Azərbaycan-Avropa İttifaqı iqtisadi tərəfdaşlığı yeni mərhələdə
20.09.2025 [10:53]
Tərəflər yeni layihələrin maliyyələşdirilməsinə dair saziş imzalayacaq
Azərbaycan və Avropa İttifaqı (Aİ) arasında bərabərhüquqlu tərəfdaşlığa əsaslanan münasibətlər davamlı olaraq inkişaf etməkdədir. 2009-cu ildən bəri Aİ ilə Şərq Tərəfdaşlığı (ŞT) proqramı çərçivəsində ikitərəfli və çoxtərəfli formatda əməkdaşlıq edən ölkəmiz çoxtərəfli platformalarda regional inkişafa öz töhfəsini verib, qətiyyətli islahatlar yürüdərək iqtisadi inkişaf layihələrini və demokratik proqramları gerçəkləşdirib. Son illərdə Avropa Qonşuluq Siyasətinin yeniləşdirilməsindən sonra Azərbaycan Aİ ilə yeni Tərəfdaşlıq Prioritetləri sənədini qəbul edib. Tərəfdaşlığın gündəliyinə iqtisadi inkişaf və bazar imkanlarının gücləndirilməsi, nəqliyyat və logistika bağlantıları, enerji sahəsində səmərəli əməkdaşlıq, ətraf mühit və digər mühüm məqsədləri əks etdirir.
Aİ minatəmizləmə sahəsində ölkəmizə dəstək verəcək
Avropa İttifaqının (Aİ) Genişlənmə və Şərq Qonşuluğu üzrə komissarı, xanım Marta Kosun Azərbaycana səfəri iqtisadi sahədə bir çox imkanları genişləndirmək baxımından əhəmiyyətli hesab edilə bilər. Xanım Kosun Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarovla görüşündə ikitərəfli əlaqələrin mövcud vəziyyəti və gələcək inkişaf perspektivləri haqqında səmərəli məsləhətləşmələr aparılıb. Avropa İttifaqının Azərbaycanın əsas xarici ticarət tərəfdaşlarından biri olduğu və qarşılıqlı iqtisadi münasibətlərin inkişafı məmnunluqla vurğulanıb. Aİ ilə Azərbaycan arasında enerji və investisiyalar sahəsində uğurlu əlaqələrin irəlilədiyi, yeni layihələrin bu tempi daha da inkişaf etdirəcəyinə toxunulub. Marta Kos müsbət dinamikanın müşahidə olunduğu nəqliyyat sahəsində mövcud potensialların əlaqələndirilməsi və əlavə qarşılıqlı təşviqlərin tətbiqinin vacibliyinə diqqət çəkib. Eyni zamanda, Azərbaycan və Avropa Komissiyası arasında minatəmizləmə, su ehtiyatlarının idarəolunması və nəqliyyat sahələrinin davamlı inkişafına dəstək layihəsi üzrə maliyyələşdirmə sazişinin layihəsi ətrafında fikir mübadiləsi aparılıb.
Tərəflər Aİ-nin yeni qlobal əlaqələndirmə strategiyası olan “Global Gateway” təşəbbüsü çərçivəsində enerji, rəqəmsal iqtisadiyyat, nəqliyyat, özəl sektor və digər sahələrdə investisiya təşəbbüslərini müzakirə edib.
Pan-Avropa enerji təchizatçısı
Azərbaycan Pan-Avropa klubunun üzvü kimi bu region dövlətlərinin enerji təhülkəsizliyində ən etibarlı tərəfdaşdır. Ötən 20 il ərzində Avropa bazarında etibarlı neft təchizatçısı kimi mühüm tərəfdaşa çevrilmiş respublikamız 2020-ci ilin dekabr ayının son günündə Cənub Qaz Dəhlizinin sonuncu hissəsini - Transadriatik qaz kəmərini (TAP) istifadəyə verməklə faktiki olaraq Avropa İttifaqının qaz bazarına daxil olub. 2021-ci ildə Azərbaycan Avropa regionuna 8 milyard kubmetr, 2022-ci ildə 11 milyard kubmetrdən çox qaz ixrac edib. 2023-cü ildə yanacaq nəqli 12 milyard kubmetr, 2024-cü ildə respublikamız xarici ölkələrə 25,2 milyard kubmetr həcmində qaz ixrac edib ki, onun 13 milyard kubmetri Avropa dövlətlərinin payına düşür. Hazırda ölkəmiz 12 ölkəyə qaz ixrac edir ki, 10-u Avropa dövlətidir. Bu yüksək etimad və sadiq tərəfdaşlığın nəticəsidir ki, Avropa Komissiyası Azərbaycanı etibarlı tərəfdaş və Pan-Avropa enerji təchizatçısı kimi tanıyır. Bir sözlə, respublikamızdan nəql olunan neft və qaz bir çox ölkələrin enerji təhlükəsizliyində və möhkəmləndirilməsində böyük dəyişiklik yaradır.
Mövcud proqnozlara görə, 2025-ci ildə ölkəmzin Avropa regionuna ixracı 14 milyard kubmetrə çata bilər. Növbəti illərdə ixracın artırılması üçün digər mənbələr də səfərbər olunacaq. Bu isə digər ölkələrə də qaz nəqlini təmin edə biləcək. “Azərbaycan və Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu”na əsasən, 2027-ci illərdə ölkəmizin Avropaya qaz nəqli 20 milyard kubmetrədək artırılacaq. Bu rəqəmlər və proqnozlar Azərbaycanın qaz potensialını da artırmış olacaq və qaz təchizatının coğrafiyasının qarşıdakı illərdə daha da genişlənməsinə imkan verəcək. Növbəti illərdə Moldova və Avstriya da qaz əldə etməsi planlaşdırılır.
