“Ticarət müharibəsi”nə son qoyulur?
18.11.2021 [10:48]
ABŞ-Çin təmasları qlobal geoiqtisadi rəqabətə necə təsir göstərəcək?
Çin Xalq Respublikasının Sədri Si Cinpin və ABŞ Prezidenti Cozef Bayden arasında keçirilən virtual görüş dünya mediasının diqqətindədir. İndi nəzərlər iki ölkənin liderinə yönəlib. Çünki görüşün nəticələri ilə əlaqədar ifadə edilən fikirlər təkcə Çin-ABŞ münasibətlərinin gələcəyi baxımından aktual deyil. Bu, eyni zamanda, qlobal müstəvidə geosiyasi və geoiqtisadi proseslərə çox ciddi təsir göstərəcək amildir.
Sərt mübarizə, yoxsa konstruktiv rəqabət?
BMT Təhlükəsizlik Şurasının daimi üzvləri və dünyanın iki ən güclü iqtisadiyyatı olan Çin ilə ABŞ arasında təmasların intensivləşməsi siyasi analitiklər tərəfindən müxtəlif cür şərh edilir. Aktual məsələ və əsas sual budur: bu təmaslar son illər gərginləşən münasibətlərin sərt mübarizədən konstruktiv rəqabət müstəvisinə daşınmasına səbəb olacaqmı? Bu suala dəqiq və birmənalı cavab vermək, təbii ki, asan deyil. Çünki bu iki nəhəng güc mərkəzinin strateji öncəliyi öz milli və qlobal maraqlarının təmin olunmasıdır. Bu isə proseslərin gah siyasi qarşıdurma və sərt iqtisadi mübarizə, gah da konstruktiv rəqabət müstəvisində davam edəcəyini deməyə əsas verir...
Məlumdur ki, Donald Trampın prezidentliyi dövründə Çinə qarşı həyata keçirilən aqressiv iqtisadi və diplomatiya siyasəti münasibətlərdə gərginliyin artmasına səbəb olmuşdu. D.Tramp ABŞ-ın Asiya-Sakit okean regionunda əsas ağırlıq mərkəzinə çevrilməsi və Avrasiyada geoiqtisadi təsir imkanlarını artırmaq üçün Çini məhdudlaşdırmaq məqsədilə “ticarət müharibəsi”nə start vermişdi. Bu isə öz növbəsində qlobal geoiqtisadi proseslərə ciddi neqativ təsir göstərirdi.
Hər iki tərəf rasional davranmaq, bir-birinin maraqlarını nəzərə almaq məcburiyyətindədir
Hazırkı mərhələdə isə tərəflərin ortaq platformada geoiqtisadi müzakirə aparmaq təşəbbüsləri müşahidə edilir. Bu, əslində, mövcud reallıqlar fonunda həm ABŞ-ın, həm də Çinin rasional və praqmatik davranmaq məcburiyyəti ilə qarşı-qarşıya olmasından irəli gəlir. Prezident Cozef Baydenin “G7” Sammitində irəli sürdüyü “Daha yaxşı dünyanı bərpa et” təşəbbüsünün nə qədər anti-Çin siyasəti elementlərini özündə ehtiva etdiyi deyilsə də, burada müştərək fayda əsasında əməkdaşlıq çağırışları da var. Doğrudur, bu konsepsiya da geoiqtisadi mübarizə strategiyası kimi səciyyələndirilə bilər, amma proseslərin təzyiq vasitələrindən istifadə etməklə deyil, geoiqtisadi rəqabət müstəvisində aparılmasını özündə ehtiva edir. Əsas diqqət isə beynəlxalq logistika sahəsində rəqabətə verilir.
Birləşmiş Ştatlar Çinin “Bir kəmər, Bir yol” layihəsinin təsir dairəsinin genişlənməsini, bu ölkənin Avropa bazarlarında üstün mövqeyə yüksəlməsini nəzərə alacağı anonsunu verir. Digər tərəfdən, hazırda Çinin yalnız Şərqi və Mərkəzi Asiyada, Yaxın və Orta Şərqdə deyil, bütün dünyada cərəyan edən geoiqtisadi proseslərə təsir gücünə malik dövlətə çevrilməsi ABŞ-ın Çinə münasibətdə yeni geostrateji konsepsiya ilə çıxış etməsini zəruri edir. Pekin də öz növbəsində ABŞ-ın geoiqtisadi təsir imkanlarının artmasını nəzərə alır, rasional və praqmatik davranmağın zəruriliyini bəyan edir. Yeni təmasların qlobal geoiqtisadi rəqabətə necə təsir edəcəyini isə zaman göstərəcək...
Nurlan QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxMədəniyyət
17 İyun 16:27
YAP xəbərləri
17 İyun 16:13
Gündəm
17 İyun 16:01
Sosial
17 İyun 16:00
Gündəm
17 İyun 15:56
Mədəniyyət
17 İyun 15:42
YAP xəbərləri
17 İyun 15:18
İdman
17 İyun 15:17
İqtisadiyyat
17 İyun 15:16
Gündəm
17 İyun 15:16
Elanlar
17 İyun 15:00
Siyasət
17 İyun 14:21
Sosial
17 İyun 13:54
Sosial
17 İyun 13:54
YAP xəbərləri
17 İyun 12:40
YAP xəbərləri
17 İyun 12:39
Mədəniyyət
17 İyun 12:38
Sosial
17 İyun 12:36
Siyasət
17 İyun 12:27
Sosial
17 İyun 12:19
Elm
17 İyun 11:58
Sosial
17 İyun 11:25
Sosial
17 İyun 11:24
Gündəm
17 İyun 10:51
Sosial
17 İyun 10:48
Sosial
17 İyun 10:48
Gündəm
17 İyun 10:35
Sosial
17 İyun 09:22
Sosial
17 İyun 08:49
Dünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Gündəm
16 İyun 16:33
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47

