Sena, sənin suların niyə bulanıqdır?
09.08.2023 [11:00]
Son zamanlar Fransanın Afrikadakı siyasi aktivliyi isti qitənin başına qaynar problemlər açmaqdadır. Keçmiş müstəmləkələrinin çoxdandır müstəqil dövlət olduğunu “unudan” Fransa bu ölkələrdə seçkilərdən tutmuş ticari məsələlərə qədər bütün ölkəiçi proseslərə müdaxilə və nəzarət etməyə çalışır. Təbii ki, bu da Fransanın burun soxduğu Afrika ölkələrində yerli əhalinin və müxtəlif siyasi qrupların haqlı narazılığına və nifrətinə səbəb olur. Fransa hakimiyyətinin Afrika ölkələrində yeni münaqişə ocaqları yaratması isə təkcə ayrı-ayrı təşkilatların, dövlətlərin deyil, fransız ictimaiyyətinin də narazılıqla qarşıladığı məqamlardandır.
“Afrikanın jandarmı olmaqdan əl çəkməliyik”
Makronun hakimiyyətdə olduğu illəri Paris üçün “böhran dönəmi” adlandıran ictimai xadim, Fransanın Mali, Konqo və Seneqaldakı keçmiş səfiri Nikolas Norman “BFM TV”-yə müsahibəsində ölkəsinin Afrikadakı siyasətini kəskin tənqid edib. Norman qitədə baş verən son olayların Fransanın sülhpərvər imicini korladığını deyib “Fransa Afrikanın jandarmı rolunu oynamağı dayandırmalıdır, eks-prezident Bazumu azad etmək naminə hərbi əməliyyat aparmamalı, yaxud bu cür cəhdlər qruplaşmaları maliyyələşdirməməlidir. Qısası, Fransa “Afrika jandarmı” olmaqdan əl çəkməlidir, - deyə keçmiş diplomat bildirib. - Afrikada baş verən istənilən hadisənin içindən fransız barmağının çıxması yeni nəsil Afrika gəncləri tərəfindən son dərəcə mənfi qarşılanır”.
Təcrübəli diplomat baş verənlərin ölkəsi üçün yaxşı heç nə vəd etmədiyini deyir: “Qərbi Afrikada antifransız əhval-ruhiyyəsi güclənir. Bu yerlərdə insanlar demoqrafik fəlakət içində dünyaya göz açırlar. Gənclər ölkələrinin sosial-iqtisadi inkişafının zəifliyi ucbatından müasir dünyaya, irəli getmiş cəmiyyətlərə inteqrasiya oluna bilmirlər. Ona görə də öz hökumətlərinə qarşı çıxırlar, onları idarə edən rejimi və onun xarici dəstəkçilərini - bunların da başında Fransa gəlir - tarix səhnəsindən süpürüb atmaq istəyirlər. Onlar hər an dövlət çevrilişi etməyə hazırdırlar. Bu gənclər Fransa ilə bağlı olan hər şeyə, o cümlədən, fransızların əli ilə hakimiyyətə gəlmiş qruplara nifrət edirlər”.
Bütün bunların üstünə rusların Afrikadakı fəal təbliğatını əlavə etsək, məsələ tam aydınlaşar: qitəyə ucuz taxıl göndərən Rusiya afrikalıların gözünə mələk, təbii xammal yataqlarını istismar edib ərazisinə daşıyan Fransa isə iblis kimi görünür.
Nikolas Normanın söylədiyi kimi, Makron rejimi öz əməlləri ilə ölkəsinin beynəlxalq nüfuzuna ləkə vurmaqdadır. Fransanın Qafqaza burun soxması da eyni siyasətin tərkib hissəsidir. Makron öz ölkəsində həllini gözləyən onlarla sosial, iqtisadi və ekoloji problemi bir kənara qoyub Qafqaz ölkələrinə, xüsusilə, Azərbaycanın Qarabağ bölgəsinə qeyri-qanuni şəkildə müdaxilə etməyə çalışır. Beynəlxalq səviyyədə aparılan son diplomatik danışıqlarda Ermənistan baş nazirinin Azərbaycanın ərazi bütövlüyünü tanıması belə Makronu uzaqdan-uzağa radikal ermənilərdən betər narahat edir.
