Yeni həmlə..
17.07.2026 [11:30]
Yaxın Şərqdə gərginlik səngimir
Yaxın Şərqdə münaqişə yeni fazaya qədəm qoyub. Belə ki, ABŞ iyunun 15-də 24 saat ərzində İrana ikinci zərbə dalğası elan edib. ABŞ ordusunun məlumatına görə, zərbələr Hörmüz boğazından sərbəst keçən gəmiləri təhdid edən İran hərbi obyektlərini hədəf alıb. ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) verdiyi məlumata görə, ABŞ ordusu İran ərazisinə ikinci zərbə dalğası endirib. Bəyanatda deyilir: “Zərbələr qlobal ticarət üçün vacib olan beynəlxalq su yolu olan Hörmüz boğazından sərbəst keçən gəmiləri təhdid etmək üçün istifadə edilən İran hərbi obyektlərini hədəf alır. ABŞ ordusu Ali Baş Komandanın göstərişi ilə İranı məsuliyyətə cəlb edir”.
Mərkəz həmçinin bildirib ki, ABŞ İran limanlarına gedən və ya İrandan gələn gəmilərə qarşı dəniz blokadası tətbiq edib. Bu tədbirlərin bir hissəsi olaraq, Amerika qüvvələri İranın Xarq adasına doğru gedən və bir neçə xəbərdarlığa məhəl qoymayan yüksüz Kürasao bayrağı altında üzən M/T Belma neft tankerini sıradan çıxarıb. Məlumata görə, ABŞ təyyarəsi gəminin tüstü bacasına Hellfire raketləri ilə zərbə endirib, bundan sonra tanker İrana doğru hərəkətini dayandırıb.
CENTCOM bildirib ki, blokadanın ilk 24 saatında Amerika qüvvələri tabe olan iki ticarət gəmisini istiqamətləndirib və tabe olmaqdan imtina edən bir gəmini sıradan çıxarıb. Agentlik məhdudiyyətləri tətbiq etməyə davam edəcəyini bildirib. ABŞ komandanlığının məlumatına görə, əməliyyatın ilk mərhələsi 90 dəqiqə davam edib və Hörmüz boğazında gəmilərə hücum etmək üçün istifadə edildiyi iddia edilən İranın hərbi imkanlarını zəiflətmək məqsədi daşıyıb.
Hədəf Xarq adasıdır...
“The Wall Street Journal” (WSJ) qəzeti adı çəkilməyən ABŞ rəsmisinə istinadən bildirib ki, Prezident Donald Tramp bir neçə günlük müzakirələrdən sonra İrana qarşı hərbi əməliyyatları gücləndirmək barədə düşünür. Prezidentin nəzərdən keçirdiyi variantlar arasında daha güclü hava hücumları, İranın Xarq adasını və Hörmüz boğazı boyunca digər əraziləri ələ keçirmək üçün quru qüvvələrinin göndərilməsi və gizli nüvə işləri üçün istifadə edilə bilən möhkəmləndirilmiş obyekti - Pickax Mountain tunel kompleksini bombalamaq var. WSJ yazır ki, son günlərdə Tramp İrana qarşı yeni hərbi variantların nəzərdən keçirilməsi barədə açıqlamalar verib, lakin bu, Tehranı yenidən danışıqlar masasına qaytarmağa məcbur etmək cəhdi də ola bilər.
Xarq adasının ələ keçirilməsi İranın neft sənayesinə zərər verəcək - paralel olaraq Amerika qüvvələrini də birbaşa hədəfə çevirəcək. Amerika rəsmiləri və analitikləri nəşrə bildiriblər ki, bu halda ABŞ qoşunları İran raketləri və dronları üçün asan hədəflərə çevriləcək. Onlar əlavə ediblər ki, eyni ssenari Fars körfəzindəki Əbu Musa, Böyük Tunb və Kiçik Tunb adalarına hücum halında da yaşana bilər.
Qeyd edək ki, Xarq adası İran sahillərindən təxminən 25-30 km məsafədə Fars körfəzinin şimalında yerləşən kiçik bir mərcan adasıdır. Təxminən 8 km uzunluğunda və 4 km enindədir. Adanın əsas əhəmiyyəti iqtisadidir: müharibədən əvvəl İranın bütün xam neft ixracatının təxminən 90 faizinin keçdiyi bu adada İranın ən böyük neft terminalı yerləşir.
