İran-İsrail: Prosesə kimlər qoşula bilər?
19.06.2025 [08:43]
Bir neçə gündür davam edən İran-İsrail qarşıdurması davam etməkdədir. Son iki gün daha çox diplomatik çərçivədə “mesajlar”la yadda qalıb. Belə ki, ABŞ Prezidenti Donald Tramp İranı qeyd-şərtsiz təslim olmağa çağırıb. Ağ Evin rəhbəri öz “Truth Social” sosial şəbəkəsində qeyd edib ki, o, İranla problemi həll etmək üçün hərbi gücdən istifadə etmək niyyətində deyil lakin eyni zamanda, vurğulayıb ki, Vaşinqtonun səbri tükənmək üzrədir. Tramp onu da bildirib ki, İran üzərindəki hava məkanı tamamilə ABŞ-ın nəzarəti altındadır. Qeyd edək ki, beynəlxalq ictimaiyyətin ən önəmli gündəm mövzusuna çevrilən İsrail - İran qarşıdurması davam edir. Hər iki tərəf bir-birinin hərbi bazalarına, enerji infrastrukturlarına və digər strateji obyektlərinə raket və dron zərbələri endirir. İsrail Müdafiə Nazirliyinin məlumatına görə, iyunun 18-də səhər saatlarında İsrail Hərbi Hava Qüvvələrinə məxsus 50-dən çox döyüş təyyarəsi Tehran ərazisindəki hərbi istehsal obyektlərinə silsilə hücumlar həyata keçirib. Nazirliyin məlumatında qeyd olunur ki, kütləvi hücumlar zamanı Tehranda “yer-yer” raketlərinin yığılması üçün xammal və komponentlər istehsal edən obyekt məhv edilib. Hər iki tərəfdə xeyli sayda itkilər müşahidə edilməkdədir. İran mediası bildirir ki, İsrailin hücumları başladığı gündən bəri İranda 224 nəfər həlak olub. İranın nüvə obyektləri də ciddi dağıntılara məruz qalıb. Beynəlxalq Atom Enerji Agentliyinin rəhbəri Rafael Qrossi BBC-yə açıqlamasında bildirib ki, Natanz obyektinə ciddi ziyan dəyib və təqribən 15 min sentrifuqanın məhv edildiyi ehtimal olunur. İsrail rəsmiləri isə İranın raket hücumları nəticəsində 24 nəfərin öldüyünü, 647 nəfərin yaralandığını və hamısının mülki şəxslər olduğunu açıqlayıb.
ABŞ və Böyük Britaniya tədbirlər görməyə başlayıb
Ağ Evdə Trampın sədrliyi ilə İranla bağlı qapalı iclas keçirilib. “The Wall Street Journal” müəyyən mənbələrə istinadən məlumat yayıb ki, iclasda Vaşinqtonun Tehrana qarşı hərbi əməliyyatda iştirakı ilə bağlı məsələ müzakirə olunub. Agentlik bildirib ki, iclas nəticəsiz başa çatıb və görüşdə bundan sonrakı addımlar barədə yekun qərar qəbul olunmayıb. Nəşr hesab edir ki, gərginliyin artması fonunda ABŞ İran probleminin güc yolu ilə həlli imkanlarını nəzərdən keçirir. Artıq ABŞ bu istiqamətdə tədbirlər görməyə başlayıb. “New York Times” qeyd edir ki, Yaxın Şərqdəki ABŞ-ın hərbi bazalarında hərbiçilər yüksək hazırlıq vəziyyətinə gətirilib. Məlumatda vurğulanır ki, Ağ Ev Vaşinqtonun İsrail tərəfindən silahlı münaqişəyə müdaxilə edəcəcəyi təqdirdə İranın ABŞ hərbi bazalarına raket zərbələri endirəcəyindən ehtiyatlanır. “ABC News” isə bildirir ki, növbəti 24-48 saat ərzində İran rəhbərliyi ABŞ-ın tələblərinə və masa arxasında oturmağa razı olmasa, Tramp hərbi müdaxilə variantına əl ata bilər. “Əl-Cəzirə”nin məlumatına görə, ABŞ-ın B-52 bombardmançı təyyarələri Hind Okeanındakı Dieqo Qarsiya bazasında yerləşdirilib. Bundan başqa, ABŞ və onun müttəfiqləri Körfəz bölgəsində də fəallığını artırıb. ABŞ və onun müttəfiqlərinə məxsus hərbi gəmilər Bəhreyndə yerləşən bazanı tərk edərək açıq dənizə çıxıb. Böyük Britaniya Kral Hərbi Hava Qüvvələri də prosesə cəlb olunub. “Axios”un məlumatında isə bildirilir ki, Netanyahu Trampın yaxın günlərdə müharibəyə qoşulmaqla bağlı qərarını gözləyir.
