Rəcəb Tayyib Ərdoğanın Balkan turu
07.09.2022 [10:20]
Türkiyə Avropa üçün “kilid” nöqtəsinə çevrilib
SADİQ
Qlobal güc mərkəzinə çevrilən Türkiyə özünün xarici siyasətini daha da şaxələndirmək niyyətindədir. Şərq, əsasən də Cənubi Qafqaz siyasəti ilə yanaşı rəsmi Ankara artıq Qərbə doğru yol almaqdadır. Belə ki, son dövrlərdə Türkiyənin Balkan siyasətində yeni korrektələrə, daha doğrusu yeni istiqamətlərə rast gəlinir. Rusiya-Ukrayna müharibəsi fonunda Avropa üçün “kilid nöqtəsi”nə çevrilmiş Türkiyə Balkan regionunda baş verən proseslərə özünəməxsus müdaxilələr etməklə Aİ-nin Praqa sammiti öncəsi gücünü artırmaqdadır. Bu, bütün aspektlərdən görünür.
Səfər marşrutu - Sarayevo, Belqrad, Zaqreb...
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Balkan turuna çıxıb. Prezident Ərdoğan ilk dayanacağı Bosniya və Herseqovinaya yola düşməzdən əvvəl Ankara hava limanında mühüm açıqlamalar verib. “Yunanıstan özünü səliqə-səhmana salacaq yola qədəm qoyub”, deyən Ərdoğan əlavə edib ki, rəsmi Afina Türkiyə ilə necə münasibət quracağına daha yaxşı düşünərək qərar verməlidir: “Həmişə deyirəm ki, bir gecə qəfildən gələ bilərik”.
Prezident Ərdoğan qeyd edib ki, ölkəsinin balanslı siyasəti region xalqları tərəfindən yüksək qiymətləndirilir: “Səfərimin əsas gündəliyi Bosniya və Herseqovinada bir ildən artıqdır davam edən siyasi böhranın həlli istiqamətində səylər olacaq. Bosniya və Herseqovinanın suverenliyinə dəstəyimi ifadə edəcəyəm. Serbiya Balkan regionunda sülhün və sabitliyin qorunmasında birlikdə səy göstərdiyimiz mühüm tərəfdaşdır. Serbiyadan sonra Zaqrebə gedəcəyik. Xorvatiyada da regional hadisələr, xüsusən də Bosniya və Herseqovina ilə bağlı fikir mübadiləsi aparacağam”.
Yunanıstan xəbərdardır
Mitravitsanın əsasən serblərin yaşadığı bölgə olduğunu söyləyən Prezident Ərdoğan qeyd edib ki, keçmişdən bu günə qədər hər zaman arzuolunmaz bəlalara rast gəlinib. “Əziz dostumuz Vuçiç əvvəlki görüşlərimizdə həmişə bizə çox müsbət münasibət bəsləyib. Bu səfər zamanı Vuçiçlə də məsələni müzakirə edəcəyik. Ümid edirik ki, Vuçiçin təsiri ilə oradakı problemləri aradan qaldıra bilərik”, -deyən Ərdoğan Yunanıstan məsələsinə də toxunub. Vurğulayıb ki, Türkiyə Müdafiə Nazirliyi həm NATO Baş katibliyi, həm də digər nümayəndələrlə bu məsələnin müzakirəsini davam etdirir: “Həssaslıqlarımız kilidlənmə nöqtəsində davam edir. Yunanıstan xəbərdardır. Özlərini səliqə-sahmana salmaq yoluna qədəm qoyublar. Keçən həftə etdiyim çıxışlarda vəziyyətlə bağlı şərhlərimi də bildirmişəm. Bundan sonrakı dövrdə Yunanıstan Türkiyə ilə əlaqələrinə daha yaxşı düşünərək qərar verməlidir”.
Avropa nə əkirsə, onu da biçir
Avropanın yaşadığı təbii qaz probleminə də toxunan prezident Ərdoğan qeyd edib ki, Türkiyənin təbii qazla bağlı heç bir problemi yoxdur. Avropaya gəldikdə isə... “Avropa nə əkirsə, onu da biçir. Avropanın cənab Putinə qarşı münasibəti və sanksiyaları Putini istər-istəməz “sən belə edirsənsə, mən də belə edərəm” nöqtəsinə gətirib çıxarıb. Hesab edirəm ki, Avropa bu qışı ciddi problemlərlə keçirəcək”.