SEPAH cavab atəşi açıb...
İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) Hava Hücumundan Müdafiə Qüvvələri İran üzərində səmada Amerikanın MQ9 pilotsuz təyyarəsini vurub. Bu barədə Tasnim tərəfindən məlumat verilib. Bildirilib ki, pilotsuz təyyarə Gndimeşk şəhərinin səmasında vurulub.
Bundan başqa SEPAH ABŞ-ın Küveyt və İordaniyadakı hərbi obyektlərinə zərbələr endirdiyini bəyan edib. SEPAH-ın açıqlamasına görə, “Nəsr-2” əməliyyatının səkkizinci mərhələsi çərçivəsində Küveytdə yerləşən ABŞ-ın “Əli əl-Səlim” aviabazasındakı C-RAM erkən xəbərdarlıq radiolokasiya sistemi və ABŞ hərbçilərinin dislokasiya məntəqəsi birgə zərbələrin hədəfi olub.
“Mehr” agentliyinin məlumatına əsasən, eyni zamanda, ABŞ-nin İordaniyadakı “Əl-Əzraq” aviabazasına da zərbələr endirilib. Bildirilir ki, hücum nəticəsində ABŞ Silahlı Qüvvələrinə məxsus rabitə sistemləri və yanacaq anbarları hədəfə alınıb. Məlumatlar İran tərəfi tərəfindən açıqlanıb. ABŞ və Küveyt, eləcə də İordaniya rəsmiləri hələlik bu iddialarla bağlı rəsmi açıqlama verməyiblər.
Hindistan məhdudiyyət qoydu...
Baş verənlərdən sonra artıq bir sıra dövlətlər yenidən Hörmüz boğazı vasitəsilə gəmilərinin hərəkətini məhdudlaşdırıb. Məhdudiyyətlər Hörmüz boğazında ticarət gəmilərinə artan hücumlar fonunda tətbiq edilib. Bu qərar bir neçə gün öncə BƏƏ tankerlərinə edilən hücumdan sonra verilib. Hindistanın Dəniz Administrasiyası Baş Müdirliyi (DGMA) gəmi sahiblərinə, gəmi idarəetmə şirkətlərinə və heyət agentliklərinə Hörmüz boğazından keçən gəmilərə hind dənizçilərini yerləşdirməyi qadağan edib. Sərəncam agentliyin sosial media səhifəsində dərc edilib.
Sənəddə bildirilir ki, son bir neçə gün ərzində Mombasa B, Al Bahyah, GFS Galaxy, MT Wedyan və Al Rekayyat da daxil olmaqla ticarət gəmilərinə edilən hücumlar münaqişə zonasında dənizçilər və ticarət dənizçiləri üçün riskləri əhəmiyyətli dərəcədə artırıb.
Bundan əlavə, Hindistan hakimiyyəti Fars körfəzində, Hörmüz boğazında və bitişik sularda gəmi kapitanlarını təhlükəsizlik tədbirlərini gücləndirməyə və bölgədəki vəziyyətlə bağlı xəbərdarlıqları daim izləməyə çağırıb.
Tramp İrana təşəkkür etdi...
Bu arada Donald Tramp 2024-cü ildə saxlanılan amerikalı qadının azadlığa buraxılmasına görə İrana təşəkkür edib. NYT-nin məlumatına görə, həm də İran vətəndaşı olan qadın həbs edilməmişdi - lakin casusluq şübhəsi ilə davamlı şəkildə dindirilmişdi. Belə ki, İran 2024-cü ildə saxlanılan amerikalı qadının ölkəni tərk etməsinə icazə verib. Donald Tramp “Truth Social”da bildirib: “İran 2024-cü ilin dekabrında yuxulu Co Baydenin “prezidentliyi” dövründə qanunsuz olaraq saxlanılan ABŞ vətəndaşının ölkəni tərk etməsinə icazə verib. O, hazırda İrandan kənarda təhlükəsizdir və yaxşı vəziyyətdədir. ABŞ İrandan gələn bu xoşməramlı jesti çox yüksək qiymətləndirir!”- deyə o yazıb.
