İsraildən İrana zərbə...
14.06.2025 [11:24]
İsrail Hərbi Hava Qüvvələri İranın ərazisində genişmiqyalı hücum əməliyyatları həyata keçirib. Qeyd edək ki, iyunun 13-də səhər saatlarından başlayaraq gün ərzində İsrail HHQ-nə məxsus 200-dən çox qırıcı təyyarə Tehran da daxil olmaqla İranın bir çox şəhərlərində strateji cəhətdən önəmli olan hərbi obyektlərə, xüsusilə də aerodromlara və ballistik raket mərkəzlərinə, o cümlədən nüvə obyektlərinə raket zərbələri endirib. İsrail HHQ-nin hücumlarında İslam İnqilabı Keşikçiləri Korpusunun Şirazdakı raket zavodu, Təbrizdəki aviabaza, Təbriz hava limanı, Natanzda və Fordodakı uranı zənginləşdirən zavodlar, ölkənin müxtəlif bölgələrində raket və hərbi texnika anbarları əsas hədəf kimi seçilib. Bununla yanaşı, hücum zamanı İranın bir sıra yüksək rütbəli hərbiçiləri və nüvə alimləri də həyatını itirib. İran dövlət agentliklərinin məlumatlarına görə, hücum nəticəsində İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general Məhəmməd Hüseyn Baqeri, İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandanı Hüseyn Salami, Baş Qərargah komandanı Hatəm əl-Ənbiya, general Qulam Əli Rəşid, SEPAH-ın Quru Qoşunlarının və Kosmik Qüvvələrinin komandanları Məhəmməd Pakpur və Əhməd Əli Hacızadə, Bəsic komandiri Əlirza Süleymani, İran Ordusunun komandanı Əmir Musəvi və İranın Atom Enerjisi Təşkilatının rəhbəri Fereydun Abbasi və İslami Azad Universitetinin prezidenti Məhəmməd Mehdi Tehrançi daxil olmaqla 6 nüvə alimi həlak olub. İslam Respublikasının Ali Rəhbər Seyid Əli Xameneinin müşaviri Əli Şəmxani də həlak olanlar arasındadır.
İsrail hücuma əvvəlcədən hazırlaşıb
İsrail Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilib ki, İsrail qırıcılarının zərbələri “dəqiq və qabaqlayıcı” olub. “Times of İsrael” informasiya agentliyinin məlumatında deyilir ki, hücumun məqsədi İranın nüvə proqramına ciddi zərər vurmaq və Tehranın İsrailə qarşı davam edən aqressiyasına cavab vermək idi. İrandan gözlənilən hücumlara gəlincə, İsrail baş nazirinin ofisinin müşaviri Dmitri Gendelman TASS-a açıqlamasında deyib ki, İsrail İranla müharibə ehtimalına hazırdır. Gendelman, həmçinin vurğulayıb ki, İsrail həm müdafiədə, həm də hücumda ilk növbədə öz hərbi qüvvələrinə və imkanlarına güvənir. İsrail Müdafiə Qüvvələrinin Baş Qərargah rəisi Eyal Zamir isə yerli mətbuata açıqlamasında bildirib ki, İsrail Müdafiə Ordusu on minlərlə ehtiyatda olan hərbçini xidmətə çağırmağa başlayıb.
Eyni zamanda İsrail mediası bildirib ki, hücum uzun müddət ərzində hazırlanıb və yüksək rütbəli hərbi məmurlar və alimlər haqqında ətraflı məlumatlar əldə olunub. Əməliyyat İsrail Müdafiə Nazirliyi və MOSSAD arasında sıx əməkdaşlıq çərçivəsində həyata keçirilib. Agentliyin məlumatında bir məqam da vurğulanır ki, MOSSAD-ın xüsusi bölmələri əvvəlcədən mərkəzi İrandakı zenit-raket batareyalarının (SAM) yaxınlığında yüksək dəqiqlikli silah sistemləri yerləşdirib. İsrail Hərbi Hava Qüvvələri havadan hücuma başlayanda bu sistemlər aktivləşdirilib və eyni vaxtda dəqiq zərbələr endirərək əsas hədəfləri vurub. İsrail KİV-lərində MOSSAD -ın İran daxilində keçirdiyi əməliyyatda İranın hava hücumundan müdafiə sistemlərini məhv etdiyi barədə də məlumatlar yer almaqdadır.
Nüvə obyektlərində sızma baş verməyib
Beynəlxalq Atom Enerjisi Agentliyinin rəhbəri Rafael Qrossi öz sosial şəbəkə hesabında qeyd edib ki, İran hakimiyyəti İsrailin zərbələri nəticəsində İsfahan və Fordo nüvə obyektlərinə zərər dəymədiyi barədə Beynəlxalq Atom Enerjisi Agentliyinə (IAEA) məlumat verib. Qrossi əlavə edib ki, təşkilat İrandakı vəziyyəti diqqətlə izləyir və radiasiya səviyyəsi ilə bağlı ölkənin səlahiyyətli orqanları ilə əlaqə saxlayır.
Yunis ABDULLAYEV
Xəbər lenti
Hamısına baxDünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52

