/ / Postkolonial toxumların kölgəsində: Fransanın ikiüzlü geosiyasi doktrinası və Azərbaycanın yeni qlobal nizamdakı yüksəlişi
Postkolonial toxumların kölgəsində: Fransanın ikiüzlü geosiyasi doktrinası və Azərbaycanın yeni qlobal nizamdakı yüksəlişi
01.08.2025 [12:04]
XXI əsrin üçüncü onilliyi dünya siyasətində yeni güc balanslarının formalaşması ilə xarakterizə olunur. Bu konfiqurasiyada keçmiş imperiyaların geosiyasi reminissensiyaları ilə yeni yüksələn regional güclərin müasir strateji dinamizmi arasında prinsipial ziddiyyətlər getdikcə daha da aydınlaşır. Bu kontekstdə xüsusilə Fransa Respublikasının Afrika və Aralıq dənizi hövzəsində yürütməkdə davam etdiyi neokolonial yanaşma ciddi akademik və siyasi diskurslarda kəskin tənqidlərə səbəb olur. Paralel şəkildə, Cənubi Qafqaz regionunda yerləşən Azərbaycan Respublikası isə transformativ xarici siyasət fəlsəfəsi, suverenliyə söykənən milli inkişaf strategiyası və multilateral diplomatik fəallığı ilə regional və qlobal proseslərdə özünü rasional aktor kimi təsdiqləyir.
Fransa: sivilizasiya maskası arxasında kolonial reminissensiyalar
Fransa nominal olaraq liberal-demokratik dövlət institusionalizmini təbliğ etsə də, xarici siyasət praktikasında realpolitik prinsiplərə əsaslanan və əsrlərlə davam edən imperialist ənənələrə söykənən davranış sərgiləməkdədir. Bu, xüsusilə də Fransanın Afrikanın Sahil bölgəsindəki (fr. Le Sahel) sabiq koloniyalarla münasibətlərində, mədəni hegemoniyanın saxlanması cəhdlərində və iqtisadi asılılıq mexanizmlərinin süni şəkildə qorunmasında özünü göstərir. Sahil bölgəsi - Şimali Afrikada yerləşən və Atlantik okeanından Qırmızı dənizə qədər uzanan geniş bir zolaqdır. Ən çox istifadə olunan dar mənada bu regiona aşağıdakı ölkələr daxildir: Mali, Niger, Burkina Faso, Çad, Mavritaniya. Bəzən bu siyahıya Sudan, Eritreya, habelə Şimali Nigeriya da əlavə olunur. Bölgənin əsas xüsusiyyəti ekoloji baxımdan zəif, sosial və siyasi baxımdan həssas, eləcə də yoxsulluq, iqlim dəyişiklikləri, silahlı ekstremizmlə xarakterizə olunan və neokolonial siyasətə qarşı müqavimət göstərən zona olmasıdır. Fransa uzun illər ərzində bu regionda birbaşa və dolayı yollarla təsirini qorumağa çalışıb. Formal olaraq müstəqillik qazansa da, Sahil ölkələrinin çoxu Fransanın nəzarət etdiyi valyuta (CFA Frankı), fransız dili və təhsil sistemi, Fransa hərbi bazaları və iqtisadi razılaşmalar vasitəsilə Parisin təsiri altında saxlanıb. Fransa tərəfindən yaradılmış və nəzarət edilən CFA Frankı valyuta sistemi Mavritaniya istisna olunmaqla bölgədəki ölkələrin iqtisadi müstəqilliyini ciddi şəkildə məhdudlaşdırır. Bu sistem sayəsində Fransa həmin ölkələrin pul siyasətinə, valyuta ehtiyatlarına və ixracat strukturuna təsir göstərir.
