Demokratiyadan anarxiyaya doğru
31.03.2023 [10:31]
Etirazçılar Makronun istefasını tələb edirlər
Mübariz ABDULLAYEV
Bu gün Fransa, gözəlliklər şəhəri Paris dünyanın diqqətini özəllikləri ilə əks qütbdə dayanan və bizim cəsarətlə inqilab adlandıra biləcəyimiz mitinqlər dalğası ilə özünə çəkir. Deyə bilərik ki, Parisin küçələrində və əyalətlərdə etirazlar permanent hala keçib və dağıdıcı xarakter alıb. Fransa prezidenti Emmanuel Makron müxtəlif auditoriyalarda yeri gəldi-gəlmədi ölkəsinin demokratik ənənələrindən söz açaraq bununla qürrələnir. Ancaq son mitinqlərdə müşahidə edilən mənzərələr bu ölkə barəsində miskin təəssüratlar oyadır. Etirazçıların qarşısına hər cür təchizata malik polis ordusunun çıxarılmasını, hüquqları uğrunda ayağa qalxan insanların döyülməsini, həbsə alınmalarını başqa cür necə dəyərləndirmək olar? Lakin həmkarlar təşkilatlarının dəstəklədikləri mitinqlərin zor gücünə dağıdılması bir nəticə vermir. Etirazların miqyası kiçilmir, əksinə güc strukturlarının zorakılığı ölkə boyunca etiraz dalğasını daha da genişləndirir. Artıq bir sıra ünvanlarda barikadaların qurulduğuna dair xəbərlər yayılıb. Bir sıra strateji sahələrin fəaliyyəti qismən təmin edilir, hətta iş o yerə çatıb ki, Eyfel qülləsi və Versal sarayının qapıları da buraya gələnlərin üzünə bağlanıb.
Fransa cəmiyyətini ayağa qaldıran isə prezident E.Makronun təşəbbüsü ilə hökumətin yanvar ayında təqdim etdiyi pensiya islahatları layihəsidir. Etirazçılar “Ömür boyu işləmək istəmirik” şüarları səsləndirirlər. Onların qənaətinə görə islahatlar bu ölkədə təqaüdləri çoxları üçün əlçatmaz hala gətirəcək. Bu günlərdə “Hümanite” qəzetində dərc olunan statistika etirazçıların narahatlığının əbəs olmadığını təsdiqləyir. Həmin statistik təqdimatda bildirilir ki, Fransada daha kasıb əhalinin 25 faizi 62 yaşdan daha tez həyatdan köçür. Başqa bir rəqəm də kədərlidir. Vurğulanır ki, 62 yaş fransızların yarısı üçün arzulanan “uzun ömür” sayılır.
E.Makrona etimadsızlıq
Qeyd etdiyimiz kimi, Fransanı çalxalayan, insanları gələcəyə ümidsiz edən pensiya islahatlarının layihəsi prezident E.Makronun təşəbbüsü ilə hazırlanıb. Etirazçıların əsas tələbi də “onları ömür boyu işləməyə məcbur etmək” barədə düşünən dövlət başçısının istefasına nail olmaqdır. Tələb birmənalı qoyulur: Parlamentdə dinləmələr keçirilmədən qəbul edilən islahatlar paketi ləğv edilsin və E.Makron hakimiyyətdən getsin.
Bu arada ölkədə müxtəlif qurumlar tərəfindən rəy sorğuları keçirilib. Respondentlərdən “Makrona etimad göstərirsinizmi” sualına cavab istənilib. Onun siyasətini dəstəkləyənlərin sayı heç 30 faizə də çatmayıb. Verilən məlumatlara görə E.Makronun reytinqi 2019-cu ildən bəri ən aşağı səviyyəyə düşüb. Yeri gəlmişkən, parlamentdə də E.Makrona etimadın azaldığı müşahidə edilir. Fransada kütləvi etirazlara səbəb olan mübahisəli pensiya islahatı Konstitusiyanın 49-cu maddəsinin 3-cü bəndindən istifadə edilərək Milli Assambleyada səsverməyə çıxarılmadan qəbul edildikdən sonra prezident Emmanuel Makron hökumətinə qarşı iki etimadsızlıq təklifi irəli sürülüb. Birinci etimadsızlıq təklifi 278 deputatın səsini qazanıb. Parlamentin E.Makrona etimadsızlıq göstərməsi üçün cəmi 9 səs çatmayıb.
Fransanın siyasətində nə dəyişə bilər?
