Ukrayna üçün “Qələbə Fondu”...
17.10.2025 [09:14]
Vəsait haradan toplanacaq?
Dünyanın bir çox bölgələrində münaqişələri bitirən, sülh, sabitlik və əmin-amanlığı təmin edən, xüsusilə də qlobal dünyada yeni təhlükəsizlik sistemi formalaşdıran Tramp Rusiya-Ukrayna münaqişəsinin nizamlanması istiqamətində səylərini artırmaqdadır. Belə demək mümkünsə, Ağ Ev rəhbəri Ukraynada müharibəyə son qoymaq üçün yeni planlar üzərində işləyir. Bu planlar özündə Rusiyaya qarşı təzyiqləri artırmaq, Moskvanın iqtisadi imkanlarını məhdudlaşdırmaq və Kremli sülhə məcbur etmək missiyasını ehtiva edir. Belə ki, Tramp Ukraynaya daha güclü hərbi dəstək göstərmək üçün “Qələbə Fondu” yaratmağı planlaşdırır - yaxın zamanda Çinə qarşı tətbiq olunacaq yüksək həcmli rüsumlardan əldə olunacaq gəlirlər bu fondun hesabına yatırılacaq. “The Telegraph” nəşri qeyd edir ki, Tramp maliyyə naziri Skott Bessentə Ukrayna Prezidenti Volodimir Zelenskinin Vaşinqtona səfərindən öncə planı avropalı həmkarlarına təqdim etməyi tapşırıb. Nəşrin məlumatında qeyd olunur ki, Trampın bu planında Çindən idxala 500 faizlik rüsumun tətbiq edilməsi və əldə olunan vəsaitin Ukrayna ordusu üçün silah alınmasına yönəldilməsi nəzərdə tutulub. Eyni zamanda bildirilib ki, sözügedən plan Rusiyanın xarici iqtisadi imkanlarını və maliyyə resurslarını məhdudlaşdırmaq, ən əsası da rus ordusunun Ukraynada vəziyyətini daha da ağırlaşdırmağı hədəfləyir.
Bir güllə ilə iki hədəfə nail olmaq
Məsələ ilə bağlı politoloq Tural İsmayılov “Yeni Azərbaycan” qəzetinə şərhində qeyd edib ki, son zamanlar Trampın Rusiya və Çinə qarşı atdığı addımlar hər iki ölkəni ABŞ-ın maraqlarını və şərtlərini nəzərə almağa vadar etməyə hədəflənib. Ekspertin sözlərinə görə, bu təşəbbüsün əsas məqsədi Moskvaya maksimum iqtisadi təzyiq göstərmək və onun müharibə maşınını dəstəkləyən Çin yardımlarını məhdudlaşdırmaqdır. “Bu plan Trampın siyasi-diplomatik təzyiq vasitəsidir, yəni Trampın məqsədi Rusiyanın xarici iqtisadi imkanlarını kəskin daraltmaq, o cümlədən Kremli Ukraynada müharibəni dayandırmağa və atəşkəsə məcbur etməkdir. Çinə gəlincə, Trampın Pekinə yüksək rüsumlar tətbiq etməkdə məqsədi ikiqatdır: bir tərəfdən Pekini Rusiyaya maddi və iqtisadi dəstək göstərməkdən çəkindirmək, digər tərəfdən isə Çinlə ABŞ arasında ticarət və iqtisadi müharibəni sərtləşdirərək Vaşinqtonun strateji üstünlüyünü qorumaqdır. Çindən yeni rüsumlarla toplanacaq vəsaitin Ukraynanın müdafiəsinə yönəldilməsi isə həm Putinə, həm də Pekinə diplomatik siqnal kimi qiymətləndirilir”, - deyə T.İsmayılov vurğulayıb ki, Tramp bu addımına Avropa ölkələrindən dəstək gözləyir; “Avropada Çinlə iqtisadi əlaqələrə görə bu təşəbbüsün tam dəstəklənməsi hələ müzakirə mərhələsindədir. Avropa ölkələrinin Trampın planına qoşulması həm Ukrayna ordusunun silahlandırılması, həm də Rusiyaya qarşı birgə iqtisadi təzyiqin gücləndirilməsi baxımından vacib amildir”. Ekspert əlavə edib ki, Pekin ABŞ-ın qarşısında əyilməyəcək, amma Rusiya ilə bağlı mövqeyini nəzərdən keçirə bilər. “Pekinin belə sərt rüsum siyasəti qarşısında Vaşinqtonla razılığa gəlməsi hazırkı nüfuz mübarizəsi və iqtisadi-siyasi təzyiqlər fonunda çətin görünür. Çin Rusiyanı dəstəkləməkdən imtina etməyib, amma ABŞ-ın ticarət təzyiqlərinin artması Pekini mövqeyini nəzərdən keçirməyə vadar edə bilər. Bu baxımdan Vaşinqtonun siyasi-ticari manevrləri davam edir”.
