Dağılanı bərpa edən Lvov müqaviləsi...
20.08.2022 [11:00]
40 dəqiqəlik sammit dünyaya nə vəd edir?
Pərviz SADAYOĞLU
Avqustun 18-də Lvovda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın, Ukraynanın dövlət başçısı Volodimir Zelenskinin və BMT-nin Baş katibi Antonio Quterreşin iştirakı ilə üçtərəfli zirvə görüşü reallaşdı. Taxıl dəhlizinin və Ukrayna ilə Rusiya arasındakı müharibənin diplomatik yollarla başa çatdırılmasının müzakirə edildiyi sammit 40 dəqiqəyə yaxın davam edib. Əvvəlcə ikitərəfli, sonra isə üçtərəfli formatda davam edən görüşdən sonra Zelenski “Ərdoğanın səfəri onun bizə dəstəyinin güclü göstəricisidir” deyib. Ukrayna Prezidentinin Mətbuat xidmətinin məlumatında bildirilir ki, görüş zamanı prezidentlər müdafiə sahəsində əməkdaşlıq, Rusiya Federasiyasının nüvə təhdidi və Ukraynadan taxıl ixracı məsələlərini müzakirə ediblər. Taxıl ixracı təşəbbüsünün həyata keçirilməsinə də müsbət qiymət verilib. Zelenski bu təşəbbüsün irəli sürülməsi və həyata keçirilməsində Türkiyənin və şəxsən Ərdoğanın aparıcı rolunu vurğulayıb və bunun qlobal ərzaq böhranının aradan qaldırılmasına töhfə verdiyini qeyd edib. Liderlər taxıl sazişi üzrə təhlükəsizliyin gücləndirilməsi və ərzaq ixracının artırılması imkanlarını müzakirə ediblər. Zelenski və Ərdoğan Ukraynanın işğal olunmuş ərazisində irimiqyaslı taxıl oğurlanması məsələsini də nəzərdən keçiriblər. O cümlədən, Rusiya tərəfindən 0,5 milyon tona yaxın taxılın mənimsənildiyi iddiası səslənib. Liderlər razılaşıblar ki, oğurlanmış mallardan ticarət məqsədilə istifadə qəbuledilməzdir.
Zaparojye AES problemi müzakirə edilib
Görüşdə müzakirə predmetlərindən biri də son günlərin ən mühüm problemlərindən sayılan Zaporojye AES-lə bağlı olub. Zelenski vurğulayıb ki, Rusiyanın Zaporojye AES-də yaratdığı vəziyyət müharibə dövründə yaranan ən böyük təhlükələrdən biridir. O əlavə edib ki, hər bir ölkə Rusiyanın nüvə təhdidinə qarşı sərt mövqe nümayiş etdirməlidir. “Rusiya dərhal qoşunlarını stansiyadan çıxarmalıdır”, - deyə Ukrayna prezidenti vurğulayıb. Bundan əlavə, liderlər müdafiə sahəsində əməkdaşlıq məsələlərinə toxunub və bu sahədə əməkdaşlığın perspektivlərini müzakirə ediblər.
Türkiyə Prezidenti Zaporojye AES-dəki vəziyyətlə bağlı naratlığını “Biz yeni Çernobıl faciəsi yaşamaq istəmirik”, - deyə ifadə edib. Türkiyə lideri İstanbul razılaşmasının yaratdığı müsbət atmosferin daimi sülhə çevrilməsi imkanlarını qiymətləndirdiklərini də bildirib. “Diplomatik prosesi canlandırmaq üçün beynəlxalq ictimaiyyətin daha çox məsuliyyəti var. Biz bunun həyata keçirilməli olduğunu xüsusi qeyd etdik”, - deyə Türkiyə rəhbəri vurğulayıb.
Təbii ki, yaranan nüvə təhlükəsi bütün dünyanı narahat edir. Bu problemin həlli istiqamətində atılan hər bir addım sülhə verilmiş ən böyük töhfələrdən sayılır. Bu baxımdan, Türkiyənin qlobal siyasi oyunçu qismində prosesə müdaxiləsi olduqca vacibdir. ZAES ətrafında formalaşan təhdidin aradan qaldırılması yönündə atılacaq addımlar isə Türkiyənin vasitəçilik missiyasının daha da dərinləşməsinə yol aça bilər.