Yunis ABDULLAYEV
Xəbər lenti
Hamısına baxDünya
18 İyun 23:35
Mədəniyyət
18 İyun 23:19
Dünya
18 İyun 22:41
Dünya
18 İyun 22:34
Dünya
18 İyun 22:16
İdman
18 İyun 21:58
İqtisadiyyat
18 İyun 21:22
İqtisadiyyat
18 İyun 21:09
Siyasət
18 İyun 20:45
Müsahibə
18 İyun 20:31
Dünya
18 İyun 20:17
Müsahibə
18 İyun 19:53
Analitik
18 İyun 19:22
İqtisadiyyat
18 İyun 19:20
Sosial
18 İyun 19:11
Dünya
18 İyun 18:20
Dünya
18 İyun 17:35
Dünya
18 İyun 16:29
Xəbər lenti
18 İyun 15:58
Dünya
18 İyun 15:31
İqtisadiyyat
18 İyun 15:16
Gündəm
18 İyun 15:15
Maraqlı
18 İyun 14:49
Siyasət
18 İyun 14:36
Siyasət
18 İyun 14:35
Siyasət
18 İyun 14:35
Siyasət
18 İyun 14:34
Sosial
18 İyun 14:33
Siyasət
18 İyun 14:32
Dünya
18 İyun 14:27
YAP xəbərləri
18 İyun 14:25
YAP xəbərləri
18 İyun 14:23
Sosial
18 İyun 14:16
Sosial
18 İyun 14:14
Dünya
18 İyun 13:48
Dünya
18 İyun 13:20
YAP xəbərləri
18 İyun 13:15
Gündəm
18 İyun 13:04
Siyasət
18 İyun 12:57
İqtisadiyyat
18 İyun 12:47
İqtisadiyyat
18 İyun 12:43
Sosial
18 İyun 12:43
Sosial
18 İyun 12:41
İqtisadiyyat
18 İyun 12:41
Sosial
18 İyun 12:40
Siyasət
18 İyun 12:18
Dünya
18 İyun 11:59
Analitik
18 İyun 11:25
Gündəm
18 İyun 11:23
Siyasət
18 İyun 10:47
Siyasət
18 İyun 10:46
Siyasət
18 İyun 10:45
Siyasət
18 İyun 10:44
Siyasət
18 İyun 10:44
Siyasət
18 İyun 10:43
Siyasət
18 İyun 10:43
Sosial
18 İyun 10:39
Dünya
18 İyun 10:17
İqtisadiyyat
18 İyun 09:40
Ədəbiyyat
18 İyun 09:16
Dünya
18 İyun 09:05
Analitik
18 İyun 08:53
Sosial
18 İyun 08:35
Dünya
18 İyun 08:10
Siyasət
18 İyun 07:39
Dünya
18 İyun 07:27
Dünya
17 İyun 23:42
Dünya
17 İyun 23:35
Sosial
17 İyun 23:19
Dünya
17 İyun 22:56

