Azərbaycan inam və etimad ünvanıdır
24.07.2025 [10:39]
Bakıda növbəti dəfə İsrail-Suriya danışıqları keçiriləcək
Azərbaycan hazırda regional miqyaslı, qlobal xarakterli əməkdaşlıq platformasının mərkəzi oyunçusu rolunu oynayır. Məhz bunun nəticəsində də dünyada Azərbaycanın dostları artmaqdadır. Bir çox ölkələr Azərbaycanı dost və etibarlı tərəfdaş hesab edir. Bu etimad sayəsində respublikamız bəzi ölkələr arasında yaranmış problemlərin həllində uğurlu vasitəçilik və ev sahibliyi edir. Bəzi xarici kütləvi informasiya vasitələrinin məlumatına görə, Azərbaycanda növbəti dəfə İsrail və Suriya nümayəndələrinin görüşü keçiriləcək. Xatırladaq ki, ilk belə görüş Suriyanın keçid dövrü prezidenti Əhməd əl-Şaraanın ölkəmizə səfəri zamanı baş tutmuşdu. Görüşün İsrailin milli təhlükəsizlik müşaviri Tsaxi Xaneqbi ilə Suriya xarici işlər naziri Əsaad əş-Şibani arasında keçirildiyi bildirilirdi.
Tərəflər Əs-Süveydə probleminin həllinə çalışır
Bu dəfə Səudiyyə Ərəbistanının “Əl-Hadas” telekanalı öz mənbələrinə istinadən xəbər verir ki, İsrail nümayəndə heyətinin Suriya tərəfi ilə razılaşmaları yekunlaşdırmaq məqsədilə Azərbaycana səfəri gözlənilir. “Al-Arabiya” nəşri isə ABŞ-ın vasitəçiliyi və Türkiyənin dəstəyi ilə İsrail və Suriya arasında təhlükəsizlik məsələləri üzrə əlaqə kanallarının bərpa olunduğunu bildirib. Məlumata görə, Türkiyə və Suriya kürd, druz və ələvilərin statusu, həmçinin İsrailin rolunu da əhatə edən regional qarşılıqlı anlaşma barədə danışıqlar aparır. Nəşr həmçinin bildirir ki, İsrail nümayəndə heyəti Əs-Süveydə ətrafında mübahisəni tam həll etmək üçün Azərbaycana səfər edəcək. Bununla yanaşı, nəşr yazır ki, İsrail Suriyaya hücumları dayandırmaq öhdəliyini üzərinə götürməyib və 1974-cü ildə müəyyən edilmiş atəşkəs xətti boyunca təxminən 80 kilometr uzunluğunda və yarım kilometrdən 10 kilometrə qədər dərinlikdə geniş demilitarizasiya olunmuş bufer zonasının yaradılmasında israr edir.
Bakının uğurlu vasitəçilik təcrübəsi...
Göründüyü kimi, Azərbaycan növbəti dəfə beynəlxalq ictimaiyyət üçün etimad ünvanıdır. İndiyə kimi ölkəmiz dəfələrlə bu tipli görüşlərə ev sahibliyi edib. Məsələn, İsrail ilə Türkiyə arasında yaranmış problemin həllində ölkəmiz vasitəçilik edib. Bu ilin aprel ayında belə bir görüş baş tutub. Nəzərə alaq ki, hər iki ölkə Azərbaycanın dostudur. Ona görə də, Bakı hər iki tərəf üçün ən uyğun məkandır. Digər tərəfdən, dövlətimiz öz dostlarının arasında hansısa gərginliyin olmasını istəmir. Ona görə də barışdırıcı siyasət həyata keçirir. Azərbaycan hələ 2010-cu ildə də İsrail ilə Türkiyə arasında yaranmış gərginliyin aradan qalxmasında vasitəçilik edib və bu vasitəçilik kifayət qədər uğurlu olub.
Xatırladaq ki, Azərbaycan hələ 2008-ci ildə Rusiya ilə Gürcüstan arasında baş verən gərginliyin aradan qaldırılmasında da fəal vasitəçi rolunu oynamışdı. Bundan əlavə, ölkəmiz fərqli siyasi-hərbi qütblər arasında dialoqun baş tutması üçün ən uyğun məkanlardan biri kimi özünü təsdiqləyib. Belə ki, Azərbaycanın paytaxtı Bakıda Rusiya və NATO-nun ali hərbi rəhbərlərinin görüşlər keçirməsi ölkəmizin strateji dialoq platforması kimi çıxış etdiyini göstərir. Ölkəmiz 2017-2020-ci illərdə NATO-Rusiya və ABŞ-Rusiya arasında yüksək vəzifəli hərbçilərin 7 görüşünə ev sahibliyi edib. Belə mötəbər görüşlərin keçirilməsi üçün Azərbaycanın seçilməsi beynəlxalq səviyyədə ölkəmizə olan böyük inamın ifadəsidir.
Bütün bunların fonunda İsrail və Suriya nümayəndələrinin ölkəmizdə keçiriləcək növbəti görüşü də iki ölkə arasında gərginliyin aradan qaldırılmasına töhfə verə bilər. Məlumdur ki, İsrail Azərbaycana yaxın dost və tərəfdaş ölkələrindən biridir. Azərbaycan və İsrail xalqları arasında dostluq əlaqələrinin qədim tarixi var. Bu xalqlar həmişə bir-birinin dilinə, dininə, mədəniyyətinə dərin hörmətlə, ehtiramla yanaşıblar. Bu gün Azərbaycan və İsrail arasında dostluq və əməkdaşlıq strateji əhəmiyyət kəsb edir. 44 günlük Vətən müharibəsində İsrail Azərbaycanın ədalətli mövqeyini dəstəklədi. Ölkələrimiz arasında hərbi sahədə də yaxşı əlaqələr var. İki dövlətin dostluq və əməkdaşlığı yüksələn xətlə inkişaf edir.
