BMT Baş Assambleyasının tarixi qətnaməsi
16.09.2025 [09:12]
Fələstin dövləti necə yarana bilər?
Sentyabrın 12-də Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında 142 səs lehinə, 10 səs əleyhinə olmaqla, 1967-ci il sərhədlərində Fələstin dövlətinin yaradılmasını dəstəkləyən qətnamə qəbul edilib. Qətnamə “Nyu-York Bəyannaməsi” adlanır. Qeyd edək ki, sözügedən qətnamənin təşəbbüskarları Fransa və Səudiyyə Ərəbistanı olub. Sənəd BMT tarixində Fələstin məsələsində ən geniş dəstək toplayan sənədlərdən biri kimi qiymətləndirilir. Qətnamənin əleyhinə səsverənlər arasında İsrail, ABŞ, Argentina və Macarıstan da yer alıb. 12 ölkə, o cümlədən Kamerun, Danimarka, Moldova və Şimali Makedoniya səsvermədə bitərəf qalıb. Bu mühüm səsvermədə Azərbaycan və Ermənistan da Fələstinlə bağlı qərarın “lehinə” səs verib. Gürcüstan isə səsvermədə iştirak etməyib. İsrailin Xarici İşlər Nazirliyi qətnaməni kəskin şəkildə rədd edərək, BMT Baş Assambleyasını “siyasi sirk” adlandırıb. Ekspertlər qeyd edilər ki, qətnamə hüquqi baxımdan məcburi xarakter daşımasa da, siyasi rəmz olaraq həm İsrailə, həm də dünya ictimaiyyətinə güclü mesaj göndərir - onlar hesab edirlər ki, Fələstin məsələsində beynəlxalq konsensus getdikcə daha da möhkəmlənir.
Nəzəri baxımdan mümkün, amma praktiki...
Məsələ ilə bağlı Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin rəhbəri Samir Hümbətov “Yeni Azərbaycan” qəzetinə şərhində qeyd edib ki, BMT Baş Assambleyasının Fələstinin müstəqilliyi ilə bağlı qətnaməsi Yaxın Şərqdə mövcud vəziyyətə heç bir təsir göstərməyəcək:
“1948-ci ildə Birləşmiş Millətlər Təşkilatı Fələstin ərazisində ikili dövlət prinsipi əsasında yəhudi və ərəb dövlətinin yaradılması ilə bağlı plan tərtib etmişdi. Bu planda yəhudi və ərəb dövləti arasında ərazi bölgüsü və sərhəd xətləri müəyyən olunmuşdu. Lakin bu plan heç bir zaman baş tutmadı. Zaman keçdikcə, Fələstinə məxsus bir çox ərazilər İsrailin nəzarətinə keçdi. Hazırda çox az məsafəli ərazilər fələstinlilərin nəzarətindədir - həmin ərazilər isə İsrailin sərhəd xətləri və İsrail hakimiyyətinin nəzarətində olan ərazilərlə əhatəlidir. Bu, məsələni daha da mürəkkəbləşdirir. Eyni zamanda burada xüsusi bir məqamı nəzərə almaq lazımdır. Fələstin dövlətinin müstəqilliyi tanınsa belə, həmin dövlətin 1967-ci ildən əvvəlki sərhəd xətləri çərçivəsindəki mövcudluğu qeyri-realdır. Ona görə ki, həmin sərhədlər artıq yoxdur. Vaxtilə Fələstin hakimiyyətinə məxsus olan ərazilərdə onilliklər ərzində güclü məskunlaşma həyata keçirilib - həmin ərazilərdə kütləvi şəkildə İsrail vətəndaşları məskunlaşdırılıb,” - deyə S.Hümbətov əlavə edib ki, İsrail heç bir zaman öz nəzarəti altında olan əraziləri Fələstinə qaytarmayacaq: “Fələstin dövlətinin mövcudluğunu 1967-ci ildən əvvəlki sərhəd xətləri çərçivəsində təmin etmək üçün ilk növbədə İsrailin nəzarəti altında olan ərazilər Fələstinə qaytarılmalı və ondan sonra ərazilərdə vaxtilə məskunlaşmış israilli sakinlər məcburi köçürülməlidir. Bu, indiyə qədər baş tutmayıb, bundan sonra da reallaşmayacaq”.
