1 ayın tamamında...
08.11.2023 [11:35]
Qəzzada ölənlərin sayı 10 min nəfəri ötüb
Yaxın Şərqdə vəziyyət gərgin olaraq qalır. Oktyabrın 7-dən başlanan silahlı toqquşmada bugünədək 10 mindən çox insan həlak olub. Bir çox dünya ölkələrinin, beynəlxalq təşkilatın çağırışlarına baxmayaraq, tərəflər silahı yerə qoymaq niyyətində deyil. Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurası da Qəzzada baş verənlərlə bağlı müvafiq sənəd qəbul edə bilmir.
BMT TŞ-nın uğursuz 6 iclası
Qurumun noyabrın 6-da keçirilən qapalı iclası da nəticəsiz başa çatıb. Qəzzada baş verənlərdən, oktyabrın 7-dən bu yana 6-cı dəfə toplanan BMT Təhlükəsizlik Şurası yenə də razılığa gələ bilməyib. Belə ki, iclasdan sonra mətbuata açıqlama verən ABŞ-ın BMT-dəki daimi nümayəndəsinin müavini Robert Vud hələ razılığın əldə olunmadığını deyib. Vud bildirib ki, iclasda münaqişədə humanitar fasilə məsələsi gündəmə gətirilib, lakin Şura qarşısında bu məsələ ilə bağlı hələ də müxtəlif fikirlər var.
Çinin BMT-dəki daimi nümayəndəsi Zhang Jung isə xəstəxanalara, qaçqın düşərgələrinə və BMT obyektlərinə hücumları müzakirə etmək üçün Birləşmiş Ərəb Əmirlikləri ilə birlikdə BMT Təhlükəsizlik Şurasını topladıqlarını bildirib. Qəzza zolağında 10 mindən çox fələstinlinin ölməsini “humanitar böhran” olaraq xarakterizə edən Zhang Qəzzada heç kimin təhlükəsiz olmadığını bildirib. Zhang vurğulayıb ki, bu dəhşətli vəziyyət qarşısında BMT Təhlükəsizlik Şurası təcili olaraq qətnamə qəbul etməli və humanitar atəşkəs yaratmalıdır.
Birləşmiş Ərəb Əmirliklərinin BMT-dəki daimi nümayəndəsi Lana Nuseybe də bütün Şura üzvlərinin sahədəki humanitar vəziyyətin ciddiliyindən xəbərdar olduqlarını ifadə edərək, “Onlar münaqişələr davam etdikcə vəziyyətin daha da pisləşəcəyinin fərqindədirlər” deyib. Humanitar vəziyyəti yaxşılaşdırmaq və can itkisini dayandırmaq üçün ümumi konsensus olduğuna diqqət çəkən Nuseybe əlavə edib: “Bizim prioritetimiz həyatları xilas etməkdir”.
Quterreş: HƏMAS mülki əhalidən canlı qalxan kimi yararlanır
BMT-nin Nyu-Yorkdakı baş qərargahında təşkilatın baş katibi Antoniu Quterreş isə jurnalistlərə açıqlamasında deyib ki, HƏMAS mülki əhalidən canlı qalxan kimi yararlanır və ayrı-seçkilik etmədən İsrailə raket atmağa davam edir. A.Quttereş HƏMAS yaraqlılarına səslənərək, Qəzzada saxlanılan girovların dərhal, qeyd-şərtsiz və təhlükəsiz azad olunmasını tələb edib: “Oktyabrın 7-də HƏMAS-ın törətdiyi iyrənc terror aktlarını bir daha pisləyirəm. Mülki əhalinin qəsdən işgəncələrə məruz qalmasına, öldürülməsinə, yaralanmasına və oğurlanmasına heç nə haqq qazandıra bilməz. Mülki əhalinin müdafiəsi hər şeydən üstün olmalıdır. Beynəlxalq humanitar hüququn açıq şəkildə pozulmaqda davam edir və bu məni çox narahat edir. Hər kəs bilməlidir ki, heç bir silahlı münaqişə beynəlxalq humanitar hüquqdan üstün deyil”.
Baş katib bildirib ki, Yaxın Şərqdə davam edən münaqişə nəticəsində dörd həftədə azı otuz il ərzində baş verən digər münaqişələrlə müqayisədə daha çox jurnalist öldürülüb: “Qəzzada davam edən münaqişə nəticəsində 36 jurnalist və media işçisinin öldüyü təsdiqlənib. BMT-nin Qəzza zolağında ən böyük humanitar təşkilatı olan Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin (UNRWA) 88-dən çox əməkdaşı həlak olub. Bu qəddar, dəhşətli, əzablı dağıntıdan çıxış yolu tapmaq üçün indi hərəkətə keçməliyik. Tərəflər müharibənin həll yolunu sülhdə tapmalı və münaqişə sona çatmalıdır”.
