19-cu sanksiya paketində nələr olacaq?
14.08.2025 [11:24]
Dondurulmuş aktivlər və ya onlardan gələn gəlir Ukraynaya dəstək üçün istifadə edilir
Avropa İttifaqı Rusiyaya qarşı yeni sanksiya paketi tətbiq etməyə hazırlaşır. Belə ki, “Reuters”in məlumatına görə, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas Rusiyaya qarşı 19-cu sanksiya paketinin işə salındığını bildirib. Kallas Moskvaya qarşı ardıcıl addımlar atmağa çağırıb və qeyd edib ki, ilk növbədə atəşi dayandırmaq və etibarlı monitorinq sistemini təmin etmək və ciddi təhlükəsizlik zəmanətləri lazımdır. “Rusiya qeyd-şərtsiz atəşkəsə razı olmadığına görə, biz heç bir güzəşti müzakirə etməyəcəyik”, - deyə Kallas vurğulayıb. Xatırladaq ki, bundan əvvəl Avropa İttifaqı Rusiyaya qarşı 17-ci və 18-ci sanksiya paketləri qəbul edib.
Məxfi saxlanılır
Aİ-nin xarici siyasət üzrə rəsmi nümayəndəsi Anita Hipper jurnalistlərə açıqlamasında qeyd edib ki, Aİ-nin növbəti sanksiya paketi ətrafında bütün danışıqlar məxfidir. Onun sözlərinə görə, Aİ Rusiyaya qarşı sanksiyaları daha da sərtləşdirmək niyyətindədir. “Biz bu istiqamətdə işin başladığını yalnız təsdiq edə bilərik, bu mərhələdə heç bir təfərrüatı açıqlaya bilmərik. Lakin əsas element odur ki, Rusiyaya təzyiqimiz işləyir. Məhz buna görə onlar bizim sanksiyalardan qurtulmaq istəyirlər”, - deyə Hipper vurğulayıb. Rusiyanın dondurulmuş aktivləri ətrafında müzakirələrin planlaşdırılması və onların Rusiya ilə danışıqlarda element kimi istifadə edilməsi mümkünlüyü barədə suala cavab verən Aİ-nin rəsmi nümayəndəsi Arianna Podesta bu məsələ ilə bağlı spekulyasiya etməyəcəyini deyib: “Bu, bizim bu mərhələdə spekulyasiya edə biləcəyimiz məsələ deyil. Əlbəttə ki, dondurulmuş aktivlər və ya onlardan gələn gözlənilməz gəlir komissiya tərəfindən Ukraynaya dəstək üçün istifadə edilir”, - deyə A.Podesta bildirib.
Sanksiyalar təsirlidir
Məsələ ilə bağlı Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin rəhbəri Samir Hümbətov “Yeni Azərbaycan” qəzetinə şərhində qeyd edib ki, Qərbin sanksiyaları Rusiya iqtisadiyyatına öz təsirini göstərə bilib. “Bu vaxta qədər qəbul edilən sanksiyalar Rusiyaya təsir göstərə bilib. Həmin sanksiyaların nəticəsidir ki, Rusiya Avropa banklarından maliyyə vəsaitlərini geri ala bilmir, Rusiyanın Avropa ilə enerji və ticarət sahəsində əməkdaşlığı minimuma enib. Belə demək mümkünsə, Rusiya dünyadan təcrid olunub. Avropa İttifaqı ABŞ ilə birlikdə Rusiyanı təcrid etmək siyasətini yürüdür. Avropa İttifaqının 17-ci və 18-ci sanksiya paketləri, o cümlədən hazırda üzərində işlənilən 19-cu sanksiya paketi belə Rusiya iqtisadiyyatına çox ciddi təsir göstərəcək. Düzdür, Rusiya tam çökməyəcək, amma ağır nəticələrlə qarşılaşacaq,” - deyə S.Hümbətov əlavə edib ki, Rusiyanı cəzalandırmaq siyasətində əsasən ABŞ həlledici rol oynayır. “Ən güclü və effektli təsir rıçaqları ABŞ-ın əlindədir. Əgər Tramp administrasiyası Moskvaya qarşı yeni sanksiyalar tətbiq edərsə, bu, Rusiya iqtisadiyyatını daha da sarsıdacaq. Aİ-nin sanksiya paketləri də təsir effektlərinə malikdir, amma bu məsələdə hələ ki, ABŞ-a çata bilmir”. Ekspert hesab edi ki, Rusiya Qərbin ağır sanksiyaları qarşısında sona qədər tab gətirə bilməyəcək. “Rusiyanın neft və qaz sektoruna, habelə ağır və yüngül sənayesinə güclü təsir imkanlarına malik olan sanksiyalar tətbiq olunub. Moskva sanksiyalardan müvəqqəti yayınmaq üçün ölkə daxilində müəyyən sərt tədbirlər görməyə çalışacaq. Amma bu, heç bir effekt verməyəcək”.
