“Sülh göyərçini”ndən atəş əmri...
15.05.2025 [10:09]
Şərti sərhəddə təxribatlar səngimir
Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsinin mətninin razılaşdırılmasından sonra regionda dayanıqlı sabitliyin təmin edilməsi imkanı yaranıb. Rəsmi İrəvan sülh sazişini imzalamağa hazır olduğunu bəyan etsə də, bunun üçün məlum şərtləri yerinə yetirməyi unutmamalıdır. Amma görünən odur ki, erməni tərəfi yenə də spekulyasiya etməklə məşğuldur. Əgər belə olmasaydı, özünü “sülh göyərçini” təqdim edən Ermənistan sazişi imzalamaq üçün praktiki addımlar atmaq əvəzinə, şərti dövlət sərhədində hərbi təxribatlar törətməzdi.
Erməni hiyləgərliyi...
Məlumdur ki, martın 13-də rəsmi Bakı iki ölkə arasında sülh müqaviləsi üzrə bütün bəndlərin razılaşdırıldığını və layihə üzrə danışıqların başa çatdığını bəyan edib. Erməni tərəfi də bu faktı təsdiqləyib, hətta müqavilənin imzalanmasının vaxtını və yerini müəyyən etmək üçün danışıqlara hazır olduğunu iddia edib. Əslində isə bu, ənənəvi erməni hiyləgərliyindən başqa bir şey deyil. Çünki sülh üçün ümidlərin artdığı vaxtlarda erməni tərəfi həmişə təxribatlar törədib. Ermənistan bu dəfə də “ənənəsinə” sadiq qalıb. Belə ki, sazişin mətnin razılaşdırılmasından sonra erməni tərəfi davamlı olaraq şərti sərhəddə təxribatlar törədir. Ermənistan hərbi birləşmələri Basarkeçər, Dərələyəz, Gorus və digər ərazilərdə ordumuzun Naxçıvan, Kəlbəcər, Tovuz və s. istiqamətindəki mövqelərini atəşə tuturlar. Sonuncu belə təxribat Azərbaycan Müdafiə Nazirliyinin mayın 14-də yaydığı məlumatına görə, Gorus və Çəmbərək rayonları istiqamətlərində olub. Belə ki, həmin ərazidə yerləşən erməni hərbçilər Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub. Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətlərdə adekvat cavab tədbirləri görülüb.
Ordumuz heç vaxt mülki əhaliyə və obyektlərə atəş açmır
Lakin erməni tərəfi bütün bunları təkzib etməyə çalışır, Ermənistan ordusu tərəfindən atəşkəs rejiminin pozulması halının baş vermədiyini iddia edirlər. Hətta bir neçə gün öncə Ermənistan Müdafiə Nazirliyi guya Azərbaycan Ordusunun bölmələri tərəfindən Xanazax yaşayış məntəqəsi istiqamətində atəş açılması və yaşayış evinin zədələnməsi barədə tamamilə yalan və dezinformasiya məqsədi daşıyan məlumat yayıb. Bununla da, ermənilər beynəlxalq ictimaiyyətdə yanlış rəy formalaşdırmağa və növbəti təxribatlarına zəmin yaratmağa cəhd edir. Azərbaycan Müdafiə Nazirliyi isə bəyan edib ki, ordumuzun bölmələri heç vaxt mülki əhaliyə və obyektlərə atəş açmır. Yalnız qarşı tərəfə adekvat cavab verilir.
Bundan əlavə, erməni rəsmiləri atəşkəs rejiminin pozulması hallarının və ya oxşar məlumatların araşdırılması üçün birgə Ermənistan-Azərbaycan mexanizminin yaradılması təklifini tez-tez xatırlatmaqla məşğuldur. Əslində, bütün bunlar erməni tərəfinin manipulyasından başqa bir şey deyil. Rəsmi İrəvan həm atəşkəs, həm konstitusiyada dəyişikliklər, həm də kommunikasiyaların açılması ilə bağlı qeyri-ciddi təkliflər və mülahizələr irəli sürür. 30 il Azərbaycana qarşı işğalçı siyasəti yürütmüş bir ölkənin hazırda özünü konstruktiv tərəf kimi təqdim etməyə çalışması absurddur.
Sual olunur, rəsmi İrəvan sülh müqaviləsini imzalamağa hazırdırsa, nə üçün şərti dövlət sərhədində davamlı hərbi təxribatlar törədir? Əlbəttə, erməni tərəfi əvvəlki təcrübəyə əsasən faktiki sülhə maraqlı olmadığını nümayiş etdirir. Təsadüfi deyil ki, Ermənistan hakimiyyətinın xarici auditoriyaya yönəlmiş sülhə hazır olması barədə bəyanatlarına baxmayaraq, vaxtaşırı olaraq mediada Azərbaycanla yeni müharibəyə fəal şəkildə hazırlaşması barədə məlumat yayılır. Rəsmi İrəvanın son hərəkətlərinin bütün məntiqi, revanşist əhval-ruhiyyə ilə dolu və güclü şəkildə militarizasiya olunan, regionun tezliklə erməni tərəfinin təhrik etdiyi növbəti müharibə ilə üzləşəcəyi haqda fikirlər səsləndirilir. Sülh sazişi ilə bağlı danışıqların yekunlaşmasından sonra Ermənistanda müharibəyə hazırlıqların getdiyini sübut edən digər faktlar da var. Belə ki, kütləvi informasiya vasitələri tərəfindən bu yaxınlarda Ermənistanın Azərbaycanla şərti sərhəddəki erməni postlarında mühəndis-istehkam işləri həyata keçirməsi barədə video-görüntülər yayımlayıb.
