BMT: Yaxın Şərq münaqişəsinin hərbi həlli yoxdur
15.04.2026 [10:13]
Bütün dünyanın təsirləndiyi Yaxın Şərqdəki münaqişəyə Birləşmiş Millətlər Təşkilatı (BMT) səviyyəsində növbəti dəfə münasibət bildirilib. Belə ki, BMT-nin Baş katibinin sözçüsü Stefan Düjarrik jurnalistlərə açıqlamasında bildirib ki, Yaxın Şərqdə davam edən münaqişənin hərbi həlli yoxdur.
Onun sözlərinə görə, İslamabadda ABŞ və İran arasında keçirilən danışıqlarda konkret razılaşma əldə olunmasa da, müzakirələrin baş tutması tərəflərin prosesə ciddi yanaşdığını göstərir və dialoqun bərpası istiqamətində mühüm, müsbət addım kimi qiymətləndirilə bilər.
Atəşkəs rejiminin qorunması xüsusi əhəmiyyət daşıyır
Dağıdıcı İran-ABŞ-İsrail müharibəsi bəhs olunan dövlətlərin fərqli geostrateji maraqlarından qaynaqlanır. Müharibədən əvvəl fevral ayında Cenevrədə baş tutan danışıqlar uğursuzluqla nəticələndi. Bunun da əsas səbəbi tərəflərin maksimalist şərtlərdən çıxış etməsi ilə bağlı idi. Nəticədə ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başladı. Müharibənin ilk fazasında İranın Ali rəhbəri Əli Xamenei və bir sıra yüksək vəzifəli şəxslər öldürülüb. Buna cavab olaraq İran İsraillə yanaşı, ABŞ və müttəfiqlərinin hərbi bazalarının yerləşdiyi Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Bəhreyn, Küveyt, İraq və Kiprdə müəyyən etdiyi hədəflərə zərbələr endirməyə başlayıb. Beləliklə də, müharibənin arealı genişlənib. İlk günlərdə ABŞ-ın qısamüddətli müharibə planından bəhs edilsə də, bu, baş vermədi. Artıq müharibə alovu böyük coğrafiyaya yayılıb. Həmçinin Livan İsrailin intensiv hücumlarına məruz qalır.
Belə kritik vəziyyətdə ABŞ və İran aprelin 8-də Pakistanın vasitəçiliyi ilə ikihəftəlik atəşkəs barədə razılığa gəliblər. ABŞ və İran arasında İslamabadda danışıqlar aprelin 11-də keçirilib. Danışıqlarda Vaşinqtonu vitse-prezident Cey Di Vensin başçılıq etdiyi, tərkibinə prezidentin xüsusi elçisi Stiv Uitkoff və sahibkar Cared Kuşnerin də daxil olduğu nümayəndə heyəti təmsil edib. İran tərəfindən isə danışıqlarda parlamentin spikeri Məhəmmədbaqer Qalibaf və XİN rəhbəri Abbas Əraqçi iştirak edirbər. Müzakirələrə həmçinin Pakistan Quru Qoşunlarının qərargah rəisi Asim Munir də qatılıb.
Gözlənildiyi kimi, 21 saat davam edən görüş tərəflərin yenə də sərt ritorikadan çıxış etmələri şəraitində keçib. Hətta müzakirələr zamanı Stiv Uitkoffla Abbas Əraqçi arasında gərgin anlar yaşanıb.
Pakistan rəhbərliyinin xoş məramı və gərgin səyləri sayəsində baş tutan görüşün nəticəsiz qalması da ilk növbədə tərəflərin müzakirələrdə maksimalist mövqedən çıxış etmələri ilə bağlıdır. Görüşdə İran və ABŞ özlərinin “qırmızı xətlərini” bir daha diqqət mərkəzinə gətiriblər. Danışıqların əsas mövzuları kimi hərbi əməliyyatların dayandırılması, təhlükəsizlik təminatı, sanksiya siyasəti və regionun strateji kommunikasiyalarına nəzarət müəyyən edilib. Tehran dondurulmuş aktivlərin açılmasını, münaqişə nəticəsində ona dəyən ziyana görə kompensasiya ödənilməsi, ABŞ bazalarının regiondan çıxarılması kimi məsələsini ön plana çəkib. ABŞ isə İranın nüvə proqramının tamamilə məhdudlaşdırlması və yaxud qarşı tərəfin bu proqramdan uzunmüddətli imtina barədə öhdəlik götürməsi kimi fundamental tələb irəli sürüb. Regionda kommunikasiyalar, xüsusilə də Hörmüz boğazına nəzarət məsələsində də tərəflər fərqli yanaşmalardan çıxış ediblər.
