Ərəb ölkələrindən İrana xəbərdarlıq
25.06.2025 [09:08]
Tramp atəşkəs elan etdi
İran Silahlı Qüvvələri ABŞ Hərbi Hava Qüvvələrinin İrandakı nüvə obyektlərinə zərbələrinə cavab olaraq iyunun 23-də gecə saatlarında ABŞ-ın Qətərdəki Əl-Udeyd bazasına raket hücumları həyata keçirib. Rəsmi məlumatlara görə, hücum zamanı Qətər daxil olmaqla regionun digər ərəb ölkələri - Bəhreyn, Küveyt, Birləşmiş Ərəb Əmirlikləri, Oman, İraq, İordaniya və Səudiyyə Ərəbistanınında yerləşən bütün ABŞ hərbi bazalarında hava sirenləri səsləndirilmişdi. “New York Times” qəzeti öz mənbələrinə istinadən qeyd edib ki, İran böyük itkilərə yol verməmək üçün Qətər hakimiyyətinə ABŞ-ın Əl-Udeyd aviabazasına planlaşdırılan hücumla bağlı əvvəlcədən xəbərdarlıq edib. “Əl-Cəzirə” isə Əl-Udeyd bazasında heç bir itkinin olmadığını bildirib. İranın bu addımına qarşı qonşu ərəb ölkələri tərəfindən ciddi reaksiya verilib. Eyni zamanda, qeyd etmək lazımdır ki, ABŞ Prezidenti Donald Tramp öz “Truth Social” sosial şəbəkə hesabında İsrail ilə İran arasında 12 günlük atəşkəsin elan olunduğunu qeyd edib.
Ərəb dövlətləri İrana xəbərdarlıq edib
Qətər Dövləti İran İslam İnqilabı Keşikçiləri tərəfindən əl-Udeyd hava bazasına edilən hücumu şiddətlə pisləyib və bunu Qətərin suverenliyinin və hava hüdudlarının, eləcə də beynəlxalq hüququn və BMT nizamnaməsinin kobudcasına pozulması hesab edib. Qətər Xarici İşlər Nazirliyinin mətbuat katibi, Baş nazirin müşaviri Macid bin Məhəmməd əl-Ənsari jurnalistlərə açıqlamasında bildirib ki, Qətər Dövləti bu açıq təcavüzə beynəlxalq hüquqa uyğun şəkildə birbaşa cavab vermək haqqını özündə saxlayır. Nazir əlavə edib ki, ABŞ, İsrail və İran arasında qarşılıqlı hücumların şiddətlənməsi regional təhlükəsizlik və sabitliyi təhdid altına qoyur. Qətər Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi, həmçinin qeyd edib ki, bölgədəki gərgin vəziyyət fonunda təhlükəsizlik və qabaqlayıcı tədbirlər çərçivəsində hava bazası öncədən təxliyə edilmişdi. Səudiyyə Ərəbistanı, o cümlədən Ərəb Dövlətləri Liqası da İranın son hərbi əməliyyatını qəbuledilməz hesab edib. Səudiyyə Ərəbistanının Xarici İşlər Nazirliyinin bəyanatında qeyd olunur ki, rəsmi Ər-Riyad İranın Qətərdə son əməliyyatını sərt şəkildə pisləyir və bunu beynəlxalq hüququn və qonşuluq prinsiplərinin kobul şəkildə pozulması hesab edir. Eyni zamanda, bəyanatda Səudiyyə Ərəbistanının Qətər Dövləti ilə həmrəy və Qətərə bütün addımlarında dəstək olmaq üçün bütün imkanlarını səfərbər etməyə hazır olduğu da vurğulanır. Ərəb Dövlətləri Liqası İranın Qətərdə əl-Udeyd hərbi bazasına hücumunu pisləyib və bunu ölkənin suverenliyinə qarşı tamamilə qəbuledilməz bir təcavüz kimi qiymətləndirib. Təşkilatın Baş katibi Əhməd Əbul-Ğeyt bəyan edib ki, təşkilat bu məsələdə Qətərlə həmrəydir. Əbul-Ğeyt, həmçinin nəzarətsiz şəkildə genişlənə biləcək münaqişənin ağır nəticələr doğura biləcəyini bildirib və gərginliyin azaldılması üçün təcili addımlar atmağa çağırıb.
ABŞ hər iki tərəflə danışıb
İsrail isə İrana qarşı əməliyyatı tezliklə yekunlaşdırmaq niyyətindədir. “Reuters” agentliyi məlumat verir ki, İsrail hakimiyyəti İranın cavab zərbələrini qabaqlamaq və müharibəni bitirmək üçün mükəmməl strategiya axtarışındadır. Agentliyin məlumatına görə, İsrail İrana qəfil zərbə endirmək anını təxmin edib, lakin döyüşlərin sonunu nəzarətdə saxlaya bilmir. İsrailli rəsmilər “Reuters”ə şərhində bildiriblər ki, Tehran İsraili onu tükəndirmə müharibəsinə cəlb edə bilər. Bu arada Ağ Evdən CNN-ə verilən məlumata görə, Tehran cavab zərbələrindən əl çəkəcəyi təqdirdə İsrail İranla atəşkəsə razı olacaq. Telekanal Ağ Evin məlumatına əsasən qeyd edir ki, dünən gecə Tramp İsrailin Baş naziri Benyamin Netanyahu ilə telefon söhbəti aparıb. Söhbət zamanı Tramp Netanyahudan İrana qarşı bütün hərbi əməliyyatları dayandırmağı tələb edib. Netanyahu da Trampın təklifini qəbul edib. Bununla paralel olaraq, ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vens, Dövlət katibi Marko Rubio və administrasiyanın Yaxın Şərq üzrə xüsusi elçisi Stiv Vitkoff İran rəsmiləri ilə birbaşa və dolayı kanallar vasitəsilə atəşkəsin şərtlərini müzakirə ediblər. Ağ Ev bildirib ki, razılaşma yalnız ABŞ-ın İranın Natanz, Fordo və İsfahana zərbələri nəticəsində mümkün olub.
