Ermənistan seçim qarşısında...
16.12.2021 [10:49]
Ya hər iki dəhlizdə, ya da heç birində...
Nardar BAYRAMLI
Azərbaycan Prezidenti İlham Əliyevin Brüssel səfəri çərçivəsində keçirdiyi görüşlərdə Zəngəzur dəhlizinin açılması xüsusi diqqət mərkəzində oldu. Dövlətimizin başçısı həm NATO-nun Baş katibi Yens Stoltenberq, həm də Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyanla birgə görüşündə bu məsələ ilə bağlı prinsipial mövqeyini bir daha nümayiş etdirib.
10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli Bəyanata əsasən Ermənistan Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikasına maneəsiz gediş-gəlişə təminat verməlidir. Amma İrəvan bu zəmanəti verməkdən yayınmağa çalışır. Prezident İlham Əliyev NATO-nun Baş katibi Yens Stoltenberq ilə birgə mətbuat konfransında bildirdi ki, Zəngəzur dəhlizinin hüquqi rejimi Laçın dəhlizinin eynisi olmalıdır: “Çünki üçtərəfli Bəyanatda açıq-aydın deyilir ki, Azərbaycan Qarabağla Ermənistan arasında əlaqə üçün təhlükəsizliyi və maneəsiz çıxışı təmin edir və Ermənistan Azərbaycanla Naxçıvan Muxtar Respublikası arasında əlaqələr üçün eyni maneəsiz çıxış və təhlükəsizliyi təmin etməlidir. Bu gün Laçın dəhlizində gömrük yoxdur. Ona görə də, Zəngəzur dəhlizində də gömrük olmamalıdır. Əgər Ermənistan yük və insanlara nəzarət etmək üçün öz gömrük qurumlarından istifadədə israr etsə, onda biz Laçın dəhlizində eynisində israr edəcəyik”.
Mövzu ilə bağlı qəzetimizə açıqlama verən politoloq Qabil Hüseynli bildirib ki, ermənilər Brüssel görüşünə böyük ümidlər bəsləyirdilər: “Onlar güman edirdilər ki, Avropa İttifaqı ermənipərəst mövqe tutaraq Azərbaycana müəyyən təzyiq göstərə biləcək. Amma Prezident İlham Əliyevin inamlı mövqeyi, məsələlərə dəqiq və məntiqli münasibəti ermənilərin qurduğu planları alt-üst etdi. Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin iştirakı ilə keçirilən üçtərəfli görüşdə bizi narahat edəcək fikirlər səsləndirilmədi. Ehtimal edilirdi ki, görüşdə ATƏT-in Minsk qrupunun dövriyyəyə daxil olması məsələsi qaldırıla bilər. Amma bu da baş vermədi. Görüşdə kommunikasiyaların açılması məsələsi də əsas müzakirələr sırasında oldu. Zəngəzur dəhlizi ilə bağlı ermənilərin yanaşması fərqli olsa da, Prezident İlham Əliyevin “Əgər Ermənistan yük və insanlara nəzarət etmək üçün öz gömrük qurumlarından istifadədə israr etsə, onda biz Laçın dəhlizində eynisində israr edəcəyik” bəyanatı, fikrimcə, Nikol Paşinyana ciddi xəbərdarlıq oldu. Hiss olunurdu ki, Paşinyan görüşdə ehtiyatlı davranır”.
Politoloqun sözlərinə görə, Zəngəzur dəhlizi dünyanın əhəmiyyətli logistik qovşaqlarından birinə çevrilə bilər. Onun fikrincə, bu dəhlizlə həm Avropa, həm də Asiya qitəsi ilə, eləcə də yaxın Şərqlə dəmir yolu xəttini formalaşdırmaq olar: “Bakı-Tb?lisi-Qars dəmir yolu ilə həm Avropaya, həm də Asiyaya açılan qapımız var. Açılacaq ikinci dəmir yolu Şərq ölkələri arasındakı iqtisadi əlaqələri gücləndirmək üçün istifadə ediləcək. Bu dəhliz Ermənistan üçün daha çox əlverişli imkanlar yaradacaq. Onun Avropa, Rusiya və Asiyaya dəmir yolu qapısı açılacaq. Ermənistan Zəngəzur dəhlizi vasitəsilə İranla da əlaqələrini genişləndirəcək. Amma ermənilər “Zəngəzur dəhlizi” ifadəsini də qəbul etmək istəmirlər, bunu suveren hüquqlarına zidd hesab edirlər. Onlar istəyir ki, “dəhliz” ifadəsi “yol” termini ilə əvəz olsun. Ermənilər iddia edirlər ki, açılacaq yolda sərhəd-gömrük məntəqələri olmalıdır. Əgər belədirsə, Azərbaycan Prezidenti çox düzgün olaraq eyni qaydaların Laçın dəhlizində də tətbiq olunacağını vurğuladı. Ermənilərə heç bir məsələdə bundan sonra güzəştə getmək olmaz. Onların qeyri-konstruktiv davranış??a cavab olaraq Laçın dəhlizi üzərindən Ermənistana təzyiq edilməlidir”.
