Rəsmi İrəvan konstitusiya dəyişikliyini yubadır
14.03.2025 [09:39]
Otuz illik gərginlikdən, müharibə təhdidlərindən sonra Cənubi Qafqaz coğrafiyasında sülh üçün heç vaxt olmadığı qədər real şanslar yaranıb. Bu, güclü Azərbaycanın formalaşdırdığı reallıqlar sayəsində mümkün olub. Postmüharibə dövründə sülhyaratma prosesində müəyyən mərhələ keçilib və bir sıra razılaşmalar əldə olunub. Qalib Azərbaycan prosesin məntiqi sonluqla tamamlanması üçün güclü siyasi iradə ortaya qoyur. Məğlub Ermənistan barəsində isə eyni fikirləri ifadə etmək mümkün deyil. Müharibənin başa çatdığı 2020-ci ildən bəri sülh sazişinin imzalanmamasının bütün məsuliyyəti Ermənistan dövlətinin üzərinə düşür. Məhz bu ölkənin rəsmiləri müxtəlif manipulyasiyalara əl atmaqla sülhyaratma prosesini məqsədli şəkildə ləngidirlər.
Bu gün Ermənistanda ucuz manipulyasiya predmetinə çevrilən mövzulardan biri də ölkənin konstitusiyasının dəyişdirilməsi ilə bağlıdır. Baş nazir Nikol Paşinyanın özü və komandasının, eləcə də vətəndaş cəmiyyətinin nümayəndələri sülhyaratma prosesində digər məsələlərə yanaşmalarda olduğu kimi, konstitusiyanın dəyişdirilməsində də ardıcıl mövqe sərgiləmirlər, necə deyərlər, gah nala vururlar, gah da mıxa.
Davamlı sülh üçün Azərbaycanın irəli sürdüyü zəruri şərt
Azərbaycan müharibənin qalibi olmasına rəğmən, qarşı tərəfə hər hansı bir ilkin şərt irəli sürmədən sülh təşəbbüslərindən çıxış edir. O cümlədən ölkəmizin sülh təşəbbüsləri bir qayda olaraq praktiki müstəvidə atılan addımlarla dəstəklənir. Sülhyaratma prosesinə mücərrəd anlamda yanaşmaq olmaz. Real sülh üçün dövlətlərin siyasi iradəsinə, cəmiyyətlərin istəyinə uyğun əsasların yaradılması şərtdir. Əgər bunlar yoxdursa, hansı sülhdən danışmaq mümkündür?
Məğlub Ermənistanın hazırda qüvvədə olan konstitusiyasının dəyişdirlməsi tələbi də Azərbaycandan gəlib. Bəli, bu gün aydın şəkildə başa düşülür ki, məğlub ölkənin əsas qanunu sülh yolunda irəliləməyə mane olan bir kötükdür. Onu bu yoldan götürmək lazımdır. Məsələnin mahiyyəti ondan ibarətdir ki, hələ 1989-cu il dekabrın 1-də Ermənistan SSR Ali Soveti “Ermənistan SSR və Dağlıq Qarabağın birləşməsi haqqında” qərar qəbul edib. Adından da göründüyü kimi, qərar sırf işğalçı mahiyyət daşıyır. Ermənistanın hazırkı konstitusiyasının preampula hissəsində bəhs olunan qərara istinad olunur. Bu isə o anlama gəlir ki, məğlub ölkənin sülhyaratma prosesində iştirakının əslində hüquqi əsası yoxdur. Dövlət olaraq Ermənistan bütün hərəkətlərini və fəaliyyətlərini konstitusiyaya əsaslanmaqla tənzimləməlidir. N.Paşinyan müxtəlif auditoriyalar qarşısında bir neçə dəfə Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan edib. Baş nazirin bu qəbildən olan bəyanatları ölkəsinin əsas qanunu ilə ziddiyyət təşkil edir.
Bu ziddiyyəti aradan qaldırmaq üçün Ermənistanın konstitusiyası və digər qanunvericilik aktları dəyişdirilməlidir. Azərbaycan da bunu tələb edir.