Fransa bu ölkələrdə “Frankofon mədəniyyəti”ni yaymaqla yanaşı, fransız dilini əsas rəsmi və inzibati vasitə kimi qoruyur. Yüz minlərlə yerli tələbə Fransaya təhsil üçün göndərilir ki, bu da intellektual asılılıq dövriyyəsini gücləndirir. Fransa özünü “mədəniyyət ixrac edən dövlət” kimi təqdim etsə də, bu, əslində mədəni nəzarətin və təsirin alətinə çevrilib. Fransa 2013-cü ildən başlayaraq “Barkhane əməliyyatı” çərçivəsində Sahil bölgəsində, xüsusilə Malidə hərbi bazalar yerləşdirməklə “terrorla mübarizə” bəhanəsi ilə öz hərbi iştirakını möhkəmləndirib. Lakin bu müdaxilələr çox vaxt yerli əhalinin əleyhinə çevrilib, bu səbəbdən suverenlik məsələləri gündəmə gəlib.
Son illər regionda anti-Fransa meyilləri gücləndiyindən Mali, Burkina Faso, Niger kimi ölkələr Fransa ordusunu çıxarmaq qərarı verməklə Türkiyə və Çin kimi alternativ güclərə yönəlib. Bu, Parisin təsir zonasında süni yolla qoruyub-saxladığı hegemoniyanın dağılmaqda olduğunu göstərir. Fransanın Sahil bölgəsindəki fəaliyyətləri beynəlxalq hüququn forma və mahiyyət etibarilə pozulmasına, suverenliyə müdaxiləyə, eləcə də postkolonial bərabərsizliyin davamına xidmət edir. Mədəni hegemoniyanın davam etdirilməsi və iqtisadi asılılıq vasitələrinin saxlanması “beynəlxalq əməkdaşlıq” adı altında neokolonial siyasətin klassik nümunəsidir.
Azərbaycan: postkolonial məkanlarda yeni güc arxitekturasının daşıyıcısı
Azərbaycan XXI əsrdə geosiyasi şaxələnmə siyasətini uğurla tətbiq edən və suverenlik prinsipini əsas ideoloji baza kimi seçən dövlətlərdən biridir. İkinci Qarabağ müharibəsində əldə olunmuş parlaq hərbi-siyasi zəfər təkcə ərazi bütövlüyünün bərpası ilə deyil, həm də regional balansların Azərbaycanın xeyrinə dəyişdirilməsi ilə nəticələndi. Bakı özünün diplomatik manevr qabiliyyətini enerjidən tutmuş, humanitar formata qədər bir sıra çoxtərəfli platformalarda nümayiş etdirərək, Avrasiyanın geosiyasi xəritəsində mühüm strateji düyünə çevrildi. Azərbaycan Respublikasının Qoşulmama Hərəkatına sədrliyi, Türk Dövlətləri Təşkilatındakı fəallığı, COP-29 kimi qlobal tədbirlərə ev sahibliyi eləməsi ölkəmizin Normativ güc (normative power) və Funksional güc (functional power) atributlarını effektiv şəkildə kombinə etdiyini göstərir.
Əlavə olaraq, Azərbaycan Fransanın Cənubi Qafqazda qeyri-konstruktiv mövqeyinə qarşı balanslaşdırılmış, lakin prinsipial diplomatik cavab verməklə postkolonial komplekslərdən əziyyət çəkən regionlara nümunəvi siyasi davranış modeli təqdim edir. Fransa Senatında qərəzli və hüquqazidd qətnamələrin qəbulu Azərbaycanın suverenliyinə açıq-aşkar hörmətsizlik kimi dəyərləndirilərkən, rəsmi Bakı beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan cavab reaksiyası ilə Avropa siyasətində yaranmış ikili standartlar problemini ifşa edir.
Yeni qlobal konfiqurasiyada Azərbaycan: yüksələn güc, rasional aktor
Qlobal sistem multipolyar struktura transformasiya olunarkən Azərbaycanın oynadığı rol klassik geosiysi nəzəriyyələrin çərçivəsindən çıxaraq, konstruktivizm və kompleks qarşılıqlı asılılıq kimi yanaşmalar kontekstində dəyərləndirilməlidir. Bakı-Vaşinqton, Bakı-Ankara, Bakı-İslamabad oxları Azərbaycanın diplomatik topologiyasını müəyyənləşdirən əsas sütunlara çevrilib. Azərbaycan artıq təkcə enerji ixrac edən ölkə deyil, həm də nəqliyyat, logistika, yaşıl enerji və diplomatik vasitəçilik sahələrində strateji operator rolunu icra edir. Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşən bu dövlət eyni zamanda qlobal təchizat zəncirlərinin təhlükəsizliyi sahəsində də mühüm aktor statusu qazanır.