Politoloq Elxan Şahinoğlu isə hesab edir ki, Zəngəzur dəhlizinin açarı Laçın dəhlizidir: “Ermənistanın Zəngəzur dəhlizini açmaq istəmədiyi hər kəsə bəllidir. Son hadisələr və Ermənistanın baş naziri Nikol Paşinyanın çıxışları da bunu sübut edir. Lakin bu da bir reallıqdır ki, Azərbaycan bu məsələdə geri addım atmaq niyyətində deyil. Bu mənada deyə bilərəm ki, Prezident İlham Əliyevin Zəngəzur dəhlizinin açılması istiqamətində Laçın dəhlizi üzərindən Ermənistana təzyiq etməsi məntiqli və düzgün addımdır”.
E.Şahinoğlunun fikrincə, Ermənistan tərəfi hər vəchlə 10 noyabr bəyanatında Zəngəzur dəhlizi ifadəsinin olmadığını qeyd etsə də, faktiki olaraq sənəddə “maneəsiz hərəkət” sözü var: “Bu isə özlüyündə dəhliz ifadəsindən çox daha ciddi bir faktdır. Lakin rəsmi İrəvan bununla da razılaşmaq istəmir. Bu mənada, Prezident İlham Əliyevin Aİ Şurası Prezidenti Şarl Mişellə görüşdən öncə NATO Baş katibi ilə mətbuat konfransında Zəngəzur məsələsini qaldırması və ilk dəfə olaraq Laçın dəhlizi ilə müqayisə etməsi rəsmi Bakının bu məsələdə nə dərəcədə qərarlı olduğunu göstərir”.
Xəbər lenti
Hamısına baxDünya
16 Aprel 22:16
Elm
16 Aprel 21:59
Dünya
16 Aprel 21:20
İqtisadiyyat
16 Aprel 21:09
Dünya
16 Aprel 20:45
Dünya
16 Aprel 20:33
Sosial
16 Aprel 20:18
Dünya
16 Aprel 19:51
Dünya
16 Aprel 19:31
Dünya
16 Aprel 19:27
Gündəm
16 Aprel 18:59
Dünya
16 Aprel 18:23
YAP xəbərləri
16 Aprel 17:55
YAP xəbərləri
16 Aprel 17:20
Dünya
16 Aprel 17:19
Sosial
16 Aprel 17:16
Hadisə
16 Aprel 16:28
Dünya
16 Aprel 16:09
Sosial
16 Aprel 15:52
Siyasət
16 Aprel 15:50
Dünya
16 Aprel 15:32
Siyasət
16 Aprel 15:22
Sosial
16 Aprel 15:20
Siyasət
16 Aprel 15:10
Gündəm
16 Aprel 14:51
Sosial
16 Aprel 14:41
Sosial
16 Aprel 14:15
Siyasət
16 Aprel 13:53
Sosial
16 Aprel 13:34
Gündəm
16 Aprel 12:51
Sosial
16 Aprel 12:42
İqtisadiyyat
16 Aprel 12:42
İqtisadiyyat
16 Aprel 12:41
Gündəm
16 Aprel 12:27
Siyasət
16 Aprel 12:15
İqtisadiyyat
16 Aprel 11:53
İqtisadiyyat
16 Aprel 11:30
Gündəm
16 Aprel 11:12
Siyasət
16 Aprel 10:49
İqtisadiyyat
16 Aprel 10:35
MEDİA
16 Aprel 10:11
Analitik
16 Aprel 09:58
Gündəm
16 Aprel 09:31
Gündəm
16 Aprel 09:15
Sosial
16 Aprel 08:50
Elm
16 Aprel 08:39
Dünya
15 Aprel 23:25
Dünya
15 Aprel 23:10
Dünya
15 Aprel 22:41
Dünya
15 Aprel 22:19
YAP xəbərləri
15 Aprel 22:18
Dünya
15 Aprel 21:54
Sosial
15 Aprel 21:28
YAP xəbərləri
15 Aprel 21:23
YAP xəbərləri
15 Aprel 21:19
İdman
15 Aprel 20:45
Elanlar
15 Aprel 20:39
Siyasət
15 Aprel 20:26
Dünya
15 Aprel 20:17
Dünya
15 Aprel 19:50
Dünya
15 Aprel 19:22
YAP xəbərləri
15 Aprel 19:17
YAP xəbərləri
15 Aprel 18:58
İqtisadiyyat
15 Aprel 18:53
Dünya
15 Aprel 18:44
Elm
15 Aprel 18:25
Siyasət
15 Aprel 17:44
Dünya
15 Aprel 17:34
Sosial
15 Aprel 17:13
İqtisadiyyat
15 Aprel 17:12

