Mina terroruna yox!
10.08.2023 [10:42]
Beynəlxalq aləm Azərbaycana dəstək verir
Erməni terrorizminin əsas göstəricilərindən biri də bu günə qədər minlərlə insanın həyatına son qoymuş mina terrorudur. 30 ilə yaxın müddəti əhatə edən Qarabağ münaqişəsi 44 günlük Vətən müharibəsində Azərbaycanın parlaq qələbəsi ilə başa çatsa da, Ermənistanın ölkəmizə qarşı apardığı terror hələ də davam edir. Məlum olduğu kimi, uzun illərdir işğal altında saxlanılan və Müzəffər Ordumuz tərəfindən azad olunan torpaqlarımızın böyük bir hissəsi ermənilər tərəfindən minalanıb. Hətta 2020-ci ildə Ağdam, Kəlbəcər və Laçın rayonlarını tərk edərkən ermənilər həmin ərazilərə əlavə minalar basdırıblar.
İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra Azərbaycanda mina problemi özünü kəskin şəkildə büruzə verdi. Mina problemlərinin aradan qaldırılması ilə məşğul olan qurumlar mina təhlükəsizliyi ilə əlaqədar bir neçə dəfə beynəlxalq təşkilatlara müraciət etsələr də, Ermənistanın hərbi cinayətlərinin qarşısını almaq mümkün olmadı.
Birləşmiş Krallıq 500 min funt - sterlinq ayırıb
Həm işğal dövründə, həm də sonrakı dövrdə Qarabağda basdırılan minalar, demək olar ki, hər gün günahsız insanların canını alır. Prezident İlham Əliyev çıxışlarında bildirib ki, Ermənistanın işğalına görə Azərbaycan dünyada mina ilə ən çox çirkləndirilmiş ölkələr arasındadır. İkinci Qarabağ müharibəsindən sonra, yəni, 2020-ci ilin noyabr ayından bəri 300 azərbaycanlı mina partlayışı nəticəsində həlak olub və ya yaralanıb.
Azərbaycan artıq 3 ildir ki, bu kimi böyük müharibə cinayətinin aradan qaldırı?ması uğrunda mübarizə aparır. Bu fəaliyyət dövründə bir sıra ölkələr və təşkilatlar Azərbaycanın apardığı haqq işinə öz dəstəyini nümayiş etdirib. Yeri gəlmişkən, Birləşmiş Krallıq hökuməti də Azərbaycanda minalarla mübarizəni dəstəkləmək üçün əlavə 500 min funt-sterlinq ayırıb. Bu barədə ölkənin Azərbaycandakı səfiri Fergus Auld məlumat verib. Qeyd edək ki, Böyük Britaniya hökuməti artıq 2020-ci ildən etibarən ANAMA- ya dəstək göstərir. Təkcə Böyük Britaniya yox, bir sıra ölkələr minatəmizləmə işlərinin sürətləndirilməsi üçün Azərbaycana yardım göstərməkdə davam edir.
Azərbaycanın uğurlu əməkdaşlığı
Bundan başqa, ANAMA Minatəmizləmə və Mina Qurbanlarına Kömək üzrə Beynəlxalq Etimad Fondu, Cenevrə Beynəlxalq Humanitar Minalardan Təmizləmə Mərkəzi, Xorvatiya, Sloveniyanın müvafiq dövlət təşkilatları və Birləşmiş Millətlər İnkişaf Proqramı ilə əməkdaşlıq edir. Minatəmizləmə işlərinin aparılmasına görə Türkiyədən və Rusiyadan xüsusi mütəxəssislər gətirilmiş, ABŞ və İsrail də öz dəstəklərini nümayiş etdiriblər. 2021-ci ildə BMT Azərbaycanın münaqişədən zərər çəkmiş bölgələrinə 2 milyon ABŞ dolları, Avropa İttifaqı minatəmizləmə fəaliyyətinə 4,25 milyon avro, ABŞ humanitar minatəmizləmə əməliyyatlarının həyata keçirilməsi üçün 2021-ci ildə 500 min, 2022-ci ildə isə 2 milyon ABŞ dolları məbləğində yardımlar ayırmışdı. Bundan başqa, Yaponiya və Fransanın da minatəmizləmə əməliyyatlarına töhfəsi olub.
