Almaniya Aİ-nin növbəti uzunmüddətli büdcəsinin əhəmiyyətli dərəcədə azaldılmasını istəyir
10.09.2026 [13:48]
Almaniya Avropa İttifaqının (Aİ) 2028-ci ildən qüvvəyə minməsi nəzərdə tutulan növbəti çoxillik maliyyə çərçivəsinin əhəmiyyətli dərəcədə azaldılmasını istəyir.
AZƏRTAC xəbər verir ki, Almaniya Kansleri Fridrix Merts Aİ Şurasının Prezidenti Antonio Koşta ilə Berlində keçirilən görüşdən sonra Avropa Komissiyasının təklifində əvvəlki dövrlə müqayisədə büdcənin 60 faiz artırılmasının nəzərdə tutulmasının üzv dövlətlərin hazırkı büdcə qənaətləri şəraitində maliyyələşdirilməsinin çətinliyini vurğulayıb.
Aİ-nin növbəti maliyyə çərçivəsi üzrə təklifin bir neçə yüz milyard avro həcmində azaldılmasının vacibliyini qeyd edən Kansler bildirib ki, bu ixtisarlar büdcənin bütün sahələrinə aid edilməlidir. Nəticədə Aİ büdcəsini avropalı vergi ödəyiciləri maliyyələşdirir və mövcud şəraitdə daha böyük büdcənin maliyyələşdirilməsi real deyil.
F.Merts Aİ-nin ümumi borclanmasına da ehtiyatlı yanaşmanın tərəfdarı olduğunu bildirib. Onun sözlərinə görə, həddindən artıq borclanma Avropanın suverenliyini və fəaliyyət imkanlarını təhlükə altına qoyur. Qeyd edib ki, Aİ qarşısında duran çətinliklər prioritetlərin müəyyənləşdirilməsini tələb edir və bu problemlərdən yeni Avropa borcları hesabına yayınmaq olmaz.
Almaniya hökumətinin rəhbəri, eyni zamanda, Aİ büdcəsinin prioritetlərinin dəyişdirilməsini zəruri hesab edib. “XXI əsrin problemlərini XX əsrin büdcəsi ilə həll edə bilməyəcəyik”, - deyən F.Merts gələcək maliyyə çərçivəsində Avropanın rəqabət qabiliyyətinin və müdafiə qabiliyyətinin ön plana çıxarılmasının vacibliyini qeyd edib. Bildirib ki, Avropa qlobal rəqabətdə öz iqtisadi və hərbi gücünə arxalanmalıdır.
F.Merts Aİ-nin rəqabət qabiliyyətinin artırılması üçün bürokratik yükün azaldılmasının və investisiya imkanlarının yaxşılaşdırılmasının vacibliyini də vurğulayıb.
Almaniya Kansleri, həmçinin Aİ-nin genişlənməsi məsələsinə də toxunaraq, xüsusilə Ukrayna, Moldova və Qərbi Balkan ölkələri ilə bağlı qərarların sürətləndirilməsini dəstəklədiyini bildirib.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
06 Oktyabr 10:47
Siyasət
06 Oktyabr 10:14
Analitik
06 Oktyabr 09:40
Analitik
06 Oktyabr 09:22
Sosial
06 Oktyabr 08:52
Sosial
06 Oktyabr 08:37
Gündəm
06 Oktyabr 08:10
Dünya
05 Oktyabr 23:58
Dünya
05 Oktyabr 23:32
Dünya
05 Oktyabr 22:47
Dünya
05 Oktyabr 22:22
Dünya
05 Oktyabr 21:57
Dünya
05 Oktyabr 21:24
Xarici siyasət
05 Oktyabr 21:10
Dünya
05 Oktyabr 21:03
Dünya
05 Oktyabr 20:47
Dünya
05 Oktyabr 20:22
Dünya
05 Oktyabr 20:00
Dünya
05 Oktyabr 19:57
Dünya
05 Oktyabr 18:09
Gündəm
05 Oktyabr 17:45
İdman
05 Oktyabr 17:43
Sosial
05 Oktyabr 17:11
İdman
05 Oktyabr 17:10
Dünya
05 Oktyabr 17:10
YAP xəbərləri
05 Oktyabr 16:59
YAP xəbərləri
05 Oktyabr 16:56
Sosial
05 Oktyabr 16:29
YAP xəbərləri
05 Oktyabr 16:19
Müsahibə
05 Oktyabr 16:17
YAP xəbərləri
05 Oktyabr 16:12
İqtisadiyyat
05 Oktyabr 16:11
İqtisadiyyat
05 Oktyabr 16:10
Sosial
05 Oktyabr 16:09
Dünya
05 Oktyabr 15:19
Siyasət
05 Oktyabr 14:48
Dünya
05 Oktyabr 14:27
Elm
05 Oktyabr 13:46
Gündəm
05 Oktyabr 12:54
Gündəm
05 Oktyabr 12:12
Gündəm
05 Oktyabr 11:01
YAP xəbərləri
05 Oktyabr 11:01
YAP xəbərləri
05 Oktyabr 11:00
Dünya
05 Oktyabr 10:58
İqtisadiyyat
05 Oktyabr 10:49
YAP xəbərləri
05 Oktyabr 10:46
Dünya
05 Oktyabr 10:45
Dünya
05 Oktyabr 10:37
Sosial
05 Oktyabr 10:30
Dünya
05 Oktyabr 10:25
Dünya
05 Oktyabr 10:22
Sosial
05 Oktyabr 10:19
İdman
05 Oktyabr 10:06
İqtisadiyyat
05 Oktyabr 10:05
İqtisadiyyat
05 Oktyabr 10:04
Dünya
05 Oktyabr 09:42
Elm
05 Oktyabr 09:37
Sosial
05 Oktyabr 09:33
İqtisadiyyat
05 Oktyabr 09:31
Dünya
05 Oktyabr 09:17
Dünya
05 Oktyabr 08:55
Dünya
05 Oktyabr 08:31
YAP xəbərləri
04 Oktyabr 21:50
Dünya
04 Oktyabr 20:43
Dünya
04 Oktyabr 19:30
Dünya
04 Oktyabr 18:19
Dünya
04 Oktyabr 17:37
Dünya
04 Oktyabr 16:22
Dünya
04 Oktyabr 15:18
Dünya
04 Oktyabr 14:45

