Qitələri birləşdirən layihələr və yeni əməkdaşlıq formatları
17.02.2025 [17:31]
Meydanəli Yolçiyev,
YAP Daşkəsən rayon təşkilatının sədri
Prezident İlham Əliyev yanvarın 20-də Çinin CGTN telekanalına verdiyi müsahibədə ölkəmizin qlobal siyasətdə mövqeyi, iqtisadi dayanıqlılığı və beynəlxalq əlaqələrinin genişlənməsi kimi mühüm məsələlər barədə danışdı. Müsahibədə Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpa edilməsi son illərin əsas nailiyyəti kimi vurğulandı. Bu prosesin beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanaraq həyata keçirildiyi və dövlətimizin öz milli maraqlarını qorumaq üçün müstəqil qərarlar qəbul etdiyi qeyd olundu.
Dövlətimiz uzun illər beynəlxalq hüququn işləmədiyi bir reallıqla qarşılaşaraq öz haqqını və suveren hüquqlarını təmin etdi. Bu, ölkənin daxili sabitliyi, siyasi iradəsi və iqtisadi gücünün beynəlxalq siyasətdə uğur qazanmaq üçün əsas amillər olduğunu nümayiş etdirdi.
Azərbaycanın əldə etdiyi müstəqillik yalnız ərazi bütövlüyünün bərpası ilə məhdudlaşmır. Ölkə özünü təmin edən iqtisadi model quraraq xarici borc səviyyəsini minimuma endirib. Hazırda ÜDM-ə nisbətdə xarici borcun cəmi 6,9 faiz olması dövlətin maliyyə dayanıqlılığını və müstəqil siyasət yürütmək qabiliyyətini göstərir. Bununla yanaşı, ölkəmizin həyata keçirdiyi genişmiqyaslı infrastruktur və enerji layihələri regionda əlaqələrin güclənməsinə töhfə verib.
Ölkəmizin beynəlxalq miqyasda artan nüfuzu BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi etməsi ilə daha da gücləndi. Təxminən 200 ölkəni bir araya gətirən bu mötəbər tədbir ölkənin beynəlxalq arenada tanınmış etibarlı tərəfdaş statusunu möhkəmləndirdi. Bu, Azərbaycanın qlobal çağırışlara cavab verməyə hazır olduğunu və iqlim dəyişikliyi kimi mühüm məsələlərdə fəal rol oynamaq niyyətini təsdiqləyir.
Bundan əvvəl Azərbaycan Qoşulmama Hərəkatına uğurlu sədrliyi ilə beynəlxalq əməkdaşlıq sahəsində önəmli addımlar atdı. Bu dövrdə müstəqil və balanslaşdırılmış xarici siyasət yürüdən Azərbaycan, dünya dövlətləri ilə qarşılıqlı hörmət və əməkdaşlıq əsasında münasibətlərini daha da möhkəmləndirdi.
Son dövrlərdə ölkəmizin beynəlxalq tərəfdaşlıqları arasında Çin ilə əlaqələrin xüsusi yer tutduğu aydın görünür. Ötən il Azərbaycan və Çin rəsmi olaraq strateji tərəfdaş oldu və bu istiqamətdə mühüm Bəyannamə imzalandı. Bu addım iki ölkə arasında qarşılıqlı etimadın yüksək səviyyəyə çatdığını və əlaqələrin daha da dərinləşəcəyini göstərir.
Azərbaycan və Çin iqtisadi sahədə bir-birini tamamlayan ölkələrdir. Çin qlobal bazarda ən iri ticarət iştirakçılarından biri olmaqla yanaşı, yüksək texnologiyalar, sənaye istehsalı və logistika sahələrində mühüm təcrübəyə malikdir. Azərbaycan isə enerji, nəqliyyat və logistika sahələrində strateji əhəmiyyət daşıyan bir mərkəzə çevrilib. Bu baxımdan iki ölkə arasında ticarət və investisiya əlaqələrinin daha da genişləndirilməsi hər iki tərəf üçün yeni imkanlar yaradır.
Ölkəmizin Ümumdünya Ticarət Təşkilatına (ÜTT) qoşulma prosesində də Çin ilə əməkdaşlıqdan yararlanmağı hədəfləyir. Qlobal iqtisadiyyatın mürəkkəbliyi, proteksionizm dalğalarının güclənməsi və ticarət maneələrinin artması fonunda Azərbaycanın ÜTT üzvlüyü ilə bağlı danışıqları diqqətlə aparması mühüm əhəmiyyət kəsb edir. Çin ilə strateji tərəfdaşlıq bu prosesin daha rəvan və faydalı şəkildə inkişaf etməsinə kömək edə bilər.