Minalanma hərbi cinayətdir
Məsələ ilə bağlı qəzetimizə açıqlama verən hərbi ekspert Ramil Məmmədli bildirib ki, Azərbaycanın mina ilə bağlı vəziyyəti olduqca acınacaqlıdır. Səbəb isə Ermənistanın müharibədən sonra minlərlə müxtəlif təyinatlı minanı işğaldan azad olunan ərazilərdə yerləşdirmişdir: “Bu gün Azərbaycan tərəfi minatəmizləmə işlərini iki istiqamətdə həyata keçirir. Birincisi, humanitar mina təmizləmə işləridir ki, bütün istiqamətlərdə yaşayış infrastrukturu və digər infrastrukturlarla tənzimlənir. Hərbi təyinatlı istiqamətdə isə minatəmizləmə işində hərbi strukturlardan istifadə olunur. Çox təəssüf ki, bu məsələdə ötən 3 il ərzində beynəlxalq təşkilatların və minatəmizləmə işində təcrübəsi olan ölkələrin iştirakı qənaətbəxş deyil. Proses olduqca ləng və effektsiz gedir. Azərbaycan kifayət qədər texniki avadanlıqlar əldə edib. Həmçinin şəxsi heyət və canlı qüvvələrlə əlaqəli problemlər də aradan qaldırılıb. Hər halda daha sürətli minatəmizləmə işlərinin həyata keçirilməsi üçün yüksək məbləğdə büdcəyə və xeyli sayda şəxsi heyətə ehtiyac var”.
R. Məmmədli Ermənistan tərəfi ilə əlaqədar beynəlxalq aləmin ciddi qərar qəbul etməməsinə təəssüflənib: “Minalanma hərbi cinayətdir. Bölgədə müxtəlif növ (piyadalar əleyhinə, aldadıcı, gizli və s.) minalar quraşdırılıb. Bu günə qədər təəssüf ki, məsələ ilə bağlı nə Avropa Şurası, nə də digər Avropa dövlətləri Ermənistan tərəfinə kəskin mövqe nümayiş etdirməyiblər. Bu, məsələyə ikili standartlarla yanaşmaq, yaxud da Ermənistana olan xüsusi “rəğbətdən” irəli gəlir. Hər halda, beynəlxalq təşkilatlar minalar ilə bağlı Ermənistana qarşı hər hansı adekvat addım atmayıblar. Fikrimcə, Azərbaycan ictimai təşkilatları bu məsələdə bir qədər aktivləşməli və həll prosesinin sürətlənməsinə səy göstərməlidirlər”.
Gülay Məmmədova
Xəbər lenti
Hamısına baxSiyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42
Gündəm
08 Noyabr 11:25
Siyasət
08 Noyabr 10:58
YAP xəbərləri
08 Noyabr 10:35
Sosial
08 Noyabr 10:12
İqtisadiyyat
08 Noyabr 09:56
Xəbər lenti
08 Noyabr 09:39
MEDİA
08 Noyabr 09:34
Analitik
08 Noyabr 09:12
Siyasət
08 Noyabr 08:52
Ədəbiyyat
08 Noyabr 08:28
Gündəm
08 Noyabr 00:26
YAP xəbərləri
07 Noyabr 23:52
Gündəm
07 Noyabr 21:41
Gündəm
07 Noyabr 21:10
YAP xəbərləri
07 Noyabr 21:08
Gündəm
07 Noyabr 20:24
YAP xəbərləri
07 Noyabr 18:30
Sosial
07 Noyabr 18:22
Dünya
07 Noyabr 17:51
Elanlar
07 Noyabr 16:51
Xəbər lenti
07 Noyabr 16:48

