Paşinyanın Vaşinqton rəzaləti
13.02.2025 [09:46]
Məğlub Ermənistanın Baş naziri Nikol Paşinyanın Amerika Birləşmiş Ştatlarına (ABŞ) səfərindən dərhal sonra tələm-tələsik Fransa turnesinə çıxmağı zəruri sayıb. Erməni analitiklər bildirirlər ki, Baş nazir Vaşinqton səfərinin uğursuzluğunu Parisdə Makronla baş tutan görüşün hansısa dividentləri ilə ört-basdır etməyə çalışacaq.
Ancaq belə görünür ki, Vaşinqton səfərinin nəticəsizliyini uzun müddət Emənistan cəmiyyətinin maraq dairəsindən çıxartmaq və tamam unutdurmaq N. Paşinyan üçün asan olmayacaq. Çünki, əvvəlcədən hökumət rəhbərinin Vaşinqton səfəri barədə böyük ajiotaj yaradılmışdı, cəmiyyət Donald Tramp administrasiyasının da Ermənistan rəhbərliyinə rəğbətlə yanaşacağına ümidləndirilmişdi. Səfərin nəticəsizliyi isə bütün ümidlərin əbəs olduğunu ortaya qoydu
C.Bayden administrasiyasının əziz-xələfi
Əvvəlcə onu qeyd edək ki, rəsmi İrəvan hələ də Ağ Evdə administrasiya dəyişikliyinin yaratdığı məyusluğun təsiri altındadır. Bu da onunla bağlıdır ki, keçmiş administrasiya dönəmində Ermənistan Ağ Evin bir növ əziz-xələfinə çevrilmişdi. Ağ Evin siyasi rəhbərliyinin xüsusi simpatiyası nəzərə alınmaqla ABŞ-ın bütün idarəetmə strukturlarında Ermənistanın istəklərinə “yaşıl işıq” yandırılırdı. Cənubi Qafqazdakı reallıqlar fonunda rəsmi İrəvana açıq-aşkar selektiv yanaşma sərgilənirdi. Erməni lobbisinə bağlı olan parlamentarilərin canfəşanlığı sayəsində Senatda Ermənistanın əsassız müdafiəsini hədəfləyən bir neçə qərəzli qətnamə qəbul olundu. C.Bayden administrasiyası Ermənistanın müxtəlif istiqamətlədə dəstəklənməsi məqsədilə böyük məmnuniyyətlə maliyyə vəsaitləri ayırırdı.
Ötən administrasiya dönəmində Ağ Evin məğlub ölkəni Azərbaycanla yeni müharibəyə təhrik etməsi və bu məqsədlə Ermənistana hərbi dəstəyi gücləndirməsini xüsusi vurğulamaq istərdik. Bayden administrasiyasının göstərişləri əsasında okeanın o tayından İrəvana təyyarə ilə silahlar daşınırdı. Ötən ilin yayında Ermənistanda “Eagle Partner 2024” adlı ikinci Ermənistan-ABŞ birgə təlimləri baş tutdu. Təlimlərə ABŞ-ın Avropa və Afrikadakı ordusunun və Kanzas Milli Qvardiyasının hərbçilərinin də qatılmaları Vaşinqtonin “Eagle Partner 2024”ə nə qədər böyük önəm verdiyinin təsdiqidir. “Eagle Partner 2024” hərbi təlimlərinin keçirilməsi çox doğru olaraq Azərbaycan-Ermənistan münasibətləri kontekstində dəyərləndirilir. Təəssüf doğuran haldır ki, Ermənistanın yeni müharibəyə təhrik edilməsində Bayden administrasiyası məmnuniyyətlə yer alırdı. Elə birgə hərbi təlimlərin keçirilməsinin əsas məqsədlərindən biri də Ermənistanı militarizasiyaya, yeni hərbi kampaniyaya həvəsləndirməkdən, bu ölkədə revanşist meylləri gücləndirməkdən ibarət idi.
C.Bayden administrasiyasının Ermənistana xüsusi simpatiyasını həmçinin USAID-in bu ölkəyə ayırdığı vəsaitlərin həcmini getdikcə artırması bir daha təsdiqləyir. USAID-in hansı çirkin fəaliyyətlərlə məşğul olduğu artıq bütün dünyaya məlumdur. 2024-cü ilin sentyabr ayında qurum Ermənistana beşillik yardım paketini 120 milyon dollardan 250 milyon dollara qədər artırdığını elan edib. Bu yardımların əsas məqsədinin guya Ermənistanda demokratiya və iqtisadiyyatın inkişafına dəstək vermək olduğu, maliyyə vəsaitinin təbii fəlakətlərdən qorunma, kibertəhlükəsizlik, ərzaq və enerji təhlükəsizliyi kimi sahələrə yönəldiləcəyi bildirilirdi. USAID-in Ermənistana ayırdığı maliyyə yardımı ABŞ-ın “Xarici Hərbi Maliyyələşdirmə” proqramı ilə əlaqələndirilirdi. Bundan əlavə, USAID Ermənistanda davam edən insan haqları problemlərinin həlli üçün 2,5 milyon dollar ayıracağının vədini vermişdi. Vəsait guya LGBT fərdlərinin hüquqlarının müdafiəsinə, gender əsaslı zorakılıqla mübarizə və digər tədbirlərə xərclənəcəkdi...
