Pxenyan müharibə hazırlığındadır?
30.06.2026 [09:32]
Şimali Koreya silahlarını modernləşdirir
Şimali Koreya Yaponiyanın Quru Özünümüdafiə Qüvvələri ilə ABŞ Dəniz Piyadaları Korpusunun keçirdiyi birgə hərbi təlimi qınayaraq, onu “müharibə məşqi” adlandırıb. Koreya Mərkəzi Xəbər Agentliyinin (KCNA) dərc etdiyi redaksiya məqaləsində Yaponiyanın “Qətiyyətli əjdaha 2026” təlimində iştirakı tənqid olunub və ölkə “işğal qabiliyyətini” gücləndirməkdə ittiham edilib.
Məqalədə fevral ayında keçirilmiş ABŞ-Yaponiya birgə təliminə də istinad olunaraq, Yaponiyanın ABŞ ilə hərbi əməkdaşlığı dərinləşdirməklə regionda gərginliyi artırdığı bildirilib.
Müharibə təhlükəsi...
KCNA iddia edib ki, Yaponiya aprel və may aylarında Asiya-Sakit okean regionunda ABŞ-ın rəhbərliyi ilə keçirilən çoxmillətli təlimdə ilk dəfə iştirak edərkən qonşu ölkələrə qarşı istifadə olunması nəzərdə tutulan uzun mənzilli raketləri “qabaqlayıcı zərbə” məqsədilə sınaqdan keçirib.
Nəşr Yaponiyanı mövcud mürəkkəb beynəlxalq vəziyyətdən “müharibə ölkəsinə çevrilməsini haqq qazandırmaq” üçün istifadə etməkdə ittiham edib və Tokionu ehtiyatsız hərbi siyasəti davam etdirəcəyi təqdirdə, “faciəvi sonluq”la üzləşə biləcəyi barədə xəbərdar edib. Məqalədə ABŞ-ın birbaşa hədəf alan fikirlərə yer verilməyib. Qeyd edək ki, iyunun 20-də Yaponiyanın cənub-qərbində yerləşən Okinava və Kyuşu adalarında başlayan “Qətiyyətli əjdaha 2026” komandanlıq, idarəetmə və çoxsahəli manevr imkanlarının təkmilləşdirilməsi məqsədilə hər il keçirilən ABŞ-Yaponiya birgə səhra təlimidir. Təlimin iyulun 1-də başa çatması gözlənilir.
Donanma inkişaf etdirilir...
Bu arada Şimali Koreya lideri Kim Çen In ölkənin növbəti beş il ərzində ildə iki böyük döyüş gəmisi inşa etməyi hədəfləyərək dəniz modernləşdirmə proqramını gücləndirəcəyini açıqlayıb. İyunun 24-də yeni esminesin istismara verilməsi mərasimində çıxış edən Kim Çen In, Şimali Koreyanın dəniz qabiliyyətlərini artırmaq üçün hər biri təxminən 5000 ton və “Çoe Hyon”a bərabər olan iki döyüş gəmisi inşa etməli olduğunu bildirib. Kim Çen İn həmçinin qeyd edib ki, Pxenyan 5000 tonluq “Kang Kon” esmines istismara verməyə hazırlaşır və 10.000 tonluq strateji döyüş gəmilərinin hazırlanmasını davam etdirir. Qeyd edək ki, “Kang Kon” ötən il istismara buraxılmışdı və müəyyən problemlərdən sonra təmirə saxlanılmışdı. Şimali Koreya lideri donanmanın gücləndirilməsinin hərbi modernləşdirmə prosesinin əsas məqsədi olduğunu vurğulayıb. O, bir vaxtlar Şimali Koreya silahlı qüvvələrinin ən zəif qolu olan donanmanın əhəmiyyətli dərəcədə genişləndirilmiş imkanlarla yeni inkişaf mərhələsinə qədəm qoyduğunu söyləyib.
Şimali Koreya lideri bildirib ki, yaxın gələcəkdə donanma üçün ən əhəmiyyətli dəyişiklik onun rolunun, statusunun və əməliyyat əhatə dairəsinin genişləndirilməsi olacaq. O, ətraflı məlumat verməyib, lakin Şimali Koreya donanmasının imkanlarının “bütün təsəvvürlərdən daha yüksək” səviyyəyə qaldırılacağını vurğulayıb. Kim Çen In həmçinin donanmanın nüvə imkanlarının inkişafının müəyyən bir yol xəritəsinə uyğun olaraq davam etdiyini və Şimali Koreyanın strateji çəkindirmə qabiliyyətinin gücləndirilməsinə töhfə verəcəyini vurğulayıb.
Yeni silahlar sınaqdan keçirilir...
