Tariximizin kimlərinsə əlində manipulyasiya alətinə çevrilməsinə imkan verməməliyik - RƏY
18.08.2026 [12:07]
Mübahisə mədəniyyətinin səviyyəsi xalqın sosial-psixoloji və siyasi durumunun önəmli keyfiyyət meyarlarından biridir. Bu “nöqtədə” müxtəlif məzmunlu amillər kəsişir: milli mentalitet, konkret fərdin şəxsi keyfiyyətləri, formalaşmış siyasi ənənələrin “çalarları”, milli mədəniyyətin “kodları”, siyasi aktivliyin dərəcəsi, vətəndaş cəmiyyəti institutlarının vəziyyəti, milli təhsilin səviyyəsi, habelə cərəyan edən qlobal siyasi proseslərin, həmçinin dünyada yaşanan tarixi mərhələnin xüsusiyyətləri və daha nələr-nələr. Sadalananlar mübahisə mədəniyyətinin məzmununa təsir edə biləcək əsas amillərin sadəcə kiçik bir hissəsidir.
Beləliklə, “mübahisə mədəniyyəti” ilk baxışdan göründüyü kimi heç də asan, əhəmiyyətsiz və amorf məzmunlu bir məfhum deyil. Olduqca mürəkkəb və ciddi təhlillərə ehtiyacı olan bu anlayış əslində konkret xalq və millətin demokratik inkişaf potensialının vacib indikatorudur. Cəmiyyətdə mübahisə mədəniyyətinin qüsurlu olmasından ən çox əziyyət çəkən istiqamət isə məhz siyasətdir. Dünya ölkələrinin tarixi təcrübəsinə müraciət etsək, açıq şəkildə görə bilərik ki, mübahisə mədəniyyətinin qüsurlu olması səbəbindən siyasətdə yarana biləcək çətinliklərin fəsadları cəmiyyət üçün daha ağrılı və təhlükəlidir.
Siyasət elə bir həssas müstəvidir ki, burada yaranmış mübahisədə iştirak edən tərəflərin birinə “böyüklük et, boş ver və keç bu mövzudan” kimi sözləri demək bəzən mümkün olmur. Siyasətdə özünə yer tapmış şəxslər etiraf etməsələr də, ancaq zamanla mövcud sahənin yaratdığı “miraj” qaçılmaz şəkildə onlarda müəyyən ambisiya, habelə gözlənti və iddianı formalaşdırır. Odur ki, mübahisə mədəniyyətindən məhrum olmuş siyasətdə hətta kiçik məsələlər belə hadisələrin idarəolunmayan səviyyəyə qədər inkişaf etməsinə səbəb ola bilir. Mili və ideoloji mübahisələrin isə əsas təhlükəsi ondan ibarətdir ki, bu cür münaqişələrin “pambıq tayası” kimi birdən-birə alovlanmaq potensialı var. Təsadüfi deyil ki, xarici mənbələrdən bəhrələnən təxribatçılar adətən bilavasitə milli və ideoloji mövzular ətrafında dolaşır. Müstəqillik tariximizdə yaşanan bəzi hadisələri yada salsaq, qeyd olunan təsbitin nə qədər doğru olduğunu aşkar şəkildə görə bilərik.
Mövcud kontekstin inkişafında son bir neçə həftə ərzində qlobal internet məkanının yerli seqmentini süni şəkildə bürümüş “Şah İsmayıl Xətai” olayına toxunmaq istərdik. Siyasət sahəsində yaşanan hər bir hadisədən mütləq olaraq doğru nəticələri çıxarmalıyıq ki, dövlət və cəmiyyət olaraq milli maraqlarımızın toxunulmazlığını təmin edə bilək. Konkret bir “mühitin” daxilində yaşanan qalmaqal potensiallı məsələ öz həllini tapmayan zaman vəziyyətin açıq münaqişə səviyyəsinə çevrilmə ehtimalı böyüyür. Misal üçün hər-hansı bir teatrın daxilində yaradıcılıq müstəvisində yaşanan qalmaqal ictimailəşdirilirsə, bu hadisə mütləq olaraq “teatr böhranı” kimi dəyərləndiriləcək, həmçinin cəmiyyətdə milli mədəniyyət və incəsənət ilə bağlı müxtəlif qərəzli mülahizələr dolaşacaq.
