Dialoq, yoxsa silahlanma yarışı...
24.09.2025 [09:51]
Vaşinqton-Moskva münasibətlərinə “Yeni START”
Rusiya ilə ABŞ arasındakı münasibətlər uzun illərdir beynəlxalq siyasətin əsas təyinedici amillərindən birinə çevrilib. Soyuq müharibə dövründən sonra “strateji rəqib və ya tərəfdaşlıq” ziqzaqları ilə dəyişən bu əlaqələr XXI əsrdə yeni geosiyasi çağırışlar fonunda daha da mürəkkəbləşib. Ukrayna müharibəsi, qlobal enerji böhranı, beynəlxalq təhlükəsizlik arxitekturasının sarsılması və silahlanma yarışının yenidən aktivləşməsi Moskva - Vaşinqton xəttində gərginliyi pik həddə çatdırıb.
Bununla belə, son 9 ayda münasibətlərdə yeni bir xətt müşahidə olunmaqdadır. Siyasi mütəxəssislərin “buzların əriməsi” kimi xarakterizə etdiyi bu dövr Rusiya-ABŞ münasibətlərində yeni bir mahiyyət yaradıb. Donald Trampın Rusiya ilə bağlı bir çox “ilıq açıqlamaları”, Vladimir Putinin Alyaskanı “ziyarət etməsi” və bu kimi bir çox proseslərin fonunda münasibətlərin uçurumun kənarından geriyə doğru yol aldığını deməyə əsas verir. Bir neçə gün öncə Rusiya prezidentinin Təhlükəsizlik Şurasının iclasında vurğuladığı bəzi məqamlar isə ortaya düşündürücü məqamlar çıxarır.
Rusiya prezidentindən təklif...
Qeyd edək ki, sentyabrın 22-də Rusiya prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının üzvləri ilə görüşdə bildirib ki, Rusiya Yeni Strateji Hücum Silahlarının Azaldılması (Yeni START) müqaviləsinin 2026-cı il fevralın 5-də müddəti bitdikdən sonra daha bir il ərzində kəmiyyət məhdudiyyətlərinə könüllü şəkildə əməl etməyə hazırdır. O bildirib ki, bu könüllü özünüməhdudlaşdırmaların davam etdirilməsi ilə bağlı qərar vəziyyətin təhlili əsasında veriləcək. O, həmçinin hesab edir ki, belə bir tədbir Birləşmiş Ştatlar üçün də nümunə olacaq. Rusiya prezidenti deyib ki, məhdudiyyətlərə davamlı olaraq riayət etmək daha çox strateji silahlanma yarışına təhrik etməmək və Yeni START tərəfindən müəyyən edilmiş status-kvonu saxlamaq üçün lazımdır.
15 illik tarixə malik müqavilə...
Qeyd edək ki, Yeni START müqaviləsi 2010-cu ildə Praqada o zamankı Rusiya prezidenti Dmitri Medvedev ilə o dövrün ABŞ dövlət başçısı Barak Obama tərəfindən imzalanıb. Müqavilə nüvə arsenalları digər dövlətlərinkindən qat-qat artıq olan Rusiya və ABŞ-ın strateji hücum silahları üçün kəmiyyət və keyfiyyət çərçivələrini müəyyən edən əsas mövcud sazişdir. Sənəd yerləşdirilmiş nüvə başlıqlarının hər tərəf üçün 1550-yə, qitələrarası ballistik raketlərin, sualtı qayıqlardan buraxılan ballistik raketlərin və ağır bombardmançı təyyarələrin isə 700-ə endirilməsini nəzərdə tutur. Nüvə obyektlərinin yoxlanılması qarşılıqlı yoxlama vasitəsi kimi Yeni START Müqaviləsinə daxil edilib. Yeni START Müqaviləsi ilkin olaraq on ildən sonra - 2021-ci ilin fevralına qədər başa çatmalı idi. Bununla belə, razılaşma onun qarşılıqlı razılaşma yolu ilə əlavə beş il müddətinə uzadılması imkanını ehtiva edirdi və bu addım atıldı. Hazırkı razılaşmaya əsasən Yeni START Müqaviləsi 2026-cı il fevralın 5-də başa çatmalıdır. Bu isə, nüvə raketlərinin imkanlarını birbaşa məhdudlaşdıran sonuncu beynəlxalq müqavilənin aradan qalxması demək olacaq. Siyasi mütəxəssislər bu müqavilənin müddətinin artırılmamasını dünya üçün böyük fəlakət adlandırırlar.