Siyasi analitiklər bildirirlər ki, E.Makronun reytinqinin aşağı düşməsi yalnız pensiya islahatları layihəsi ilə bağlı deyil. Bütövlükdə, E.Makron Fransanın siyasətini qlobal çağırışlarla uzlaşdıra bilmir. Onun verdiyi qərarlar bir sıra hallarda ökənin nüfuzuna mənfi təsir göstərir. O cümlədən Fransa ilə Almaniya arasında ziddiyyətlərin artması E.Makronun siyasətinin ən böyük uğursuzluqlarından biri kimi dəyərləndirilir. Fransanın ABŞ-ın bir sıra qərarlarını, o cümlədən Ukraynaya dəstək məsələsində fikir ayrılığı sərgiləməsi bu ölkəyə yaxşı heç nə vəd etmir. ABŞ-ı Fransaya qarşı qəzəbli edən həm də E.Makronun İran siyasətidir. Kollektiv Qərb İranın nüvə silahı istehsalına yaxınlaşmasından bərk narahatlıq ifadə edir. Son vaxtlarda ABŞ və Avropa İttifaqı İranın nüvə proqramını reallaşdırmasının qarşısını almaq məqsədilə bu ölkəyə tətbiq olunan sanksiyaların əhatə dairəsini genişləndiriblər. Ancaq burada da E.Makronun loyallığı ağ kağız üzərində qara ləkə kimi diqqət çəkir. Belə ki, E.Makron nüvə proqramını dayandırmayan İranla əməkdaşlığı davam etdirməyə hazır olduğunu bir neçə dəfə bəyan edib. Fransanın Türkiyə və Cənubi Qafqaz siyasətindəki uğursuzluqları da E.Makronun ayağına yazılmalıdır. Son vaxtlarda E.Makron hər vəchlə Türkiyəni Şimali Atlantika Alyansından kənarlaşdırmağa nail olmağa çalışır. Onun bu mövqeyi əslində ölkəsini bütün NATO ilə üz-üzə qoymaq anlamına gəlir. Çünki qurumda Türkiyənin rolu və gücü lazımınca dəyərləndirilir. Fransanın uğursuz siyasəti, həmçinin bu ölkəni Cənub, Qafqazda gedən proseslərdən kənarda qoyub. E.Makron özünü aşırı dərəcədə ermənipərəst kimi aparır, Ermənistana revanşist ideyalar ötürür, Azərbaycanın Avropa üçün artan önəmini lazımınca dəyərləndirmir. Bütün bunlar da Azərbaycan-Fransa münasibətlərini ciddi şəkildə zədələyib. Hazırda ölkəmizlə Fransa arasında münasibətlər heç vaxt olmadığı qədər aşağı səviyyədədir ki, bunun da məsuliyyəti birbaşa E,Makronun üzərinə düşür. Fransanın dövlət başçısının səhv yanaşması bu ölkənin Azərbaycandakı iqtisadi maraqlarına da zərbə vurur. Ümid edirik ki, E.Makrondan sonrakı dönəmdə Fransanın ölkəmizə münasibəti də dəyişəcək və əlaqələr bərpa olunacaq Azərbaycanın bunda maraqlı olduğunu bildirən Prezident İlham Əliyev “Mən ümid edirəm, Fransada gələcəkdə elə bir hökumət formalaşacaq ki, Azərbaycanla olan əlaqələri qiymətləndirəcək”, - deyə vurğulayıb.
Xəbər lenti
Hamısına baxDünya
10 Sentyabr 16:19
YAP xəbərləri
10 Sentyabr 15:54
Dünya
10 Sentyabr 15:50
YAP xəbərləri
10 Sentyabr 15:48
YAP xəbərləri
10 Sentyabr 15:45
YAP xəbərləri
10 Sentyabr 15:31
YAP xəbərləri
10 Sentyabr 15:28
Dünya
10 Sentyabr 15:23
Siyasət
10 Sentyabr 15:11
Xəbər lenti
10 Sentyabr 14:39
Sosial
10 Sentyabr 14:37
Siyasət
10 Sentyabr 14:36
Siyasət
10 Sentyabr 14:36
Siyasət
10 Sentyabr 14:35
Gündəm
10 Sentyabr 14:35
Dünya
10 Sentyabr 14:31
Dünya
10 Sentyabr 14:06
Dünya
10 Sentyabr 13:48
Dünya
10 Sentyabr 13:25
YAP xəbərləri
10 Sentyabr 12:44
Gündəm
10 Sentyabr 12:43
Dünya
10 Sentyabr 12:41
YAP xəbərləri
10 Sentyabr 12:24
YAP xəbərləri
10 Sentyabr 12:20
YAP xəbərləri
10 Sentyabr 12:16
Dünya
10 Sentyabr 12:14
YAP xəbərləri
10 Sentyabr 12:12
Gündəm
10 Sentyabr 12:07
Gündəm
10 Sentyabr 11:36
İqtisadiyyat
10 Sentyabr 11:12
Dünya
10 Sentyabr 11:09
Sosial
10 Sentyabr 11:00
Elm
10 Sentyabr 10:57
Dünya
10 Sentyabr 10:56
Hadisə
10 Sentyabr 10:55
İqtisadiyyat
10 Sentyabr 10:43
İqtisadiyyat
10 Sentyabr 10:25
Analitik
10 Sentyabr 09:52
İqtisadiyyat
10 Sentyabr 09:17
Sosial
10 Sentyabr 08:50
MEDİA
10 Sentyabr 08:38
Sosial
10 Sentyabr 07:05
Dünya
09 Sentyabr 23:18
İqtisadiyyat
09 Sentyabr 22:50
Dünya
09 Sentyabr 22:24
YAP xəbərləri
09 Sentyabr 22:12
Dünya
09 Sentyabr 21:43
İdman
09 Sentyabr 21:16
İqtisadiyyat
09 Sentyabr 20:59
Elm
09 Sentyabr 20:25
İqtisadiyyat
09 Sentyabr 19:42
Elm
09 Sentyabr 19:17
Maraqlı
09 Sentyabr 18:16
Dünya
09 Sentyabr 17:23
YAP xəbərləri
09 Sentyabr 16:53
Dünya
09 Sentyabr 16:38
YAP xəbərləri
09 Sentyabr 16:11
YAP xəbərləri
09 Sentyabr 16:08
YAP xəbərləri
09 Sentyabr 16:03
YAP xəbərləri
09 Sentyabr 16:01
YAP xəbərləri
09 Sentyabr 15:47
YAP xəbərləri
09 Sentyabr 15:43
İdman
09 Sentyabr 15:19
Dünya
09 Sentyabr 14:26
Dünya
09 Sentyabr 13:31
İqtisadiyyat
09 Sentyabr 13:19
Xəbər lenti
09 Sentyabr 13:10
Dünya
09 Sentyabr 13:09
Dünya
09 Sentyabr 12:50
Elanlar
09 Sentyabr 12:49