Ekspert vurğulayıb ki, Fələstin dövlətinin yaradılması nəzəri baxımdan mümkün olsa da, praktiki baxımdan qeyri-mümkündür. “BMT Baş Assambleyasının Fələstinlə bağlı qətnaməsinin həyata keçməsi qeyri-real görünür. Ən yaxşı halda FƏTH VƏ HƏMAS-ın nəzarəti altında olan ərazilərdən ibarət Fələstin dövlətinin yaradılması mümkündür. Amma 1967-ci ildən əvvəlki sərhəd xətləri çərçivəsində yox”.
Proses uzun zaman aparacaq
Politoloq Oqtay Qasımov qəzetimizə şərhində bildirib ki, BMT Baş Assambleyasında Fələstin dövlətinin yaradılması ilə bağlı qətnamənin qəbul edilməsi tarixi bir hadisədir. Onun sözlərinə görə, bu qətnamə son iki il ərzində Qəzzada baş verən hadisələrdən dolayı müzakirəyə çıxarılıb. “Bu, ciddi bir siyasi hadisədir, amma Fələstin dövlətinin formalaşması uzun zaman aparacaq. İlk növbədə İsrail bu məsələdə öz mövqeyini nümayiş etdirməlidir. İsrail bunun müqabilində öz təhlükəsizliyinə heç bir təhdidin törədilməyəcəyinə dair zəmanətlər istəyir. Xüsusilə də nəzərə almaq lazımdır ki, İsraildə hakimiyyətdə olan ultra-sağçı siyasi qüvvələr tamamilə başqa siyasi mövqedədirlər. Bu baxımdan ikili dövlət prinsipinin yaxın perspektivdə reallaşması inandırıcı görünmür. Bir çox faktorlar bu prinsipin həyata keçməsinə əngəl olur”.
Yunis ABDULLAYEV
Xəbər lenti
Hamısına baxDünya
18 İyun 23:35
Mədəniyyət
18 İyun 23:19
Dünya
18 İyun 22:41
Dünya
18 İyun 22:34
Dünya
18 İyun 22:16
İdman
18 İyun 21:58
İqtisadiyyat
18 İyun 21:22
İqtisadiyyat
18 İyun 21:09
Siyasət
18 İyun 20:45
Müsahibə
18 İyun 20:31
Dünya
18 İyun 20:17
Müsahibə
18 İyun 19:53
Analitik
18 İyun 19:22
İqtisadiyyat
18 İyun 19:20
Sosial
18 İyun 19:11
Dünya
18 İyun 18:20
Dünya
18 İyun 17:35
Dünya
18 İyun 16:29
Xəbər lenti
18 İyun 15:58
Dünya
18 İyun 15:31
İqtisadiyyat
18 İyun 15:16
Gündəm
18 İyun 15:15
Maraqlı
18 İyun 14:49
Siyasət
18 İyun 14:36
Siyasət
18 İyun 14:35
Siyasət
18 İyun 14:35
Siyasət
18 İyun 14:34
Sosial
18 İyun 14:33
Siyasət
18 İyun 14:32
Dünya
18 İyun 14:27
YAP xəbərləri
18 İyun 14:25
YAP xəbərləri
18 İyun 14:23
Sosial
18 İyun 14:16
Sosial
18 İyun 14:14
Dünya
18 İyun 13:48
Dünya
18 İyun 13:20
YAP xəbərləri
18 İyun 13:15
Gündəm
18 İyun 13:04
Siyasət
18 İyun 12:57
İqtisadiyyat
18 İyun 12:47
İqtisadiyyat
18 İyun 12:43
Sosial
18 İyun 12:43
Sosial
18 İyun 12:41
İqtisadiyyat
18 İyun 12:41
Sosial
18 İyun 12:40
Siyasət
18 İyun 12:18
Dünya
18 İyun 11:59
Analitik
18 İyun 11:25
Gündəm
18 İyun 11:23
Siyasət
18 İyun 10:47
Siyasət
18 İyun 10:46
Siyasət
18 İyun 10:45
Siyasət
18 İyun 10:44
Siyasət
18 İyun 10:44
Siyasət
18 İyun 10:43
Siyasət
18 İyun 10:43
Sosial
18 İyun 10:39
Dünya
18 İyun 10:17
İqtisadiyyat
18 İyun 09:40
Ədəbiyyat
18 İyun 09:16
Dünya
18 İyun 09:05
Analitik
18 İyun 08:53
Sosial
18 İyun 08:35
Dünya
18 İyun 08:10
Siyasət
18 İyun 07:39
Dünya
18 İyun 07:27
Dünya
17 İyun 23:42
Dünya
17 İyun 23:35
Sosial
17 İyun 23:19
Dünya
17 İyun 22:56