Fransanın kolonial təəssübkeşliyinə qarşı Azərbaycan birmənalı şəkildə rasional, suveren və balanslaşdırılmış siyasət nümayiş etdirərək, yeni beynəlxalq nizamın konturlarında lider dövlətlər sırasında öz yerini möhkəmləndirir. Ölkəmizin strateji tərəfdaşları olan Türkiyə və Pakistanla birlikdə formalaşdırdığı üçtərəfli əməkdaşlıq platformaları isə Avrasiya məkanında alternativ geosiyasi mərkəzlərin təşəkkül tapmasına rəvac verir.
Kəramət QƏNBƏROV, beynəlxalq hüquq üzrə ekspert
Xəbər lenti
Hamısına baxGündəm
21 Aprel 11:30
Siyasət
21 Aprel 11:14
Gündəm
21 Aprel 11:12
Gündəm
21 Aprel 10:59
Gündəm
21 Aprel 10:35
Gündəm
21 Aprel 10:17
İqtisadiyyat
21 Aprel 09:53
Analitik
21 Aprel 09:31
Analitik
21 Aprel 09:15
Sosial
21 Aprel 08:57
Sosial
21 Aprel 08:34
Sosial
21 Aprel 07:29
Dünya
21 Aprel 07:16
Dünya
20 Aprel 23:51
Dünya
20 Aprel 23:45
Dünya
20 Aprel 23:20
Xəbər lenti
20 Aprel 22:41
İqtisadiyyat
20 Aprel 22:30
Dünya
20 Aprel 22:17
Dünya
20 Aprel 21:59
İqtisadiyyat
20 Aprel 21:24
Dünya
20 Aprel 21:10
Elm
20 Aprel 20:46
Dünya
20 Aprel 20:35
Sosial
20 Aprel 20:18
Dünya
20 Aprel 19:50
İqtisadiyyat
20 Aprel 19:30
Sosial
20 Aprel 19:22
Siyasət
20 Aprel 18:28
Sosial
20 Aprel 18:00
İqtisadiyyat
20 Aprel 17:59
Gündəm
20 Aprel 17:58
Dünya
20 Aprel 16:28
Siyasət
20 Aprel 15:46
Dünya
20 Aprel 15:34
Elanlar
20 Aprel 15:23
İqtisadiyyat
20 Aprel 15:22
İdman
20 Aprel 14:35
Elm
20 Aprel 14:31
Siyasət
20 Aprel 13:53
Dünya
20 Aprel 13:20
Sosial
20 Aprel 13:10
Xəbər lenti
20 Aprel 12:40
Dünya
20 Aprel 12:39
Sosial
20 Aprel 12:36
Siyasət
20 Aprel 12:32
Hadisə
20 Aprel 12:11
Sosial
20 Aprel 11:58
İqtisadiyyat
20 Aprel 11:21
İqtisadiyyat
20 Aprel 11:21
Xəbər lenti
20 Aprel 11:02
Gündəm
20 Aprel 10:56
Dünya
20 Aprel 10:45
İqtisadiyyat
20 Aprel 10:26
Dünya
20 Aprel 10:19
Dünya
20 Aprel 09:51
Dünya
20 Aprel 09:17
Gündəm
20 Aprel 09:08
Dünya
20 Aprel 08:49
Dünya
20 Aprel 08:23
Dünya
20 Aprel 08:20
Dünya
20 Aprel 07:57
Elm
19 Aprel 23:18
Dünya
19 Aprel 22:35
Dünya
19 Aprel 21:20
Hadisə
19 Aprel 20:33
Hadisə
19 Aprel 19:15
Siyasət
19 Aprel 19:11
Sosial
19 Aprel 19:09
Sosial
19 Aprel 18:27

