İnsan işğalı
18.05.2022 [10:25]
Rusiya sərhədlərindən qıraqda yaşayan bütün rusdillilərə vətəndaşlıq təklif eləyir. Bununla bağlı qanun layihəsi artıq Dumada ilk oxunuşdan keçib.
Görəsən, bu canıyananlığın arxasında hansı məqsəd, hansı məram durur?
Belə bir qanunun qəbul olunması işğala yeni rəng, yeni bəzək vurmaq cəhdindən başqa bir şeyə bənzəmir. Bu, torpaq işğalından insan işğalına keçmək niyyəti güdən təhlükəli, məkrli bir əməldir. Torpağın zəbt olunar, güclənib geri alarsan, necə ki, il yarım qabaq xalqımız belə bir möcüzəyə şahidlik elədi. İşğal olunmuş ruhları, beyinləri isə geri almaq mümkün deyil. Çingiz Aytmatovun məlum-məşhur personajı kimi beyni, yaddaşı oğurlanmış, kökündən qoparılmış məxluq dədə-babasına, kökünə-köməcinə güllə atmağa, yadların göstərişiylə anasını belə oxlamağa hər zaman hazır olur.
Rus dilində söz sənətinin möcüzələri yaranıb, bu dilin insan qəlbinin sirlərini ifadə eləmək potensialı hüdudsuzdur. Rus dili dünyanın beş ədəbiyyat dilindən biri sayılır, yəni bu dildə kitabın çıxıbsa, artıq dünya bazarına çıxmış sayılırsan. Xub, buna görə bu dili yaradan xalqa minnətdarlıq borcumuz var, şəxsən mən də dünyanın bir çox ədəbiyyat, fəlsəfə şedevrlərini rus dili vasitəsiylə tanımışam, bu proses indi də davam eləyir. Rus dilini mükəmməl bilmək insanın başının ucalığıdır. Ancaq bu dildə danışanları özünə çağırmaq, özününküləşdirmək cəhdinə mənəvi ərazilərin işğalından başqa ad qoymaq mümkün deyil. Üstəlik, bu, rus dilinin işlək olduğu ayrı-ayrı ölkələrdə separatizmə, bölücülüyə, təfriqəyə açıq-aşkar rəvac verməkdir. Sabah-birigün Bakının, Tiflisin, İrəvanın, Xankəndinin... küçələrində başının üstündə Rusiya bayrağı, yaxasında Georgi nişanı gəzdirən adamlar görsək, belə çıxır ki, onlara Rusiyanın bir parçası, toxunulmaz ərazisi kimi baxmalıyıq. İnsanlardan bu şəkildə istifadə eləmək, onları canlı silaha çevirmək olduqca təhlükəlidir.
Separatizmdən başı çəkmiş bir dövlət yaxın-uzaq qonşularının evində separatçılığı təşviq eləməyə nədən maraqlı olsun? Bu proses Rusiyanın özündə də separatizmin yenidən baş qaldırmasına gətirib çıxarmazmı? Onda ingilislər də desinlər ki, dünyada ingiliscə danışan nə qədər adam varsa, hamısı bizdəndir. Görün planetdə necə xaos, necə fəlakət yaranar!
Fərz eləyək ki, rusca təhsil alan Xankəndi ermənilərinə Rusiya vətəndaşlığı verildi (deyilənə görə, bu proses altdan-altdan gedir artıq). Onda belə çıxır ki, Azərbaycan dövləti cibində rus pasportu gəzdirən hansısa cinayətkarı, terroristi tutmaqla, zərərsizləşdirməklə Rusiya ərazisinə, rus xalqına təcavüz eləmiş sayılacaq? Xalis absurd teatrı! Rusiyada yüz minlərlə vətəndaşımız yaşayıb işləyir. Onda biz də onların yaşadığı, işlədiyi yerləri öz mülkümüz elan eləyək. Bu qədər separatizm potensialı olan ölkə belə təxribatçı addımlar atmasın gərək.
Ukrayna savaşı bəşəriyyətə çox şey öyrətdi, ya da ən azı bildiklərini bir daha xatırlatdı. Ən birinci də bunu ki, insan da, toplum da, xalq da öz vətəninin, yaşadığı ölkənin təəssübünü, qeyrətini çəkməlidir. Hamı gözləyirdi ki, Ukraynada yaşayan ruslar Rusiya tanklarını, əsgərlərini gül-çiçəklə qarşılayacaqlar. Ancaq gördüyümüz kimi, belə olmadı, Rusiya silahına ən güclü müqaviməti elə rusdilli şəhərlər göstərdi, bu gün də göstərir. Bundan dərs almaq lazımdır.