Avropa da Trampın fonduna vəsait yatıracaq?
T.İsmayılov hesab edir ki, Avropa ölkələri Trampın “Qələbə Fondu” təşəbbüsünə qoşulmaqla Ukraynaya maliyyə və hərbi yardımın artırılmasında əsas tərəfdaş rolunu oynaya bilərlər. “Bununla belə, Avropa içərisində Çinlə ticarət əlaqələrinə görə bu addıma tərəddüd edən qüvvələr mövcuddur. Amma ABŞ və NATO müttəfiqləri arasında razılıq əldə olunarsa, fondun genişləndirilməsi və Ukraynanın döyüş qabiliyyətinin artırılması mümkün olacaq - Ukrayna müharibəsinin gedişatı dəyişə bilər, lakin bu, strateji və iqtisadi mübarizənin nəticəsindən asılı olacaq”.
Yunis ABDULLAYEV
Xəbər lenti
Hamısına baxDünya
18 İyun 07:27
Dünya
17 İyun 23:42
Dünya
17 İyun 23:35
Sosial
17 İyun 23:19
Dünya
17 İyun 22:56
Dünya
17 İyun 22:20
Dünya
17 İyun 22:09
Dünya
17 İyun 21:43
Dünya
17 İyun 21:32
Elm
17 İyun 21:18
Dünya
17 İyun 21:15
Elm
17 İyun 20:58
Dünya
17 İyun 20:25
Dünya
17 İyun 20:10
Elm
17 İyun 19:42
Dünya
17 İyun 19:30
Sosial
17 İyun 19:16
Siyasət
17 İyun 18:07
YAP xəbərləri
17 İyun 17:57
YAP xəbərləri
17 İyun 17:49
Siyasət
17 İyun 17:32
Siyasət
17 İyun 17:22
Siyasət
17 İyun 17:17
Gündəm
17 İyun 16:57
Elm
17 İyun 16:54
Dünya
17 İyun 16:54
Mədəniyyət
17 İyun 16:27
YAP xəbərləri
17 İyun 16:13
Gündəm
17 İyun 16:01
Sosial
17 İyun 16:00
Gündəm
17 İyun 15:56
Mədəniyyət
17 İyun 15:42
YAP xəbərləri
17 İyun 15:18
İdman
17 İyun 15:17
İqtisadiyyat
17 İyun 15:16
Gündəm
17 İyun 15:16
Elanlar
17 İyun 15:00
Siyasət
17 İyun 14:21
Sosial
17 İyun 13:54
Sosial
17 İyun 13:54
YAP xəbərləri
17 İyun 12:40
YAP xəbərləri
17 İyun 12:39
Mədəniyyət
17 İyun 12:38
Sosial
17 İyun 12:36
Siyasət
17 İyun 12:27
Sosial
17 İyun 12:19
Elm
17 İyun 11:58
Sosial
17 İyun 11:25
Sosial
17 İyun 11:24
Gündəm
17 İyun 10:51
Sosial
17 İyun 10:48
Sosial
17 İyun 10:48
Gündəm
17 İyun 10:35
Sosial
17 İyun 09:22
Sosial
17 İyun 08:49
Dünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17