Ərdoğan əmindir
Bundan başqa, Türkiyə Ukrayna və Rusiya arasında danışıqlarda daha aktiv vasitəçi olmağa da hazırdır. Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib. Türkiyə Prezidenti Ukrayna ilə Rusiya arasında müharibənin danışıqlar masası arxasında bitəcəyinə əmin olduğunu ifadə edib: “İnanıram ki, müharibə danışıqlar masası arxasında başa çatacaq. Ukrayna Prezidenti və BMT-nin baş katibi ilə üçtərəfli danışıqlarda cəmləşməyimizin əsas məqamı müharibəni necə bitirə biləcəyimiz məsələsi olub. Bir ay əvvəl, biz - BMT, Ukrayna, Rusiya və Türkiyə müştərək tarixi işi nümayiş etdirdik. Təkcə Ukrayna deyil, bütün dünya taxılın Qara dəniz vasitəsilə dünya bazarlarına təhlükəsiz ixracını mümkün edən İstanbul sazişinin müsbət təsirlərini hiss etməyə başladı”, - deyə Ərdoğan bildirib.
Türkiyə Prezidentinin fikrincə, əsas problem danışıqlar masasına aparacaq ən qısa yolun müəyyən edilməsidir. Türkiyə lideri həm Ukrayna Prezidentinin, həm də BMT ?aş katibinin onunla həmfikir olduğunu da xüsusi qeyd edib. Ərdoğan, həmçinin əlavə edib ki, beynəlxalq ictimaiyyət diplomatik prosesi canlandırmaq üçün üzərinə daha çox məsuliyyət götürməlidir. O, “taxıl sazişi”nin həyata keçirildiyi kimi Rusiya-Ukrayna müharibəsinin də sülhlə başa çatacağına əmin olduğunu bildirib.
Göründüyü kimi, Türkiyə bu dəfə daha aktiv formada vasitəçilik missiyasını irəli sürür ki, bu addım da bütün tərəflərin etimadı və etibarı əsasında formalaşır. Soçi görüşündən sonra Ərdoğanın belə qətiyyətli fikirlər səsləndiməsi isə təsadüfi sayıla bilməz. Türkiyənin vasitəçilik missiyasında daha çox aktivlik nümayiş etdirməsi sülhə doğru məlum imkanların olmasından irəli gəlir.
Görüşdən sonra prezidentlər bəyanatlarla mətbuat qarşısında çıxış ediblər. Müzakirələrdə iki ölkə arasında strateji tərəfdaşlıq əlaqələrinin bütün aspektlərinin dəyərləndirildiyi vurğulanıb. Türkiyə lideri mövcud şərtlərdə əməkdaşlığı və həmrəyliyi yaxşılaşdırmaq imkanlarını da müzakirə etdiklərini deyib: “Təbii ki, danışıqlarımızın əsas mövzusu təxminən 6 aya yaxın davam edən müharibə oldu. Ukraynanın bütövlüyünə və suverenliyinə dəstəyimizi bir daha vurğuladım”.
Ukrayna şərt qoydu - qoşunlar çıxsın...
Rusiya ilə sülh danışıqları məsələsində isə Ukraynanın mövqeyi qətidir. Belə ki, Volodimir Zelenski BMT-yə çağırış edib. O, Rusiyanın ukraynalı məhbuslarla bağlı beynəlxalq hüquqa riayət etməsinin təmin edilməsini tələb edib. Zelenski Quterreşlə görüşündən sonra bildirib ki, Yelenovkaya missiya göndərməyi də müzakirə ediblər. Prezident vurğulayıb ki, Yelenovkada 50-yə yaxın ukraynalı hərbi əsirin öldürüldüyü terror aktı ilə bağlı tam həqiqəti müəyyənləşdirmək lazımdır.
Zelenski Ukraynanın danışıqlar masasına oturması üçün şərtlərini də açıqlayıb. Ukrayna prezidenti bildirib ki, Rusiya ilə dialoq yalnız işğalçı qüvvələrin Ukrayna ərazisindən tamamilə çıxarılacağı təqdirdə mümkündür.
İşçi Qrupu yaradılır
Türkiyə Prezidentinin Ukraynaya səfəri çərçivəsində iki ölkə arasında müharibə nəticəsində dağılmış infrastrukturun bərpası ilə bağlı müqavilə də imzalanıb. Dağılmış infrastrukturunun bərpasına dair sazişi Ukraynanın infrastruktur naziri Aleksandr Kubrakov və Türkiyənin ticarət naziri Mehmet Muş imzalayıb. Bununla yanaşı, iki ölkə arasında Ukraynanın yenidən qurulması üçün İşçi Qrupunun yaradılacağı ilə bağlı da razılaşma əldə edilib. İşçi qrupu Ukraynada yollar, körpülər, su və elektrik infrastrukturu, xəstəxanalar və məktəblər kimi sosial və iqtisadi əhəmiyyətli obyektlərin yenidən qurulmasını əlaqələndirəcək.
Xəbər lenti
Hamısına baxDünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35