Artıq tarixə çevrilən İslamabad görüşü barədə tərəflər fərqli mülahizələr irəli sürürlər. ABŞ-ın vitse-prezidenti Cey Di Vens mətbuat konfransında bildirib: “Pis xəbər odur ki, razılaşmaya nail ola bilmədik. Biz xoş niyyətlə danışıqlar apardıq və son və ən yaxşı təklifimizi təqdim etdik. İndi görəcəyik ki, İran bunu qəbul edəcək, ya yox.”
ABŞ rəsmisi konkret fikir ayrılıqları barədə danışmaqdan imtina edib, amma Vaşinqtonun əsas tələbinin İranın uzunmüddətli şəkildə nüvə silahı əldə etməməsi ilə bağlı öhdəlik götürməsi olduğunu bir daha vurğulayıb.
Tehran isə danışıqların uğursuzluğunu “ABŞ-ın həddindən artıq tələbləri” ilə izah edir. İranın dövlət mediası bildirib ki, Vaşinqtonun Hörmüz boğazı, İranın nüvə hüquqları və digər əsas mübahisəli məsələlər üzrə təzyiqi səbəbindən heç bir çərçivə razılaşması əldə olunmayıb. “Bu diplomatik prosesin uğuru ambisiyalı və qeyri-qanuni tələblərdən çəkinməkdən, habelə İranın hüquqlarının və qanuni mənafelərinin qəbul edilməsindən asılıdır”, - deyə İran Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü İsmayıl Bəqai “X” sosial media hesabındakı paylaşımda bildirib.
İslamabad danışıqları nəticəsiz başa çatsa da, bu, heç də diplomatik qapıların tam bağlanması anlamında qəbul edilməməlidir. Özlüyündə dağıdıcı müharibə şəraitində atşkəs razılaşmasının əldə olunması və ilk müzakirələrin aparılması müsbət bir addımdır. BMT-nin Baş katibinin sözçüsü Stefan Düjarrik vurğulayıb ki, belə mürəkkəb məsələlər üzrə razılaşmanın qısa müddətdə əldə olunması real deyil və bu baxımdan konstruktiv danışıqların davam etdirilməsi vacibdir.
O, eyni zamanda qeyd edib ki, atəşkəs rejiminin qorunması xüsusi əhəmiyyət kəsb edir və bütün pozuntular dərhal dayandırılmalıdır.
İslamabad vasitəçilik səylərini davam etdirməyə hazırdır
BMT-nin Baş katibi münaqişənin nizamlanması istiqamətində vasitəçilik səyləri göstərən Pakistan, Səudiyyə Ərəbistanı, Misir və Türkiyəyə təşəkkür edib, beynəlxalq ictimaiyyəti bu təşəbbüsləri dəstəkləməyə çağırıb.
Öz növbəsində Pakistanın Baş naziri Şahbaz Şərif İslamabadın ABŞ və İran arasındakı danışıqlarda bundan sonra da vasitəçi qismində çıxış etməyə hazır olduğunu bildirib.
Bu barədə Baş nazirin dəftərxanası onun şənbə günü İslamabadda İran nümayəndə heyətinin təmsilçiləri ilə danışıqlarının yekunlarına əsasən yaydığı məlumatda vurğulayıb.
“Baş nazir Şahbaz Şərif İranın İslamabad danışıqlarında iştirakına görə minnətdarlıq edib. O, regional və qlobal sülhün, eləcə də sabitliyin əldə olunmasına təkan vermək üçün Pakistanın vasitəçi rolunun icrasına davam etmək istəyini təsdiqləyib” - deyə, məlumatda qeyd edilib.
Hörmüz boğazında naviqasiya azadlığı təmin edilməlidir
İslamabadda aparılan müzakirələrdə tərəflərin “qırmızı xətlərindən” biri də Hörmüz boğazı ilə bağlı olub. Tərəflər Hörmüz boğazının statusu məsələsində fərqli mövqedədirlər: İran keçidə faktiki nəzarət və tranzit üçün ödəniş almaq hüququ tələb edir, ABŞ isə onun beynəlxalq gəmiçilik üçün tam açıq olmasında israrlı mövqe tutur.
Qeyd edək ki, Hörmüz boğazı qlobal enerji sisteminin “dar keçid” nöqtəsi, beynəlxalq daşımaların əsas arteriyalarından biri kimi səciyyələndirilir. Uzunluğu təxminən 150 kilometr olan bu boğaz bəzi yerlərdə cəmi bir neçə on kilometr enə malikdir və bu xüsusiyyət onu qlobal enerji nəqliyyatının ən həssas nöqtələrindən birinə çevirir. Bu boğazdan neft axını gündə orta hesabla 21 milyon barel təşkil edir. “Bloomberg” agentliyinin məlumatına görə, Hörmüz boğazında yaranan problemlərdən əsasən neft tankerləri zərər görüb. Qlobal neft və LNG daşımalarının təxminən beşdə biri bu boğaz vasitəsilə həyata keçirilir.