Hücumlar davam edir
İsrail Müdafiə Nazirliyinin məlumatına görə, dünən səhər İran İsrailin müxtəlif bölgələrinə raket zərbələri endirib. Qeyd edilib ki, İsrail Hərbi Hava Qüvvələri təhlükəni aradan qaldırmaq üçün lazım olan yerlərə zərbələr endirmək niyyətindədir. İsrail KİV-ləri öz növbəsində qeyd edib ki, Hayfa bölgəsində, Yuxarı Qalileydə, Qərbi Qalileydə və Qolan təpələrində həyəcan siqnalları səslənib. İsrailin müdafiə naziri İsrael Katz İsrail Hərbi Hava Qüvvələrinə İrana intesiv hücum əməliyyatlarını davam etdirməyi əmr edib.
ABŞ öz məqsədinə çatıb?
Vitse-prezident Ceyms Devid Vens “Fox News” telekanalına müsahibəsində bildirib ki, ABŞ-ın İrana zərbələri nüvə silahı hazırlamaq üçün lazım olan infrastrukturu məhv edib. “İran indi malik olduğu avadanlıqla nüvə silahı istehsal etmək iqtidarında deyil, çünki biz onu məhv etmişik,” - deyə Vens vurğulayıb. Lakin bəzi mənbələrin məlumatlarına görə, İranın İsfahan şəhərində və bəzi bölgələrində uran ehtiyatlarını gizli şəkildə saxlayan mərkəzlər fəaliyyət göstərməkdədir.
Yunis ABDULLAYEV
Xəbər lenti
Hamısına baxDünya
20 Aprel 23:51
Dünya
20 Aprel 23:45
Dünya
20 Aprel 23:20
Xəbər lenti
20 Aprel 22:41
İqtisadiyyat
20 Aprel 22:30
Dünya
20 Aprel 22:17
Dünya
20 Aprel 21:59
İqtisadiyyat
20 Aprel 21:24
Dünya
20 Aprel 21:10
Elm
20 Aprel 20:46
Dünya
20 Aprel 20:35
Sosial
20 Aprel 20:18
Dünya
20 Aprel 19:50
İqtisadiyyat
20 Aprel 19:30
Sosial
20 Aprel 19:22
Sosial
20 Aprel 18:00
İqtisadiyyat
20 Aprel 17:59
Gündəm
20 Aprel 17:58
Dünya
20 Aprel 16:28
Siyasət
20 Aprel 15:46
Dünya
20 Aprel 15:34
Elanlar
20 Aprel 15:23
İqtisadiyyat
20 Aprel 15:22
İdman
20 Aprel 14:35
Elm
20 Aprel 14:31
Siyasət
20 Aprel 13:53
Dünya
20 Aprel 13:20
Sosial
20 Aprel 13:10
Xəbər lenti
20 Aprel 12:40
Dünya
20 Aprel 12:39
Sosial
20 Aprel 12:36
Siyasət
20 Aprel 12:32
Hadisə
20 Aprel 12:11
Sosial
20 Aprel 11:58
İqtisadiyyat
20 Aprel 11:21
İqtisadiyyat
20 Aprel 11:21
Xəbər lenti
20 Aprel 11:02
Gündəm
20 Aprel 10:56
Dünya
20 Aprel 10:45
İqtisadiyyat
20 Aprel 10:26
Dünya
20 Aprel 10:19
Dünya
20 Aprel 09:51
Dünya
20 Aprel 09:17
Gündəm
20 Aprel 09:08
Dünya
20 Aprel 08:49
Dünya
20 Aprel 08:23
Dünya
20 Aprel 08:20
Dünya
20 Aprel 07:57
Elm
19 Aprel 23:18
Dünya
19 Aprel 22:35
Dünya
19 Aprel 21:20
Hadisə
19 Aprel 20:33
Hadisə
19 Aprel 19:15
Siyasət
19 Aprel 19:11
Sosial
19 Aprel 19:09
Sosial
19 Aprel 18:27
Dünya
19 Aprel 17:24
Gündəm
19 Aprel 16:53
Maraqlı
19 Aprel 16:39
Analitik
19 Aprel 14:32
Dünya
19 Aprel 14:25
Dünya
19 Aprel 13:41
Dünya
19 Aprel 12:38
Siyasət
19 Aprel 11:24
Dünya
19 Aprel 11:06
Dünya
19 Aprel 10:50
Dünya
19 Aprel 10:17
Siyasət
19 Aprel 09:45
Dünya
19 Aprel 09:22
Dünya
19 Aprel 08:51

