Milli səfərbərlik
03.06.2026 [09:31]
Azərbaycan dövləti və xalqı üçün müstəsna imkanlar yarandığı tarixi bir dövrdə yaşayırıq. Elə bir dövrdə yaşayırıq və elə bir inanılmaz fürsətlər yaranıb ki, onların doğru dəyərləndirilməsi məsələsi gələcəyi düşünən hər bir məsuliyyətli vətəndaş üçün obyektiv zərurətə çevrilməlidir. Ayrılıqda hər bir fərd və bütövlüklə cəmiyyət olaraq hamımız “hər şey Vətən üçün, hər şey dövlət üçün” deyərək sahib olduğumuz bütün potensialın mütləq səfərbər olunası gərgin dövrdə yaşayırıq. Əslində, Prezident İlham Əliyev tarixi Qələbəmizdən sonra cəmiyyəti məsələ ilə bağlı xəbərdar etmişdi. “Biz, - İkinci Qarabağ müharibəsi zamanı və antiterror əməliyyatı zamanı mən bunu artıq demişdim, - sarsılmaz hesab olunan elə bir daşları tərpətdik ki, bunu bizə bağışlamayacaqlar, biz bunu bilməliyik”. 2024-cü ildə andiçmə mərasimində Prezident İlham Əliyev tərəfindən səsləndirilmiş sözügedən fikir bütün vətənsevənlərə ünvanlanmış sözün böyük mənasında “milli səfərbərlik” çağırışıdır.
Bu fikirlər politoloq Asif Adilin “Milli səfərbərlik” sərlövhəli məqaləsində yer alıb. AZƏRTAC məqaləni təqdim edir.
Qeyd olunanlar heç də hansısa nəzəri mülahizələrin məhsulu deyil, bu bir reallıqdır, həm də “yeni reallığın” özəl parçasıdır. Diqqət yetirirsinizsə, doğma məmləkətimizə qarşı uzun illər ərzində tətbiq olunan “ikili standartlar” siyasəti, həmçinin yaşanan təzyiq və informasiya təxribatları Qələbədən sonra heç də azalmayıb. Əksinə, onların sayı dəfələrlə artıb. Bəzən isə bu təzyiqlər hətta aqressiv formada cərəyan edir.
Bütün ağır təfərrüatlara varmadan ötən müddət ərzində yaşanmış ədalətsizlikləri, sadəcə, vergüllə yada salaq: diplomatik təzyiqlər, hərbi təhdidlər, iqtisadi təxribatlar, “çirkli” informasiya manipulyasiyaları, hədəfində siyasi sabitliyin pozulması olan demaqoji isterika, cəmiyyətin ideoloji parçalanmasına hesablanmış emosional siyasi ritorika və daha nələr-nələr. Hamımız onun şahidiyik ki, bu gün müxtəlif ünvanlardan ölkəmizə qarşı basqılar yaşanır. Əlbəttə ki, sadalanan bütün bu dağıdıcı təzahürlərin qarşısında Prezident İlham Əliyevin peşəkar siyasəti və prinsipial iradəsi, habelə cəmiyyətdə yaşanan milli həmrəylik mühiti dayanmasa idi dövlətçiliyimizin aqibəti sual altında qalardı. Təsadüfi deyil ki, mənfur qüvvələrin informasiya təxribatlarının strateji hədəfləri də hər zaman məhz qeyd etdiyimiz prinsipial siyasi iradə və cəmiyyətdə yaşanan milli həmrəylik olub. Şübhəsiz ki, təsvir etdiyimiz mənzərə vətənpərvər milli qüvvələrinin səfərbərliyini labüd edir.
Tərəddüd etmədən onu da qeyd edə bilərik ki, şərti “milli səfərbərliyin” təmin olunması vəzifəsi ilk növbədə ideoloji müstəviyə aid olan məsələdir. Mövcud kontekstdə Prezident İlham Əliyevin bu sözləri xüsusi məna daşıyır: “Əlbəttə ki, müharibədə qələbə dedikdə, sadəcə, pul və hətta silahlar nəzərdə tutulmur. Söhbət döyüş ruhundan gedir”. Dövlətimizin başçısının bəhs etdiyi “ruhu” yaradan və onu dəstəkləyən başlıca amil isə yenə də ideologiyadır. Ona görə də bizim ideoloji sərhədlərimizin toxunulmazlığı mütləq olaraq təmin olunmalı və burada yumşaqlığın göstərilməsi lüzumsuzdur. Bu sərhədlərin toxunulmazlığı üçün milli səfərbərlik artıq zərurətə çevrilir.
Milli səfərbərlik, eyni zamanda, müstəqil siyasətin aparılmasını mümkün edən önəmli amildir. Təsadüfi deyil ki, dövlətimizin başçısı Şuşanın Böyük Qaladərəsi kəndinə qayıdan sakinlərlə görüş zamanı müstəqillik ilə bağlı məhz bu sözləri demişdir: “Müstəqillik - bu, böyük nemətdir, böyük nailiyyətdir. Amma əsl müstəqillik o vaxt olur ki, ölkə müstəqil siyasət apara bilsin”. Odur ki, müstəqil siyasəti aparmaq və bu siyasəti qorumaq üçün də dövlətin və xalqın milli səfərbərlik potensialı daim dəstəklənməlidir.
