Tramp “üzünü” cənuba tutur
04.07.2025 [09:11]
Qlobal Cənubun iqtisadi-siyasi fəallığı artır
Vaşinqtonun Afrika ilə münasibətləri “isinir”...
Yeni nizam beynəlxalq aləmdə müəyyən yerdəyişmələri mütləq şərtə çevirir. Məsələn, vaxtilə daha çox diqqət mərkəzində olan siyasi-iqtisadi aktorlar öz populyarlıqlarını müəyyən mənada itirir və ya əməkdaşlıq münasibətləri yeni nizam çərçivəsində yeni ştrixlər qazanır. Bu istiqamətdə ən diqqətçəkən misallardan biri Afrika qitəsidir ki, son illərdə bu coğrafiya qlobal siyasi-iqtisadi həyata yeni transformasiya həyata keçirməkdədir. Xüsusilə, bir çox Afrika ölkələrinin kolonializmə, iqtisadi sömürgəçiliyə qarşı mübarizəsi göz oxşayır. Yeni dönəmdə önə çıxan Qlobal Cənub faktorunun aparıcı ünsürlərindən biri kimi Afrika regionu artıq beynəlxalq platformalarda mühüm təmsilçilik qazanırlar.
Yeri gəlmişkən, ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə iyulun 9-11-də Vaşinqtonda Afrika liderləri ilə sammit keçiriləcək. Bu barədə “Semafor” portalı mənbələrə istinadən məlumat yayıb. Onların məlumatına görə, Amerika paytaxtına Qabon, Qvineya-Bisau, Liberiya, Mavritaniya və Seneqal liderləri gələcək. Rəsmi Vaşinqton sammitdə Qərbi Afrika ölkələri ilə faydalı qazıntılar sahəsində əməkdaşlığı, həmçinin regional təhlükəsizlik məsələlərini müzakirə etməyi planlaşdırır. Bundan əlavə, payızda daha böyük ABŞ-Afrika sammitinin keçirilməsi planlaşdırılır. Sammitin sentyabrda Nyu-Yorkda baş tutacağı gözlənilir.
ABŞ-Afrika əlaqələri son 40 ildə...
Yeni dövrdə yeni nizamda təbii olaraq müsəlman dünyası, xüsusilə, Afrika qitəsində yerləşən ölkələr özlərinin əməkdaşlıq sferalarını genişləndirməyi hədəfləyir. Nəzərə alsaq ki, qlobal münasibətlər sistemində Afrikanın rolu müasir dövrümüzdə artmaqdadır, bu regionun iqtisadi-siyasi potensialı gələcək üçün mühüm proqnozlar vəd edir. Afrika qitəsi gənc əhalisi, təbii sərvətləri və inkişaf potensialı ilə XXI əsrin əsas diqqət mərkəzlərindən birinə çevrilib - əsrlərlə müstəmləkəçilikdən əziyyət çəkmiş bu qitə müasir dövrümüzdə də bəzi hallarda iqtisadi və siyasi asılılıqdan qurtulmaq üçün mübarizə aparır. Bununla yanaşı, sürətli urbanizasiya, texnologiya və infrastruktur sahələrində inkişaf Afrikanın dünya iqtisadiyyatında daha böyük rol oynamağa başlamasına imkan yaradır. Afrika ölkələri öz təbii sərvətlərini və insan resurslarını düzgün idarə edərək dünya iqtisadiyyatında mühüm oyunçulara çevrilə bilərlər. Bu nöqteyi-nəzərdən, keçirilməsi planlaşdırılan görüş də böyük maraq doğurur. Qeyd edək ki, ABŞ ilə Afrika arasında münasibətlərin intensivləşməsi prosesi son 30-40 ildə artan fazada müşahidə olunub. Məsələn, Bill Klinton 1998-ci ildə 6 Afrika ölkəsinə səfər edib (Uqanda, Cənubi Afrika, Botsvana, Qana, Ruanda, Seneqal). Bu, o dövrədək ABŞ prezidentinin Afrikaya etdiyi ən uzun və genişmiqyaslı səfər sayılırdı. Ruandada soyqırım, ilə bağlı “qərblilərin və ABŞ-ın səssiz qaldığı üçün peşman olduqlarını” etiraf etməsi isə hələ də ABŞ diplomatiyası baxımından böyük bir cəsarət nümunəsi sayılır.
