Görüş yerini dəyişmək olmaz...
28.10.2025 [09:15]
Putin ilə Tramp Budapeştə gələcəkmi?
Qlobal gündəmin əsas mövzularından birinə çevrilmiş Putin-Tramp görüşünün baş tutub-tutmayacağı ilə bağlı müzakirələr səngimir. Bəzi siyasi texnoloqlar “pərdənin arxasında” danışıqlar prosesinin davam etdiyi fikrindədir. Onlar iddia edirlər ki, görüşün effektiv nəticə ilə yadda qalması üçün zəruri və münbit şərait formalaşdırılır. Hər bir halda görüş yerinin dəyişməyəcəyi qənaəti irəli sürülür - təsadüfi deyil ki, Macarıstanın xarici işlər naziri Peter Siyarto da Rusiya və ABŞ prezidentlərinin Macarıstanın paytaxtında bir araya gələcəyinə ümid etdiyini dilə gətirib. “American Conservative” jurnalına verdiyi müsahibədə bildirib ki, “Zirvə görüşünün baş tutacağı barədə məlumat aldım və liberal mediadan daha çox Prezident Donald Tramp və Prezident Putinə etibar edirəm”.
Avropa liderləri günahlandırıldı...
Siyarto qeyd edib ki, bu görüş elan edilən ilk andan etibarən bir çoxlarının bunun baş verməməsi üçün əlindən gələni edəcəyini bilirdik. “Əminəm ki, görüş baş tutana qədər saxta xəbərlər, sızmalar və bu sammitin baş tutmayacağı barədə bəyanatlar görməyə və eşitməyə davam edəcəyik”“, - deyən Siyarto maraqlıdır ki, sülhdə maraqlı olmayan qüvvələri sadalayarkən o sıraya Avropa liderlərini də daxil edib. O, Trampı “Mərkəzi Avropada sülhün bərpası üçün yeganə ümid” adlandırıb.
Şərtsiz görüş üçün şərtlər...
Bu arada ABŞ Prezidenti Donald Tramp da Rusiya lideri Vladimir Putinlə görüşüb-görüşməyəcəyi məsələsinə aydınlıq gətirib. Jurnalistlərin suallarını cavablandıran Tramp bildirib ki, o, bu görüşə yalnız bir şərtlə razı ola bilər - əgər görüş Ukraynada sülh sazişlərinin imzalanmasına real zəmin yaratsa. “Əgər bu görüş sülhə gətirəcəksə, əlbəttə ki, mən Putinə görüş təklif edə bilərəm. Amma vaxtımı boşa sərf etməyə hazır deyiləm”, - deyə ABŞ prezidenti sərt tonda vurğulayıb.
Rusiya tərəfi isə topu yenidən qarşı tərəfə “ötürüb”. Belə ki, xarici işlər naziri Sergey Lavrov bildirib ki, Vladimir Putin və ABŞ Prezidenti Donald Trampın mümkün yeni görüşü yalnız Vaşinqtonun təşəbbüsündən asılıdır: “İndi təşəbbüs var, biz isə mədəni insanlarıq. Əgər bizi dəvət edirlərsə, razılığımızı bildirir və deyirik ki, gəlin format, yer və vaxt barədə razılaşaq.”
Lavrovun sözlərinə görə, Vladimir Putin ABŞ Prezidenti Donald Trampın komandasının Ukrayna ilə bağlı təqdim etdiyi konsepsiya əsasında əməkdaşlığa hazır olduğunu bildirib. Macarıstanın “Ultrahang” adlı YouTube kanalına müsahibəsində Lavrov bildirib ki, Putin Trampın xüsusi nümayəndəsi Stiv Uitkoffun Moskvada təqdim etdiyi konsepsiya və çərçivə yanaşması əsasında əməkdaşlığa hazır olduğunu söylədi. Bu mövzular daha sonra Ankoricdə də müzakirə olundu.
Anlaşılan budur ki, Moskva ABŞ tərəfindən təqdim olunan konsepsiyanı qəbul etməyə və onun əsasında praktiki addımlar atmağa hazırdır - amma bu mövzuda tərəflərdən birbaşa cavab olmayıb. Ən əsası isə danışıqların davam etdirilməsi üçün tərəflər düşünmək məqsədilə pauza götürməyə razılaşıb.
Görüş olacaq, amma...
Rusiya-ABŞ danışıqlarında aktiv fiqurlardan biri olan Rusiya Birbaşa İnvestisiya Fondunun (RDIF) rəhbəri və xarici ölkələrlə investisiya və iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndə Kirill Dmitriyev də görüşün baş tutacağına əminlik ifadə edib. O, görüşün vaxtı ilə bağlı dəqiq məlumat verməsə də, reallaşacağına qətiyyət ifadə edib. Dmitriyev deyib ki, “ehtimal var ki, detalların işlənməsi zərurəti ilə əlaqədardır. Bütün detallar diplomatik cəhətdən yaxşı hazırlanmalıdır”. O, Rusiyanın “atəşkəs deyil, münaqişənin qəti həllini istədiyini” vurğulayıb, hətta Moskva, Kiyev və Vaşinqtonun diplomatik razılaşmaya yaxın olduğu fikrini bildirib.
Gözləmək lazım gələcək...
Qeyd edək ki, görüşün toplantısının ləğvindən sonra ABŞ Maliyyə Nazirliyi “Lukoil” da daxil olmaqla iki böyük Rusiya neft şirkətinə qarşı sanksiyalar tətbiq edib. Məhdudiyyətlərin onların nəzarəti altında olan bütün qurumlara şamil edildiyi vurğulanıb. Ağ Evin mətbuat katibi Kerolin Levitt daha sonra Trampın Moskvaya qarşı yeni məhdudiyyətlər tətbiq etmək qərarına gəldiyini bildirib - çünki bunun “zəruri olduğu an” yetişib.
Moskva isə öz növbəsində Vaşinqtonun tədbirlərinin sürpriz olmadığını və Rusiya iqtisadiyyatına ciddi ziyan vurmayacağını vurğulayıb. Putinin sözlərinə görə, yeni sanksiyalar Rusiyaya siyasi təzyiq göstərmək üçün daha bir cəhddir. Prezident ABŞ-ın qərarını münasibətlərin bərpasına töhfə verməyən qeyri-dost addım adlandırıb. Eyni zamanda, o, Moskvanın konstruktiv dialoqa hazır olduğunu deyib. Donald Tramp rusiyalı həmkarının sözlərinə cavab olaraq bildirib: “Mən onun üçün şadam. Görək 6 aydan sonra nə olacaq”.
P.İSMAYILOV
Xəbər lenti
Hamısına baxDünya
21 İyun 12:30
Dünya
21 İyun 11:28
Dünya
21 İyun 10:45
Dünya
21 İyun 09:31
Elm
21 İyun 08:50
Elm
21 İyun 08:38
Maraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
İqtisadiyyat
19 İyun 18:22
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31
Diaspor
19 İyun 15:21