Xarici ticarət dövriyyəsində Aİ-nin payı 42 faizi ötür
Avropa İttifaqı ölkələri Azərbaycanın xarici ticarət partnyorlarının sırasında da mühüm yerə və mövqeyə malikdir. Qitə dövlətləri ilə son 4-5 ildə xarici ticarət dövriyyəsinin həcmi artan dinamika ilə irəliləyir. 2025-ci ilin yanvar-iyul aylarında Azərbaycanın xarici ticarət dövriyyəsi 28,2 milyard dollara bərabər olub ki, onun 42,2 faizi və ya 12 milyard dolları Aİ ölkələrinin payına düşür. İtaliya Aİ qrupunda ticarət partnyorları sırasında ilk yeri tutur, sonrakı əsas idxal-ixrac partyorlarımızdan Almaniya, Çexiya, Bolqarıstan, Xorvatiya, Macarıstan, Yunanıstan, Rumıniya, İsveçrə, Portuqaliya və Avstriya dayanır.
Yeni hədəf - Avropaya “yaşıl enerji” ixracı
Hazırda Azərbaycan Aİ ilə ticarət dövriyyəsinin daha da artırıması üçün çoxşaxəli ixrac xəritəsi üzərində işləyir və gələcək dövrdə əməkdaşlıqda qeyri-neft məhsullarının ixracının artırılması hədəflənib. Eyni zamanda, bərpaolunan enerji mənbələrinin ixracının təmin edilməsi nəzərdə tutulur. Azərbaycan ilə Avropa İttifaqı arasında enerji tərəfdaşlığının yeni mərhələdə inkişafı məqsədilə yaradılan yüksək səviyyəli enerji dialoqu da bu prioritetləri əks etdirir. 2022-ci il dekabrın 17-də Buxarestdə imzalanmış “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in tələblərinə əsasən, dörd ölkənin - Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniyanın iştirakı ilə daha geniş format yaradılıb. “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi” və ya “Qara dəniz kabeli” adlanan layihə Azərbaycanın külək və günəş enerjisi stansiyalarından əldə edilən “yaşıl enerji”nin Avropaya nəqlini nəzərdə tutur. “Həmrəylik halqası” marşrutu sxeminə əsasən, Xəzər-Aİ “yaşıl enerji” dəhlizi Avropaya təhlükəsiz və etibarlı mənbədən bərpaolunan enerji resurslarını nəql etməklə, Azərbaycanın ixracının şaxələnməsini təmin edəcək.
Uzunmüddətli əməkdaşlıq...
Aİ Azərbaycanda qadın sahibkarlığın inkişafına da dərin töhfələr vermək niyyətindədir. Azərbaycan Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının İdarə Heyətinin sədri Səkinə Babayeva bildirib ki, Avropa İttifaqının nümayəndə heyəti ilə görüşdə əməkdaşlıq və birgə layihələrin icrası da müzakirə olunub. Qarşı tərəf ölkəmizdə qadın sahibkarlığın iqtisadi potensialının gücləndirilməsi və beynəlxalq əməkdaşlıqda önə çıxarılması üçün dəstək verəcəyini bəyan edib. Həmçinin, Avropa ölkələri və BMT çərçivəsində qadınların iqtisadi gücləndirilməsi, miqrasiya edən qadınların dəstəklənməsi və layihələrdə iştirakı məsələləri də diqqət mərkəzindədir. Məqsəd Azərbaycan qadınının dünyada aktiv biznes təmsilçisi olmasını nümayiş etdirməkdir. Aİ, həmçinin ölkəmizin qadın biznes icmasının müasir modelləri mənimsəməsi, rəqəmsal biliklərə yiyələnməsi, evdən idarə olunan biznes modellərinə uyğunlaşması, süni texnologiyaların tətbiqində fəallığının artırılması, startaplara cəlb edilməsi istiqamətində də təşviqedici addımlar atacaq. Avropa İttifaqının Genişlənmə üzrə komissarı Marta Kos ilə keçiriləcən görüşdə qadın sahibkarlığın inkişafına yönələn üçillik strateji planı təqdim edilib ki, bu da yuxarıda vurğulanan prioritetlərə çatmaqda hüquqi-maliyyə çərçivəsini təmin edəcək.
ELBRUS CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxSiyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42
Gündəm
08 Noyabr 11:25
Siyasət
08 Noyabr 10:58
YAP xəbərləri
08 Noyabr 10:35
Sosial
08 Noyabr 10:12
İqtisadiyyat
08 Noyabr 09:56
Xəbər lenti
08 Noyabr 09:39
MEDİA
08 Noyabr 09:34
Analitik
08 Noyabr 09:12
Siyasət
08 Noyabr 08:52
Ədəbiyyat
08 Noyabr 08:28
Gündəm
08 Noyabr 00:26
YAP xəbərləri
07 Noyabr 23:52
Gündəm
07 Noyabr 21:41
Gündəm
07 Noyabr 21:10
YAP xəbərləri
07 Noyabr 21:08
Gündəm
07 Noyabr 20:24
YAP xəbərləri
07 Noyabr 18:30
Sosial
07 Noyabr 18:22
Dünya
07 Noyabr 17:51
Elanlar
07 Noyabr 16:51
Xəbər lenti
07 Noyabr 16:48

