Öcalandan növbəti çağırış...
11.07.2025 [09:16]
Türkiyə növbəti dəfə gücünü nümayiş etdirdi
PKK terror təşkilatının həbsdəki lideri Abdullah Öcalan növbəti dəfə tərəfdarlarına silahı yerə qoymağa çağırıb. Türkiyənin İmralı həbsxanasından PKK üzvlərinə müraciətində Öcalan tərk-silah prosesinin başlamasının zəruriliyini vurğulayıb. Türkiyə KİV-lərinin məlumatına görə, Öcalan videomüraciətində bu il fevralın 27-də etdiyi çağırışa sadiq olduğunu bildirib - o, deyib ki, silahların buraxılması istiqamətində daha praktik və konkret, qətiyyətli addımlara keçmək üçün səylər davam etdirilir: “PKK dövlət qurmaq məqsədindən və əsas müharibə strategiyasından əl çəkərək mövcudluğunu bitirib”. Qruplaşma başçısı DEM Partiyasının Türkiyə Böyük Millət Məclisindəki digər partiyalarla birlikdə tərk-silah prosesinin uğurla həyata keçməsi üçün üzərinə düşəni edəcəyini də vurğulayıb: “Mən silahların deyil, siyasətin və sosial sülhün gücünə inanıram. Mən sizi bu prinsipi həyata keçirməyə çağırıram”. Qeyd edək ki, PKK lideri bundan əvvəlki videomüraciətində də tərəfdarlarına “silahı yerə qoyun” çağırışı etmişdi. Məhz Öcalanın çağırışından sonra mayın 12-də PKK terror təşkilatı Türkiyəyə qarşı silahlı mübarizəni, həmçinin öz fəaliyyətini dayandırdığını elan etdi. Önəmli bir məqamı da xatırlatmaq lazımdır ki, DEM (Xalqların Bərabərlik və Demokratiya Partiyası) partiyasının nümayəndələri aprelin 22-də İmralı həbsxanasında A.Öcalanla görüşmüşdülər. Türkiyə KİV-ləri qeyd edirlər ki, PKK-nın silahı yerə qoyması ilə bağlı qərarı məhz bu görüşdən sonra verilib.
Öcalanın növbəti çağırışının məqsədi
Məsələ ilə bağlı politoloq Zaur İbrahimli “Yeni Azərbaycan” qəzetinə şərhində qeyd edib ki, Öcalanın yenidən çağırış etməsi PKK-nın və PKK-ya bağlı silahlı qruplaşmaların tərki-silah prosesinin qənaətbəxş səviyyədə olmamasından irəli gəlir. Onun sözlərinə görə, Öcalanın videomüraciətindən əvvəl Türkiyə rəsmiləri tərəfindən məsələ ilə bağlı səsləndirilən bəyanatlar diqqəti cəlb edir. “Türkiyə rəsmiləri bəyan edirdilər ki, PKK-nın tərki-silah prosesinin monitorinqi aparılmalı və bu proses üzərində real mexanizmlər tətbiq olunmalıdır. Demək olar ki, Ankara bu məsələdə çox ciddidir. Xüsusilə bir məqamı da nəzərə çatdırım ki, DEM partiyasında və bu partiya ilə bağlantıları olan siyasi qruplaşmalarda PKK-nın tərki-silah prosesinin necə həyata keçməsi və bu prosesdən sonrakı addımlar barədə yekdil mövqe yoxdur. Suriyadakı YPG/PYD silahlı qruplaşmasının liderləri bu prosesə təsir göstərirlər və onların tam fərqli baxışları var. PKK-nın total şəkildə silahı yerə qoyması, silahlı mübarizədən əl çəkməsi və hərbi potensialından imtina etməsi ilə bağlı vədlərinin reallaşması üçün hələ çox addımlar atılmalıdır”, - deyə Z.İbrahimli bildirib.