Ermənistanın silahlanması region üçün təhdiddir
Bütün bunların fonunda sülh sazişinin qısa müddətdə imzalanması ilə mətndən kənar məsələləri arxa fona keçirməyə çalışan N.Paşinyan bəzi dövlətlərin dəstəyini əldə edərək Azərbaycan qarşısında balansı öz xeyrinə dəyişdirməyə cəhd göstərir. Erməni tərəfinin diplomatik addımlara paralel olaraq, şərti sərhəddə yenidən təxribatlara əl atmaları da beynəlxalq gündəliyi “regional sabitliyin yolu sülh sazişinin qısa müddətdə imzalanmasından keçir” istiqamətində formalaşdırmaq məqsədi daşıyır. Qarşıdakı dövrdə təxribatın və “sazişin tezliklə imzalanması” çağırışlarının intensivliyinin artması da istisna deyil. Bundan əlavə, Ermənistan Azərbaycanla sərhəddə gərginlik yaratmasından Qərbdən və Hindistandan yeni silahlar alınmasını özü üçün bir bəhanə kimi istifadə edə bilər. Yəni bu təxribatlar Ermənistan ordusunun gücləndirilməsi cəhdi üçün də istifadə olunur. Hətta Ermənistanın yeni aldığı silahların sərhəddə toplanması barədə mediada məlumatlar da yayılıb. Bu, bir daha həmin silahların Paşinyan hakimiyyətinin dediyi kimi müdafiə üçün deyil, hücum məqsədli olduğunu göstərir. Avropa İttifaqının “mülki missiyasının” Ermənistanın son təxribatlarına səssiz qalması da bu baxımdan, ciddi suallar yaradır.
Bütün hallarda, rəsmi İrəvanın hazırkı davranışı qəbulolunmazdır. Erməni tərəfi anlamalıdır ki, Azərbaycanın şərtlərini yerinə yetirməklə sülh sazişini imzalamalıdır. Yəni, sülh müqaviləsinin mətni üzrə danışıqlar yekunlaşsa da, sənədi imzalamaq üçün İrəvan məlum şərtləri yerinə yetirməlidir. Belə ki, Ermənistan konstitusiyasında və digər normativ hüquqi aktlarda Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə dair iddialar aradan qaldırılmalıdır. Paşinyanın və digər erməni rəsmilərinin “Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyır” sözlərinin heç bir hüquqi qüvvəsi yoxdur. Yəni bu məsələlər hüquqi sənədlərlə tənzimlənir. Ermənistanın konstitusiyasında, müstəqillik bəyannaməsində və parlamentinin qərarlarında ölkəmizə qarşı ərazi iddiaları hələ də mövcuddur. Ona görə də, Azərbaycan öz tələblərində haqlıdır. Rəsmi İrəvanın başqa seçimi yoxdur.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
20 Aprel 23:51
Dünya
20 Aprel 23:45
Dünya
20 Aprel 23:20
Xəbər lenti
20 Aprel 22:41
İqtisadiyyat
20 Aprel 22:30
Dünya
20 Aprel 22:17
Dünya
20 Aprel 21:59
İqtisadiyyat
20 Aprel 21:24
Dünya
20 Aprel 21:10
Elm
20 Aprel 20:46
Dünya
20 Aprel 20:35
Sosial
20 Aprel 20:18
Dünya
20 Aprel 19:50
İqtisadiyyat
20 Aprel 19:30
Sosial
20 Aprel 19:22
Sosial
20 Aprel 18:00
İqtisadiyyat
20 Aprel 17:59
Gündəm
20 Aprel 17:58
Dünya
20 Aprel 16:28
Siyasət
20 Aprel 15:46
Dünya
20 Aprel 15:34
Elanlar
20 Aprel 15:23
İqtisadiyyat
20 Aprel 15:22
İdman
20 Aprel 14:35
Elm
20 Aprel 14:31
Siyasət
20 Aprel 13:53
Dünya
20 Aprel 13:20
Sosial
20 Aprel 13:10
Xəbər lenti
20 Aprel 12:40
Dünya
20 Aprel 12:39
Sosial
20 Aprel 12:36
Siyasət
20 Aprel 12:32
Hadisə
20 Aprel 12:11
Sosial
20 Aprel 11:58
İqtisadiyyat
20 Aprel 11:21
İqtisadiyyat
20 Aprel 11:21
Xəbər lenti
20 Aprel 11:02
Gündəm
20 Aprel 10:56
Dünya
20 Aprel 10:45
İqtisadiyyat
20 Aprel 10:26
Dünya
20 Aprel 10:19
Dünya
20 Aprel 09:51
Dünya
20 Aprel 09:17
Gündəm
20 Aprel 09:08
Dünya
20 Aprel 08:49
Dünya
20 Aprel 08:23
Dünya
20 Aprel 08:20
Dünya
20 Aprel 07:57
Elm
19 Aprel 23:18
Dünya
19 Aprel 22:35
Dünya
19 Aprel 21:20
Hadisə
19 Aprel 20:33
Hadisə
19 Aprel 19:15
Siyasət
19 Aprel 19:11
Sosial
19 Aprel 19:09
Sosial
19 Aprel 18:27
Dünya
19 Aprel 17:24
Gündəm
19 Aprel 16:53
Maraqlı
19 Aprel 16:39
Analitik
19 Aprel 14:32
Dünya
19 Aprel 14:25
Dünya
19 Aprel 13:41
Dünya
19 Aprel 12:38
Siyasət
19 Aprel 11:24
Dünya
19 Aprel 11:06
Dünya
19 Aprel 10:50
Dünya
19 Aprel 10:17
Siyasət
19 Aprel 09:45
Dünya
19 Aprel 09:22
Dünya
19 Aprel 08:51