Burada biz mütləq olaraq bilavasitə Prezident İlham Əliyevin təşəbbüsü ilə ölkəmizdə təşviq olunan sağlam siyasi dialoq mühitini də yada salmalıyıq. Əlbəttə ki, təqribən son 5-6 il ərzində sağlam siyasi dialoq mühitinin aktiv şəkildə təşviq olunması və sözügedən prosesdə siyasi partiyaların yaxından iştirakı əsla təsadüfi hal deyil. Bəli, elə ona görə də radikallar milli səfərbərliyə xidmət edən siyasi dialoqa qarşı çıxış edir. Təkcə elə buna görə də dialoqu tənqid edən və bu prosesdən digərlərini yayındırmaq istəyənlər heç bir zaman milli qüvvə sayıla bilməz. Buna görə də dövlətin siyasi dialoq ilə bağlı olan şaxəli təşəbbüslər əcnəbi araçı vasitəçilərin və beynəlxalq “demokratik” təşkilatların hesabatlarına daxil olmur. Siyasətdə spekulyant araçıların lazımlığını heçə endirən həmrəylik mühiti ölkəmizə yırtıcı niyyətləri ilə yanaşan geosiyasi qüvvələrin maraqlarına daxil ola bilməz. Sözügedən fakt, eyni zamanda, son dövrlərdə heç bir mənəvi sərhəd tanımayan informasiya təxribatlarının artmasının əsas səbəbidir.
Canımızdan çox sevdiyimiz Azərbaycan üçün heç bir dövlət və milləti örnək gətirmək istəməzdik. Ancaq dünya tarixində dövlət və xalqın inkişafında milli ideologiya oynadığı müstəsna rolunu sübut edən müsbət örnəklər kifayət qədər çoxdur. Səmərəli milli səfərbərlik və mobilliyin əsas mənbəyi olan ideologiya, keçid dövrləri üçün aktual hesab olunan transformasiya proseslərini əsaslı şəkildə yumşaldır və cəmiyyətdə olan potensialı inkişafa, vahid məqsədlərə yönəldir. Zamanında milli səfərbərliyə xidmət etmiş Çinin “dövlət və cəmiyyətin inkişafı naminə hər bir fərd çalışmalı və bu yolda “qurbanlara” hazır olmalıdır” şərti adlı iqtisadi modelinin hesabına sözügedən dövlət bu gün dünyada birincilik uğrunda açıq mübarizə aparır. Budur milli birliyin və səfərbərliyin real potensialı. Mürəkkəb müasir beynəlxalq münasibətlər, habelə yaşanan tendensiyalar və dünyada hökm sürən sərt rəqabət mühiti milli səfərbərliyimizin hər zaman tonusda saxlanmasını tələb edir.
Xəbər lenti
Hamısına baxGündəm
09 Sentyabr 10:37
Mədəniyyət
09 Sentyabr 10:36
YAP xəbərləri
09 Sentyabr 10:34
İqtisadiyyat
09 Sentyabr 10:24
Gündəm
09 Sentyabr 09:52
Analitik
09 Sentyabr 09:17
Sosial
09 Sentyabr 08:53
Elm
09 Sentyabr 08:31
İdman
09 Sentyabr 07:59
Dünya
09 Sentyabr 07:58
Dünya
09 Sentyabr 07:56
Hadisə
09 Sentyabr 07:41
Dünya
08 Sentyabr 23:32
Dünya
08 Sentyabr 23:10
Dünya
08 Sentyabr 22:56
Dünya
08 Sentyabr 22:23
İqtisadiyyat
08 Sentyabr 21:45
Dünya
08 Sentyabr 21:34
İdman
08 Sentyabr 21:19
İqtisadiyyat
08 Sentyabr 20:42
Dünya
08 Sentyabr 20:31
Dünya
08 Sentyabr 20:17
Sosial
08 Sentyabr 19:50
İqtisadiyyat
08 Sentyabr 19:24
Sosial
08 Sentyabr 19:10
YAP xəbərləri
08 Sentyabr 18:18
Dünya
08 Sentyabr 18:16
YAP xəbərləri
08 Sentyabr 18:09
YAP xəbərləri
08 Sentyabr 17:41
YAP xəbərləri
08 Sentyabr 17:40
Dünya
08 Sentyabr 17:28
Sosial
08 Sentyabr 17:15
Siyasət
08 Sentyabr 17:11
YAP xəbərləri
08 Sentyabr 17:01
YAP xəbərləri
08 Sentyabr 16:59
YAP xəbərləri
08 Sentyabr 16:48
Din
08 Sentyabr 16:47
YAP xəbərləri
08 Sentyabr 16:36
YAP xəbərləri
08 Sentyabr 16:33
Dünya
08 Sentyabr 16:30
Elanlar
08 Sentyabr 15:49
YAP xəbərləri
08 Sentyabr 15:47
Dünya
08 Sentyabr 15:45
Diaspor
08 Sentyabr 15:41
Hadisə
08 Sentyabr 15:34
Elm
08 Sentyabr 15:33
Sosial
08 Sentyabr 15:26
Sosial
08 Sentyabr 15:25
Dünya
08 Sentyabr 15:17
Analitik
08 Sentyabr 14:31
İqtisadiyyat
08 Sentyabr 14:28
Dünya
08 Sentyabr 14:25
Gündəm
08 Sentyabr 14:22
Dünya
08 Sentyabr 14:10
Dünya
08 Sentyabr 13:39
Dünya
08 Sentyabr 13:10
Siyasət
08 Sentyabr 12:42
Dünya
08 Sentyabr 12:14
Hadisə
08 Sentyabr 11:58
Gündəm
08 Sentyabr 11:35
İqtisadiyyat
08 Sentyabr 10:40
İqtisadiyyat
08 Sentyabr 10:18
Analitik
08 Sentyabr 09:44
Analitik
08 Sentyabr 09:20
Sosial
08 Sentyabr 08:53
Sosial
08 Sentyabr 08:35
Sosial
08 Sentyabr 07:25
Dünya
07 Sentyabr 23:39
Dünya
07 Sentyabr 23:15
İdman
07 Sentyabr 22:43