Hakim komanda qətiyyət göstərmir
Əslində, Ermənistan konstitusiyasının dəyişdirilməsini sağlam məntiq diqtə edir. İndiyədək xaricdəki erməni lobbisi, kilsə, keşişlər erməni xalqına usanmadan “dənizdən-dənizə böyük Ermənistan” mifini təlqin ediblər. Bu da Ermənistan cəmiyyətini eyforiyaya qapadıb. İş o yerə çatıb ki, qonşu dövlətlərə qarşı ərazi iddiaları ölkənin konstitusiyasında da təsbit olunub. 44 günlük müharibənin, 23 saatlıq lokal xarakterli antiterror tədbirlərinin nəticələri ermənilər üçün şok effekti yaratdı. İndi miflər tamam dağılıb, qurulan xəyallar suya qərq olub.
Azərbaycanın yaratdığı reallıqlar qəbul olunmalıdır. Erməni xalqının nicatı da qonşu dövlətlərə qarşı ərazi iddialarından əl çəkilməsindədir. Bunu Paşinyan da dərk edir. O, dəfələrlə ermənilərə çağırış edərək bildirib ki, xəyali Ermənistandan real Ermənistana dönüş etmək lazımdır. “Gerbimiz psixologiyamızı güclü şəkildə əks etdirir. Orada nə göstərilir? Ağrı dağında Nuhun gəmisi və Ermənistanın dörd çarlığının simvolları. Hamımız üçün müqəddəs olan bu obrazın 1991-ci ildə qurulan dövlətə nə dəxli var? Mərkəzə baxanda Ağrı dağında Nuhun gəmisini və indiki Ermənistan Respublikasının su altında qalan ərazisini görmək olar. Orada uzun müddət Ermənistanın təbii şəraitində yaşamayan şiri də görmək mümkündür. Müzakirə etdiyimiz bu problem, əslində, bizim hər birimizdə mövcud olan ikitirəlikdə - tarixi Ermənistanla real Ermənistan arasındadır. Nə qədər emosional və hansı arqumentlərlə əsaslandırılmasından asılı olmayaraq, sual yaranır: həqiqi Ermənistan tarixi Ermənistana, yoxsa tarixi Ermənistan həqiqi Ermənistana xidmət etməlidir?”, - deyə Baş nazir parlamentdəki çıxışlarının birində vurğulayıb.
Lakin N.Paşinyan adi, sıradan bir erməni deyil. Qərarlar qəbul etmək, o cümlədən ölkəsini Azərbaycanın haqlı olaraq irəli sürdüyü tələblər əsasında konstitusiya dəyişikliyinə aparmaq onun birbaşa məsuliyyətidir. Paşinyan bir qədər bundan əvvəl növbəti dəfə “Yeni geosiyasi reallıqlar şəraitində ölkənin həyat qabiliyyətini təmin edəcək yeni konstitusiyanın ümumxalq səsverməsi yolu ilə qəbul edilməsi zəruridir” açıqlaması ilə çıxış edib. O, bir qrup vətəndaşla görüşündə bildirib ki, Ermənistan hakimiyyəti regional əhəmiyyət daşıyacaq yeni konstitusiya layihəsini təklif etməyə hazırlaşır. “Yeni konstitusiya üçün təklif etdiyim tezis geniş müzakirə olunub və Azərbaycanın irəli sürdüyü tələbin yerinə yetirilməsi kimi təqdim edilib. Reallıqda isə “Real Ermənistan” ideologiyası çərçivəsində başqa məna daşıyır. Baxmayaraq ki, bu şəraitdə mövcud ola biləcək mətnin özlüyündə regional əhəmiyyət daşıyacağını inkar etmək mümkün deyil”, - deyə Paşinyan vurğulayıb.
Həmçinin Ermənistan parlamentinin spikeri Alen Simonyan və digər rəsmilər də oxşar məzmunlu bəyanatlar səsləndiriblər. Bununla belə, Ermənistan dövlətinin konstitusiya dəyişikliyi aparmaqla bağlı fəaliyyətləri bəyanatların səsləndirilməsindən, açıqlamaların verilməsindən uzağa getmir ki, bu da hakim komandanın qətiyyətsizliyinin göstəricisidir.