Corc Buşun prezidentliyi dövründə isə (2001-2009) Vaşinqton Afrikaya milyardlarla dollar dəyərində HİV/AIDS-lə mübarizə üçün yardım etdi. PEPFAR (President’s Emergency Plan for AIDS Relief) təşəbbüsü məhz oğul Buşun təşəbbüsü ilə 2003-cü ildə başladı - bu, Afrikada milyonlarla insanın həyatını xilas etdi. Onun 2003 və 2008-ci illərdə Afrika ölkələrinə bir neçə rəsmi səfəri yadda qaldı - Uqanda, Nigeriya, Qana, Tanzaniya, Benin və s. səfərləri zamanı hətta onu “Afrikanın dostu” adlandırdılar.
2014-cü ildə Barak Obamanın təşəbbüsü və iştirakı ilə Vaşinqtonda baş tutan ABŞ-Afrika Liderlər Sammiti isə tarixə bir ilk kimi düşdü - ilk dəfə idi ki, ABŞ prezidenti 50-dən çox Afrika ölkəsinin liderini Ağ Evdə toplayırdı. Sammitin əsas məqsədi ABŞ-ın Afrika ilə iqtisadi, təhlükəsizlik və inkişaf əməkdaşlığını gücləndirmək idi. Həmin toplantıda 33 milyard dollarlıq iqtisadi təşəbbüslər elan olundu. Keniya əsilli ABŞ prezidenti Obama həmçinin Efiopiyada Afrika İttifaqı Komissiyasının mənzil-qərargahında çıxış edən ilk ABŞ prezidenti oldu.
Bu fəaliyyət Co Bayden tərəfindən də təkrarlanıb - 2022-ci ildə baş tutan ABŞ-Afrika Liderlər Sammitində 49 Afrika ölkəsi və Afrika İttifaqı rəsmiləri iştirak etmişdi. Bayden “Afrika olmadan qlobal problemləri həll etmək mümkün deyil” deyə çıxışında bildirmişdi. Vaşinqton o dövrdə Afrikaya 55 milyard dollarlıq dəstək vəd etmişdi.
Trampın birinci prezidentliyi dönəmində ən yaddaqalan hadisə isə təbii ki, ABŞ-Afrika münasibətlərində yeni cığır açan 2020-ci ildə Sudanla diplomatik münasibətlərin normallaşması prosesi oldu - bir çox Qərb diplomatlarının da bildirdiyi kimi, bu, ABŞ-ın Afrika siyasətində dönüş nöqtəsi oldu.
Afrikanın müttəfiqlik perspektivi...
2023-cü ildə isə Afrika İttifaqı “Böyük İyirmiliy”ə (G20) daimi üzv seçildi. Bu barədə qərar G20-nin Hindistanda keçirilən sammitində qəbul olundu. Bu qərar Afrikanın yeni nizamda inkişaf trayektoriyasını müəyyənləşdirən əsas məqamlardan sayılır. Nəzərə alınmalıdır ki, Afrika İttifaqı 55 Afrika ölkəsini özündə birləşdirən beynəlxalq təşkilatdır, Afrika Birliyi Təşkilatının hüquqi varisidir. Yəni, Afrika qitəsinin ən böyük birliyidir. Eyni zamanda, artıq Afrika dünya iqtisadi bazarında olduqca vacib rola malikdir - Ukrayna ilə Rusiya arasındakı hərbi qarşıdurmanın ardından dünyanın xammal ehtiyatının mühüm bir hissəsini məhz Afrika təmin etməkdədir. Bu baxımdan Afrika ilə münasibətlərin inkişafı xüsusilə daha çox nəzərə çarpmaqdadır. ABŞ ilə Afrika arasında münasibətlərin daha isti fazaya keçməsi isə Avropanın bu geocoğrafiyadakı fəaliyyətini ikinci plana keçirəcək. Başqa sözlə, vaxtilə Afrikanı “xətkeşlə bölənlər” hələ də orada müəyyən söz sahibliyi statusunu qoruyub saxlayanlar yeni nizamda Afrikanı Qlobal Cənubun ən vacib aktorlarından biri kimi bərabərhüquqlu tərəfdaş qismində qəbul etməli olacaqlar.