“Açıq Balkan” Təşəbbüsü - Balkan regionu ilə Avropa Birliyi arasında körpü
Yeri gəlmişkən, Prezient Ərdoğanın Balkan turundan öncə, sentyabrın 2-də Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Serbiyanın paytaxtı Belqradda “Açıq Balkan” Təşəbbüsü (“Open Balkan”) üzrə sammitdə iştirak edib. Qeyd edək ki, 2019-cu il oktyabrın 10-da Albaniya, Şimali Makedoniya və Serbiya tərəfindən irəli sürülən və “Kiçik Şengen” adı verilən “Açıq Balkan” Təşəbbüsü üç ölkə arasında insanların, məhsulların, həmçinin investisiyaların asan mübadiləsini nəzərdə tutur. Eyni zamanda, bu təşəbbüs iştirakçı ölkələr üçün ümumi regional bazar yaratmaq məqsədi daşıyır. Sammitdə çıxış edən xarici işlər naziri Mövlud Çavuşoğlu “Açıq Balkan” Təşəbbüsünü Balkan regionu ilə Avropa Birliyi arasında körpü kimi dəyərləndirdiklərini bildirib. Nazir Çavuşoğlu Balkan regionunun coğrafi mövqeyinə görə tarix boyu fərqli təsirlər altında olduğunu ifadə edib. O bildirib ki, indi gələcəyimizi öz əlimizə almağın vaxtıdır. “Açıq Balkan” Təşəbbüsü əmək bazarına sərbəst giriş perspektivi yaradır”. Bu Təşəbbüsün bölgəyə son dərəcə əhəmiyyətli inkişaf vəd etdiyini bildirən türkiyəli nazir təşəbbüsün həm də Balkan coğrafiyasının qarşılaşdığı problemlərdən çıxış yolu müəyyənləşdirəcəyi fikrində olduğunu da ifadə edib. O deyib ki, bölgənin mühüm investorlarından biri olaraq Türkiyə bu təşəbbüsün birbaşa xarici investisiyaları da artıracağını düşünür: “Ukrayna müharibəsi, əslində bir həyəcan siqnalıdır. Avropanın nə qədər kövrək olduğunu görürük. Qış yaxınlaşır. Enerji və ərzaq təhlükəsizliyi bizim ümumi problemimizə çevrilib. Əslində həmrəylikdən başqa yol yoxdur. Türkiyə olaraq İstanbul Taxıl Sazişinin problemsiz həyata keçirilməsi üçün səylərimizi davam etdiririk. Balkan bölgəsindəki qonşularımızın qış aylarında təbii qaz ehtiyacını ödəmək üçün də əlimizdən gələni edirik”. “Açıq Balkan” Təşəbbüsünü Balkan regionu ilə Avropa Birliyi arasında körpü olaraq dəyərləndiririk. Əvvəllər genişlənmə Avropa Birliyinin əsas prioritetlərindən idi. Amma Avropa indi dayanıb, öz içinə qapanıb. Şimali Makedoniya və Albaniya niyə bu qədər gözləməlidi, bunu heç kim izah etmir. Biz birlikdə üzvlük danışıqlarına başlamışdıq. Ümid edirəm ki, onların təcrübəsi bizimkindən fərqli olacaq. Mən Türkiyənin üzvlüyünün necə siyasiləşdirilərək onların maraqları üçün istifadə edildiyindən danışmaq istəmirəm”.