“New York Times” qəzeti Kararinin ikili vətəndaşlığına - ABŞ və İran vətəndaşlığına malik olduğunu öyrənib. O, ailəsini ziyarət edərkən Şirazda saxlanılıb. Qəzetin məlumatına görə, o, dəfələrlə dindirilib, lakin saxlanılmayıb - sadəcə İrandan çıxmasına qadağa qoyulub.
İran: Hörmüz bağlı qalacaq...
İran Silahlı Qüvvələrinin nümayəndəsi Məhəmməd Əkrəminiya Hörmüz boğazının hərbi təhdid və ya təzyiq nəticəsində açılmayacağını bildirib. “Mehr” agentliyinə açıqlamasında Məhəmməd Əkrəminiya deyib ki, ABŞ-ın İslamabad Anlaşma Memorandumunun şərtlərinə əməl etməsi, bütün hərbi əməliyyatların dayandırılması və İranın suveren hüquqlarına hörmət göstərilməsi Hörmüz boğazının açılması üçün Tehranın əsas şərtləridir. O bildirib ki, İranın iradəsi nəzərə alınana qədər Hörmüz boğazı bağlı qalacaq.
İran rəsmisi əlavə edib ki, Tehran ABŞ və onun müttəfiqlərinin Hörmüz boğazında İslamabad Memorandumunun çərçivəsindən kənarda atdığı istənilən addımı ölkənin suverenliyinin pozulması kimi qiymətləndirir və belə halların qarşısı İran Silahlı Qüvvələri tərəfindən alınacaq.
P.İSMAYILOV
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
17 İyul 11:55
Gündəm
17 İyul 11:46
Ədəbiyyat
17 İyul 11:42
Gündəm
17 İyul 11:35
İqtisadiyyat
17 İyul 11:31
Analitik
17 İyul 11:30
Gündəm
17 İyul 11:24
Gündəm
17 İyul 11:22
Gündəm
17 İyul 11:15
Analitik
17 İyul 11:15
Gündəm
17 İyul 11:14
İqtisadiyyat
17 İyul 11:14
Mədəniyyət
17 İyul 11:13
Gündəm
17 İyul 11:10
Siyasət
17 İyul 11:08
Dünya
17 İyul 10:55
Dünya
17 İyul 10:29
İdman
17 İyul 10:27
Analitik
17 İyul 10:09
Siyasət
17 İyul 09:56
Elm
17 İyul 09:48
Dünya
17 İyul 09:42
Sosial
17 İyul 09:34
Dünya
17 İyul 09:17
Hadisə
17 İyul 08:47
Dünya
16 İyul 22:41
Dünya
16 İyul 22:16
Dünya
16 İyul 21:58
Dünya
16 İyul 21:23
İqtisadiyyat
16 İyul 20:42
Dünya
16 İyul 20:17
İdman
16 İyul 19:54
YAP xəbərləri
16 İyul 19:30
Elm
16 İyul 19:20
Gündəm
16 İyul 19:05
Maraqlı
16 İyul 18:35
Dünya
16 İyul 17:20
Dünya
16 İyul 16:31
Xəbər lenti
16 İyul 15:44
Dünya
16 İyul 15:19
İdman
16 İyul 15:15
Hadisə
16 İyul 14:51
Dünya
16 İyul 14:22
İqtisadiyyat
16 İyul 14:15
YAP xəbərləri
16 İyul 14:06
Dünya
16 İyul 13:18
Siyasət
16 İyul 12:42
Siyasət
16 İyul 12:41
YAP xəbərləri
16 İyul 12:38
Dünya
16 İyul 12:35
YAP xəbərləri
16 İyul 12:34
Siyasət
16 İyul 12:33
Gündəm
16 İyul 11:58
Gündəm
16 İyul 11:49
Sosial
16 İyul 11:36
İqtisadiyyat
16 İyul 11:31
Dünya
16 İyul 11:17
Gündəm
16 İyul 11:10
Gündəm
16 İyul 11:06
Ədəbiyyat
16 İyul 10:47
Sosial
16 İyul 10:46
Gündəm
16 İyul 10:45
Dünya
16 İyul 10:32
İqtisadiyyat
16 İyul 10:30
Analitik
16 İyul 10:15
Gündəm
16 İyul 10:15
Gündəm
16 İyul 10:12
Siyasət
16 İyul 10:01
Sosial
16 İyul 09:50
YAP xəbərləri
16 İyul 09:35

