“Göyçə-Zəngəzur Respublikası” - xəstə təxəyyül, yoxsa düşünülmüş təxribat...
24.09.2022 [10:20]
Bu cür avantürist ideyalar ümumi işimizə ziyan verir
Türkiyədə “elan edilmiş” “Göyçə-Zəngəzur Respublikası” Azərbaycanın milli mənafeyinə və maraqlarına qarşı növbəti təxribatdır. Hazırki həssas dönəmdə, Zəngəzur dəhlizinin açılması və Ermənistanla sülh müqaviləsinin imzalanması kimi məsələlərin əsas müzakirə predmeti olduğu dövrdə belə bir özfəaliyyət yalnız və yalnız Azərbaycana qarşı olan xarici güclərin maraqlarına xidmət edir. Nəzərə alınmalıdır ki, bu “respublikanı” yaradan Rizvan Talıbov da cəmiyyətdə yalnız mənfi əməlləri ilə “şöhrət” qazanıb. Onun hansı mənbələrə xidmət etdiyi isə birmənalı şəkildə prosesdən bəlli olur. Onun fəaliyyəti hazırki mürəkkəb və həssas tarixi mərhələdə birmənalı şəkildə Azərbaycanın əleyhinə yönəlib. Bu isə yolverilməzdir.
Qeyd edək ki, R.Talıbovun əməlləri ilə bağlı istər cəmiyyətdə, istərsə də KİV-də kifayət qədər məlumatlar var. Rizvan Talıbov adlı şəxsin “Göyçə-Zəngəzur Respublikası” avantürası Azərbaycanın əsl məqsəd və hədəfləri ilə bağlı yanlış rəy formalaşdırmaq məqsədi güdür. İlk dəfə təxminən bir il bundan öncə belə bir ideya ortaya atıldı, lakin heç bir rezonans doğurmadı. Bu günlərdə həmin avantüranın yenidən gündəmə gətirilməsi bunun məqsədli şəkildə ictimai rəyə sırındığını deməyə əsas verir.
Rizvan Talıbov nəyə və kimə xidmət edir?
Vaxtilə xuliqanlıq (CM-nin 221.2 maddəsi) maddəsi ilə ittiham olunaraq 4 il həbs cəzası alan bu şəxsin faktiki olaraq Qərbi Azərbaycanla bağlı heç bir elmi biliyi, heç bir araşdırması yoxdur, Qərbi Azərbaycanın nə tarixini, nə də coğrafiyasını bilir. Onun ətrafında isə bir nəfər də ciddi adama rast gəlmək mümkün deyil, adlarını çəkdiyi, “vəzifə”yə qoyduğu, “struktur”lara daxil etdiyi adamların çoxunun heç bundan xəbəri də yoxdur. Bu il iyulun 24-də Rizvan Talıbov Türkiyənin Batman şəhərindən Mehmet Ali Arslan adlı şəxsi özünə “vitse-prezident təyin edib” və onu “Kürdistan İslami Adalet Partisi” genel başkanı Mamusta Ali Bapirlə danışıqlar üçün İraqa “göndərib”. Bu danışıqlar isə süni şəkildə bu prosesə önəm verilməsi, arzuolunmaz elementlərin daxil edilməsi yolu ilə ideyanın coğrafiyasının daha da genişləndirilməsi məqsədi daşıyır. Ankarada “Göyçə-Zəngəzur Respublikası”nın ilk bürosunun açılışı, o cümlədən açılışda Mehmet Ali Arslanın Zəngəzuru Osmanlı torpağı elan etməsi də ziyanlı və arzuolunmaz iddialardır.
Qərbi Azərbaycan İcması “Göyçə-Zəngəzur Respublikası” adlı bir qurumu tanımır”
Məsələnin avantüra xarakteri daşıması Qərbi Azərbaycan İcmasının bəyanat verməsinə də səbəb olub. Bəyanatda deyilir: “Son zamanlar “Göyçə-Zəngəzur Respublikası” adlı qurum adından müxtəlif məsuliyyətsiz paylaşımlar edilir. Bununla bağlı Qərbi Azərbaycan İcmasına çoxsaylı müraciətlərin daxil olduğunu nəzərə alaraq bildiririk ki, Qərbi Azərbaycan İcması “Göyçə-Zəngəzur Respublikası” adlı bir qurumu tanımır, onunla heç bir əlaqəsi yoxdur və tarixi torpaqlarımızla bağlı belə özfəaliyyət hərəkətlərini yolverilməz və zərərli hesab edir. Bütün media nümayəndələrindən xahiş edirik ki, Qərbi Azərbaycanla bağlı hər hansı bir informasiyanın dəqiqliyinə əmin olmaq üçün Qərbi Azərbaycan İcmasına müraciət etsinlər”.
“Özündən “respublika” elan etmək gülməli səslənir”
Məsələ ilə bağlı fikirlərini bölüşən Böyük Quruluş Partiyasının sədri, Milli Məclisin deputatı Fazil Mustafa bildirib ki, bu “qurumu” yaradanın ictimai çəkisi bəllidir və ideya cəmiyyətdən gələn tələbatı, sosial sifarişi özündə əks etdirmir. Onun sözlərinə görə, bu cür təşəbbüslər illər boyu olub və heç bir effekt də verməyib, uzun müddət yaşamayıb: “Sadəcə, marginal qruplar formatında varlıq göstərməyə çalışıblar. Amma ictimai həyatda heç bir rol oynaya bilməyiblər. Hazırki məsələ də ictimai həyatda elə bir rol oynayacaq mahiyyətdə deyil. İndi hər bir vətəndaş özündən götürüb öz xəyalına uyğun nəsə qura bilər. Amma bu cəmiyyətdən gələn sifariş olmadığı üçün onun yaşamaq, mövcudluq imkanları real deyil. O baxımdan da, bu tip addımlar ciddi qəbul edilməyən bir yanaşmadır”.
Millət vəkili vurğulayıb ki, bu, hər bir halda naşı yanaşmadır. “Fikrimcə, bu tip məsələlərdə ciddiliyi qorumaq lazımdır. Dövlətlə uzlaşdırılmış formada addımlar atılması ümumi işimizin ancaq xeyrinə ola bilər. Uzlaşmayan addımların atılması isə problem yarada bilər. Məsələn, bu yaxınlarda Qərbi Azərbaycan İcması yaradıldı. Bu, həmin problemin diqqət mərkəzinə gətirilməsi üçün vacib idi. Bu baxımdan da, dövlətlə uzlaşmalı olan addımların atılması daha məqsədəuyğundur. “Respublika” yaradan insanlar cəmiyyətdə fikir, ideya ortaya qoymuş deyillər. Mənim üçün bu, daha çox “mən də varam” demək naminə atılan addımdır. Özündən “dövlət” elan etmək, onun rəhbərliyini təyin etmək bir az gülməli səslənir. Bu, quru, altı boş bir ideyadan o tərəfə gedən bir şey deyil”, -deyə F.Mustafa əlavə edib.
P.İSMAYILOV
Xəbər lenti
Hamısına baxElm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20