Oxşar vəziyyət ictimai-siyasi münasibətlərin bütün digər sahələrində də rahatlıqla yaşana bilər. Odur ki, peşəkar və ixtisaslaşmış müzakirələri tələb edən tarixi mövzular şəxsi mülahizələr əsasında və qərəzli şəkildə yozularaq təhrif olunduğu zaman cəmiyyətdə təhlükəli ideoloji mübahisələrin yaranması ehtimalı da artır. Dövlət və cəmiyyət olaraq imkan verməməliyik ki, bizim tarix kimlərinsə əlində manipulyasiya alətinə çevrilsin. Milli tarix manipulyasiya alətinə çevrildiyi təqdirdə cəmiyyətin ideoloji parçalanması zaman məsələsi olur. Suverenliyin əbədiliyi naminə milli tarixin eyniliklə milli sərhədlərimiz kimi toxunulmazlığı mütləq təmin olunmalıdır. Suverenliyə müdaxilə milli tarixin təhrif olunması cəhdlərindən başlanır.
Müxtəlif informasiya manipulyasiyaları vasitəsilə “gözlə görünməyən” qüvvələr mövcud məsələdə enerjimizi həmrəylik mühitinin qorunmasına yox, daha çox “kim bu məsələdə haqlıdır” sualın ətrafında aparılan mübahisələrdə xərcləməyə təhrik edir. Əlbəttə ki, bu cür manipulyasiyalar sosial mühəndislik alətləri vasitəsilə aparılır və sözügedən meyllilik olduqca təhlükəlidir. Elm ocaqların aidiyyəti dairələrində aparılmalı diskussiyaların siyasi divident qazanmaq naminə gündəlik siyasi ritorikaya gətirilməsi, yumşaq desək, xoşa gələn hal deyil. Azərbaycan xalqının ideoloji vahidliyi üçün hətta potensial təhlükə yarada biləcək istənilən ritorika ucuz populizm və siyasi məsuliyyətsizliyin təzahürüdür.
Mövcud məsələdə diqqət yetirilməli digər önəmli amil odur ki, səhvi etiraf etmək və mövzudan uzaqlaşmaq əvəzinə, bəziləri Azərbaycan cəmiyyətini dözümsüzlükdə və mübahisə mədəniyyətinin olmamasında günahlandırılmağa başladılar. Əslində bunu edən şəxslər potensial ideoloji problemi xroniki hala gətirməyə çalışırlar. Multikultural və mədəni kodları zəngin olan Azərbaycan cəmiyyəti tarixən çəkdiyi əziyyətin əsas səbəblərindən biri məhz onun tolerantlığı və fərqli təxribatlara dair nümayiş etdirdiyi dözümlülüyü olub.
Odur ki, cəmiyyəti mübahisə mədəniyyətinin olmamasında günahlandırmaq həqiqət axtarışının yox, bəhanələrin arxasında gizlənmək istəyinin təzahürüdür. Bəli, zəngin mədəniyyətə və böyük tarixə sahib olan Azərbaycanda fərqli baxışlar ola bilər. Ancaq “Azərbaycan məsələsi” adlandırıla biləcək mövzularda xalqın birliyi və həmrəylik mühiti göz bəbəyi kimi qorunmalıdır.