Yeri gəlmişkən, Azərbaycanla Ermənistan arasında sülh sazişinin mətni ilə bağlı danışıqlar prosesi artıq yekunlaşıb. Bunu xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, artıq Ermənistan son açıq qalan iki maddəni qəbul etdiyini Azərbaycana çatdırıb: “Mətn üzrə işlər yekunlaşıb. Sonrakı mərhələdə artıq Ermənistanın konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları aradan qaldırılmalıdır. Əlavə olaraq Minsk qrupu və onun qalıqlarının da ləğv olunması həyata keçirilməlidir”, - deyə nazir vurğulayıb.
Beləliklə, top Ermənistan iqtidarı tərəfindədir. Ermənistan konstitusiyası nə qədər tez dəyişdirilsə, sülh sazişi də bir o qədər tez imzalana bilər.
Cəmiyyət konstitusiya dəyişikliyinə hazır deyil
Eyni zamanda, Ermənistan cəmiyyəti də konstitusiya dəyişikliyinə hazır deyil. Bunu “Qallup” beynəlxalq assosiasiyasının Ermənistan təmsilçiliyinin bu günlərdə apardığı rəy sorğusunun nəticələri bir daha təsdiqləyib. Respondentlərə “Konstitusiya dəyişikliyini zəruri sayırsınızmı” sualı ünvanlanıb. Rəyi soruşulanların 18,4 faizi qeyd edib ki, konstitusiyanın bəzi maddələrinin dəyişdirilməsinə zərurət var. 7,5 faiz yeni konstitusiyanın qəbul edilməsinin tərəfdarıdır. Rəy sorğusunun nəticələrinə əsasən, respondentlərin 59,6 faizi hesab edir ki, əsas qanunda hər hansı bir dəyişiklik yolverilməzdir. 14,5 faiz isə suala cavab verməkdə çətinlik çəkdiyini bildirib.
Diqqətçəkən məqam ondan ibarətdir ki, son bir ildə Ermənistan cəmiyyətində aqressivlik artıb. 2024-cü ilin yanvar ayında rəyi soruşulanların cəmi 34,2 faizi konstitusiyanın dəyişdirilməsinin əleyhinə olduğunu bildirib. Hazırda isə mühafizəkar yanaşma rəyi soruşulanların təxminən 60 faizini əhatə edir.
Son rəy sorğusunun nəticələri bu gün Ermənistan cəmiyyətində yaşananların bir göstəricisidir. Cəmiyyətdə aqressiyanın artması çox doğru olaraq Ermənistanda revanşizm ritorikasının güclənməsinin təsirləri ilə izah olunur. Hazırda Ermənistan sürətlə silahlanma yolundadır, burada sülhyaratma prosesi ilə bağlı müzakirələr arxa plana keçirilib, cəmiyyət “itirilmiş torpaqların geri qaytarılması” uğrunda başlayacaq yeni müharibəyə hazırlanır. Müxtəlif auditoriyalarda sülh prosesinə sadiqlikdən danışan hakim komanda təmsilçiləri bu təhlükəli prosesin qarşısını almasa, Ermənistanın tezliklə daha böyük faciələrlə üzləşməsi qaçılmaz olacaq.
MÜBARİZ
Xəbər lenti
Hamısına baxİdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18
Dünya
01 May 12:58
YAP xəbərləri
01 May 12:53
Sosial
01 May 12:42
İqtisadiyyat
01 May 12:41
Sosial
01 May 12:40
Sosial
01 May 12:39
Siyasət
01 May 12:32
Sosial
01 May 12:29
Siyasət
01 May 12:26
Dünya
01 May 12:21
Siyasət
01 May 11:42
Siyasət
01 May 11:27
MEDİA
01 May 11:24
Gündəm
01 May 11:17
Siyasət
01 May 11:07