Ekspert vurğulayıb ki, istənilən halda bu prosesin özü müsbət bir prosesdir: “Bu, Türkiyənin uzun illər boyu apardığı diplomatik-siyasi və hərbi mübarizəsinin nəticəsidir. PKK liderləri, eləcə də DEM partiyasının rəhbərliyi regionda baş verən siyasi proseslərin əhəmiyyətini nəzərə almaya bilməzlər. Açıq şəkildə görünür ki, artıq ABŞ da Yaxın Şərqdəki siyasətini yenidən nəzərdən keçirməyə başlayıb. Türk ordusunun hərbi potensialının artması, daha yeni texnoloji imkanlarla təmin olunması, xüsusilə ordunun müasir tələblərə cavab verən PUA-larla təzcih olunması onun PKK və digər terror təşkilatlar ilə mübarizəsini daha da gücləndirdi. Türk ordusu öz yerli istehsalı olan PUA-lar vasitəsilə PKK-nın dağlardakı bütün gizli sığınacaqlarını aşkar edərək onların hamısını məhv etdi. PKK Türkiyənin qüdrəti qarşısında diz çöküb. Vaxtilə bu terror qruplaşmasına gizli dəstək göstərən dövlətlər də regiondakı reallığı qəbul edirlər, ən əsası da artıq Türkiyənin regionda geostrateji, geosiyasi və geoiqtisadi təsir imkanlarını nəzərə alırlar”.
PKK tam tərki-silah olunacaq?
“Ola bilər ki, PKK bütün hərbi potensialını tam sıfırlamasın. Amma nəzərə almaq lazımdır ki, PKK və ona bağlı siyasi qruplaşmalar aparılan müzakirələrin nəticəsindən asılı olaraq, bu istiqamətdə öz siyasətlərini müəyyənləşdirməyə çalışacaqlar. Bununla yanaşı, bəzi beynəlxalq güc mərkəzlərinin PKK üzərində təsir mexanizmləri də var. Onlar Türkiyənin beynəlxalq və regional güc mərkəzinə çevrilməsindən çox narahatdırlar. Hər halda hazırda baş verən siyasi proseslər PKK-ya Türkiyə ilə anlaşmaq üçün müəyyən imkanlar yaradır. PKK bu imkanlardan istifadə etmək məcburiyyətindədir”,-deyə Z.İbrahimli vurğulayıb
PKK-nin məğlubiyyəti reallıqdır
Politoloq Tural İsmayılov qəzetimizə şərhində bildirib ki, PKK-nın silahı buraxması faktiki olaraq Türkiyə dövlətinin uzunmüddətli və ardıcıl mübarizəsinin real nəticəsidir. “Bu hadisə terrorla mübarizənin təkcə hərbi deyil, diplomatik, siyasi və kəşfiyyat müstəvilərində də uğurla aparıldığını sübut edir. Abdullah Öcalanın bu çağırışı istər həbsxanadan gəlsin, istər başqa mərkəzdən, Ankara üçün yalnız bir nəticə doğurur: dövlətin iradəsi qalib gəldi. Silahın buraxılması ilə bağlı çağırışa kollektiv şəkildə əməl olunursa, bu, Türkiyə üçün strateji qələbə olacaq. Türkiyə bu prosesə istənilən güzəşt və ya qeyri-rəsmi dialoq olmadan nail olub - məhz bu da prosesi unikallaşdırır. Silahların yerə qoyulması PKK-nın regiondakı, xüsusilə də İraqın şimalında və Suriyanın şərqindəki dayaqlarının tədricən çökəcəyinə işarədir. Bu mərhələdə əsas məsələ - təşkilatın silahlı strukturlarının tam ləğvi və ideoloji aparatının ifşasıdır. Təkcə fiziki olaraq silahı buraxmaq kifayət deyil, ideoloji və maliyyə damarları da kəsilməlidir. Çünki silahın yerə qoyulması bəzi hallarda zaman qazanmaq, strukturu yeniləmək və ya beynəlxalq legitimlik axtarışına çıxmaq üçün də alətə çevrilə bilər”, - deyə T.İsmayılov əlavə edib ki, DEM Partiyasının siyasi xəttində də ideoloji transformasiya gözlənilməlidir: “Öcalanın rolu bu mərhələdə artıq siyasi dəyərini itirib, çünki meydan Ankara ilə xalq arasındadır. Bu zəfər, təkcə hərbi deyil, milli ruhun və dövlətçilik iradəsinin zəfəridir. Silahı yerə qoyan tərəf artıq diktə edən tərəf deyil, diktə olunan tərəfdir. Türkiyənin indi qarşısında duran əsas məsələ - bu zəfəri diplomatik və geosiyasi masaya daşımaqdır. Türkiyə regionda yalnız sabitliyi təmin edən güc mərkəzi deyil, həm də terrora qarşı qlobal mübarizə modelini təqdim edən aktordur”.
