Birgə Strateji Mexanizm: ABŞ Türkiyəyə təzyiqlərini dayandıracaqmı?
06.04.2022 [10:02]
Taleh Ağaverdiyev
Türkiyə və ABŞ ölkələr arasında ikitərəfli əməkdaşlığı daha da genişləndirmək üçün aprelin 4-də Birgə Strateji Mexanizmi işə salındı.
Bununla bağlı Türkiyənin paytaxtı Ankarada Türkiyə xarici işlər nazirinin müavini Sedat Önal və ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müavini Viktoriya Nuland arasında danışıqlar aparılıb. Tərəflər hər iki ölkə üçün qarşılıqlı maraq doğuran mövzuları, o cümlədən iqtisadiyyat və müdafiə sahəsində əməkdaşlıq, terrorizmlə mübarizə, eləcə də regional və qlobal məsələləri müzakirə ediblər. Tərəflərin birgə bəyanatında qeyd edilir ki, ABŞ Türkiyənin Ukrayna böhranının “danışıqlar yolu ilə ədalətli və diplomatik həlli” üzrə səylərini alqışlayır.
Bu kifayət qədər əhəmiyyətli olan addım onu deməyə əsas verir ki, zaman-zaman yaranan bütün ziddiyyətlərə baxmayaraq, ABŞ Türkiyənin Şimali Atlantika Alyansının üzvü kimi mühüm rolunu dərk edir və onunla əməkdaşlığı genişləndirmək niyyətindədir.
Müttəfiqlər arasında ziddiyyətlər isə son illərdə heç də az olmayıb. II Dünya müharibəsindən sonra amerikalılar türklərə müxtəlif vəziyyətlərdə necə davranmalı olduqlarını diktə edə biləcək kiçik tərəfdaşlar kimi baxırdılar. ABŞ öyrəşib ki, onların bütün “tövsiyələri” bir qayda olaraq, sorğu-sualsız yerinə yetirilir. Amma tədricən Türkiyə dünyanın müxtəlif ölkələri ilə qarşılıqlı əlaqəyə, xarici siyasət əlaqələrini şaxələndirməyə yönəlmiş siyasət qurmağa başladı. Bugünkü güclü Türkiyə, ilk növbədə, öz milli maraqlarını rəhbər tutaraq müstəqil siyasət yürüdür. Və Ankaranın Rusiyaya qarşı sanksiyalara qoşulmaqdan imtina etməsi bunu bir daha sübut etdi.
Bundan əlavə, martın əvvəlində Vaşinqton rəsmi Ankara ilə Rusiya istehsalı olan S-400 raketdən müdafiə sistemlərinin Ukraynaya göndərilməsi imkanını müzakirə edib. Co Bayden administrasiyası bu cür (başqasının əli ilə) Ukrayna prezidenti Volodimir Zelenskinin Ukraynanın səmasını qorumağa kömək etmək çağırışına cavab verməyə çalışdı. Bundan əlavə, Vaşinqton bu yolla bir daha Ankaranı Rusiyanın raketdən müdafiə sistemlərindən imtina etməyə məcbur etməyə çalışıb. Xatırladaq ki, ABŞ 2019-cu ilin iyulunda baş vermiş ilk tədarükdən bəri Türkiyədən S-400-dən qurtulmağı dəfələrlə xahiş edib. Birləşmiş Ştatlar, hətta Türkiyənin müdafiə sənayesinə qarşı sanksiyalar tətbiq edib və Türkiyəni F-35 qırıcılarının tədarükü proqramından çıxarıb.
Lakin Türkiyə bu addımın şübhəsiz Rusiyanın ciddi qəzəbinə səbəb olacağını anlayaraq, ABŞ-ın təklifinə qəti imtina ilə cavab verdi, çünki bu Ankaranın yürütdüyü balanslaşdırılmış siyasətə uyğun gəlmir.
Türkiyə artıq Qərb tərəfdaşına sübut edib ki, onunla güc, təhdid, şantaj dili ilə danışmaq mümkün olmayacaq. Vaxtilə Türkiyəyə qarşı tətbiq edilən ağrılı iqtisadi sanksiyalar onu seçdiyi siyasi kursdan əl çəkməyə məcbur edə bilmədi.