Azərbaycanın beynəlxalq arenada güclənməsi və müstəqil siyasət yürütməsi onun qlobal miqyasda daha fəal rol almasına şərait yaradır. Ölkənin son illərdə əldə etdiyi uğurlar, siyasi sabitlik və iqtisadi dayanıqlılıq kimi faktorlar onun strateji tərəfdaşlıqlar qurmasına və dünya iqtisadi sistemində daha güclü mövqeyə sahib olmasına imkan verir. COP29-a ev sahibliyi etməsi, Çin ilə strateji tərəfdaşlıq əlaqələrinin möhkəmləndirilməsi və ÜTT-yə üzvlüklə bağlı aparılan danışıqlar Azərbaycanın beynəlxalq siyasətdə yeni mərhələyə qədəm qoyduğunu göstərir. Bu proseslərin davamı olaraq ölkəmiz qarşıdakı illərdə daha genişmiqyaslı beynəlxalq layihələrdə yer almağa və iqtisadi, siyasi mövqeyini daha da möhkəmləndirməyə davam edəcək.
Xəbər lenti
Hamısına baxSiyasət
16 Aprel 12:15
İqtisadiyyat
16 Aprel 11:53
İqtisadiyyat
16 Aprel 11:30
Gündəm
16 Aprel 11:12
Siyasət
16 Aprel 10:49
İqtisadiyyat
16 Aprel 10:35
MEDİA
16 Aprel 10:11
Analitik
16 Aprel 09:58
Gündəm
16 Aprel 09:31
Gündəm
16 Aprel 09:15
Sosial
16 Aprel 08:50
Elm
16 Aprel 08:39
Dünya
15 Aprel 23:25
Dünya
15 Aprel 23:10
Dünya
15 Aprel 22:41
Dünya
15 Aprel 22:19
YAP xəbərləri
15 Aprel 22:18
Dünya
15 Aprel 21:54
Sosial
15 Aprel 21:28
YAP xəbərləri
15 Aprel 21:23
YAP xəbərləri
15 Aprel 21:19
İdman
15 Aprel 20:45
Elanlar
15 Aprel 20:39
Siyasət
15 Aprel 20:26
Dünya
15 Aprel 20:17
Dünya
15 Aprel 19:50
Dünya
15 Aprel 19:22
YAP xəbərləri
15 Aprel 19:17
YAP xəbərləri
15 Aprel 18:58
İqtisadiyyat
15 Aprel 18:53
Dünya
15 Aprel 18:44
Elm
15 Aprel 18:25
Siyasət
15 Aprel 17:44
Dünya
15 Aprel 17:34
Sosial
15 Aprel 17:13
İqtisadiyyat
15 Aprel 17:12
Dünya
15 Aprel 17:12
İqtisadiyyat
15 Aprel 16:59
Sosial
15 Aprel 16:53
Sosial
15 Aprel 16:50
YAP xəbərləri
15 Aprel 16:33
YAP xəbərləri
15 Aprel 16:13
Xəbər lenti
15 Aprel 16:06
Siyasət
15 Aprel 16:06
YAP xəbərləri
15 Aprel 15:54
Dünya
15 Aprel 15:43
Dünya
15 Aprel 15:29
YAP xəbərləri
15 Aprel 15:18
Dünya
15 Aprel 14:45
Siyasət
15 Aprel 14:43
Dünya
15 Aprel 14:28
YAP xəbərləri
15 Aprel 14:22
YAP xəbərləri
15 Aprel 14:11
YAP xəbərləri
15 Aprel 14:01
Dünya
15 Aprel 13:40
Sosial
15 Aprel 13:38
YAP xəbərləri
15 Aprel 13:31
Mədəniyyət
15 Aprel 12:49
Gündəm
15 Aprel 12:41
Sosial
15 Aprel 12:18
YAP xəbərləri
15 Aprel 11:34
İqtisadiyyat
15 Aprel 11:26
İqtisadiyyat
15 Aprel 11:25
İqtisadiyyat
15 Aprel 11:25
Sosial
15 Aprel 11:24
Gündəm
15 Aprel 10:58
İqtisadiyyat
15 Aprel 10:33
Analitik
15 Aprel 10:21
Analitik
15 Aprel 10:13
Gündəm
15 Aprel 09:55