Xatırladaq ki, 2023-cü ilin fevralında Putin Rusiyanın Yeni START Müqaviləsində iştirakını dayandırdığını elan etmişdi. O, Moskvanın müqavilədən çıxmadığını, sadəcə, iştirakını dayandırdığını vurğulamışdı - Rusiya dövlət başçısı o zaman atdığı addımı ABŞ-ın keçmiş prezidenti Co Bayden administrasiyasının apardığı siyasətlə əlaqələndirmişdi.
Mesajın “oxunuşu”...
Qeyd edək ki, siyasi analitiklər Vladimir Putinin səsləndirdiyi mesajın arxasında ABŞ-ın “sülh təklifi”nə cavabın “gizləndiyini” irəli sürür. Vurğulanır ki, Putinin bu açıqlamasının siyasi mesajı strateji sabitliyin Qərblə yanaşı, Moskvanın güc və təhlükəsizlik konsepsiyasının ayrılmaz hissəsi olmasını bildirməsidir. Hərbi mesaj isə ondan ibarətdir ki, əgər ABŞ Rusiya ilə müzakirələrdə qarşılıqlı güzəştlərə getməsə, Moskva nüvə arsenalını məhdudlaşdırmaq öhdəliklərindən çıxaraq yeni silahlanma yarışına başlayacaq. Nəhayət diplomatik mesajda Kreml Vaşinqtona bildirir ki, Ukrayna böhranı fonunda digər məsələlərdə - xüsusən də nüvə təhlükəsizliyi, təmas və dialoq kanalları açıq qalmalı, müzakirələr aparılmalıdır. Hazırkı durum olduqca gərgin sayılır - hətta mövcud vəziyyəti bir çox baxımdan 1980-ci illərin gərginlikləri ilə müqayisə edirlər. Fərq ondadır ki, indi tərəflər arasında etimad mexanizmləri daha çox zəifləyib.
Müqavilənin gələcəyi ilə bağlı baxışlar da müxtəlifdir - bir çox siyasətçilər düşünür ki, tərəflər yeni hüquqi çərçivə üzərində razılığa gəlməsələr, dünyada nüvə silahlarının nəzarətsiz artımı təhlükəsi yaranacaq. Bu isə bütövlükdə geosiyasi mühitə təsir edəcək. Hətta Çin, Hindistan, İran və Şimali Koreya kimi oyunçular da nüvə siyasətində daha fəal rol almağa çalışacaq - bu isə qlobal nüvə balansının dəyişməsinə belə yol aça bilər.
Ən yaxşı və ən pis...
Kremldən Ağ Evə “uzanan əl” özlüyündə optimist gələcək üçün də böyük ümidlər yaradır. Təhlillərə görə, ABŞ və Rusiya yeni razılaşma üzərində işləməyə başlasa, strateji sabitlik qismən qoruna bilər. Bu, yalnız Ukrayna böhranı fonunda diplomatik müzakirələrin aktivləşməsi fonunda mümkün olacaq. Hətta ən pis nəticə kimi mövcud müqavilənin faktiki olaraq dondurulması belə kəskin nəticələ yol açmayacaq - çünki tərəflər silahlanma limitlərinə riayət etməsələr də, açıq konfrontasiyadan qaçırlar. Qərb analitikləri bu vəziyyəti “təhlükəli sabitlik” dövrü” adlandırır.
P.İSMAYILOV
Xəbər lenti
Hamısına baxSiyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42
Gündəm
08 Noyabr 11:25
Siyasət
08 Noyabr 10:58
YAP xəbərləri
08 Noyabr 10:35
Sosial
08 Noyabr 10:12
İqtisadiyyat
08 Noyabr 09:56
Xəbər lenti
08 Noyabr 09:39
MEDİA
08 Noyabr 09:34
Analitik
08 Noyabr 09:12
Siyasət
08 Noyabr 08:52
Ədəbiyyat
08 Noyabr 08:28
Gündəm
08 Noyabr 00:26
YAP xəbərləri
07 Noyabr 23:52
Gündəm
07 Noyabr 21:41
Gündəm
07 Noyabr 21:10
YAP xəbərləri
07 Noyabr 21:08
Gündəm
07 Noyabr 20:24
YAP xəbərləri
07 Noyabr 18:30
Sosial
07 Noyabr 18:22
Dünya
07 Noyabr 17:51
Elanlar
07 Noyabr 16:51
Xəbər lenti
07 Noyabr 16:48

