Fransada “ağlar” və “qaralar” davası
25.11.2023 [11:43]
Avropa ölkələrinin ictimai-siyasi həyatında millətçilik meyillərinin gücləndiyi bir dövrdə Fransada bu əhval-ruhiyyə neofaşizm səviyyəsinə çatıb. Demokratiya, insan haqları, humanizm qiyafəsinə bürünmüş ölkəni irqçilik, antisemitizm, miqrantlara qarşı görünməmiş dözümsüzlük və aqressiya bürüyüb. Fransanın ağdərili vətəndaşları ilə qaradərili vətəndaşları və miqrantları arasında elan olunmamış müharibə başlayıb. Hökumətin nəzarətində olan media ölkənin müxtəlif əyalətlərində irqçilik və etnik müstəvidə baş verən silahlı toqquşmalar barədə məlumatları ört-basdır edir, bu barədə informasiyalar yaymamağa çalışır. Lakin hazırkı elektron media dövründə Fransa hakimiyyəti baş verənləri nə qədər gizlətməyə çalışsa da, sosial platformalarda yayılan videolar və fotolar vəziyyətin ciddiləşdiyindən xəbər verir.
Miqrantların qəzəbi
Fransanın “Bulvar Volter” qəzeti yazır ki, əgər bir müddət öncəyə qədər Fransada yalnız qaradərili əhali və “qara qitə”dən olan miqrantlar incidilirdisə, hazırkı situasiyada əks istiqamətdə dəyişikliklər də baş verməkdədir. Fransanın müxtəlif bölgələrində “ağlar”ın hücumlarına qarşı “qaralar”ın aqressiv silahlı birlikləri yaradılıb. Əsasən miqrantlardan təşkil olunan bu dəstələr yerli fransızların kütləvi kampaniyalarına, əhalinin sıx olduğu yerlərə basqın edir, qanlı insident törədirlər.
Baş verənlərdə ölkə rəhbərliyini günahlandıran ictimai fəallar Makron hökumətinin ölkəni xaosa, qanunsuzluğa və idarəolunmazlığa sürüklədiyini bildirirlər. Medianın yazdığına görə, etnik ayrıcalığa əsaslanan dəstələrin hücumlarından təkcə böyük şəhərlərin sakinləri yox, əyalət şəhərlərindəki, kəndlərdəki əhali də əziyyət çəkir. “Ağlar”dan ibarət faşist gənclər “qaralar”ın yığışdığı ərazilərə, “qaralar” isə fürsət tapan kimi “ağlar”ın toplaşdığı tədbirlərə basqın edirlər. Bu cür toqquşmalarda odlu silahdan istifadə edilir, ölənlər və yaralananlar olur.
Ölkə rəhbərliyi isə mövcud özbaşınalığı aradan qaldırmaq əvəzinə faktları ört-basdır etməklə məşğuldur. “Bulvar Volter” qəzeti yazır: “Bir anlıq təsəvvür edin: onlarla yerli reqbi oyunçusundan ibarət başı qırxıq idmançı oğlanlar mühacir gənclərin təşkil etdiyi bir ziyafəti hədəfə alaraq əraziyə basqın edir. Bıçaqla silahlanmış idmançılar böyük-kiçiyə fərq qoymadan qarşılarına çıxana zərbələr endirirlər. Sonuncu bu cür hücumda 16 yaşlı yeniyetmə öldürülüb, bir neçə nəfər isə ağır yaralanaraq xəstəxanaya götürülüb”.
Hadisə şahidləri mediaya açıqlama verərkən bildiriblər ki, ağdərili idmançılar hücum zamanı “biz qaradərililəri, ərəbləri qırmağa gəlmişik” kimi iddialar səsləndiriblər.
Sonu matəm olan bayramlar
Bir neçə ay öncə isə Krepol vilayətində bu hadisənin əksi baş vermişdi. Qaradərili gənclər avqustun 15-də ənənəvi kənd bayramını qeyd etməyə yığışan yerli fransızlara hücum edərək “biz ağları öldürməyə gəlmişik” deyə qışqırışmışdılar. Bu hücumda da ölənlər və yaralananlar olmuşdu.
Fransada məşhur bir deyim var: bayramın sonu dava ilə bitmədisə, ona bayram demək olmaz. Bu yay Fransadakı ənənəvi kənd bayramlarında bu məsəli yaradanların xələfləri şənlənməyə yığışanlara sözün həqiqi mənasında dəhşət yaşadıblar.