Eyni zamanda, bu hadisələr qeyri-neft ticarətinin təxminən 2,4 faizini də risk altına alır. Körfəz dövlətləri qiymətli metallar, alüminium və sementin böyük ixracatçısı olduqlarından qlobal idxalçıların 4-7 faizi risklə üzləşir. Vəziyyət hələ də qeyri-sabitdir və təsirin miqyası Hörmüz boğazının faktiki bağlı qalma müddətindən asılı olacaq.
İslamabad danışıqları fiaskoya uğradıqdan sonra Donald Tramp Hörmüz boğazının blokadaya alınması barədə qərar verib. Buna uyğun olaraq ABŞ donanmasının gəmiləri regiona cəlb olunub.
Beynəlxalq birliyin mövqeyi isə ondan ibarətdir ki, tərəflərin Hörmüz boğazına nəzarəti mübahisələndirmələri yolverilməzdir. BMT rəsmisinin açıqlamasında bildirilib ki, münaqişənin bütün tərəfləri beynəlxalq hüquqa riayət etməli, o cümlədən Hörmüz boğazında naviqasiya azadlığını təmin etməlidirlər.
Bəyanatda, həmçinin qeyd olunur ki, hazırda təxminən 20 min dənizçi münaqişə səbəbindən faktiki olaraq blokadada qalıb. Boğazdan keçən dəniz daşımalarında yaranmış pozuntular qlobal iqtisadi qeyri-sabitliyin artmasına, eləcə də dünya üzrə milyonlarla həssas insan üçün ərzaq təhlükəsizliyinin daha da pisləşməsinə gətirib çıxarır.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxSosial
15 Aprel 12:18
YAP xəbərləri
15 Aprel 11:34
İqtisadiyyat
15 Aprel 11:26
İqtisadiyyat
15 Aprel 11:25
İqtisadiyyat
15 Aprel 11:25
Sosial
15 Aprel 11:24
Gündəm
15 Aprel 10:58
İqtisadiyyat
15 Aprel 10:33
Analitik
15 Aprel 10:21
Analitik
15 Aprel 10:13
Gündəm
15 Aprel 09:55
Analitik
15 Aprel 09:32
Sosial
15 Aprel 09:23
Ədəbiyyat
15 Aprel 09:17
Sosial
15 Aprel 08:51
Mədəniyyət
15 Aprel 08:33
Gündəm
15 Aprel 08:10
Dünya
14 Aprel 23:11
Dünya
14 Aprel 22:46
Dünya
14 Aprel 22:34
Dünya
14 Aprel 22:18
Dünya
14 Aprel 21:50
Xəbər lenti
14 Aprel 21:23
Dünya
14 Aprel 21:10
Dünya
14 Aprel 20:49
Xəbər lenti
14 Aprel 20:40
Dünya
14 Aprel 20:32
Dünya
14 Aprel 20:17
Dünya
14 Aprel 19:55
İdman
14 Aprel 19:20
Sosial
14 Aprel 19:05
Gündəm
14 Aprel 18:12
Siyasət
14 Aprel 17:54
YAP xəbərləri
14 Aprel 17:53
Elanlar
14 Aprel 17:52
YAP xəbərləri
14 Aprel 17:30
Hadisə
14 Aprel 16:41
Sosial
14 Aprel 16:38
Hadisə
14 Aprel 16:27
Elanlar
14 Aprel 16:16
Sosial
14 Aprel 16:14
YAP xəbərləri
14 Aprel 16:09
YAP xəbərləri
14 Aprel 15:59
Dünya
14 Aprel 15:37
YAP xəbərləri
14 Aprel 14:57
Sosial
14 Aprel 14:35
Gündəm
14 Aprel 14:29
Hadisə
14 Aprel 14:25
Gündəm
14 Aprel 14:21
Siyasət
14 Aprel 14:05
Dünya
14 Aprel 13:35
Dünya
14 Aprel 13:24
Gündəm
14 Aprel 13:02
YAP xəbərləri
14 Aprel 12:35
Gündəm
14 Aprel 12:25
Sosial
14 Aprel 12:21
İqtisadiyyat
14 Aprel 12:13
Hadisə
14 Aprel 12:09
İqtisadiyyat
14 Aprel 11:50
Gündəm
14 Aprel 11:38
İdman
14 Aprel 11:33
Siyasət
14 Aprel 11:15
YAP xəbərləri
14 Aprel 11:14
İqtisadiyyat
14 Aprel 11:10
Siyasət
14 Aprel 10:57
Gündəm
14 Aprel 10:32
İqtisadiyyat
14 Aprel 10:19
Dünya
14 Aprel 10:12
Sosial
14 Aprel 10:08
Gündəm
14 Aprel 09:56

