlinə belə imkan düşərsə, şübhəsiz ki, bununla kifayətlənməyəcək - istənilən məsələdə öz məkrli siyasəti ilə seçilən Paris Arktika regionunda ABŞ və digər güc mərkəzləri ilə rəqabətə girməyə cəhd edəcək. Qeyd etmək lazımdır ki, ABŞ kimi Fransanın da Qrelandiyada geostrateji və geoiqtisadi maraqları var - Paris də Arktikadakı enerji resurslarına göz dikib. Danimarkanı müxtəlif bəhanələrlə razı salıb “təhlükəsizliyin təminatı” adı altında Qrelandiyada öz hərbi-strateji mövqeyini formallaşdırmaq, növbəti mərhələdə isə bölgədə geoiqtisadi maraqlarının təminatına yol açmaq - yeni alternativ marşruta nəzarət etmək və enerji resurslarını istismar etmək Fransanın başlıca ambissiyasıdır.
Fransa oda benzin tökür - nəticəsi isə bəllidir
Öz absurd ambisiyalarının arxasınca qaçmağı sevən Makron hakimiyyətinin təklifi Arktika bölgəsini ABŞ ilə Aİ arasında geosiyasi mübarizə meydanına çevirə bilər. İki tərəf arasında hərbi toqquşma qeyri-mümkün olsa da, diplomatik-siyasi və iqtisadi müstəvidə qarşılıqlı mübarizəyə şahid ola bilərik - bu mübarizənin yükünü Aİ deyil, məhz Fransa çiyinlərində daşıyacaq, belə hesab etmək olar ki, Paris ABŞ-la rəqabətdə yalnız qalacaq. Ümumiyyətlə, Fransanın dünyanın supergüc ölkəsi və beynəlxalq təsir rıçaqlarına malik olan ABŞ-la geosiyasi və geoiqtisadi rəqabət aparmaq iqtidarında deyil - Makronun bu rəqabətdə məğlub olması ehtimalı daha çoxdur.
Yunis ABDULLAYEV
Xəbər lenti
Hamısına baxElm
19 Aprel 23:18
Dünya
19 Aprel 22:35
Dünya
19 Aprel 21:20
Hadisə
19 Aprel 20:33
Hadisə
19 Aprel 19:15
Siyasət
19 Aprel 19:11
Sosial
19 Aprel 19:09
Sosial
19 Aprel 18:27
Dünya
19 Aprel 17:24
Gündəm
19 Aprel 16:53
Maraqlı
19 Aprel 16:39
Analitik
19 Aprel 14:32
Dünya
19 Aprel 14:25
Dünya
19 Aprel 13:41
Dünya
19 Aprel 12:38
Siyasət
19 Aprel 11:24
Dünya
19 Aprel 11:06
Dünya
19 Aprel 10:50
Dünya
19 Aprel 10:17
Siyasət
19 Aprel 09:45
Dünya
19 Aprel 09:22
Dünya
19 Aprel 08:51
İdman
19 Aprel 08:38
Dünya
19 Aprel 08:09
Siyasət
19 Aprel 08:03
Siyasət
19 Aprel 08:02
Siyasət
19 Aprel 08:00
Siyasət
19 Aprel 07:59
Elm
19 Aprel 07:55
Elm
19 Aprel 07:31
Siyasət
19 Aprel 02:16
Siyasət
19 Aprel 02:15
Siyasət
19 Aprel 02:14
Dünya
18 Aprel 23:35
Dünya
18 Aprel 23:19
İdman
18 Aprel 22:19
Dünya
18 Aprel 22:03
Sosial
18 Aprel 22:03
İdman
18 Aprel 21:38
Hadisə
18 Aprel 20:41
Dünya
18 Aprel 19:27
Dünya
18 Aprel 18:39
Sosial
18 Aprel 17:32
Siyasət
18 Aprel 17:23
Sosial
18 Aprel 16:21
Gündəm
18 Aprel 15:59
Sosial
18 Aprel 15:43
Hadisə
18 Aprel 14:35
Sosial
18 Aprel 13:28
Gündəm
18 Aprel 12:44
Gündəm
18 Aprel 11:21
Gündəm
18 Aprel 10:54
Siyasət
18 Aprel 10:31
Analitik
18 Aprel 10:18
Gündəm
18 Aprel 09:50
Analitik
18 Aprel 09:35
Mədəniyyət
18 Aprel 09:12
Ədəbiyyat
18 Aprel 08:57
Ədəbiyyat
18 Aprel 08:33
YAP xəbərləri
17 Aprel 23:53
Dünya
17 Aprel 23:52
YAP xəbərləri
17 Aprel 23:51
Dünya
17 Aprel 23:39
Sosial
17 Aprel 23:15
Dünya
17 Aprel 22:41
İqtisadiyyat
17 Aprel 22:33
Dünya
17 Aprel 22:16
Dünya
17 Aprel 21:58
İqtisadiyyat
17 Aprel 21:23
Gündəm
17 Aprel 21:09