“Biz onları tanımırdıq. Onlar məclisə soxulub bıçaq çıxardılar və məlum oldu ki, qabaqlarına kim keçdi öldürmək fikrindədirlər. Şənlənmək istəyən adamlara durduqları yerdə ağır stress yaşatdılar. Biz həmin hücumu terror aktı kimi qiymətləndiririk”. Bu sözləri Fransanın Drom bölgəsində hücuma məruz qalmış bir kənd sakini söyləyib. Dromda kiçik bir kənddə keçirilən festivala naməlum şəxslər tərəfindən silahlı hücum edilib. Təbii ki, bu hücum nə miqyasca, nə də terrorçuların hazırlığı baxımından oktyabr ayında İsraildə törədilmiş festival iştirakçılarının qətliamı ilə müqayisə edilə bilməz. Lakin miqyasından, yerindən, zamanından asılı olmayaraq, terror hər zaman insanlıq əleyhinədir. Terrorun müharibədən fərqi ondadır ki, birincidə hədəfə alınan şəxslər daha çox günahsız dinc insanlar, qadınlar və uşaqlar olur.
Hazırda Fransada irqi və etnik zəmində törədilən çaxnaşmalarda da ən çox zərər çəkənlər azyaşlı və yeniyetmələrdir.
Fransız nazirlər “heç nə” bilmirlər, çünki...
Beləliklə, Fransanın dünyaya nümunə olmaq, başqa dövlətlərə ağıl öyrətmək iddiası gözümüzün önündə iflasa uğrayır. Öz ölkəsində qayda-qanun yarada bilməyən Fransa hakimiyyəti bu qədər problemin içində fürsət tapıb bütün imkanları ilə qitənin o başından bu başına, Cənubi Qafqaza müdaxilə etməyə çalışır. Afrikadakı məğlubiyyətini kompensasiya etmək üçün Mərkəzi Asiyada uran axtaran, Cənubi Qafqazda möhkəmlənmək istəyən fransız hökuməti növbəti uğursuz gedişlər etməkdədir.
Fransız ictimai-siyasi fəallar isə ölkənin siyasi rəhbərliyini etnik zəmində baş verən çaxnaşmaların qarşısını almamaqda günahlandırırlar. Sol təmayüllü “France Unconquered” qrupunun lideri Jan Luk Melenkon X sosial şəbəkəsində Val-de-Marnedə ərəblərə qarşı yönələn iğtişaşların ölkənin tolerant imicini biabır etdiyini deyib. Melenkon yaşlı bir kişinin mikroavtobus sürücüsünə bıçaqla hücum etməsi olayını “ictimai sahədə irqçiliyə icazəliliyin nəticəsi” adlandırıb. O bildirib ki, etnik-milli zəmində ortaya çıxan bütün bu problemlər hökumətin ağılsız və irqçi siyasətinin bəhrəsidir. Siyasətçi ölkə mediasını və siyasi qüvvələri ölkənin “tolerant imicini” bərpa etmək uğrunda birləşməyə çağırıb.
Bu arada Fransa mediasında daxili işlər naziri Cerald Darmanen kəskin tənqid edilir. Buna səbəb yerli televiziya proqramında qonaq olan nazirin onların işində immiqrasiya komponentinin nə dərəcədə önəm daşıdığını bilmədiyini etiraf etməsi olub. Darmanenin bu sözlərini tənqid atəşinə tutan “Le Monde” nəşri yazır: “Hökumətimizdə, şübhəsiz, heç nə bilməyən nazirlər çoxdur. Lakin necə olur ki, müasir bir ölkədə müasir kameralara, smartfonlara və dronlara malik olan daxili işlər naziri adi silahlı hücumun təfərrüatlarını öyrənə bilmir?”
Məqalə müəllifi yazısına davam edir: “Əvvəl Fransada mövcud antisemitizmi nəyin alovlandıra biləcəyini anlamayan Yael Braun-Pivet, daha sonra ictimai nəqliyyatda zorakılığın haradan gəldiyini bilməyən Klement Beaune var idi. İndi də daxili işlər naziri Cerald Darmanen “heç nə” bilmir. Ancaq problem ondadır ki, nazirlərin görmədiyi, bilmədiyi hər şeyi xalq yaxşı bilir. Çünki bu cür qarşıdurmaların və faciələrin qurbanı nazirlər yox, sadə xalqdır”.
Murad Köhnəqala
Xəbər lenti
Hamısına baxSosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15