Bir çox ekspertlər ABŞ-Afrika yaxınlaşmasında hərbi sitrategiyanın da yer almasını iddia edirlər. Belə ki, ABŞ həm də Yaxın Şərqin bir addımlığında yerləşən Afrikaya özünün yeni hərbi müttəfiqi kimi yaxınlaşmağa çalışır. NATO-nun maliyyələşməsi səbəbilə Avropa ilə müəyyən fikir ayrılıqlarına gələn ABŞ üçün yeni hərbi müttəfiqlik daha çox üstünlük vəd edir - həm geostrateji, həm də geocoğrafi baxımdan hazırda Afrika daha böyük perspektiv vəd edir.
Azərbaycan Afrika ilə münasibətlərini yeni müstəviyə daşıyır
Azərbaycan da bu gün Qlobal Cənubun liderlərindən birinə çevrilib və qlobal miqyasda mühüm regional aktor kimi fəallıq nümayiş etdirir. Bu prosesdə ən diqqətçəkən məqamlardan biri rəsmi Bakının Afrika və kolonializmdən əziyyət çəkən ölkələr ilə qarşılıqlı münasibətlərinin inkişafıdır. Bu bir reallıqdır ki, əsrlərlə kolonializm və istismar siyasətindən əziyyət çəkmiş ölkələr indi beynəlxalq sistemdə bərabərlik, ədalət və tərəfdaşlıq axtarırlar - belə bir geosiyasi konfiqurasiyada Azərbaycan balanslı, müstəqil və suveren mövqeyi ilə bu ölkələrin etimadını qazanır və Qlobal Cənubda da etibarlı tərəfdaş kimi şöhrət tapır. Sirr deyil ki, Afrika qitəsi və Latın Amerikası kimi regionlar onilliklər ərzində Qərb mərkəzli siyasətin kölgəsində yaşayıb. İndi isə bu regionların çoxu öz milli maraqlarına hörmət edən, bərabərhüquqlu tərəfdaşlığa əsaslanan münasibətlər axtarışındadır. Azərbaycanın beynəlxalq siyasətdə tutduğu prinsipial mövqe, xüsusilə də suverenlik, daxili işlərə qarışmama və ədalət prinsipinə sadiqliyi həmin ölkələrdə Bakıya olan marağı artırıb. Azərbaycanın Qoşulmama Hərəkatında sədrliyi dövründə Afrika ölkələri ilə münasibətlərdə Azərbaycan yeni səhifə açıb. Bu müddət ərzində Bakının təşəbbüsü ilə bir neçə Afrika ölkəsinə humanitar yardım göstərilib, pandemiya ilə mübarizə üçün tibbi ləvazimatlar göndərilib və ən əsası, bu ölkələrin beynəlxalq səviyyədə səsi eşidilib. Eyni zamanda, Bakının COP29-a ev sahibliyi etməsi Azərbaycanı Afrika ölkələrinin diqqət mərkəzinə gətirib. Bu ölkələr iqlim dəyişikliklərinin təsirini ən ağır şəkildə hiss etsələr də, qlobal iqlim siyasətində səsləri çox zaman nəzərə alınmır. Azərbaycan bu ölkələrin iqlim gündəminə daxil edilməsini dəstəkləyən nadir dövlətlərdən biridir. Bu səbəbdəndir ki, artıq 30-dan çox Afrika ölkəsi Azərbaycanla ikitərəfli görüşlər, texniki əməkdaşlıq və gələcək enerji, təhsil və kənd təsərrüfatı sahələrində tərəfdaşlıqlar barədə dialoqa başlayıb.
P.İSMAYILOV
Xəbər lenti
Hamısına baxSiyasət
11 Noyabr 23:04
Dünya
11 Noyabr 22:02
Siyasət
11 Noyabr 21:18
Dünya
11 Noyabr 20:36
Dünya
11 Noyabr 19:21
Hərbi
11 Noyabr 18:24
Gündəm
11 Noyabr 17:13
Dünya
11 Noyabr 17:13
Sosial
11 Noyabr 17:11
Dünya
11 Noyabr 16:41
Dünya
11 Noyabr 15:27
Dünya
11 Noyabr 14:39
Dünya
11 Noyabr 13:17
İdman
11 Noyabr 12:31
Dünya
11 Noyabr 11:25
Hadisə
11 Noyabr 10:59
İdman
11 Noyabr 10:21
Hadisə
11 Noyabr 09:42
İdman
11 Noyabr 09:17
Dünya
11 Noyabr 08:55
Hadisə
10 Noyabr 23:20
Hadisə
10 Noyabr 22:19
COP29
10 Noyabr 21:32
Dünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32