Sanksiya paketinə bu tədbirlər daxil edilə bilər
İqtisadçı Rəşad Həsənov qəzetimizə şərhində bildirib ki, 19-cu sanksiya paketində əsasən Rusiyanın enerji bazarlarına çıxış imkanlarının məhdudlaşdırılması ilə bağlı məsələlər öz əksini tapa bilər. “Bir çox güc mərkəzləri tərəfindən Rusiyaya qarşı tətbiq edilən sanksiyaların qısa müddətli dövr ərzində öz təsirini göstərəcəyi gözlənilirdi. Amma gözləntilər özünü doğrultmadı. Bunun səbəblərindən biri proqnozların düzgün aparılmaması idi. Digər səbəbə gəlincə, Rusiya öz xam neftini və neft məhsullarını satmaq üçün alternativ bazara -Hindistan, Çin və Braziliyaya üz tutdu. Bu gün Çin və Hindistan Rusiyadan xeyli miqdarda xam neft və neft məhsulları idxal edir. Rusiya digər məhsullarını da Çin və Hindistan bazarlarına çıxarır. Eyni zamanda, Moskva müharibə iqtisadiyyatı və bu istiqamətdə yatırılan maliyyə vəsaitləri ilə ona qarşı tətbiq edilən sanksiyaları tam olmasa da, qismən neytrallaşdıra bilib. Hazırda Aİ-də Rusiyaya qarşı 19-cu sanksiya paketi ətrafında müzakirələr aparılır. Aİ-nin 19-cu sanksiya paketinin meyarları ictimaiyyətə açıqlanmasa da, yəqin ki, bu paketdə Rusiyanın enerji bazarlarına, rəqəmsal texnologiyalara və müasir avadanlıqlara çıxış imkanlarının məhdudlaşdırılması, Rusiya ilə gizli əməkdaşlıq edən Avropa şirkətlərinə qarşı sərt tədbirlərin görülməsi, o cümlədən bir çox rus şirkətlərinin sanksiya siyahısına əlavə edilməsi ilə bağlı məsələlər öz əksini tapacaq.” - deyə R.Həsənov vurğulayıb.
Sanksiyalar təsirini nə vaxt göstərəcək?
Ekspertin sözlərinə görə, Aİ-nin sanksiyaları orta və uzun müddətli dövr ərzində öz təsirini göstərəcək. “Artıq Rusiya iqtisadiyyatında ciddi narahatlıqlar müşahidə olunmağa başlanılıb. Rubl getdiqcə öz dəyərini itirir və ölkədə işsizlik artır. Bu gün əmək qabiliyyətli insanların müharibədə şikəst olması və ya həyatını itirməsi ölkədə işçi qüvvəsini azaldır. Müharibə iqtisadiyyatı da davamlı şəkildə müsbət təsirini göstərə bilməyəcək. Orta və uzun müddətli dövr ərzində Rusiya iqtisadiyyatının dərin böhranla üzləşməsinə, xüsusilə də ölkəyə bir çox istiqamətlərdən gələn gəlir imkanlarının azalmasına, müharibəni maliyyələşdirən mənbələrin sıradan çıxmasına, ölkənin şirkətlərinin məhsuldarlığının aşağı düşməsinə, büdcə kəsirinin böyüməsinə və sosial-iqtisadi vəziyyətin ağırlaşmasına şahid olacağıq,”- deyə R.Həsənov bildirib.
Yunis ABDULLAYEV
Xəbər lenti
Hamısına baxSiyasət
11 Noyabr 23:04
Dünya
11 Noyabr 22:02
Siyasət
11 Noyabr 21:18
Dünya
11 Noyabr 20:36
Dünya
11 Noyabr 19:21
Hərbi
11 Noyabr 18:24
Gündəm
11 Noyabr 17:13
Dünya
11 Noyabr 17:13
Sosial
11 Noyabr 17:11
Dünya
11 Noyabr 16:41
Dünya
11 Noyabr 15:27
Dünya
11 Noyabr 14:39
Dünya
11 Noyabr 13:17
İdman
11 Noyabr 12:31
Dünya
11 Noyabr 11:25
Hadisə
11 Noyabr 10:59
İdman
11 Noyabr 10:21
Hadisə
11 Noyabr 09:42
İdman
11 Noyabr 09:17
Dünya
11 Noyabr 08:55
Hadisə
10 Noyabr 23:20
Hadisə
10 Noyabr 22:19
COP29
10 Noyabr 21:32
Dünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32