Çirkli sularda üzgüçülük yarışı
2024-cü ildə keçiriləcək Dünya Olimpiya Oyunlarına ev sahibliyi edəcək Paris isə heç də nüfuzlu beynəlxalq yarışmaya hazırlaşana oxşamır. “The Times” saytının yazdığına görə, Sena çayının hədsiz çirklənməsi səbəbindən Dünya Kuboku öncəsi Parisdə üzgüçülük məşqləri dayandırılıb.
Açıq suda üzgüçülük üzrə Dünya Kuboku uğrunda yarışlar başlanmazdan məşqin təşkilatçıları Sena çayının çirklənməsi səbəbindən yarışı ləğv etmək qərarına gəliblər. Hökumət orqanları 2024-cü il Olimpiadası üçün Sena çayını təmizləməyə nail olduqlarını desələr də, güclü yağışların yağması kanalizasiya xətlərinin sıradan çıxmasına və çirkli suların çaya qarışmasına səbəb olub. “Paris 2024-cü il beynəlxalq idman yarışları üçün Sena çayını təmizləyə bilmədi. Çay çox çirkli olduğundan açıq suda üzgüçülük üzrə Dünya Kuboku başlanmazdan məşq üçün yararsız hesab edildi”, - deyə məlumatda bildirilir.
1.4 milyard avroya çayı təmizləyə bilmədilər
Sonuncu dəfə Sena çayında yarışlar 1900-cü ildə - Paris ilk dəfə Olimpiya Oyunlarına ev sahibliyi edəndə keçirilib. Ancaq 23 il sonra çayda getdikcə artan çirklənmə səbəbindən hökumət Senada hətta çimməyi də qadağan edib. Paris 2024-cü il Olimpiya oyunlarına ev sahibliyi etmək hüququnu qazandıqdan sonra çayın ekoloji təmizliyinin bərpasına 1,4 milyard avro ayırıb. Bu qədər böyük məbləğin xərclənməsinə baxmayaraq Sena çayının fəlakətli dərəcəyə çatan antisanitar durumunu aradan qaldırmaq mümkün olmayıb.
Mütəxəssislərin bildirdiyinə görə, Senanın təmizlənməsi xeyli zaman və maliyyə tələb edən işdir. Hökumət isə müəmmalı şəkildə arxayındır. 2024-cü ildə Dünya Olimpiya Oyunlarına ev sahibliyi etmək istəyən Paris, görünür, dünyanın hər tərəfindən gələn idmançıları çirkli sularda çimizdirmək niyyətindədir.
Ekoloqlar Parisə yağan yağışlar sayəsində çayda təhlükəli bakteriyaların və enterokokların sürətlə artdığını bildirirlər. “Güclü yağışlar yağanda kanalizasiya şəbəkəsi yüklənir və biz bu suların xeyli hissəsini Sena çayına axıtmağa məcbur oluruq”, - Paris meriyasının səlahiyyətli nümayəndəsi Pyer-Antuan Molin belə deyib.
“The Times” yazır ki, hökumətin vədlərinə baxmayaraq parislilər şəhərin ekoloji və sanitar durumu barədə heç də nikbin düşünmürlər. Hələ 1990-cı ildə Parisin o zamankı meri Jak Şirak Sena çayında üzməyin üç il sonra təhlükəsiz olacağına söz vermişdi. İndiki mer Anne Hidalqo isə bunun 2025-ci ilə qədər mümkün olacağını iddia edir. Deyəsən, küçələrində siçovullar qaçışan Paris artıq keçmiş əzəmətini tarix kitablarında axtarmalı olacaq.
Murad Köhnəqala
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52

