Rusiya sülhməramlıları erməni təxribatına niyə göz yumur?
16.11.2021 [11:43]
Bu kontingent 10 noyabr bəyanatını imzalamaqla ərazidə təhlükəsizliyə cavabdehlik daşıdığını unudubmu?
2020-ci ilin 10 noyabrında Qarabağ münaqişəsinin bitməsi ilə bağlı qəbul olunmuş üçtərəfli bəyanat Ermənistan tərəfindən kobud şəkildə pozulmaqdadır. Son dövrlərdə ard-arda törədilən təxribatlar, partlayıcı sursat vasitəsilə hərbi qulluqçularımıza qarşı atılan cinayətkar addım bunu bir daha təsdiq edir. Laçın dəhlizində hərəkətə nazarət edən Rusiya sülhməramlılarının öz işinə ciddi yanaşmaması da bu təxribatların geniş vüsət almasına yol açır. Sülhməramlı kontinget unudur ki, 10 noyabr bəyanatına imza atmış Rusiya ərazidə təhlükəsizliyə cavabdehlik daşıyır və ermənilərin bu regionda törətdiyi hər bir təxribatın məsuliyyəti həm də sülhməramlıların üzərinə düşür.
Məsələ ilə bağlı "Yeni Azərbaycan" qəzetinə açıqlamasında Milli Məclisin deputatı Kamran Bayramov bildirib ki, ermənilərin Qarabağda törətdiyi son təxribatlar bir daha onların mənfur xislətini ortaya çıxardı. Millət vəkili deyib ki, bu təxribatlar həm də Ermənistanın 10 noyabr sazişini pozmasıdır: "Konkret olaraq Xankəndi-Laçın şosse yolunda baş verən erməni təxribatı bir sıra suallar yaradır. Erməni təxribatçısının keçirdiyi sursat niyə həmin ərazinin təhlükəsizliyinə cavabdeh olan Rusiya sülhməramlıları tərəfindən müsadirə olunmayıb? Axı 10 noyabr bəyanatında açıq şəkildə bildirilir ki, həmin ərazinin təhlükəsizliyinə sülhməramlılar cavabdehdirlər. Və ən əsası, 10 noyabr bəyanatının altında üç dövlətin imzası dayanır. Sülhməramlı qüvvələr öz işlərinə daha məsuliyyətli və ciddi yanaşmalıdırlar. Əks halda, Azərbaycan baş verənlərlə bağlı qətiyyətli tədbir görməli olacaq. Bu isə yeni antiterror əməliyyatlarının keçirilməsinə zəmin yaradır".
Millət vəkili onu da vurğulayıb ki, baş verənlər həm də Ermənistan üçün məsuliyyət yaradır. Bu ölkə imza atdığı sənədin tələblərini pozur. "Onlar anlamırlar ki, bu kimi təxribat cəhdləri nəticəsində həm Azərbaycanın səbrini daşırırlar, həm də onları tam məhv olmaqdan xilas etmiş Rusiyanı pis vəziyyətdə qoyurlar. Digər tərəfdən, rəsmi Moskva da Ermənistanın nazını çox çəkməməlidir. Rəsmi İrəvanın süni maneələri və destruktiv mövqeyi regionda davamlı sülhə və əməkdaşlığa mane olur. Bunu bütün dünya görür", - deyə əlavə edən K.Bayramov bildirib ki, Ermənistan bu davranışlarına son qoymayacağı təqdirdə özü ziyan çəkəcək və 10 noyabr sazişini pozmaqla bu dövlət özünə ən böyük pisliyi edir.
Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin üzvü Ramiz Hüseynov da 10 noyabr sazişinə əsasən Laçın dəhlizinin təzhlükəsizliyinə cavabdehlik daşıyan Rusiya sülhməramlılarının öz işinə ciddi yanaşmadığını düşünür. Onun sözlərinə görə, əks halda ermənilər bu kimi lokal təxribatlara əl ata bilməzlər: "Rusiya sülhməramlalırının mandatına uyğun davranış sərgiləməməsi bu cür faciələrə yol açır. Bu, qəbuledilməzdir. Axı, sülhməramlı kontingent Laçın dəhlizi vasitəsilə hərəkətə nəzarət etməklə yanaşı, həm də ərazinin təhlükəsizliyi ilə bağlı məsuliyyət daşıyır. Amma mənzərə tamam başqadır. Son dövrlərdəki hadisələr bu kontingentin fəaliyyətinə kölgə salır. Bəzi xarici ekspertlər hətta sülhməramlıların bu kimi addımları "bilərəkdən" atdığını iddia edirlər. Mən buna inanmıram. Çünki Rusiya dövləti dəfələrlə 10 noyabr üçtərəfli bəyanatının icrası ilə bağlı çağırışlar edib. İndiki halda, sülhməramlı kontingentin işə ciddi yanaşmaması rəsmi Moskvanın davamlı sülhə nail olunması istiqamətindəki cəhdlərini də boşa çıxarır".
Pərviz Sadayoğlu
Xəbər lenti
Hamısına baxDünya
16 Aprel 22:16
Elm
16 Aprel 21:59
Dünya
16 Aprel 21:20
İqtisadiyyat
16 Aprel 21:09
Dünya
16 Aprel 20:45
Dünya
16 Aprel 20:33
Sosial
16 Aprel 20:18
Dünya
16 Aprel 19:51
Dünya
16 Aprel 19:31
Dünya
16 Aprel 19:27
Gündəm
16 Aprel 18:59
Dünya
16 Aprel 18:23
YAP xəbərləri
16 Aprel 17:55
YAP xəbərləri
16 Aprel 17:20
Dünya
16 Aprel 17:19
Sosial
16 Aprel 17:16
Hadisə
16 Aprel 16:28
Dünya
16 Aprel 16:09
Sosial
16 Aprel 15:52
Siyasət
16 Aprel 15:50
Dünya
16 Aprel 15:32
Siyasət
16 Aprel 15:22
Sosial
16 Aprel 15:20
Siyasət
16 Aprel 15:10
Gündəm
16 Aprel 14:51
Sosial
16 Aprel 14:41
Sosial
16 Aprel 14:15
Siyasət
16 Aprel 13:53
Sosial
16 Aprel 13:34
Gündəm
16 Aprel 12:51
Sosial
16 Aprel 12:42
İqtisadiyyat
16 Aprel 12:42
İqtisadiyyat
16 Aprel 12:41
Gündəm
16 Aprel 12:27
Siyasət
16 Aprel 12:15
İqtisadiyyat
16 Aprel 11:53
İqtisadiyyat
16 Aprel 11:30
Gündəm
16 Aprel 11:12
Siyasət
16 Aprel 10:49
İqtisadiyyat
16 Aprel 10:35
MEDİA
16 Aprel 10:11
Analitik
16 Aprel 09:58
Gündəm
16 Aprel 09:31
Gündəm
16 Aprel 09:15
Sosial
16 Aprel 08:50
Elm
16 Aprel 08:39
Dünya
15 Aprel 23:25
Dünya
15 Aprel 23:10
Dünya
15 Aprel 22:41
Dünya
15 Aprel 22:19
YAP xəbərləri
15 Aprel 22:18
Dünya
15 Aprel 21:54
Sosial
15 Aprel 21:28
YAP xəbərləri
15 Aprel 21:23
YAP xəbərləri
15 Aprel 21:19
İdman
15 Aprel 20:45
Elanlar
15 Aprel 20:39
Siyasət
15 Aprel 20:26
Dünya
15 Aprel 20:17
Dünya
15 Aprel 19:50
Dünya
15 Aprel 19:22
YAP xəbərləri
15 Aprel 19:17
YAP xəbərləri
15 Aprel 18:58
İqtisadiyyat
15 Aprel 18:53
Dünya
15 Aprel 18:44
Elm
15 Aprel 18:25
Siyasət
15 Aprel 17:44
Dünya
15 Aprel 17:34
Sosial
15 Aprel 17:13
İqtisadiyyat
15 Aprel 17:12

