Brüssel ilə Vaşinqton arasındakı çəkişmə böyüyür...
19.02.2025 [09:41]
Aİ “offsayda” düşməsini həzm edə bilmir
Kristof Hoysgenin təbirincə desək “Avropa kabusu”na çevrilən sonuncu Münhen Təhlükəsizlik Konfransından bir gün sonra Parisdə Fransanın təşəbbüsü ilə Avropa liderlərinin təcili sammiti keçirildi. Qeyd edək ki, məhz Münhendə ABŞ-ın yeni vitse-prezidenti Ceyms Devid Vensin kəskin çıxışından sonra “köhnə qitə”də narahatlıq pik nöqtəyə çatıb. Paralel olaraq ABŞ prezidentinin xüsusi nümayəndəsi Keyt Kelloq isə Ukraynadakı münaqişənin həlli üzrə danışıqlarda Aİ-nin fiziki mənada təmsil olunmayacağını bildirməklə Avropanı tam “offsayd” vəziyyətinə salıb.
Veymar üçbucağı yığıldı...
Xatırladaq ki, hələ Tramp ilə Putin arasınıda gerçəkləşdirilmiş telefon danışığından sonra genişlənmiş “Veymar üçbucağı” formatında görüş keçirilmişdi - fevralın 12-də Parisdə Fransa, Almaniya, Polşa, İtaliya, İspaniya və Böyük Britaniyanın xarici siyasət idarələrinin rəhbərləri Ukraynanın xarici işlər naziri Andrey Sibiqa və Avropa Komissiyasının nümayəndəsinin iştirakı ilə görüşmüşdülər. Bu isə Paris sammitində fikir ayrılığını yenidən oratya çıxardı - Sloveniya prezidenti Nataşa Pirc-Musar deyib ki, yanaşma hətta Aİ daxilində belə bütün ölkələrə bərabər münasibət göstərilmədiyini ortaya qoyur. Macarıstanın xarici işlər naziri Peter Siyarto Parisdə baş tutan görüşü eskalasiyanı təhrik etməyə davam edənlərin səhv strategiyası adlandırıb və pisləyib.
Aİ narahatdır - “sülh piroqu” necə bölünəcək?
Vurğulandığı kimi, Avropanın hazırki gündəliyi xüsusilə Ukrayna-Rusiya danışıqlarında iştirakla bağlıdır. Aİ Şurasının sədri Antonio Kosta bildirib ki, Avropanın gələcək təhlükəsizlik arxitekturasını müəyyən etmək üçün Aİ Ukraynada müharibəyə son qoymaq üçün Rusiya ilə danışıqlarda iştirak etməlidir. Onun fikrincə, əgər ABŞ prezidenti Donald Tramp həqiqətən də avropalıların öz təhlükəsizlikləri üçün daha çox məsuliyyət daşımasını istəyirsə, o zaman, əlbəttə ki, avropalılar yeni təhlükəsizlik arxitekturasının hazırlanmasında əsas oyunçular olmalıdırlar. 27 Avropa ölkəsinin daxil olduğu Aİ Şurasının sədri onu da əlavə edib ki, Rusiya bu gün qlobal təhlükə yaradır. “Söhbət təkcə Ukraynadan getmir. Yeni təhlükəsizlik arxitekturasına dair danışıqlarda nəzərə alınmalıdır ki, Rusiya təkcə Ukrayna üçün təhlükə deyil, qlobal təhlükədir”, - Kosta Kreml hakimiyyətinin Aİ və NATO-nun üzvü olan Baltikyanı ölkələrə - Estoniya, Latviya və Litvaya qarşı “aqressiv mövqe” tutduğunu xatırladıb. O, həmçinin qeyd edib ki, Rusiya prezidenti Vladimir Putinin Moldova və Gürcüstanda işğal olunmuş ərazilər formasında dayaqları var.
Əslində, Kostanın narahatlığında sezilən ən mühüm məqam ABŞ-ın onları yarı yolda buraxması ilə bağlıdır - bəlli olduğu kimi, son 3 ildə Avropa məhz ABŞ-ın təhriki ilə Rusiyaya qarşı sanksiyaları qəbul etmiş, hətta enerji böhranı, iqtisadi çətinliklər çəkmişdi. İndiki halda Aİ də “sülh piroqu”ndan pay umur. Paris Sammiti bu mənada ekspertlər tərə?indən həm də “əzələ nümayişi” kimi də qəbul edilir.
Rusiyanın “pulu” ilə Ukraynaya “dost yardımı”...