Yunis ABDULLAYEV
Xəbər lenti
Hamısına baxİdman
21 Yanvar 23:51
Dünya
21 Yanvar 23:31
Xəbər lenti
21 Yanvar 23:11
İqtisadiyyat
21 Yanvar 22:41
Gündəm
21 Yanvar 22:35
Dünya
21 Yanvar 22:26
Gündəm
21 Yanvar 22:13
Xəbər lenti
21 Yanvar 21:54
Maraqlı
21 Yanvar 21:19
İqtisadiyyat
21 Yanvar 20:40
Xəbər lenti
21 Yanvar 20:35
Dünya
21 Yanvar 20:16
İqtisadiyyat
21 Yanvar 19:52
Dünya
21 Yanvar 19:30
Dünya
21 Yanvar 19:27
İdman
21 Yanvar 18:14
Dünya
21 Yanvar 17:22
İqtisadiyyat
21 Yanvar 16:52
Sosial
21 Yanvar 16:42
Dünya
21 Yanvar 16:31
İdman
21 Yanvar 16:12
Dünya
21 Yanvar 16:07
Dünya
21 Yanvar 16:06
Dünya
21 Yanvar 15:20
Sosial
21 Yanvar 14:59
Gündəm
21 Yanvar 13:08
Gündəm
21 Yanvar 12:48
Gündəm
21 Yanvar 12:47
Hadisə
21 Yanvar 12:42
Analitik
21 Yanvar 12:23
Gündəm
21 Yanvar 12:13
Dünya
21 Yanvar 11:29
Gündəm
21 Yanvar 11:24
Gündəm
21 Yanvar 11:23
İqtisadiyyat
21 Yanvar 11:19
Sosial
21 Yanvar 11:10
İqtisadiyyat
21 Yanvar 11:08
Hadisə
21 Yanvar 10:56
Dünya
21 Yanvar 10:47
Gündəm
21 Yanvar 10:28
Dünya
21 Yanvar 10:14
Siyasət
21 Yanvar 10:03
Dünya
21 Yanvar 09:56
İqtisadiyyat
21 Yanvar 09:25
Sosial
21 Yanvar 08:44
Sosial
21 Yanvar 08:24
Sosial
21 Yanvar 08:17
Sosial
21 Yanvar 08:16
Dünya
21 Yanvar 08:05
Siyasət
21 Yanvar 08:04
Sosial
21 Yanvar 07:58
Siyasət
21 Yanvar 07:53
Siyasət
21 Yanvar 07:53
Siyasət
21 Yanvar 07:52
Siyasət
21 Yanvar 07:51
Gündəm
21 Yanvar 07:47
Gündəm
21 Yanvar 03:35
Gündəm
20 Yanvar 22:58
Siyasət
20 Yanvar 22:46
Siyasət
20 Yanvar 22:46
Gündəm
20 Yanvar 21:37
Diaspor
20 Yanvar 21:18
Siyasət
20 Yanvar 20:53
Siyasət
20 Yanvar 20:31
YAP xəbərləri
20 Yanvar 19:29
İdman
20 Yanvar 19:26
Dünya
20 Yanvar 18:38
Dünya
20 Yanvar 17:31
Gündəm
20 Yanvar 17:02
Sosial
20 Yanvar 16:54