Türkiyənin səyləri davam edir
Münaqişə alovlanandan Qərb ölkələrinin rəsmi şəxsləri, xüsusilə ABŞ nümayəndələri İsrailə və region ölkələrinə səfərlər edirlər. Dünya ölkələrinin əksəriyyəti İsraili Qəzzaya hücumu dayandırmağa çağırsalar da, ABŞ Tel-Əvivin yanında olduğunu bəyan edir. ABŞ digər ölkələri vəziyyətə müdaxilə etməməklə bağlı xəbərdarlıq edir. Bu, o deməkdir ki, Vaşinqton regionda günahsız insanların ölümünün davam etməsində maraqlıdır. Məhz məhz bu səbəbdən də, ABŞ dövlət katibi Antoni Blinken noyabrın 6-da Ankaraya səfəri zamanı çox soyuq qarşılanıb. Türkiyənin XİN başçısı Hakan Fidanla A.Blinkenin görüşü zamanı başda İsrail-Fələstin qarşıdurması olmaqla, bölgədə baş verən son hadisələr və ikitərəfli münasibətlər müzakirə olunub. Nəticə etibarilə hər iki tərəf İsrail-Fələstin qarşıdurmasında mülki əhalinin zərər görməməsi, eləcə də bölgəyə humanitar yardımların davamlı və fasiləsiz çatdırılması ilə bağlı həmfikir olduqlarını bildirib, məsələnin həlli istiqamətində birgə fəaliyyətin zəruriliyini vurğulayıblar.
Türkiyə Xarici İşlər Nazirliyinin məlumatına görə, həmin gün nazir Hakan Fidanın niderlandlı və çexiyalı həmkarları Hanke Bruins Slot və Jan Lipavski ilə telefon danışıqları olub. Danışıqlar zamanı türkiyəli nazir İsrail-Fələstin cəbhəsində təcili atəşkəsin elan edilməsi və bölgəyə humanitar yardımların aralıqsız çatdırılmasının vacibliyini vurğulayıb. Nazir bu münaqişənin bölgəyə mənfi təsirlərinin qarşısının alınması üçün ortaq fəaliyyətin zəruri olduğunu deyib. “Türkiyənin İsrail-Fələstin qarşıdurmasının diplomatik yollarla həlli istiqamətində səyləri davam edir”-deyə Türkiyə XİN bəyan edib.
Netanyahunun mövqeyi dəyişməzdir
Qeyd edək ki, noyabrın 6-da ABŞ Prezidenti Co Bayden və İsrailin Baş naziri Benyamin Netanyahu arasında telefon danışığı olub. Bu barədə Ağ evin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, tərəflər Qəzza zolağında baş verənləri müzakirə ediblər. Bu, son bir neçə həftə ərzində Amerika və İsrail liderlərinin Yaxın Şərqdə gərginliyin artması ilə bağlı doqquzuncu telefon danışığıdır.
Netanyahu xarici telekanallara müsahibəsində İsrail hakimiyyətinin Qəzza zolağına humanitar yardımın çatdırılmasının davam etdirilməli olduğu ilə razılaşdığını bildirib: “Biz humanitar yardım göstərməliyik. Biz bunu amerikalı dostlarımız və ABŞ ?rezidenti Co Baydenlə koordinasiya edirik”. Netanyahu əlavə edib ki, HƏMAS-a İsrailin əsgərlərini təhlükəyə atmağa imkan verilmir. Baş nazir deyib ki, Fələstin-İsrail münaqişəsi başa çatdıqdan sonra bir müddət Qəzza zolağında təhlükəsizliyə cavabdeh İsrail olacaq. Amma Netanyahu bəyan edib ki, girovlar azad edilməyənədək atəşkəs olmayacaq, sadəcə taktiki olaraq qısa fasilələr elan edilə bilər.
Yeri gəlmişkən, İsrail Müdafiə Qüvvələri noyabrın 6-da Səlahəddin şossesi boyunca Qəzza zolağının cənubuna cəmi dörd saatlıq dəhliz açıb. Bu barədə İsrail ordusunun sözçüsü Aviçai Edri məlumat verib. Bu dəhliz şimal bölgələrinin sakinlərinin həmin gün yerli vaxtla saat 10:00-dan 14:00-a qədər dəhlizə boyunca evakuasiyasını nəzərdə tuturdu.
Göründüyü kimi, Qəzzada münaqişənin sonu görünmür. Bütün dünya bu bölgədə günahsız insanların ölümünə şahidliyini davam etdirir.
N.BAYRAMLI
Xəbər lenti
Hamısına baxMaraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42
Gündəm
08 Noyabr 11:25
Siyasət
08 Noyabr 10:58
YAP xəbərləri
08 Noyabr 10:35
Sosial
08 Noyabr 10:12
İqtisadiyyat
08 Noyabr 09:56
Xəbər lenti
08 Noyabr 09:39
MEDİA
08 Noyabr 09:34
Analitik
08 Noyabr 09:12

