Fransada hökumətə etimadsızlıq: lehinə 194, əleyhinə 364 səs
10.09.2025 [10:58]
Fransa Milli Assambleyasında bir qədər bundan əvvəl anonsu edilən hökumətə etimadsızlıq səsverməsi baş tutub. Gözlənildiyi kimi, səsvermənin nəticələri Makronun qurduğu hökumət üçün uğursuz olub. Belə ki, parlament çoxluğu Baş nazir Fransua Bayru hökumətinə etimadın əleyhinə səs verib. Milli Assambleyada səsvermə belə başa çatıb: Baş nazirə etimadın lehinə 194, əleyhinə 364.
Ölkə daxilində və çölündə sürətlə nüfuzunu itirən Makron iqtidarı
Fransada siyasi böhran, xüsusilə də hökumətlərin tez-tez dəyişdirilməsi artıq permanent hal alıb. Prezident Makron son 20 ayda dördüncü baş nazirini etimadsızlıq səsverməsində itirir və bu, borc içində olan ölkəni daha dərin böhrana sürükləyir. Kədərli reallıq ortadadır: Makronun 2018-ci ildən bəri həyata keçirdiyi səriştəsiz siyasət ölkəni bataqlığa salıb və indiki komanda ilə buradan çıxmaq mümkünsüz görünür.
Fransa xüsusilə də geriləyən iqtisadiyyatı ilə Avropa İttifaqının (Aİ) drayver ölkəsi mövqeyini sürətlə itirməkdədir. Paralel şəkildə, Yelisey Sarayı getdikcə daha çox dərəcədə qlobal proseslərdən kənarlaşdırılmaqdadır. Mərkəzi hakimiyyətin Afrikada, dənizaşırı ərazilərdə yerləşən müstəmləkə ərazilərində nüfuzunu itirməsi də ciddi problem kimi qəbul olunur. Fransa müstəmləkəçiliyinin 500 illik tarixi var. Sümürmə siyasəti bu ölkəyə yüzilliklər ərzində böyük sərvətlərə sahibləmək imkanı qazandırıb. İndi isə Fransa gah bu, gah da digər müstəmləkə ərazilərindən biabırcasına qovulur.
Ölkə daxilində də vəziyyət son həddədək gərginləşib. Keçirilən rəy sorğularında Makronun reytinqi 20 faizdən də aşağı düşüb. Hətta bunun da şişirdilmiş rəqəm olduğu bildirlir. Ölkə vətəndaşlarının ümumi mövqeyi belədir ki, Fransanın bugünkü kədərli reallıqları fonunda Makronun reytinqinin 15-20 faiz arasında qalması belə təəccüb doğurur. Eyni zamanda, prezidentin ətrafında cəmləşən mərkəzçi koalisiyanın nüfuzunun əhəmiyyətli dərəcədə aşağı düşməsi fonunda sağçıların mövqeləri sürətə güclənməkdədir. Son günlərdə Fransada siyasi partiyalar və həmkarlar ittifaqlarından kənar vətəndaş təşəbbüsləri tərəfindən irəli sürülən “Hər şeyi dayandırmaq!” çağırışı ölkə üzrə sosial şəbəkələrdə geniş yayılmağa başlayıb. Bu təşəbbüsün məqsədi sentyabrın ikinci ongünlüyündən etibarən ölkənin tam iflic vəziyyətə salınmasıdır. Sosial şəbəkələrdə yayılan mesajlarda təşəbbüskarlar insanları tam boykot, itaətsizlik və həmrəylik vasitəsilə ölkədə bütün sahələrdə işlərin dayandırılmasına - tətil etməyə çağırırlar.
Hökumətlər dəyişsə də, problemlər qalır...
Baş nazir Bayrunun daha əvvəl Milli Assambleyada keçirilən iclasda bildirdiyi kimi, deputatların hökumətə etimad göstərməmək qərarı onun istefasına səbəb olacaq. Beləliklə, Makron son 20 ayda dördüncü baş nazirini etimadsızlıq səsverməsində itirir. Bayrunu kimin əvəzləyəcəyi hələlik bəlli deyil. Bununla belə, reallıq ortadadır: Baş nazirlər dəyişsə də, problemlər qalmaqda davam edir. Bayrunun özü Milli Assambleyanın əvvəki iclaslarında cıxışında ölkənin 3,4 trilyon avroluq böyük dövlət borcunu xatırladıb. Baş nazirin etirafına görə, maliyyə siyasəti dəyişdirilməsə, 2030-cu ilə qədər dövlət borcuna xidmət ölkəyə 100 milyard avrodan çox vəsaitə başa gələcək. 2024-cü ildə dövlət borcuna xidmət dəyərinin 69 milyard avroya çatdığını bildirən Baş nazir vurğulayıb ki, borc yükü hər saniyədə 5 min avro artır.
Aydın məsələdir ki, Makron iqtidarının diletantlıq ucbatından böyük borclanmaya getməsinin fəsadlarının aradan qaldırılması sərt müdaxilələr edilməsinin zəruriliyini gündəmə gətirib. Ancaq Bayru ölkənin iqtisadi siyasətinin dəyişməsinin vacibliyindən bəhs etsə də, o, borc yükünün və büdcə kəsirinin azaldılmasının asan yolunu sərt qənaət rejiminə keçiddə görür. 2026-cı ilin büdcə qanunu məhz belə yanaşma əsas götürülməklə hazırlanıb ki, bu da birmənalı qarşılanmayıb. Həmkarlar ittifaqları bu qanunu ədalətsiz, sosial hüquqlara qarşı hücum kimi qiymətləndiriblər. Həqiqətən də, inflyasiyanın, qiymətlərin sürətlə artması, gəlir imkanlarının isə azalması fonunda nəyi necə qənaət etməyin izahını vermək çox çətindir.
Mübariz FEYİZLİ
Xəbər lenti
Hamısına baxHadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41