“Açıq Balkan” Təşəbbüsünün bölgənin Avropaya inteqrasiyanı sürətləndirəcəyinə ümid etdiyini bildirən Çavuşoğlu 25 ildən artıqdır bir çox fərqli platformalarda eyni masa ətrafında toplandıqlarını deyib. Onun sözlərinə görə, “Açıq Balkan” Təşəbbüsü çərçivəsində görüləsi çox iş olsa da, iki mühüm problem mövcuddur. “Birinci problem Bosniya və Herseqovinadakı siyasi böhrandır. Prezident Ərdoğan Bosniya və Herseqovina, Serbiya və Kosovoya səfər edəcək. Bosniya və Herseqovinadakı mövcud vəziyyət əsas müzakirə predmetimiz olacaq”. Balkan regionun mərkəzində hər hansı bir qarşıdurmanın yaşanmasına yol vermək olmaz. İkinci mühüm məsələ Belqrad-Priştina dialoq prosesidir. Türkiyə avtomobil nömrələri məsələsində Kosovo və Serbiya arasında dialoq aparır”.
Xəbər lenti
Hamısına baxGündəm
10 Sentyabr 11:36
İqtisadiyyat
10 Sentyabr 11:12
Dünya
10 Sentyabr 11:09
Sosial
10 Sentyabr 11:00
Elm
10 Sentyabr 10:57
Dünya
10 Sentyabr 10:56
Hadisə
10 Sentyabr 10:55
İqtisadiyyat
10 Sentyabr 10:43
İqtisadiyyat
10 Sentyabr 10:25
Analitik
10 Sentyabr 09:52
İqtisadiyyat
10 Sentyabr 09:17
Sosial
10 Sentyabr 08:50
MEDİA
10 Sentyabr 08:38
Sosial
10 Sentyabr 07:05
Dünya
09 Sentyabr 23:18
İqtisadiyyat
09 Sentyabr 22:50
Dünya
09 Sentyabr 22:24
YAP xəbərləri
09 Sentyabr 22:12
Dünya
09 Sentyabr 21:43
İdman
09 Sentyabr 21:16
İqtisadiyyat
09 Sentyabr 20:59
Elm
09 Sentyabr 20:25
İqtisadiyyat
09 Sentyabr 19:42
Elm
09 Sentyabr 19:17
Maraqlı
09 Sentyabr 18:16
Dünya
09 Sentyabr 17:23
YAP xəbərləri
09 Sentyabr 16:53
Dünya
09 Sentyabr 16:38
YAP xəbərləri
09 Sentyabr 16:11
YAP xəbərləri
09 Sentyabr 16:08
YAP xəbərləri
09 Sentyabr 16:03
YAP xəbərləri
09 Sentyabr 16:01
YAP xəbərləri
09 Sentyabr 15:47
YAP xəbərləri
09 Sentyabr 15:43
İdman
09 Sentyabr 15:19
Dünya
09 Sentyabr 14:26
Dünya
09 Sentyabr 13:31
İqtisadiyyat
09 Sentyabr 13:19
Xəbər lenti
09 Sentyabr 13:10
Dünya
09 Sentyabr 13:09
Dünya
09 Sentyabr 12:50
Elanlar
09 Sentyabr 12:49
Sosial
09 Sentyabr 12:42
Dünya
09 Sentyabr 12:23
Siyasət
09 Sentyabr 12:13
Gündəm
09 Sentyabr 12:12
Mədəniyyət
09 Sentyabr 11:49
Elm
09 Sentyabr 11:45
İqtisadiyyat
09 Sentyabr 11:43
Hadisə
09 Sentyabr 11:42
İqtisadiyyat
09 Sentyabr 11:41
Dünya
09 Sentyabr 11:34
Elm
09 Sentyabr 11:32
Dünya
09 Sentyabr 11:19
Gündəm
09 Sentyabr 10:42
Gündəm
09 Sentyabr 10:37
Mədəniyyət
09 Sentyabr 10:36
YAP xəbərləri
09 Sentyabr 10:34
İqtisadiyyat
09 Sentyabr 10:24
Gündəm
09 Sentyabr 09:52
Analitik
09 Sentyabr 09:17
Sosial
09 Sentyabr 08:53
Elm
09 Sentyabr 08:31
İdman
09 Sentyabr 07:59
Dünya
09 Sentyabr 07:58
Dünya
09 Sentyabr 07:56
Hadisə
09 Sentyabr 07:41
Dünya
08 Sentyabr 23:32
Dünya
08 Sentyabr 23:10
Dünya
08 Sentyabr 22:56

