Tariflər 12 faizə qədər qalxa bilər...
23.07.2026 [09:59]
Trampın yeni qərarı nəyə hesablanıb?
Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp onlarla ölkəyə yeni tariflər tətbiq etməyə hazırlaşır. “Financial Times” mənbələrə istinadən xəbər verir ki, Prezident Tramp müşavirlərin ara seçkilərdən əvvəl bu cür addımların əks-effekt verə bilməsi xəbərdarlığına etinasız yanaşır. Qeyd edək ki, Prezident tərəfindən tətbiq edilən 10 faiz tariflərin müddəti bu həftə bitir. Qəzetin məlumatına görə, ABŞ rəsmiləri Trampa tarifləri saxlamağa imkan verən bir neçə variant hazırlayıblar. Rəsmilər əvvəllər Trampın bir çox tariflərin, o cümlədən mal əti və qəhvə idxalına, eləcə də polad və alüminium məhsullarına tətbiq edilən rüsumların yumşaldılmasını təmin etmişdilər.
Yeni tariflər: kimə, nə qədər...
Yeni tariflər 10 faizdən 12,5 faizə qədər dəyişə və 60 ölkəyə tətbiq oluna bilər. Aİ, Çin, Sinqapur, İsveçrə, Norveç, İndoneziya, Malayziya, Kamboca, Tayland, Cənubi Koreya, Vyetnam, Tayvan, Banqladeş, Meksika, Yaponiya və Hindistan da bu siyahıya daxildir. Məhdudiyyətlər ABŞ-ın mart ayında başlatdığı məcburi əməyin istifadəsi ilə bağlı araşdırmanın nəticələrinə əsaslanacaq. Proses 1974-cü ildə qəbul olunmuş Ticarət Qanununun 301-ci maddəsi çərçivəsində aparılır. Bu mexanizm administrasiyaya Ali Məhkəmə tərəfindən əvvəllər ləğv edilmiş tariflərin tətbiq edildiyi prezidentin fövqəladə səlahiyyətlərinə müraciət etmədən tariflər tətbiq etməyə imkan verəcək.
Mənbələr FT-yə bildiriblər ki, Trampın müşavirləri onu ticarət tərəfdaşları ilə münasibətlərdə sabitliyi qorumağa və 2025-ci ildə əldə edilən tarif endirimi sazişlərinə əməl etməyə çağırıblar. Nəşr ehtimal edir ki, ticarət qarşıdurmasını yeniləmək planları ABŞ və İran arasında artan münaqişə fonunda ortaya çıxıb. Müharibə qlobal enerji bazarında sabitliyi pozub və ABŞ-da benzinin qiyməti bu həftə yenidən bir qallon üçün 4 dolları keçib.
Məhkəmələr ləğv etmişdi...
Xatırladaq ki, bu ilin fevralında ABŞ Ali Məhkəməsi Trampın 2025-ci ilin aprelində “Azadlıq Günü” elanından sonra tətbiq edilən tarifləri ləğv edib. ABŞ prezidenti məhkəmənin qərarını gülünc adlandırıb. Amerika lideri həmçinin bildirib ki, tarif metoduna qarşı səs verənlər “özlərindən utanmalıdırlar”. Bundan dərhal sonra Tramp 24 iyulda başa çatan 150 gün müddətinə “bütün ölkələrə” əlavə 10 faiz tarif tətbiq edən sərəncam imzaladı.
Qeyd edək ki, bu ilin may ayında ABŞ Federal Ticarət Məhkəməsi xarici idxala tətbiq edilən 10 faizlik tarifin qanunsuz olduğuna qərar vermişdi. Tramp da öz növbəsində hakimləri “radikal solçu” adlandırmışdı.
Kanadaya 50 faiz...
Ən sərt addım isə Kanadaya münasibətdə atılıb. Belə ki, ABŞ Prezidenti Donald Tramp Kanadadan idxal olunan bir sıra məhsullara əlavə 50 faiz tarif tətbiq edib. Müvafiq fərman Ağ Evin internet saytında dərc olunub.
Sənəddə qeyd olunur ki, bu addım “Kanadada Amerika məhsullarına qarşı ayrı-seçkiliyə cavabdır”: “Söhbət Kanada mallarının bütün çeşidinə - şərabdan xokkey çubuqlarına və sementə qədər 50 faiz tariflərdən gedir”.
Sənədə əsasən tariflər enerji, kalium, balıq və nadir torpaq metallarına şamil edilməyəcək. Yeni tədbirlər həmçinin artıq tariflərə məruz qalan müəyyən mallara da təsir etməyəcək.
Kanadanın Baş naziri Mark Karni isə ABŞ Prezidenti Donald Trampla telefon danışığından sonra iki ölkə arasında tariflərlə bağlı danışıqların sürətləndiriləcəyini açıqlayıb. Bu barədə CBC məlumat yayıb. Karni bildirib ki, tərəflər qarşıdakı həftələrdə danışıqları intensivləşdirmək barədə razılığa gəliblər. O, Kanada hökumətinin bu istiqamətdə fəaliyyətə dərhal başlayacağını qeyd edib, lakin ABŞ-ın tətbiq etdiyi tariflərə mümkün cavab tədbirləri barədə ətraflı məlumat verməyib.
Yeni tarif siyasəti qlobal iqtisadiyyat üçün hansı riskləri daşıyır?