Azərbaycan Yaxın Şərqdə sabitliyə töhfə verir
Eləcə də, ölkəmizin Suriyanın yeni hökuməti ilə fəal əlaqələri qurulur. Suriyanın keçid dövrü Prezidenti Əhməd əl-Şaraanın bu yaxınlarda ölkəmizə səfəri Azərbaycanın Yaxın Şərq regionunda əlaqələrinin daha da genişlənməsində sülhə və dialoqa, eyni zamanda, Suriyada bərpa və quruculuq işinə töhfə verməsində mühüm əhəmiyyət kəsb edir. Suriyada sabitliyin və sülhün qorunub saxlanılmasında Azərbaycan strateji tərəfdaşımız olan Türkiyə ilə koordinasiyalı şəkildə hərəkət edir. Enerji təhlükəsizliyi və qaz anlaşması baxımından Azərbaycan və Suriya liderləri arasında aparılan danışıqlar təkcə iki ölkənin maraqları baxımından deyil, ümumilikdə region üçün yeni perspektivlər vəd edir.
Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığı kimi, bu gün bu missiyanı Yaxın Şərq regionunda da davam etdirmək əzmindədir. Əlbəttə, burada təkcə enerji resursları deyil, eyni zamanda, Azərbaycanın həyata keçirdiyi uğurlu diplomatiya, öz strateji tərəfdaşları ilə birgə hərəkət etməsi əsas amillərdən hesab oluna bilər. Bu, Azərbaycanın həm regional, həm də qlobal miqyasda etibarlı tərəfdaş kimi tanındığını nümayiş etdirir. Beləliklə, Azərbaycan Avropa və Mərkəzi Asiya regionunda olduğu kimi, Yaxın Şərq bölgəsinə də fəal aktor kimi daxil olur, uzun müddət müharibə və dağıntılarla üzləşmiş Suriyanın yenidən qurulması və bərpasında, enerji təminatında, humanitar yardımların verilməsində fəal iştirak edir.
Bütün bunlar onu göstərir ki, Azərbaycan dövlətinin diplomatiyası ölkəmizin strateji maraqlar kəsb edən regionlarda sülh, inkişaf və dialoq təşviq edir. Bu baxımdan, İsrail-Suriya danışıqlarının Bakıda keçirilməsi böyük əhəmiyyət daşıyır.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
21 Aprel 23:53
Dünya
21 Aprel 23:35
Dünya
21 Aprel 23:11
İqtisadiyyat
21 Aprel 22:58
Dünya
21 Aprel 22:21
Dünya
21 Aprel 21:45
Sosial
21 Aprel 21:19
Dünya
21 Aprel 20:57
Dünya
21 Aprel 20:35
Siyasət
21 Aprel 20:31
Dünya
21 Aprel 20:25
Dünya
21 Aprel 19:41
Dünya
21 Aprel 19:16
Dünya
21 Aprel 18:20
Analitik
21 Aprel 17:54
Maraqlı
21 Aprel 17:39
Dünya
21 Aprel 16:41
Dünya
21 Aprel 16:25
Sosial
21 Aprel 16:17
Dünya
21 Aprel 15:59
Turizm
21 Aprel 15:44
Dünya
21 Aprel 15:30
İqtisadiyyat
21 Aprel 15:13
Sosial
21 Aprel 15:12
Sosial
21 Aprel 15:12
Sosial
21 Aprel 15:11
Sosial
21 Aprel 15:11
Sosial
21 Aprel 15:10
Sosial
21 Aprel 15:09
Sosial
21 Aprel 15:06
İqtisadiyyat
21 Aprel 15:04
Hadisə
21 Aprel 14:55
Dünya
21 Aprel 14:45
Dünya
21 Aprel 14:18
Dünya
21 Aprel 13:50
Sosial
21 Aprel 13:49
Dünya
21 Aprel 13:21
Dünya
21 Aprel 12:43
Sosial
21 Aprel 12:42
Gündəm
21 Aprel 12:19
Gündəm
21 Aprel 11:52
Gündəm
21 Aprel 11:30
Siyasət
21 Aprel 11:14
Gündəm
21 Aprel 11:12
Gündəm
21 Aprel 10:59
Gündəm
21 Aprel 10:35
Gündəm
21 Aprel 10:17
İqtisadiyyat
21 Aprel 09:53
Analitik
21 Aprel 09:31
Analitik
21 Aprel 09:15
Sosial
21 Aprel 08:57
Sosial
21 Aprel 08:34
Sosial
21 Aprel 07:29
Dünya
21 Aprel 07:16
Dünya
20 Aprel 23:51
Dünya
20 Aprel 23:45
Dünya
20 Aprel 23:20
Xəbər lenti
20 Aprel 22:41
İqtisadiyyat
20 Aprel 22:30
Dünya
20 Aprel 22:17
Dünya
20 Aprel 21:59
İqtisadiyyat
20 Aprel 21:24
Dünya
20 Aprel 21:10
Elm
20 Aprel 20:46
Dünya
20 Aprel 20:35
Sosial
20 Aprel 20:18
Dünya
20 Aprel 19:50
İqtisadiyyat
20 Aprel 19:30
Sosial
20 Aprel 19:22
Siyasət
20 Aprel 18:28