Aİ ABŞ-ın onları meydanda tək buraxması ilə barışa bilmir. Daha doğrusu, “qoca qitə” aldandığını etiraf etməyə “utanır”. Baydenin “vədlərinə” aldanaraq Rusiya ilə bütün körpüləri yandıran bəzi Aİ dövlətləri daha çətin vəziyyətdədir. Onlar status-kvonu yenidən bərpa etmək üçün Rusiya ilə ayrıca “danışıqlar prosesi” yaratmağa ümid edirlər. “Vabank” sayıla biləcək son addımlar da məhz buna hesablanıb. Belə ki, Avropa İttifaqı Ukraynaya hərbi yardım üçün maliyyə ayırmağa yeni cəhdlər etməyi qərara alıb. Aİ səfirləri təşkilata üzv ölkələrin könüllü töhfələri hesabına maliyyələşəcək yeni fondun yaradılması təşəbbüsünü müzakirə etməyi planlaşdırırlar. Nəzərə alsaq ki, son 3 ildə Aİ-nin Ukraynaya bu və ya digər şəkildə yardımı ABŞ ilə müqayiəsədə çox cüzidir, yeni maliyyə tranşının ancaq hədə-qorxu xarakteri yaradacağı ilkin mərhələdəcə ifşa olur. Bu maliyyənin Ukraynanın iri çaplı artilleriya döyüş sursatları, hava hücumundan müdafiə sistemləri və uzaqmənzilli raketlər kimi ən aktual müdafiə ehtiyaclarını ödəmək, Ukrayna Silahlı Qüvvələrinin briqadalarının bərpası və Ukrayna hərbi sənayesini dəstəkləmək üçün ayrılması “nəzərdə tutulur” - burada da müəyyən hiylə var. Belə ki, Aİ ölkələrinin “töhfələrinin” Rusiya Federasiyasının dondurulmuş aktivlərindən əldə edilən gəlirlər hesabına formalaşdırılması nəzərdə tutulur. Bu il Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirin 900 milyon avroya qədər olacağı təxmin edilir. Planda isə nəzərdə tutulan dəstəyin həcmi göstərilmir.
30 min əsgər göndərilməsi müzakirə olunur - Almaniya narazıdır...
ABŞ - Rusiya danışıqlarını “pozmaq üçün” Aİ Paris sammitində həm də hərbi təzyiqi nəzərdə tutub - belə ki, Aİ liderləri və London atəşkəs rejiminə nəzarət etmək üçün Ukraynaya 30 minə qədər hərbçi göndərməyi müzakirə ediblər - bu barədə Amerikanın “The Washington Post” qəzeti yazıb. Qəzet dörd mənbəyə istinadən yazıb ki, Avropa ölkələrindən olan 25-30 min hərbçi Ukraynada yerləşdiriləcək bir neçə briqadada birləşə bilər. Qəzet yazır ki, əsgərlər yalnız “rus qoşunları müharibəni bərpa etməyə çalışsalar, güc nümayiş etdirməyə hazır olacaqlar” - göründüyü kimi, Aİ prosesdən kənarda qalmağı həzm edə bilmir.
Maraqlıdır ki, digər aparıcı Aİ ölkələrindən, konkret Fransadan fərqli olaraq Almaniya “sülhməramlı” məsələsinə fərqli baxır. Şoltz sülhməramlıların Ukraynaya göndərilməsi ilə bağlı vaxtından əvvəl müzakirələri tənqid edib. Sammitdən sonra Almaniya kansleri bu mövzuda davam edən müzakirələrdən “hətta bir az da qıcıqlandığını” bildirib: “Burada, hələ baş tutmamış sülh danışıqlarının mümkün nəticələri müzakirə olunur. Bu, səmimi desək, son dərəcə yersizdir. Biz hələ sülhə nail olmamışıq, heç bir məhdudiyyət olmadan aparılan vəhşi müharibənin ortasındayıq”.
Beləliklə, ABŞ-Aİ çəkişməsi yeni bir proses üzrə daha da dərinləşməkdədir. Ukrayna məsələsində ABŞ-ın birtərəfli razılıq əldə etməsi isə Qərb koalisiyasında bəlkə də bərpa olunmaz “çat” yaradacaq. Ər-Riyad görüşündə əldə olunacaq hər hansı bir isti razılaşma Brüsselli Vaşinqton ilə hətta qarşı-qarşıya da gətirə bilər...
P.SADAYOĞLU
Xəbər lenti
Hamısına baxGündəm
12 Noyabr 08:04
Dünya
12 Noyabr 08:03
Siyasət
11 Noyabr 23:04
Dünya
11 Noyabr 22:02
Siyasət
11 Noyabr 21:18
Dünya
11 Noyabr 20:36
Dünya
11 Noyabr 19:21
Hərbi
11 Noyabr 18:24
Gündəm
11 Noyabr 17:13
Dünya
11 Noyabr 17:13
Sosial
11 Noyabr 17:11
Dünya
11 Noyabr 16:41
Dünya
11 Noyabr 15:27
Dünya
11 Noyabr 14:39
Dünya
11 Noyabr 13:17
İdman
11 Noyabr 12:31
Dünya
11 Noyabr 11:25
Hadisə
11 Noyabr 10:59
İdman
11 Noyabr 10:21
Hadisə
11 Noyabr 09:42
İdman
11 Noyabr 09:17
Dünya
11 Noyabr 08:55
Hadisə
10 Noyabr 23:20
Hadisə
10 Noyabr 22:19
COP29
10 Noyabr 21:32
Dünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31