Azərbaycan qoynunda onlarla xalqa yer vermiş tolerant, multikultural ölkədir. Bu xalqlar bir dövlət çətiri, bir bayraq altında birləşəndə güclüdür. Bütün xalqlar dilləriylə, inanclarıyla, adət-ənənələriylə bizim milli sərvətimizdir. Bu xalqların övladları ölkəmizin bütövlüyü uğrunda çiyin-çiyinə vuruşublar, torpağımızı qanla, tərlə suvarıblar. Hətta rus millətindən də şəhidimiz var. Bütün başqa xalqlar kimi Azərbaycan rusları, rusdilliləri də bizim milli sərvətimiz, qürur yerimizdir. Onların da beyni, ruhu başqa bir dövlətin yox, məhz Azərbaycanın mənəvi ərazisidir. Belələrinin hansısa dövlətin gizli-aşkar beşinci kolonuna çevrilməsinə əsla yol vermək olmaz. Vətəndaş bizimdir, onun yiyəsi də, himayədarı da Azərbaycan dövlətidir. Hansı dildə danışır danışsın. Heç bir dildə danışa bilməsə belə.
F.Uğurlu
Xəbər lenti
Hamısına baxDünya
16 Aprel 23:12
Dünya
16 Aprel 22:43
Dünya
16 Aprel 22:16
Elm
16 Aprel 21:59
Dünya
16 Aprel 21:20
İqtisadiyyat
16 Aprel 21:09
Dünya
16 Aprel 20:45
Dünya
16 Aprel 20:33
Sosial
16 Aprel 20:18
Dünya
16 Aprel 19:51
Dünya
16 Aprel 19:31
Dünya
16 Aprel 19:27
Gündəm
16 Aprel 18:59
Dünya
16 Aprel 18:23
YAP xəbərləri
16 Aprel 17:55
YAP xəbərləri
16 Aprel 17:20
Dünya
16 Aprel 17:19
Sosial
16 Aprel 17:16
Hadisə
16 Aprel 16:28
Dünya
16 Aprel 16:09
Sosial
16 Aprel 15:52
Siyasət
16 Aprel 15:50
Dünya
16 Aprel 15:32
Siyasət
16 Aprel 15:22
Sosial
16 Aprel 15:20
Siyasət
16 Aprel 15:10
Gündəm
16 Aprel 14:51
Sosial
16 Aprel 14:41
Sosial
16 Aprel 14:15
Siyasət
16 Aprel 13:53
Sosial
16 Aprel 13:34
Gündəm
16 Aprel 12:51
Sosial
16 Aprel 12:42
İqtisadiyyat
16 Aprel 12:42
İqtisadiyyat
16 Aprel 12:41
Gündəm
16 Aprel 12:27
Siyasət
16 Aprel 12:15
İqtisadiyyat
16 Aprel 11:53
İqtisadiyyat
16 Aprel 11:30
Gündəm
16 Aprel 11:12
Siyasət
16 Aprel 10:49
İqtisadiyyat
16 Aprel 10:35
MEDİA
16 Aprel 10:11
Analitik
16 Aprel 09:58
Gündəm
16 Aprel 09:31
Gündəm
16 Aprel 09:15
Sosial
16 Aprel 08:50
Elm
16 Aprel 08:39
Dünya
15 Aprel 23:25
Dünya
15 Aprel 23:10
Dünya
15 Aprel 22:41
Dünya
15 Aprel 22:19
YAP xəbərləri
15 Aprel 22:18
Dünya
15 Aprel 21:54
Sosial
15 Aprel 21:28
YAP xəbərləri
15 Aprel 21:23
YAP xəbərləri
15 Aprel 21:19
İdman
15 Aprel 20:45
Elanlar
15 Aprel 20:39
Siyasət
15 Aprel 20:26
Dünya
15 Aprel 20:17
Dünya
15 Aprel 19:50
Dünya
15 Aprel 19:22
YAP xəbərləri
15 Aprel 19:17
YAP xəbərləri
15 Aprel 18:58
İqtisadiyyat
15 Aprel 18:53
Dünya
15 Aprel 18:44
Elm
15 Aprel 18:25
Siyasət
15 Aprel 17:44
Dünya
15 Aprel 17:34