Təsadüfi deyil ki, təxribatçıların manipulyasiya aləti kimi istifadə etmək istədikləri ideoloji birliyi qorumaq üçün Azərbaycan iqtidarı müxtəlif təşəbbüslər vasitəsilə siyasi dialoq mühitini davamlı şəkildə təşviq edir. Mövcud istiqamətdə bəzən şahidlik etdiyimiz nadir təxribatlar ondan xəbər verir ki, hakimiyyətin milli həmrəylik ilə bağlı təşəbbüsləri kimlərisə çox narahat edir. Hər bir məsuliyyətli vətəndaş bilməlidir ki, sağlam siyasət cəmiyyətin parçalanmasına yox, onun birləşməsinə xidmət etməlidir. İqtidar-xalq birliyinin zirvəsində dayanan ən mühüm nailiyyət isə bizim tarixi Qələbəmizdir. Bu ülvi duyğuları heç bir manipulyasiya Azərbaycan xalqının əlindən oğurlaya bilməz.
politoloq Asif Adil
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
09 Sentyabr 10:24
Gündəm
09 Sentyabr 09:52
Analitik
09 Sentyabr 09:17
Sosial
09 Sentyabr 08:53
Elm
09 Sentyabr 08:31
İdman
09 Sentyabr 07:59
Dünya
09 Sentyabr 07:58
Dünya
09 Sentyabr 07:56
Hadisə
09 Sentyabr 07:41
Dünya
08 Sentyabr 23:32
Dünya
08 Sentyabr 23:10
Dünya
08 Sentyabr 22:56
Dünya
08 Sentyabr 22:23
İqtisadiyyat
08 Sentyabr 21:45
Dünya
08 Sentyabr 21:34
İdman
08 Sentyabr 21:19
İqtisadiyyat
08 Sentyabr 20:42
Dünya
08 Sentyabr 20:31
Dünya
08 Sentyabr 20:17
Sosial
08 Sentyabr 19:50
İqtisadiyyat
08 Sentyabr 19:24
Sosial
08 Sentyabr 19:10
YAP xəbərləri
08 Sentyabr 18:18
Dünya
08 Sentyabr 18:16
YAP xəbərləri
08 Sentyabr 18:09
YAP xəbərləri
08 Sentyabr 17:41
YAP xəbərləri
08 Sentyabr 17:40
Dünya
08 Sentyabr 17:28
Sosial
08 Sentyabr 17:15
Siyasət
08 Sentyabr 17:11
YAP xəbərləri
08 Sentyabr 17:01
YAP xəbərləri
08 Sentyabr 16:59
YAP xəbərləri
08 Sentyabr 16:48
Din
08 Sentyabr 16:47
YAP xəbərləri
08 Sentyabr 16:36
YAP xəbərləri
08 Sentyabr 16:33
Dünya
08 Sentyabr 16:30
Elanlar
08 Sentyabr 15:49
YAP xəbərləri
08 Sentyabr 15:47
Dünya
08 Sentyabr 15:45
Diaspor
08 Sentyabr 15:41
Hadisə
08 Sentyabr 15:34
Elm
08 Sentyabr 15:33
Sosial
08 Sentyabr 15:26
Sosial
08 Sentyabr 15:25
Dünya
08 Sentyabr 15:17
Analitik
08 Sentyabr 14:31
İqtisadiyyat
08 Sentyabr 14:28
Dünya
08 Sentyabr 14:25
Gündəm
08 Sentyabr 14:22
Dünya
08 Sentyabr 14:10
Dünya
08 Sentyabr 13:39
Dünya
08 Sentyabr 13:10
Siyasət
08 Sentyabr 12:42
Dünya
08 Sentyabr 12:14
Hadisə
08 Sentyabr 11:58
Gündəm
08 Sentyabr 11:35
İqtisadiyyat
08 Sentyabr 10:40
İqtisadiyyat
08 Sentyabr 10:18
Analitik
08 Sentyabr 09:44
Analitik
08 Sentyabr 09:20
Sosial
08 Sentyabr 08:53
Sosial
08 Sentyabr 08:35
Sosial
08 Sentyabr 07:25
Dünya
07 Sentyabr 23:39
Dünya
07 Sentyabr 23:15
İdman
07 Sentyabr 22:43
Xəbər lenti
07 Sentyabr 22:30
Dünya
07 Sentyabr 22:17
Dünya
07 Sentyabr 21:59