Siyasi ekspertlər 60 ölkəyə qarşı yeni gömrük tarifləri tətbiq edilməsini qlobal ticarət sistemində yeni gərginlik mərhələsinin başlanğıcı kimi qiymətləndirirlər. Bildirilir ki, tariflərin 10 faizdən 12 faizə və bəzi məhsullar üzrə daha yüksək səviyyəyə qaldırılması ilk növbədə ABŞ bazarına ixrac edən ölkələrin rəqabət qabiliyyətini zəiflədəcək, istehsal və ixrac xərclərini artıracaq. Bu isə beynəlxalq ticarətin həcminin azalması, təchizat zəncirlərində yeni problemlər və inflyasiya təzyiqlərinin güclənməsi ilə nəticələnə bilər.
Ekspertlər hesab edirlər ki, Vaşinqtonun əsas məqsədi yerli istehsalı qorumaq, sənaye sektorunu gücləndirmək və xarici ticarət kəsirini azaltmaqdır. Qısamüddətli perspektivdə bu siyasət ABŞ iqtisadiyyatının müəyyən sahələrinə üstünlük qazandıra bilər. Lakin uzunmüddətli dövrdə cavab tarifləri, investisiya axınının zəifləməsi və qlobal bazarlarda qeyri-müəyyənliyin artması ABŞ iqtisadiyyatı üçün də əlavə risklər yarada bilər.
Yaxın Şərqdə, xüsusilə İran ətrafında təhlükəsizlik risklərinin yüksək olaraq qalması fonunda tarif siyasəti geosiyasi rəqabəti daha da kəskinləşdirə bilər. Analitiklərin qənaətinə görə, iqtisadi təzyiqlərlə hərbi-siyasi gərginliyin eyni vaxtda artması dünya bazarlarında enerji qiymətlərinin yüksəlməsinə, yeni siyasi bloklaşmalara və beynəlxalq münasibətlərdə qarşıdurma meyllərinin güclənməsinə səbəb ola bilər.
SADİQ
Xəbər lenti
Hamısına baxGündəm
09 Sentyabr 09:52
Analitik
09 Sentyabr 09:17
Sosial
09 Sentyabr 08:53
Elm
09 Sentyabr 08:31
İdman
09 Sentyabr 07:59
Dünya
09 Sentyabr 07:58
Dünya
09 Sentyabr 07:56
Hadisə
09 Sentyabr 07:41
Dünya
08 Sentyabr 23:32
Dünya
08 Sentyabr 23:10
Dünya
08 Sentyabr 22:56
Dünya
08 Sentyabr 22:23
İqtisadiyyat
08 Sentyabr 21:45
Dünya
08 Sentyabr 21:34
İdman
08 Sentyabr 21:19
İqtisadiyyat
08 Sentyabr 20:42
Dünya
08 Sentyabr 20:31
Dünya
08 Sentyabr 20:17
Sosial
08 Sentyabr 19:50
İqtisadiyyat
08 Sentyabr 19:24
Sosial
08 Sentyabr 19:10
YAP xəbərləri
08 Sentyabr 18:18
Dünya
08 Sentyabr 18:16
YAP xəbərləri
08 Sentyabr 18:09
YAP xəbərləri
08 Sentyabr 17:41
YAP xəbərləri
08 Sentyabr 17:40
Dünya
08 Sentyabr 17:28
Sosial
08 Sentyabr 17:15
Siyasət
08 Sentyabr 17:11
YAP xəbərləri
08 Sentyabr 17:01
YAP xəbərləri
08 Sentyabr 16:59
YAP xəbərləri
08 Sentyabr 16:48
Din
08 Sentyabr 16:47
YAP xəbərləri
08 Sentyabr 16:36
YAP xəbərləri
08 Sentyabr 16:33
Dünya
08 Sentyabr 16:30
Elanlar
08 Sentyabr 15:49
YAP xəbərləri
08 Sentyabr 15:47
Dünya
08 Sentyabr 15:45
Diaspor
08 Sentyabr 15:41
Hadisə
08 Sentyabr 15:34
Elm
08 Sentyabr 15:33
Sosial
08 Sentyabr 15:26
Sosial
08 Sentyabr 15:25
Dünya
08 Sentyabr 15:17
Analitik
08 Sentyabr 14:31
İqtisadiyyat
08 Sentyabr 14:28
Dünya
08 Sentyabr 14:25
Gündəm
08 Sentyabr 14:22
Dünya
08 Sentyabr 14:10
Dünya
08 Sentyabr 13:39
Dünya
08 Sentyabr 13:10
Siyasət
08 Sentyabr 12:42
Dünya
08 Sentyabr 12:14
Hadisə
08 Sentyabr 11:58
Gündəm
08 Sentyabr 11:35
İqtisadiyyat
08 Sentyabr 10:40
İqtisadiyyat
08 Sentyabr 10:18
Analitik
08 Sentyabr 09:44
Analitik
08 Sentyabr 09:20
Sosial
08 Sentyabr 08:53
Sosial
08 Sentyabr 08:35
Sosial
08 Sentyabr 07:25
Dünya
07 Sentyabr 23:39
Dünya
07 Sentyabr 23:15
İdman
07 Sentyabr 22:43
Xəbər lenti
07 Sentyabr 22:30
Dünya
07 Sentyabr 22:17
Dünya
07 Sentyabr 21:59
YAP xəbərləri
07 Sentyabr 21:51