Görünür ABŞ-da anladılar ki, təzyiq məsələsində hədlərini aşsalar, Türkiyə birdəfəlik onlardan üz döndərə bilər. Amerikalılara isə Türkiyə mühüm təhlükəsizlik tərəfdaşı kimi lazımdır. O, NATO-nun üzvü, alyansın ikinci ordusu, Şimali Atlantika blokunun cənub cinahıdır. Bundan əlavə, Türkiyə hazırkı şəraitdə iki güc mərkəzi arasında dialoqun qurulmasında vasitəçilik rolunu oynamağa qadir olan NATO ilə Rusiya arasında yeganə birləşdirici halqadır. O cümlədən Ankara Rusiya ilə Ukrayna arasında sülh danışıqlarında müsbət rol oynaya biləcəyini faktiki sübut etdi.
Odur ki, ola bilsin ABŞ rəsmiləri müvəqqəti olaraq təzyiq siyasətindən əl çəkib Ankaranı Vaşinqtonun orbitinə qaytarmağa çalışsınlar. Türkiyəyə F-16 qırıcılarının (ABŞ Ankaranı F-35 tədarükü proqramından kənarlaşdırıldıqdan sonra ona əvəzinə F-16 təklif etdi) tədarükü ilə bağlı son uğurlu danışıqlar və sözügedən Birgə Strateji Mexanizmin işə salınması da buna işarə edir.
Xəbər lenti
Hamısına baxDünya
16 Sentyabr 16:22
Sosial
16 Sentyabr 16:21
Hərbi
16 Sentyabr 16:18
Dünya
16 Sentyabr 15:51
Sosial
16 Sentyabr 15:51
Dünya
16 Sentyabr 15:18
İqtisadiyyat
16 Sentyabr 15:10
YAP xəbərləri
16 Sentyabr 15:08
Sosial
16 Sentyabr 14:51
YAP xəbərləri
16 Sentyabr 14:50
Analitik
16 Sentyabr 14:46
Dünya
16 Sentyabr 14:46
Dünya
16 Sentyabr 14:39
YAP xəbərləri
16 Sentyabr 14:38
Siyasət
16 Sentyabr 14:22
Formula 1
16 Sentyabr 14:06
Gündəm
16 Sentyabr 13:52
İdman
16 Sentyabr 13:50
Gündəm
16 Sentyabr 13:50
Din
16 Sentyabr 13:44
Dünya
16 Sentyabr 13:24
YAP xəbərləri
16 Sentyabr 13:17
Dünya
16 Sentyabr 12:46
Gündəm
16 Sentyabr 12:31
YAP xəbərləri
16 Sentyabr 12:24
Gündəm
16 Sentyabr 12:12
Siyasət
16 Sentyabr 12:05
Sosial
16 Sentyabr 11:55
Gündəm
16 Sentyabr 11:53
Siyasət
16 Sentyabr 11:39
Gündəm
16 Sentyabr 11:33
Sosial
16 Sentyabr 11:28
Hadisə
16 Sentyabr 11:25
İdman
16 Sentyabr 11:24
İqtisadiyyat
16 Sentyabr 11:22
YAP xəbərləri
16 Sentyabr 11:19
Siyasət
16 Sentyabr 11:17
YAP xəbərləri
16 Sentyabr 11:14
Analitik
16 Sentyabr 10:54
İqtisadiyyat
16 Sentyabr 10:30
Sosial
16 Sentyabr 10:11
Analitik
16 Sentyabr 09:45
Analitik
16 Sentyabr 09:17
Sosial
16 Sentyabr 08:59
Sosial
16 Sentyabr 08:31
Gündəm
16 Sentyabr 08:14
Hadisə
15 Sentyabr 23:20
İdman
15 Sentyabr 22:41
Dünya
15 Sentyabr 22:16
Dünya
15 Sentyabr 21:59
Dünya
15 Sentyabr 21:25
Dünya
15 Sentyabr 20:53
Dünya
15 Sentyabr 20:22
Dünya
15 Sentyabr 19:50
YAP xəbərləri
15 Sentyabr 19:34
İqtisadiyyat
15 Sentyabr 19:17
Dünya
15 Sentyabr 19:13
Gündəm
15 Sentyabr 18:37
Dünya
15 Sentyabr 18:32
YAP xəbərləri
15 Sentyabr 18:18
Dünya
15 Sentyabr 17:19
Siyasət
15 Sentyabr 17:09
Siyasət
15 Sentyabr 17:08
Sosial
15 Sentyabr 17:07
Siyasət
15 Sentyabr 16:59
Siyasət
15 Sentyabr 16:31
Siyasət
15 Sentyabr 16:30
Siyasət
15 Sentyabr 16:30
Dünya
15 Sentyabr 16:23
Sosial
15 Sentyabr 16:07