Şimali Koreya yalnız müdafiə qabiliyyətli deyil, həm də uzun mənzilli hücum silahlarını təkmilləşdirməyə davam edir. Koreya Mərkəzi Xəbər Agentliyinin məlumatına görə, Kim Çen In quru qoşunlarının artilleriya və raket qüvvələrinin inkişafını prioritetləşdirib və beşillik plan çərçivəsində növbəti vəzifələri müəyyən edib. KCNA aydınlaşdırıb ki, Şimali Koreya lideri artilleriya və raket modernləşdirmə planının bir hissəsi olaraq müdafiə institutları tərəfindən keçirilən silah sınaqlarında iştirak edib və nəticələrdən məmnun olduğunu bildirib. KCNA-nın məlumatına görə, təlimlərdə Şimali Koreya ordusunun arsenalını modernləşdirməyə yönəlmiş çoxsaylı yeni silah sistemləri sınaqdan keçirilib. Test edilən hərbi texnikalar arasında 240 mm-lik 24 lüləli çoxlu buraxılışlı raket sisteminin təkmilləşdirilmiş versiyası, taktiki ballistik raketlər və 155 mm-lik özüyeriyən haubitsa da yer alıb.
Pxenyan administrasiyası bu yeni silahları Cənubi Koreya ilə sərhəd yaxınlığında yerləşdirir. May ayında ölkə həmçinin müasir müharibə üçün xüsusi olaraq hazırlanmış süni intellektlə təchiz olunmuş taktiki ballistik raketlər, artilleriya raketləri və dəqiq idarə olunan kruiz raketlərini əhatə edən birləşmiş sınaqlar keçirib.
SADİQ
Xəbər lenti
Hamısına baxDünya
06 Sentyabr 23:19
İdman
06 Sentyabr 22:40
Dünya
06 Sentyabr 21:54
Hadisə
06 Sentyabr 21:45
Sosial
06 Sentyabr 20:59
Dünya
06 Sentyabr 19:23
Siyasət
06 Sentyabr 18:45
Dünya
06 Sentyabr 18:40
Dünya
06 Sentyabr 17:25
Dünya
06 Sentyabr 16:30
Dünya
06 Sentyabr 15:59
Gündəm
06 Sentyabr 15:14
Dünya
06 Sentyabr 15:13
Dünya
06 Sentyabr 14:29
Dünya
06 Sentyabr 13:40
Dünya
06 Sentyabr 12:53
Dünya
06 Sentyabr 12:31
Siyasət
06 Sentyabr 11:46
Dünya
06 Sentyabr 11:43
Siyasət
06 Sentyabr 11:36
Dünya
06 Sentyabr 11:19
Dünya
06 Sentyabr 10:57
Sosial
06 Sentyabr 10:47
Dünya
06 Sentyabr 10:25
İdman
06 Sentyabr 09:42
Dünya
06 Sentyabr 09:17
Dünya
06 Sentyabr 08:54
İdman
06 Sentyabr 08:30
Dünya
06 Sentyabr 07:56
Dünya
05 Sentyabr 23:18
Dünya
05 Sentyabr 22:20
İdman
05 Sentyabr 21:37
Dünya
05 Sentyabr 20:25
Dünya
05 Sentyabr 19:17
Dünya
05 Sentyabr 18:31
Dünya
05 Sentyabr 17:22
Sosial
05 Sentyabr 16:40
Sosial
05 Sentyabr 15:37
Siyasət
05 Sentyabr 14:56
Sosial
05 Sentyabr 14:19
Sosial
05 Sentyabr 13:33
İqtisadiyyat
05 Sentyabr 12:48
MEDİA
05 Sentyabr 12:25
Analitik
05 Sentyabr 11:53
Ədəbiyyat
05 Sentyabr 11:20
İqtisadiyyat
05 Sentyabr 10:56
Gündəm
05 Sentyabr 10:24
Gündəm
05 Sentyabr 10:09
Sosial
05 Sentyabr 09:42
Siyasət
05 Sentyabr 09:31
Sosial
05 Sentyabr 09:17
Ədəbiyyat
05 Sentyabr 08:54
Ədəbiyyat
05 Sentyabr 08:30
Elm
04 Sentyabr 23:30
İqtisadiyyat
04 Sentyabr 23:19
YAP xəbərləri
04 Sentyabr 23:14
Elm
04 Sentyabr 22:43
Dünya
04 Sentyabr 22:14
Sosial
04 Sentyabr 21:59
Dünya
04 Sentyabr 21:23
Dünya
04 Sentyabr 20:44
İqtisadiyyat
04 Sentyabr 20:31
Dünya
04 Sentyabr 20:17
Siyasət
04 Sentyabr 19:56
Dünya
04 Sentyabr 19:50
Hadisə
04 Sentyabr 19:26
Sosial
04 Sentyabr 19:10
Maraqlı
04 Sentyabr 18:43
Sosial
04 Sentyabr 18:39
Dünya
04 Sentyabr 18:29