Qoca C.Bayden N.Paşinyan iqtidarına, bütövlükdə Ermənistana son “vəfa borcunu” isə uğurlu olmayan prezidentlik dönəminin son günlərində verdi. Cari il yanvarın 15-də Bayden administrasiyasının səlahiyyətlərinin bitməsinə cəmi 5 gün qalmış Vaşinqtonda ABŞ-ın sabiq dövlət katibi Entoni Blinken və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında strateji tərəfdaşlıq xartiyasının imzalanması özlüyündə çox mətləblərdən xəbər verir. Həmin sənəd uzun müddət müzakirə mərhələsində qalmışdı. Qoca C.Bayden hakimiyyətinin bitməsi ərəfəsində tələm-tələsik xartiyanın imzalanmasını təmin etdi ki, bununla da N.Paşinyan iqtidarına, bütövlükdə Ermənistana son “vəfa borcunu” vermiş oldu.
Suya düşən ümidlər
Söhbət N.Paşinyanın 5-ci illik Dini Azadlıqlar Sammiti və Milli Dua Səhərində iştirak etmək üçün fevralın əvvəlində okenaın o tayına baş tutan səfərindən gedir. Rəsmi İrəvan Baş nazirin həyat yoldaşı Anna Akopyanın da qatıldığı bu səfərə böyük canfəşanlıqla hazırlaşmışdı. Bütün iqtidar komandası, həmçinin Vaşinqtondakı eməni lobbisi N.Paşinyanın Donald Trampla, ABŞ-nin yeni dövlət katibi Marko Rubio ilə görüşünü təşkil etməyə səfərbər olmuşdu. Ancaq Ağ Evdə N.Paşinyanın adları çəkilən rəsmilərlə görüşmək istəyi birmənalı şəkildə rədd edilib. Eyni zamanda, digər rəsmilər səviyyəsində də Ermənistan lideri ilə görüşə razılıq verilməyib. Baş nazirin uzun-uzadı cəhdlərdən sonra məhdud görüşlərə qatıldığı bildirilir. Əslində, Vaşinqtonda dini sammitə qatılmaq N.Paşinyan üçün əsas məqsəd deyildi. O, bu səfərə getməklə yeni administrasiyanın Ermənistana münasibətdə hansı mövqeni tutduğunu öyrənmək idi. Güman edirik ki, baş nazir bu istəyinə çatıb - yeni administrasiya rəsmilərinin onu qapı arxasında saxlamalarının özü də bir münasibətdir. N.Paşinyan və komandası bundan nəticə çıxartmalıdır.
Yeri gəlmişkən, N.Paşinyanın Vaşinqton fiaskosu Ermənistan cəmiyyətində də rişxənd mövzusuna çevrilib. “Joxovurd” qəzeti yazıb ki, Ermənistan hakimiyyəti bir tərəfdən Apostol kilsəsinə təzyiq edir, digər tərəfdən isə dövlət büdcəsinin vəsaiti hesabına baş nazir ABŞ-da dini tədbirə qatılır. “Baş nazirin bu tədbirdə iştirak etməsi başadüşüləndir. Lakin özünü açıq şəkildə ateist elan etmiş deputat Arsen Torosyanın orada olması ciddi suallar doğurur. A.Torosyan bir vaxtlar açıq şəkildə “Mən ateistəm, sualınız var?” deyərək “İncil”i sadəcə bir kitab adlandırmış və onu Şarl Perronun nağılları ilə müqayisə etmişdi. Bəs A.Torosyan hansı məntiqə əsasən dini tədbirdə iştirak etmək üçün Vaşinqtona göndərilib? Bu, inanclı insanlara istehza, ABŞ-a hörmətsizlik, yoxsa öz prinsiplərinə zidd davranışdır?”, - deyə nəşr sual edib.
Baş nazir N.Paşinyanın Vaşinqtona səfərini şərh edən erməni politoloq Artur Xaçikyan isə nə D.Trampın, nə də M.Rubionun Paşinyanla görüşə vaxt ayırmaq istəmədiklərinə diqqət çəkib. Sitat: “Hakimiyyət diplomatiyanın nə olduğunu başa düşmür, bütün ümidlərini Baydenə bağladılar və yeni administrasiyada təsirsiz qaldılar. Heç kim onunla görüşməyib. Baxın, biz Amerika ilə strateji müqavilə imzaladıq, amma bundan heç nə çıxmadı, liderimizlə belə görüşmədilər...”
Mübariz FEYİZLİ
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
16 İyun 17:35
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58

